QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə24/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   20   21   22   23   24   25   26   27   ...   94

 
51 
 
 
Şəkil 3.3. seversova görə orqanizmlərin dinamika tipləri 
I – stabil; II – labil; III - efemer 
 
 
O,  məməlilərin  növ  xüsusiyyətlərinə  görə  (ömrünün  uzunluğu,  cinsi  yetişkənlik  müddətinə,  il  ərzində 
doğumun  sayı  və  hər  doğumda  balaların  sayı,  yırtıcılarla  orta  məhvedilmə  dərəcəsi) 7 dinamika  tipini  təyin 
etmişdir. N.P.Naumov (1967) S.A.Seversovun sxemini ümumiləşdirərək üç fundamental dinamika tipində əks 
etdirir (şəkil 3.3.). 
Stabil tip – populyasiyanın kiçik amplitudu və sayının dəyişməsi dövrünün uzunluğu ilə səciyyələnir. Belə 
dinamika  tipi  uzun  ömürlü,  gec  yetişkənliyə  başlayan,  az  nəsilvermə  qabiliyyətinə  malik  olan  iri  heyvanlara 
xasdır.  Bu  təbii  ölümün  aşağı  normasına  və  əlverişsiz  faktorların  təsirinə  adaptasiya  olma  mexanizminin 
effektivliyinə uyğun gəlir. Bura dırnaqlı məməlilər (say dəyişkənliyi dövrü 10-20 il), kitəbənzərlər, hominidlər, 
iri qartallar, bəzi sürünənlər aiddir.  
Labil dinamika tipi – populyasiyanın sayının qanunauyğun, 5-11 il və çox dövrlərlə dəyişməsi və böyük 
amplituda  ilə  fərqlənir.  Artımın  dövriliyi  ilə  əlaqədar  sayın  bolluğunun  mövsümi  dəyişməsi  səciyyəvidir.  Belə 
dinamika tipi üçün müxtəlif, lakin bir qayda olaraq iri olmayan, bir qədər qısa ömürlü (10-15 il) və ona uyğun 
olaraq  daha  erkən  cinsi  yetişkənliyi  və  stabil  tipə  nisbətən  yüksək  nəsilvermə  qabiliyyəti  xarakterikdir.  Orta 
ölüm  norması  da  yüksəkdir.  Bu  dinamika  tipinə  məməlilərdən  iri  gəmiricilər,  dovşankimilər,  bəzi  yırtıcılar 
daxildir:  bir  çox  quş,  balıq.  uzun  inkişaf  tsiklli  həşəratlar  və  s.  heyvanlarda  da  belə  ümumi  dinamika  tipi 
xarakterikdir.  
Efemer  tipli  dinamika.  Dərin  depressiyalı,  kəskin  qeyri-sabit  saylı  olub, «kütləvi  artma»  partlayışı  ilə 
seçilir və hərdən populyasiyanın sayı yüz dəfələrlə çoxalır. Minimum və maksimum arası artım pillələri olduqca 
tez  (bəzən  bir  mövsüm  ərzində);  sayın  azalması  (enməsi)  da  olduqca  tez  baş  verir,  belə  halda  o, 
«populyasiyanın  iflası»  adlanır.  Dinamika  dövriliyinin  (tsikl)  ümumi  uzunluğu  adətən  4-5  il  sürür,  bu  dövr 
ərzində populyasiyanın say «zirvəsi» çox vaxt bir ildən artıq olmur; bəzi heyvanlarda (məs. xırda gəmiricilər) 
bu kiçik tsikllərdə uzunmüddətli (10-11 il) «böyük dalğalar» öz partlayışı ilə geniş əraziləri əhatə edir. Fərdlərin 
bolluğunun mövsümi dəyişkənliyi kəskin təzahür olunur.  
Efemer tipli dinamika qısaömürlü (3 ildən artıq olmayan) fərdi adaptasiyanın qeyri-mükəmməl mexanizminə 
və  ona  uyğun  yüksək  ölüm  normasına  malik  olan  növlər  üçün  xasdır,  bu  iri  olmayan  heyvanlar  yüksək 
nəsilverməsi (törəmə) ilə seçilirlər. Belə dinamika tipi xırda gəmiricilər və qısa inkişaf dövrlü həşəratların bir çox 
növləri üçün səciyyəvidir.  
S.A.Seversov tərəfindən işlənib hazırlanmış sxem say dinamikası tipinin ayrı-ayrı növ və qrupların bioloji 
xüsusiyyətləri  ilə  əlaqəsini  yaxşı  göstərir  və  sayın  dəyişməsi  növün,  mühitin  abiotik  və  biotik  faktorlarla 
qarşılıqlı  təsirinin  bütün  formalarının  inteqral  effektini  əks  etdirdiyini  aydın  nümayiş  etdirir.  Dinamikanın 


 
52 
müxtəlif  tipləri  faktiki  olaraq  müxtəlif  həyati  strategiyaları  əks  etdirir.  Bu  fikir  R.Mak-Artur  və  E.Uilsonun 
(K.Mac.  Authur,  E.Wilson, 1967) ekoloji  strategiyasının  konsepsiyasının  əsasını  təşkil  edir  və  müasir 
ekologiyada  geniş  vüsət  almışdır.  Bu  konsepsiyanın  mahiyyəti  ondan  ibarətdir  ki,  növün  müvəffəqiyyətlə 
yaşaması  və  təzələnməsi  ya  orqanizmələrin  adaptasiya  olunmasının  və  rəqabət  qabiliyyətinin  təkmilləşməsi 
(yaxşılaşması) yolu ilə, yaxud da fərdlərin yüksək ölümünü və kritik vəziyyətdə sayını tezliklə bərpa olunmasını 
müvazinətləşdirən  intensiv  çoxalma  yolu  ilə  mümkündür.  Birinci  yol  «K-strategiya»  adlanır;  bu  tipin 
nümayəndələri  uzunömürlü  çox  vaxt  iri  formalardır;  onların  sayı  xarici  faktorlarla  limitlənir.  K-strategiya 
«keyfiyyətinə görə seçmə» - adaptasiya və möhkəmliyin (sabitliyin) yüksəlməsini ifadə edir, r-strategiya isə 
«miqdara  görə  seçmə»  -  böyük  itkinin  yüksək  reproduksiya  potensialı  ilə  kompensasiya  (bərpa  olunması) 
olunmasıdır.  Bu  strategiya  tipi  yüksək  ölüm  norması  və  yüksək  törəyib  artan  xırda  heyvanlar  üçün  daha 
xarakterikdir.  r-  strategiyasına  daxil  olan  növlər  qeyri-stabil  şəraiti  olan  əraziləri  tez  mənimsəyir  və 
reproduksiyaya yüksək səviyyədə enerji sərf edir.  
Tamamilə analoji həyati strategiya bitkilərə xasdır. Hələ 1938-ci ildə L.Q.Ramenski üç strategiya tipi ayırır: 
Violent (lat. düc. zor) tipi – yüksək həyatiliyə malik, ərazini tez mənimsəmək qabiliyyətli, rəqabətə dözümlü 
növlər; patiyent (lat. dözümlülük) tipi – əlverişsiz təsirlərə dözümlü və onunda əlaqədar digər növlər üçün 
əlçatmaz (çətin) olan yerləri mənimsəmək qabiliyyəti olan növlər: və eksplerent (lat. doldurmaq) tipi – tez 
çoxalma  qabiliyyətinə  malik,  aktiv  yayılaraq  pozulmuş  assosiasiyalar  olan  yerləri  mənimsəyən  növlər 
(Ramenski, 1938, Mirkin, 1985).  
Bu konsepsiya sonralar ingilis botaniki D.Qraym (Y.Çrime, 1979)  tərəfindən inkişaf etdirilərək onu «r» və 
«K»  strategiyasının  mövqeyi  ilə  yaxınlaşdırdı.  D.Qraym  aşağıdakı  strategiyaları  ayırır:  konkurent  optimal 
şəraitli  yerlərdə  yüksək  sıxlığa  çatmaq  (L.Q.Ramenskinin  violent  tipinin  analoqu);  strestolerant  (patiyentə 
oxşar) tip – nisbətən az əlverişli yerləri tutan əlverişsiz faktorlara qarşı dözümlü, lakin az məhsuldar növlər və 
ruderal tip – yüksək reproduktiv potensialı və tez böyüməsi ilə fərqlənən növlər; pozulmuş ilkin bitki örtüyü 
olan sahələri tutur; xassələrinə görə eksplerenti xatırladır.
  
 
 
 
Şəkil 3.4. Bitkilərdə populyasiya strategiyasının inteqrallaşmış sxemi    (V.T.Ovçinnikova görə , 
1991) 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə