QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə22/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   18   19   20   21   22   23   24   25   ...   94

 
46 
Heyvanların  təbii  populyasiyalarının  insan  tərəfindən  istismarı  zamanı  onların  yaş  strukturunun  uçotu 
mühüm əhəmiyyət daşıyır. Hər il çoxlu artım verən növlərin populyasiyasının xeyli hissəsini götürdükdə onların 
sayının azalmasına təhlükə yaranmır. Mürəkkəb yaş strukturuna malik olan populyasiyanın çoxlu yaşlı fərdləri 
məhv edilərsə, onun bərpasını olduqca ləngidər. Məsələn, ikinci ili yetişkənliyə çatan qorbuşanın (qızılbalıqlar 
fəsiləsindən balıq növü) kürüverən fərdlərinin 50-60%-ni populyasiyanın sayının azalmasına ziyan vurmadan 
tutmaq  olar.  Gec  yetişən  və  daha  mürəkkəb  yaş  strukturuna  malik  olan  keta  balığının  cinsi  yetişkən 
sürüsündən tutulan balığın norması az olmalıdır. 
 
 
 
 
Şəkil  3.1.  Heyvan  populyasiyalarında  qida  ehtiyatlarının  qəbul 
olunmasını nizamlayan qomeostaz 
 
 Yaş  strukturunun  analizi  populyasiyanın  həyat  boyu  yaxın  nəsillərdəki  sayını  proqnozlaşdırmağa  imkan 
verir. Belə analizlərdən sənaye sürülərinin (məs. balıq sənayesində) dinamikasını əvvəlcədən görməkdə geniş 
istifadə  olunur.  Əgər  yaş  strukturu  üzrə  əldə  olunan  göstəricilər  təbii  populyasiyaya  mühitin  real  təsirini 
düzgün  əks  etdirirsə,  bir  çox  illər  üçün  qabaqcadan  ovlama  planını  planlaşdırmağa  imkan  verən  yüksək 
dərəcədə etibarlı proqnozlar alınar.  
 
3.7. Populyasiyanın məkan (ərazi) strukturu 
Populyasiyanın  ərazi  (məkan)  strukturu  fərdlərin  və  onların  qruplaşmalarının  landşaftın  müəyyən 
elementlərinə  və  bir-birinə  nisbətən  yerləşmə xarakterini  göstərir və  növə  uyğun  ərazidən  istifadə  tipini əks 


 
47 
etdirir. Ərazidə fərdlərin qanunauyğun yayılması (paylanması) mühüm bioloji əhəmiyyət kəsb edir və əslində 
populyasiyanın normal fəaliyyətinin bütün formalarının əsası sayılır. Məkanca strukturlaşma hər şeydən əvvəl 
mühit  resurslarından  (qida,  qoruyucu,  mikroiqlim  və  s.)  daha  effektiv  istifadə  etməyi  müəyyənləşdirir, 
populyasiya  daxilində  fərdlərin  rəqabətlik  münasibəti  səviyyəsini  aşağı  salır.  Bunun  əsasında  növün 
biokütləsinin  və  bioloji  aktivliyinin  yüksək  səviyyədə  qalmasına  imkan  yaranır.  Bu,  həmin  populyasiyanın 
biosenozun digər növləri ilə qarşılıqlı əlaqəsində mövqeyini möhkəmlədir və onun sabit mövcudluğu ehtimalını 
artırır. 
Ərazi strukturlaşmanın  bioloji rolunun digər aspekti fərdlər arasında populyasiyadaxili kontaktı (əlaqəni) 
lazımi  səviyyədə  sabit  saxlamağın  əsası  sayılır.  Populyasiyanın  həm  növ  (çoxalma,  yayılma  və  s.),  həm 
biosenotik  funksiyasının  (dövranda  iştirakı,  bioloji  məhsulu  yaratmaq,  digər  növlərin  populyasiyalarına  təsir) 
yerinə  yetirilməsi  yalnız  ayrı-ayrı  fərdlər  və  onların  qruplaşmalarının  arasındakı  sabit  qanunauyğun  qarşılıqlı 
təsirlər  əsasında  mümkündür.  Strukturlaşmış  sistemdə  belə  qarşılıqlı  təsirin  saxlanması  ərazidə  populyasiya 
elementlərinin nizamsız, təsadüfi yayılmasına nisbətən daha etibarlı təmin olunmuşdur.  
 
Ərazi yayılması tipləri  
Populyasiyada  fərdlərin  ərazidə  (məkanda)  yayılmasının  aşağıdakı  prinsipial  tipləri  ayrılır:  bərabər 
(müntəzəm), diffuz (təsadüfi) və qrupla (mozaik). 
Bərabər paylanma (yayılma) tipində hər bir fərd bütün qonşu fərdlərdən bərabər məsafədə yayılır. 
Nəzəri baxımdan belə yayılma tipində minimal rəqabətlik dərəcəsində resursdan tam istifadə edilməsinə uyğun 
gəlir. 
 Lakin təbiətdə fərdlərin bərabər paylanmasına çox nadir halda rast gəlmək mümkündür. 
 
 
Şəkil 3.2. Populyasiyada fərdlərin ərazi paylanması tipləri: 
A – bərabər; B – diffuz; C – mozaik 
 
 
Belə  yayılma  xarakteri  yaxın  bəzi  eyninövlü  bitki  qruplarına  (kolluğuna)  xasdır,  burada  bəzi  oturaq 
onurğasızların  sıx  populyasiyalarına  rast  gəlinir.  Bərabər  yayılma  tipinin  praktiki  olaraq  mümkünsüzlüyü  hər 
şeydən əvvəl yaşama mühitinin müxtəlifliyi olub fərdlərin bərabər paylanmasını pozur.  
Fərdlərin  diffuz  tipli  yayılmasına  təbiətdə  tez-tez  rast  gəlinir,  burada  fərdlər  ərazidə  qeyri-bərabər, 
təsadüfi  yayılmışdır.  Belə  halda  fərdlər  arasındakı  məsafə  eyni  deyildir,  bu  əsasən  mühitin  eynicinsli 
olmamasından  irəli  gəlir.  Belə  yayılma  tipi  bitkilər  və  bir  sıra  heyvan  taksonları  arasında  geniş  yayılmışdır. 
Diffuz yayılma tipində təbiətdə populyasiysnın üzvləri bir-birindən nisbətən asılı olmayab onun üçün eynicinsli 
mühitdə yaşayır. Buna un böcəyi Tribolium confusumun unda yerləşməsi, kiçik çay suyunda birgünlük böcəyin 
sürfələri, çəməndə qaraqurd hörümçəyinin yuvaları misal ola bilər.  
Mozaik yayılma tipində yaranmış fərd qrupları arasında böyük boş ərazilər qalır. Bioloji cəhətdən belə 
yayılma tipi ya mühitin kəskin müxtəlifcinsli olması, yaxud da fərdləri bir-birinə aktiv yaxınlaşdırma əsasında 
baş  verən  aydın  ifadə  olunan  sosial  strukturla  bağlıdır.  Fərdlərin  aktiv  yaxınlaşması  xüsusilə  ali  heyvanlara 
(polimorf koloniya yaradan bir çox onurğalılar, həşəratlar) xasdır.  
Senopopulyasiyada bitkilər çox vaxt olduqca qeyri-bərabər yayılaraq bu və ya digər dərəcədə bir-birindən 
ayrılan  qruplar  (mikrosenopopulyasiya,  subpopulyasiya)  əmələ  gətirir.  Bu  qruplar  bir-birindən  fərdlərin  sayı, 
sıxlığı, yaş strukturu, böyüklüyü ilə seçilir.  


 
48 
Bitkilərdən  fərqli  olaraq  heyvanlarda,  onların  hərəkətdə  olması  nəticəsində  ərazi  əlaqələrini  nizama 
(qaydaya)  salma  üsulları  çox  müxtəlifdir.  Hətta  oturaq  formalarda  ərazidə  səmərəli  yerləşmək  üçün  bir  sıra 
uyğunlaşmalar vardır.  
Ali heyvanlarda populyasiyadaxili yayılma instinkt sistemlə nizama salınır. Onlara xüsusi ərazi davranışı – 
populyasiyanın digər üzvlərinin yerini reaksiya göstərmək olar. Populyasiyada ərazi üzrə ayrı-ayrı fərdlərin və 
ya  qrupların  yerləşməsini  saxlamaq  instinkti  quşlar,  məməlilər,  sürünənlər,  bir  sıra  balıqlar,  az  dərəcədə 
amfibiyalarda mövcuddur.  
Ərazidən istifadə tipinə görə bütün hərəkət edən heyvanlar iki əsas qrupa bölünürlər: oturaq və köçəri
Bu iki variant arasında bir sıra aralıq variantlar da vardır.  
Oturaq tərzdə həyat sürən növlər üçün bir qayda olaraq ərazidən intensiv istifadə tipi xasdır, bu zaman 
ayrı-ayrı  fərdlər  və  ya  onların  qruplaşmaları  (əsasən  ailəvi)  uzun  müddət  nisbi  məhdud  ərazidə  resursları 
istismar edir. Köçəri tərzdə yaşayan növlər üçün isə ərazidən istifadənin ekstensiv tipi səciyyəvidir, bu zaman 
yem  resursları  adətən  fərdlər  qrupu  (çox  miqdarda)  tərəfindən  istifadə  olunur,  geniş  ərazi  daxilində  daim 
yerini dəyişir.  
 
Oturaq heyvanlar 
Oturaq  tip  ərazi  bölüşdürülməsi  ərazinin  resurslarından  populyasiya  səviyyəsində  nisbətən  səmərəli 
istifadəyə səbəb olur: ərazidə ayrı-ayrı fərdlər nisbətən bərabər paylanır: hər bir məskunlaşma sahəsi həyat 
üçün  hər  bir  şərait  ilə  təmin  olunmuşdur.  Bunun  nəticəsində  yem,  sığınacaq  və  digər  resurslar  uğrunda 
rəqabət minimuma enmiş, hər fərdin yaşamaq və təzələnməyə şansı vardır, populyasiya isə bütövlükdə inkişaf 
və  ərazi  zəbt  etməyə  geniş  perspektiv  qazanır.  Məhdud  əraziyə  bağlılıq  fərdlərə  bir  sıra  bioloji  üstünlük 
qazandırır, bu baxımdan, heyvanların öz əraziləri ilə mənimsənilmə dərəcəsi ilə tanışlığı da böyük əhəmiyyət 
kəsb  edir.  Məskunlaşma  sahəsi  daxilində  heyvanlar  tanış  oriyentir  (səmt)  sistemində  sərbəst  yerini  dəyişir, 
yem axtarmaq üçün az vaxt sərf edir. Bir çox növlər sahədə sığınacağa, yem sahəsinə, yem ehtiyatı və s. yerə 
gedən  əlaqələndirici  cığırlar  salır.  Heyvanların  gündəlik  aktiv  hərəkətləri  sanki  avtomatik  surətdə  həyata 
keçirilir: rezident – fərd qısa yolla yem, istirahət, yırtıcıdan və ya pis havadan gizlənmək yerinə əlavə vaxt və 
enerji sərf etmədən catır.  
Lakin oturaq həyat keçirdikdə populyasiyanın sıxlığı hədsiz çox olduqda resurslar gücdən düşür.  
 
3.8. Heyvan populyasiyalarının etoloji strukturu  
Oturaq heyvanların ərazi differensasiyası tək (ailəvi) həyat tərzi ilə bağlıdır. Bunun əksinə, həyat tərzi tipi 
qrupla olub, fərdlər daima və ya dövri olaraq sıx sürü və ya dəstə əmələ gətirir. Kiçik ərazidə fərdlərin çoxlu 
toplanması  onların  arasında  rəqabəti  gücləndirir.  Odur  ki,  aydın  qrupla  həyat  tərzi  yüksək  dərəcədə  köçəri 
heyvanlarda inkişaf etmişdir, bunların hərəkətdə olan həyat tərzi yem resurslarına yükü və buna uyğun olaraq 
qida rəqabətini azaldır.  
Tək həyat tərzi. Həyat tsiklinin müəyyən mərhələlərində bir çox heyvanlar üçün xarakterikdir, bu zaman 
populyasiyanın  fərdləri  bir-birindən  asılı  olmayaraq  ayrılırlar.  Ümumiyyətlə,  təbiətdə  orqanizmlərin  tamamilə 
tək yaşamasına rast gəlinmir, belə olsaydı onların əsas həyat funksiyası – çoxalması mümkün olmazdı. Lakin 
bəzi növlərdə birlikdə yaşayan fərdlər arasında olduqca zəif kontakt xarakterikdir. Xarici üsulla mayalanan su 
sakinləri buna misal ola bilər.  
Tək həyat tərzi sürən növlərin fərdləri qışlama yerində,  çoxalma dövrü qabağı çox müvəqqəti toplaşma 
əmələ gətirir. Məs. gicitkən kəpənəkləri payızın sonunda iri salxımlarla çardaqlarda və ya digər örtülü yerlərdə, 
puplar  və  parabüzən  kötüklərin  yanında  quru  meşə  döşənəyi  altında,  naqqa  və  durnabalığı  su  hövzələrinin 
dibində qışlama çalalarında toplanırlar.  
Ailəvi  həyat  tərzi.  Ailəvi  həyat  tərzində  də  ata-ana  (valideyn)  və  onların  nəsillərinin  üzvləri  arasında 
əlaqəlar  güclənir.  Belə  əlaqənin  sadə  növü  –  ata  və  anadan  birinin  qoyulan  yumurtalara  olan  qayğıdır: 
yumurtaların qorunması, inkubasiya, havalandırma və s. Quşlarda balaları üçün mürəkkəb qayğı, qanadlanıb 
uçana  qədər  davam  etdirilir.  İri  məməlilər,  məsələn,  ayı  və  pələngin  balaları  ailə  qrupunda  bir  neçə  il  cinsi 
yetişkənlik başlayana qədər tərbiyə olunur. Valideynin nəslə qayğını öz üzərinə götürməsindən asılı olaraq ata, 
ana və ya qarışıq tipli ailə ayrılır. Möhkəm yaradılan ailə cütlüyündə balaları yemləməkdə erkək və dişinin hər 
ikisi iştirak edir.  
Koloniyalar.  Orqanizmlərin  (növ  və  fərdlərin)  reproduksiya  prosesini  normal  keçirməsi,  qarşılıqlı 
qorunması və köməkçi qidalanmasını təmin edən qruplaşmalardır. Koloniyaları əsasən oturaq heyvanlar əmələ 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə