66
Sibir sidr şamı ilə, sidr ağaclarında yuva quran quşlar (sidrquşu, sitta quşu və kukşa) arasındakı
mutualistik əlaqələr mütləq olmasa da, olduqca zəruridir. Bu quşlar Sibir sidrinin toxumları ilə qidalanaraq,
yem toplamaq instinktinə də malikdir. Onlar xırda toxumları (qozaları) hissə-hissə mamır qatının və meşə
töküntüsünün altında gizlədirlər. Bu «ehtiyatın» çox hissəsini quşlar tapa bilmir və toxumlar cücərir. Beləliklə,
bu quşların fəaliyyəti sidr şamının təbii bərpasına kömək edir, belə ki, toxumlar torpaqla əlaqəni kəsən qalın
meşə döşənəyinin səthində cücərə bilmir. Qarğaların qoz ağacının toxumlarını gizlətməsi də buna uyğun
misaldır.
Şirəli meyvəsi olan bitkilərlə quşlar arasında da qarşılıqlı faydalı əlaqələr vardır, onlar bu bitkilərin
meyvələri ilə qidalanır və adətən həzm oluna bilməyən toxumları əraziyə yayırlar.
Məsələn, Türyançay qoruğunda ardıc ağacları bol toxumverən illəri meşəlikdə çoxlu miqdarda qaratoyuq
və digər quşlar qışlayır. Onlar ardıcın toxumları ilə qidalanır və peyinləri ilə Bozdağ ərazisində bu toxumların
yayılmasında böyük rol oynayır. Ədəbiyyat məlumatına əsasən 1 m
2
sahəyə quşlar orta hesabla 12-15 ədəd
ardıc toxumu yayır. Cücərtilərin əmələ gəlməsində də quşların digər müsbət rolu vardır. Onlar onurğasız
heyvanları axtarıb taparkən mamır örtüyünü eşir və bununla da ardıcın toxumlarını torpağın üzərinə çatdırır.
Qaraçöhrə ağacının bütün orqanları (iynələri, gövdəsinin qabığı və s.) zəhərli olsa da, toxumları həm
dadlı, şirin, həm də parlaq qırmızı rəngə malik olub quşların diqqətini özünə cəlb edir, onun yayılmasında
böyük rol oynayır. Belə ki, quşlar bu toxumlarla qidalanır, onları mədələrində «stratifikasiya» edir, «səpinə»
hazırlayır və ərazilərdə yayırlar.
Bir çox qarışqaların da bitkilərlə mutualistik əlaqələri formalaşır: 3000-dən artıq bitki növünün qarışqaları
özünə cəlb etmək qabiliyyəti vardır.
4.6. Neytralizm – biotik əlaqələrin bir forması olub iki növ bir ərazidə məskunlaşaraq (yaşayaraq) bir-
birlərinə nə müsbət, nə də mənfi təsirləri olmur. Neytralizmdə növlərin bir-birilə bilavasitə əlaqələri olmur,
lakin hər ikisi qruplaşmanın vəziyyətindən asılıdır. Məsələn, dələ ilə sığın, yaxud fil ilə meymun bir meşədə
yaşasalar da, praktiki olaraq bir-biri ilə əlaqəsi olmur. Lakin uzunsürən quraqlığın təsirindən meşənin məhv
olması, yaxud zərərvericilərin kütləvi çoxalaraq ağacları «çılpaqlaşdırması» (yarpaqsızlaşdırması) eyni dərəcədə
olmasa da hər iki növə təsirini göstərir. Neytralizm əlaqəsi tipi xüsusilə ekoloji baxımdan müxtəlif üzvlər daxil
olan zəngin növlü qruplaşmalarda inkişaf etmişdir.
4.7. Amensalizm. Bu biotik əlaqə formasında iki qarşılıqlı təsir göstərən növlərdən birinə birgə (bir
yerdə) yaşamaq mənfi nəticə göstərir, digəri isə ondan nə fayda alır, nə də zərər çəkir. Belə qarşılıqlı əlaqə
təsirinə əsasən bitkilərdə rast gəlinir. Məsələn, işıqsevər ot növləri fıstıq və ya küknar meşəsində ağac
çətirlərinin güclü kölgəsi altında sıxışdırılır, lakin ağaclara belə «qonşuluq» heç bir fərq göstərmir. Bitkilərdə
bəzən birinin ayırdığı məhsul digərinin (amensalın) böyüməsini ləngidir. Bu əlaqə adətən birbaşa rəqabətə aid
edilir və antibioz adlanır. Bu əlaqə forması bitkilərdə yaxşı öyrənilib, bunun əsasında resurs uğrunda rəqibə
qarşı mübarizə məqsədilə müxtəlif zəhərli maddələrdən (herbisid) istifadə olunur. Bu hadisə allelopatiya
adlanır.
Amensalizm su mühitində də yayılmışdır. Məsələn, göy-yaşıl yosunlar suyun çiçəkləməsinə səbəb olur,
bununla da su faunası, bəzən suvata (su içməyə) gələn heyvanları (mal-qaranı) da zəhərləyir. Digər yosun
növləri də bu xassəyə malikdir, onların ayırdığı peptid, xinon, antibiotiklər və digər maddələr hətta kiçik
dozada da zəhərlidir. Bu zəhərlər ektokrin maddələr adlanır.
4.8. Rəqabət (konkurensiya). Oxşar ekoloji tələbatı olan növlər arasında baş verən qarşılıqlı əlaqə
rəqabət adlanır. Y.Oduma (1975) görə rəqabət-eyni məqsədə can atan iki orqanizmin mənfi qarşılıqlı təsiridir.
Belə növlər bir yerdə məskunlaşdıqda biri digərinin qida ehtiyatını, sığınacaq yerini azaldır (daraldır). Rəqabət
– ekoloji əlaqələrin qarşılıqlı təsir göstərdiyi hər iki partnyora mənfi təsir göstərir. Rəqabət qarşılıqlı təsir
forması olduqca müxtəlif – birbaşa fiziki mübarizədən sülh vəziyyətində yaşamağa qədər ola bilər. Bununla
belə, eyni ekoloji tələbata malik olan iki növ bir qruplaşmada məskunlaşırsa, əvvəl-axırı rəqiblərdən biri
digərini sıxışdırıb çıxarmalıdır. Rəqib növlərin birgə olmağının qeyri mümkünlüyü (uyuşmazlığı) hələ Ç.Darvin
tərəfindən qeyd olunmuşdur. O, rəqabəti növlərin təkamülündə böyük rol oynayan, yaşamaq uğrunda
mübarizənin mühüm tərkib hissəsi hesab etmişdir.
Rəqabət mübarizəsində bir qayda olaraq həmin ekoloji vəziyyətdə digərinə nisbətən üstünlüyə malik olan,
yəni ətraf mühit şəraitinə daha çox uyğunlaşan növ qalib çıxır.
67
Qruplaşmanın daxilində müxtəlif növlər arasında ən çox qida (yem) uğrunda rəqabət gedir. Güclü qida
rəqabəti bütövlükdə biosenoz üçün sərfəli deyil, ekosistemin təkamülündə növlərin bir hissəsi qruplaşanın
tərkibindən ya sıxışdırılıb çıxarılıb, yaxud da növarası rəqabət formalaşaraq rəqabətin gücünü zəiflətmişdir.
Qida rəqabətinin zəifləməsi mümkünlüyü daha çox rəqabətin həcm və gərginlik göstəriciləri ilə təyin
olunur (Şorıqin, 1952). Rəqabətin həcmi rəqiblər üçün ümumi qida növünün sayı ilə müəyyən olunur. Bu
aspektdə rəqabətin zəifləməsi bir və ya bir neçə rəqib növün qida spektrini genişləndirməklə – yem
obyektlərinin yığınını çoxaltmaqla rəqabəti nisbətən azaltmaq olar. Rəqabətdən çıxmağın ən effektiv yolu onun
həcmini azaltmaqla – qidada yüksək ixtisaslaşma apararaq yem spektrinin ayrılması gedir.
Rəqabətin gərginliyi – rəqib növlər üçün müəyyən yem növünə olan tələbatın onun təbiətdəki
bolluğuna nisbəti ilə müəyyənləşdirilir. Məsələn, su kənarında yaşayan gəmiricilər (qunduz, ondatra, su siçanı)
üçün ən mühüm qida yeri qamış və cilotu sayılır. Bu bitkilər isə təbiətdə başdan-başa cəngəllik yaradaraq
yüksək bioloji kütləyə və məhsuldarlığa malikdir. Odur ki, belə şəraitdə məskunlaşan növlərin qidaya ehtiyacı
praktiki olaraq ödənilir, onların rəqabəti formal xarakter alır və real neqativ qarşılıqlı əlaqə yaranmır.
Rəqabətin həcmi və gərginliyi onun ümumi gücünü təyin edir: bu parametr rəqabət aparan növlər
arasında müxtəlif qarşılıqlı əlaqə formalarının konkret baş verməsinin əsasını təşkil edir.
Bitkilərdə rəqibin boğulması kök sisteminin mineral qida maddələrini, torpaq nəmliyini və yarpaqlarla
günəş şüasını tutub saxlaması, həmçinin toksik birləşmələri ayırması nəticəsində baş verir. Məsələn, iki yonca
növünün qarışıq səpinində Trifolium repensin növünün yarpaq çətiri tez əmələ gəlir, lakin sonra onu daha iri
saplağı olan T.Fragiferum kölgə altına alır.
Bitkilərin maddələr mübadiləsi məhsulu vasitəsilə qarşılıqlı kimyəvi təsiri allelopatiya adlanır. Bir-birinə
belə üsulla təsir heyvanlara da xasdır. Q.F.Qauze və Parkın apardığı təcrübələr göstərir ki, rəqibəlrin
sıxışdırılması əsasən mühitdə mübadilənin toksik məhsullarının toplanması nəticəsində baş verir, növlərdən biri
digərinə nisbətən toksik maddələrə daha həssasdır.
Azota az tələbkarlıq göstərən bitkilər dincə qoyulmuş torpaqları ilk növbədə zəbt edir, kök ayırmaları
vasitəsilə paxlalılarda kök yumrularının əmələ gəlməsini və sərbəst yaşayan azot fiksasiya edən bakteriyaları
sıxışdırır. Bununla da torpağın azotla zənginləşməsinin qarşısını alaraq azota çox ehtiyacı olan bitkilərlə
rəqabətdə üstünlük təşkil edir. Ciyən otu su hövzəsində digər su bitkilərinə nisbətən allelopatik aktiv
olduğundan rəqabətsiz təmiz su hövzələrini basır.
Heyvanlarda rəqabət mübarizəsində bir növün digərinə bilavasitə hücumu hallarına da rast gəlinir.
Məsələn, yumurtayeyənlərin (Diachasoma tryoni və Opius humilis) sürfələri bir sahibin yumurtasında olduqda
qidalanmağa başlamazdan qabaq əlbəayaq olaraq rəqibini öldürür.
İri çəmən qarışqaları Formica pratensis torpaq təpəsi yuvası düzəldir (tikir) və onun ətrafındakı ərazini
mühafizə edir. Daha xırda qarışqanın (F.Cunicularia) yuvası isə torpaq təpəciyi şəklində kiçik olur. Onlar tez-
tez çəmən qarışqalarının yuvaları ərazisinin kənarlarında yerləşərək onların yem sahələrində ova çıxırlar.
4.9. Ekoloji sığınacaq (ekoloji məskən, ekoloji nişa). Ekoloji sığınacaq konsepsiyası növlərin birgə
yaşamaq qanunlarını dərk etmək üçün əlverişli oldu. Ekoloji sığınacaq haqqında anlayışı ilk dəfə Amerika
zooloqu C.Qrinnel (J.Çrinnell, 1914) irəli sürmüşdür. O, bu anlayışa əsasən növ populyasiyasının ərazidə
yerləşməsi və müəyyən dərəcədə növün bioloji tələbatı mövqeyindən yanaşmışdır.
«Ekoloji nişa» anlayışının professğor Q.T.Mustafayev «ekoloji mövqe» kimi işlətməyi təklif edir.
Ekoloji sığınacaq haqda Ç.Eltonun (Ch.Elton, 1927) konsepsiyası daha məhsuldardır. O, «ekoloji
sığınacaq» anlayışı dedikdə növün qidalanmasını, yəni onun trofik zəncirdə tutduğu yeri nəzərdə tutmuşdur.
Trofik sığınacaq haqqında müasir təsəvvür (anlayış) məhz Ç.Eltonun şərhi ilə bağlıdır.
Ekoloji sığınacaq problemi daha tam şəkildə Ç.Hatçinson (Ç.Hatchinson, 1957) tərəfindən işlənmişdir. O,
«ekoloji sığınacaq» anlayışını ilk dəfə olaraq müəyyən növün orqanizmlərinin mühitin abiotik şəraiti və canlı
orqanizmlərin digər növləri ilə əlaqələrinin məcmusu kimi formalaşmasını gəstərmişdir.
Ekoloji sığınacaq konsepsiyası haqqında Y.Odumun (1975) mövqeyi xüsusi yer tutur.
Y.Odumun sığınacaq anlayışında üç hissədən ibarət məna qoyulur: növ populyasiyasının fiziki ərazisi, xarici
faktorlar qradiyenti sistemində növün yeri və onun ekosistemdə funksional rolu. Y.Oduma görə bəzi orqanizmin
ekoloji sığınacağı onun yalnız harada məskunlaşmasından (yaşamasından) deyil, həmçinin onun nə etməsindən –
fəaliyyətindən (o enerjini necə dəyişir, onun davranışı necədir, o, fiziki və bioloji mühitə necə münasibət
göstərir), asılıdır və o, digər növlərlə necə məhdudlanır. Y.Odum ekoloji sığınacağı növün qruplaşmada «sahibi»
kimi canlı surətdə təyin etmişdir. Belə mövqe ekoloji sığınacaqda anlayışı növün biosenozda yerini inteqrasiya
ifadəsi kimi daha dəqiq təyin edir.
Dostları ilə paylaş: |