48
edir. Əminəm ki, cənab Prezidentin səfəri və səfərin nəticələri
bu tərəfdaşlığı gücləndirəcək, biz tərəfdaşlıq və dostluğu daha
da inkişaf etdirəcəyik. Cənab Prezident, bir daha xoş
gəlmisiniz!
Çexiya prezidenti Vatslav Klausun bəyanatı
Cənab Prezident!
Xanımlar və cənablar!
Mənə söz verdiyinizə görə təşəkkür edirəm. Cənab Pre-
zident, dəvətinizə görə minnətdaram. Bu mənim Çexiya
Respublikasının Prezidenti kimi, ölkənizə ilk səfərimdir.
Ölkənizə səfərimlə Azərbaycan və Çexiya xalqlarına aydın
işarə verirəm ki, biz Azərbaycan–Çexiya, Çexiya–Azərbaycan
əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi,
mədəni sahələrdə genişləndirilməsində olduqca maraqlıyıq. Bu
mənim üçgünlük səfərimin əsas məqsədi və marağını təşkil edir.
Cənab Prezident, biz buraya açıq ürəklə gəlmişik. Biz buraya
ölkənizi daha yaxından tanımaq, anlamaq üçün gəlmişik.
Ermənistanla olan ağrılı münaqişədən xəbərimiz vardır və bu
münaqişənin həllinə kiçik də olsa, öz yardımımızı etmək
istərdik. Avropa İttifaqının son «Şərq Tərəfdaşlığı» Proqramına
da xüsusi diqqət yetiririk. Çexiya Respublikası bu ideyanın
ərsəyə gəlməsində təşəbbüskarlardan biri olub. 2 il öncə «Şərq
Tərəfdaşlığı» Proqramı ilə bağlı Praqada görüş keçirildi və biz o
zaman orada görüşdük. Cənab Prezident, Sizə həmin vaxt söz
verdim ki, səfər edəcəyəm və budur, bu gün artıq buradayam.
Cari ilin sonunda Varşavada keçirilməsi nəzərdə tutulan «Şərq
Tərəfdaşlığı» sammitini səmimiyyətlə arzulayırıq. Ümid edirəm
ki, bu tədbir Avropa İttifaqı ilə Azərbaycan arasında münasi-
bətləri daha da inkişaf etdirəcəkdir.
49
HEYDƏR ƏLİYEV FONDU İLƏ TANIŞLIQ
17 may 2011-ci il
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Çexiya
Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya
Klausova mayın 17-də Heydər Əliyev Fondunda olmuşlar.
Çexiya dövlətinin başçısını və xanımını Azərbaycan prezi-
denti İlham Əliyev qarşıladı.
Prezident İlham Əliyev ali qonağa və xanımına Azərbaycan
xalqının ümummilli liderinin xatirəsinə yaradılmış fondun
məqsədi və fəaliyyəti barədə məlumat verdi.
Bildirildi ki, fond ümummilli liderin zəngin irsini öyrənir və
təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata
keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına
və tarixinin öyrənilməsinə kömək edir.
Çexiya prezidenti və xanımı ulu öndərin şəxsi arxivindən
götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid foto-
şəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldular.
Fondla tanışlıq zamanı prezident Vatslav Klausa və xanımı
Liviya Klausovaya məlumat verildi ki, ulu öndərin hakimiyyətdə
olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən
biridir.
Prezident Vatslav Klaus fondla tanışlıqdan sonra Xatirə
kitabına ürək sözlərini yazdı.
Çexiya dövlətinin başçısına Heydər Əliyev Fondunun
hədiyyəsi təqdim olundu.
50
AZƏRBAYCAN–ÇEXİYA BİZNES-FORUMUNDA
İŞTİRAK
Bakı Biznes Mərkəzi
17 may 2011-ci il
Mayın 17-də Bakı Biznes Mərkəzində Azərbaycan prezi-
denti İlham Əliyevin və Çexiya prezidenti Vatslav Klausun iş-
tirakı ilə Azərbaycan–Çexiya biznes-forumu keçirilmişdir.
Dövlətimizin başçısı Çexiya prezidenti Vatslav Klausu
qarşıladı.
İ l h a m Ə l i y e v: Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Mən cənab Prezidenti Azərbaycanda bir daha salamlayıram.
Bu gün biz Çexiya Respublikasının Prezidentinin ölkəmizə
səfəri çərçivəsində çox mühüm bir tədbirdə, biznes- forumda
toplaşmışıq. Əminəm ki, biznes-forumun nəticələri bizim
gözlədiyimiz nəticələrə və ölkələrimiz arasında yaranan
münasibətlərə uyğun olacaqdır.
Çexiya Respublikasının Prezidentinin ölkəmizə səfəri
mühüm, deyərdim ki, tarixi xarakterli hadisədir. Çünki bu, ilk
səfərdir. Ölkələrimiz arasında əməkdaşlığın bütün illəri ərzində
ilk dəfədir ki, bu cür yüksək səviyyədə səfər, Prezidentin rəsmi
səfəri həyata keçirilir. Düzdür, bundan əvvəl də yüksək vəzifəli
rəhbərlərin səfərləri olmuşdur. Lakin Prezidentin rəsmi səfəri
xüsusi əhəmiyyət kəsb edir və səfər çox uğurlu keçir.
Bu gün səhər biz çox səmərəli danışıqlar apardıq və çox
geniş spektrli məsələləri, o cümlədən iqtisadi sahədə əmək-
daşlığı, ölkələrimizin biznes strukturları arasında əlaqələri
müzakirə etdik. Hesab edirəm ki, bu gün biz biznes strukturlarına
daha sıx əməkdaşlıq etmək üçün mühüm işarə verməliyik. Biznes
cəmiyyəti siyasi nüanslara həmişə çox həssas münasibət bildirir və