Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə14/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   10   11   12   13   14   15   16   17   ...   114

 

48 


edir.  Əminəm  ki,  cənab  Prezidentin səfəri  və  səfərin nəticələri 

bu  tərəfdaşlığı  gücləndirəcək,  biz  tərəfdaşlıq  və  dostluğu  daha 

da  inkişaf  etdirəcəyik.  Cənab  Prezident,  bir  daha  xoş 

gəlmisiniz! 



 

Çexiya prezidenti Vatslav Klausun bəyanatı 

 

Cənab Prezident! 



Xanımlar və cənablar! 

Mənə  söz  verdiyinizə  görə  təşəkkür  edirəm.  Cənab  Pre-

zident,  dəvətinizə  görə  minnətdaram.  Bu  mənim  Çexiya 

Respublikasının Prezidenti kimi, ölkənizə ilk səfərimdir. 

Ölkənizə  səfərimlə  Azərbaycan  və  Çexiya  xalqlarına  aydın 

işarə  verirəm  ki,  biz  Azərbaycan–Çexiya,  Çexiya–Azərbaycan 

əlaqələrinin  bütün  sahələrdə,  o  cümlədən  siyasi,  iqtisadi, 

mədəni sahələrdə genişləndirilməsində olduqca maraqlıyıq. Bu 

mənim üçgünlük səfərimin əsas məqsədi və marağını təşkil edir. 

Cənab  Prezident,  biz  buraya  açıq  ürəklə  gəlmişik.  Biz  buraya 

ölkənizi daha yaxından tanımaq, anlamaq üçün gəlmişik. 

Ermənistanla olan ağrılı münaqişədən xəbərimiz vardır və bu 

münaqişənin  həllinə  kiçik  də  olsa,  öz  yardımımızı  etmək 

istərdik. Avropa İttifaqının son «Şərq Tərəfdaşlığı» Proqramına 

da  xüsusi  diqqət  yetiririk.  Çexiya  Respublikası  bu  ideyanın 

ərsəyə gəlməsində təşəbbüskarlardan  biri olub. 2 il öncə «Şərq 

Tərəfdaşlığı» Proqramı ilə bağlı Praqada görüş keçirildi və biz o 

zaman  orada  görüşdük.  Cənab  Prezident,  Sizə  həmin  vaxt  söz 

verdim  ki,  səfər  edəcəyəm  və  budur,  bu  gün  artıq  buradayam. 

Cari  ilin  sonunda  Varşavada  keçirilməsi  nəzərdə  tutulan  «Şərq 

Tərəfdaşlığı» sammitini səmimiyyətlə arzulayırıq. Ümid edirəm 

ki,  bu  tədbir  Avropa  İttifaqı  ilə  Azərbaycan  arasında  münasi-

bətləri daha da inkişaf etdirəcəkdir.   

 

 

 



 

49 


 

 

 

HEYDƏR ƏLİYEV FONDU İLƏ TANIŞLIQ 

 

17 may 2011-ci il  

 

Azərbaycan  Respublikasında  rəsmi  səfərdə  olan  Çexiya 

Respublikasının  Prezidenti  Vatslav  Klaus  və  xanımı  Liviya 

Klausova mayın 17-də Heydər Əliyev Fondunda olmuşlar. 

Çexiya  dövlətinin  başçısını  və  xanımını  Azərbaycan  prezi-

denti İlham Əliyev qarşıladı. 

Prezident İlham Əliyev ali qonağa və xanımına Azərbaycan 

xalqının  ümummilli  liderinin  xatirəsinə  yaradılmış  fondun 

məqsədi və fəaliyyəti barədə məlumat verdi. 

Bildirildi ki, fond ümummilli liderin zəngin irsini öyrənir və 

təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata 

keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına 

və tarixinin öyrənilməsinə kömək edir. 

Çexiya  prezidenti  və  xanımı  ulu  öndərin  şəxsi  arxivindən 

götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid foto-

şəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldular. 

Fondla tanışlıq zamanı prezident Vatslav Klausa və xanımı 

Liviya Klausovaya məlumat verildi ki, ulu öndərin hakimiyyətdə 

olduğu  dövr  Azərbaycan  tarixinin  ən  şərəfli  səhifələrindən 

biridir.  

Prezident  Vatslav  Klaus  fondla  tanışlıqdan  sonra  Xatirə 

kitabına ürək sözlərini yazdı. 

Çexiya  dövlətinin  başçısına  Heydər  Əliyev  Fondunun 

hədiyyəsi təqdim olundu. 

 

 

 



 

50 


 

 

 

AZƏRBAYCAN–ÇEXİYA BİZNES-FORUMUNDA 

İŞTİRAK  

 

Bakı Biznes Mərkəzi   

 

17 may 2011-ci il  

 

Mayın  17-də  Bakı  Biznes  Mərkəzində  Azərbaycan  prezi-



denti  İlham  Əliyevin  və  Çexiya  prezidenti  Vatslav  Klausun  iş-

tirakı ilə Azərbaycan–Çexiya biznes-forumu keçirilmişdir. 

Dövlətimizin  başçısı  Çexiya  prezidenti  Vatslav  Klausu 

qarşıladı. 

İ l h a m   Ə l i y e v: Hörmətli cənab Prezident! 

Hörmətli qonaqlar, xanımlar və cənablar! 

Mən cənab Prezidenti Azərbaycanda bir daha salamlayıram. 

Bu  gün  biz  Çexiya  Respublikasının  Prezidentinin  ölkəmizə 

səfəri  çərçivəsində  çox  mühüm  bir  tədbirdə,  biznes-  forumda 

toplaşmışıq.  Əminəm  ki,  biznes-forumun  nəticələri  bizim 

gözlədiyimiz  nəticələrə  və  ölkələrimiz  arasında  yaranan 

münasibətlərə uyğun olacaqdır. 

Çexiya  Respublikasının  Prezidentinin  ölkəmizə  səfəri 

mühüm,  deyərdim  ki,  tarixi  xarakterli  hadisədir.  Çünki  bu,  ilk 

səfərdir. Ölkələrimiz arasında əməkdaşlığın bütün illəri ərzində 

ilk dəfədir ki, bu cür yüksək səviyyədə səfər, Prezidentin rəsmi 

səfəri həyata keçirilir. Düzdür, bundan əvvəl də yüksək vəzifəli 

rəhbərlərin  səfərləri  olmuşdur.  Lakin  Prezidentin  rəsmi  səfəri 

xüsusi əhəmiyyət kəsb edir və səfər çox uğurlu keçir. 

Bu  gün  səhər  biz  çox  səmərəli  danışıqlar  apardıq  və  çox 

geniş  spektrli  məsələləri,  o  cümlədən  iqtisadi  sahədə  əmək-

daşlığı,  ölkələrimizin  biznes  strukturları  arasında  əlaqələri 

müzakirə etdik. Hesab edirəm ki, bu gün biz biznes strukturlarına 

daha sıx əməkdaşlıq etmək üçün mühüm işarə  verməliyik. Biznes 

cəmiyyəti siyasi nüanslara həmişə çox həssas münasibət bildirir və 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə