Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə13/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   9   10   11   12   13   14   15   16   ...   114

 

44 


inkişafla  da  tanış  olasınız.  Ümid  edirəm  ki,  Sizin  yaxşı 

təəssüratlarınız olacaqdır. 

Bir daha xoş gəlmisiniz! 

V a t s l a v   K l a u s: Sağ olun, cənab Prezident! 

Yeri  gəlmişkən,  onu  deməliyəm  ki,  biz  cənab  Prezidentlə 

artıq  bütün  problemləri  həll  etmişik.  Yenidən  davam  etməyə, 

məncə  ehtiyac  yoxdur.  Bizim  dostluq  mühitində  keçmiş 

intensiv və səmərəli danışıqlarımız olub. 

Sadəcə,  təkrar  etmək  istəyirəm  ki,  dəvətə  görə  Sizə  dərin 

təşəkkürümü  bildirirəm.  Bu  səfərə  artıq  uzun  müddət  idi  ki, 

hazırlaşırdım.  Hesab etdim  ki,  əgər  dünyanın  bu  bölgəsinə,  bu 

regiona  və  bu  ölkəyə  səfər  etməsəm,  onda  gündəliyim  dolğun 

olmazdı. 

Biz  o  faktı  dəyərləndiririk  ki,  ölkələrimiz  arasında  mü-

nasibətlər son bir neçə il ərzində daha da intensivləşir. Bir  sıra 

siyasətçilərin  və  iş  adamlarının  həyata  keçirilmiş  səfərləri  çox 

müsbət  haldır.  Ümid  etmək  istəyirəm  ki,  bu  gün  imzalanacaq 

sənədlər əməkdaşlığımıza əlavə təkan verəcəkdir. 

 

 



 


 

45 


 

 

 

SƏNƏDLƏRİN  İMZALANMASI MƏRASİMİ 

 

Prezident sarayı  



 

17 may 2011-ci il 

 

Mayın  17-də  prezident  İlham  Əliyevin  və  prezident 



Vatslav  Klausun  nümayəndə  heyətlərinin  iştirakı  ilə  geniş 

tərkibdə  danışıqları  başa  çatdıqdan  sonra  Azərbaycan–Çexiya 

sənədlərinin imzalanması mərasimi olmuşdur. 

«Azərbaycan  Respublikası  Standartlaşdırma,  Metrologiya  və 

Patent  üzrə  Dövlət  Komitəsi  və  Çexiya  Respublikasının  Texniki 

Standartlaşdırma,  Metrologiya  və  Dövlət  Sınaqları  üzrə  İdarəsi 

arasında  standartlaşdırma,  metrologiya  və  uyğunluğun 

qiymətləndirilməsi  sahəsində  əməkdaşlıq  haqqında  Anlaşma 

Memorandumu»nu  Azərbaycan  Respublikası  Standartlaşdırma, 

Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsinin  sədri  Ramiz 

Həsənov  və  Çexiya  Respublikası  Texniki  Standartlaşdırma, 

Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsinin prezidenti Milan 

Holeçek imzaladılar. 

«Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası 

Hökuməti  arasında  məxfi  məlumatın  mübadiləsi  və  qarşılıqlı 

mühafizəsi  haqqında  Saziş»i  Azərbaycanın  Çexiyadakı  səfiri 

Tahir  Tağızadə  və  Çexiyanın  Azərbaycandakı  səfiri  Radek 

Matula imzaladılar. 

«Azərbaycan Respublikası və Çexiya Respublikası arasında 

sərmayələrin  təşviqi  və  qarşılıqlı  qorunması  haqqında  Saziş»i 

Azərbaycanın  Çexiyadakı  səfiri  Tahir  Tağızadə  və  Çexiyanın 

Azərbaycandakı səfiri Radek Matula imzaladılar. 

 

 

 


 

46 


 

 

 

 

ÇEXİYA PREZİDENTİ VATSLAV KLAUS  

İLƏ BİRGƏ BƏYANATLARLA ÇIXIŞLAR 

 

17 may 2011-ci il 

 

Mayın  17-də  Azərbaycan–Çexiya  sənədlərinin  imzalan-



ması  mərasimindən  sonra  Azərbaycan  prezidenti  İlham  Əliyev 

və Çexiya prezidenti Vatslav Klaus bəyanatlarla çıxış etmişlər. 

 

         Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı 

 

Hörmətli cənab Prezident! 



Hörmətli qonaqlar, xanımlar və cənablar! 

Bir  daha  deyirəm,  xoş  gəlmisiniz!  Bu,  ölkəmizə  Sizin  ilk 

rəsmi  səfərinizdir.  Əminəm  ki,  səfərin  müsbət  nəticələri 

olacaqdır.  Biz  gündəlikdə  duran  ikitərəfli  mövzular,  regional 

məsələlər, o cümlədən Avropa İttifaqı ilə Azərbaycan arasında 

əməkdaşlıq  üzrə  geniş  müzakirələr  apardıq.  Tərəflər  arasında 

yüksək  səviyyədə  qarşılıqlı  anlaşma  mövcuddur.  Ölkələrimiz 

arasında  siyasi  münasibətlər  uğurla  inkişaf  edir.  Çexiya 

Respublikası  Prezidentinin  Azərbaycana  rəsmi  səfəri  daha  da 

güclənən  siyasi  dialoqun  göstəricisidir  və  digər  sahələrdə  də 

münasibətlərin  inkişaf  etdirilməsi  üçün  yaxşı  imkan  yaradır. 

İqtisadi əlaqələrin inkişafına hər iki tərəf böyük maraq göstərir. 

Bu  gün  biz  Çexiya–Azərbaycan  biznes-forumunda  iştirak 

edəcəyik.  Bilirəm  ki,  Çexiya  iş  adamlarından  ibarət  böyük 

nümayəndə heyəti cənab Prezidenti müşayiət edir. Əminəm ki, 

işgüzar  dairələr  birgə  işləmək  üçün  bir  çox  imkanlar  əldə 

edəcək,  sərmayə  və  birgə  layihələrin  həyata  keçirilməsi 

imkanlarını araşdıracaqlar. 




 

47 


Avropa  İttifaqı  ilə  Azərbaycan  arasında  tərəfdaşlıq  ikitərəfli 

münasibətlərimizin  bir  hissəsidir.  Biz  Çexiya  tərəfinə  Avropa 

İttifaqı–Azərbaycan  tərəfdaşlığına  verdiyi  dəstəyə  görə  olduqca 

minnətdarıq. Hazırda biz «Şərq Tərəfdaşlığı» Proqramında iştirak 

edirik və ümidvarıq ki, bu proqram nəticəsində Avropa İttifaqı ilə 

Azərbaycan  arasında  münasibətlər  daha  da  sıx  olacaqdır.  Çox 

şadıq  ki,  Azərbaycanın  karbohidrogen  resursları  artıq  Çexiya 

Respublikasının  bazarına  çıxarılır.  Ümidvarıq  ki,  bu  əməkdaşlıq 

növbəti illərdə daha da artacaqdır. Hazırda biz neft ixrac edirik, 

lakin  gələcəkdə  qaz  sektorunda  da  əməkdaşlıq  ikitərəfli 

münasibətlərimizin  bir  hissəsi  olacaqdır.  Bu  ilin  əvvəlində 

Avropa  İttifaqı  ilə  Azərbaycan  arasında  Cənub  qaz  dəhlizi  haq-

qında  Birgə  Bəyannamə  imzalandı.  Avropanın  enerji  təhlükə-

sizliyi  və  Avropa  ilə  enerji  əməkdaşlığı  Avropa  İttifaqı–

Azərbaycan  tərəfdaşlığının  gündəliyində  daim  duran  məsə-

lələrdir. 

Bu  gün  biz,  həmçinin  regional  məsələləri,  o  cümlədən 

regional  əməkdaşlıq  və  təhlükəsizlik  məsələlərini  müzakirə 

etdik.  Mən  cənab  Prezidentə  Ermənistan–Azərbaycan,  Dağlıq 

Qarabağ  münaqişəsi  və  danışıqlar  prosesi  haqqında  məlumat 

verdim.  Uzun  illərdir  ki,  Azərbaycan  əraziləri  işğal  altındadır. 

Azərbaycanlılara  qarşı  etnik  təmizləmə  siyasəti  nəticəsində  1 

milyondan  çox  azərbaycanlı  qaçqın  vəziyyətinə  düşüb  və 

ərazimizin  20  faizi  20  ildir  ki,  işğal  altındadır.  BMT-nin 

Təhlükəsizlik  Şurasının  qətnamələrində  erməni  silahlı  qüvvə-

lərinin  ərazilərimizdən  qeyd-şərtsiz  və  dərhal  çıxarılması  tələb 

edilir.  Təhlükəsizlik  Şurasının  4  qətnaməsi  icra  olunmamış 

qalır.  ATƏT-in  qərarları,  Avropa  parlamentinin,  Avropa 

Şurasının  və  digər  beynəlxalq  təşkilatların  qətnamələri  eyni 

tərzdədir  və  eyni  məna  daşıyır.  Münaqişə  beynəlxalq  hüquq 

normaları  əsasında  həll  olunmalıdır  və  Azərbaycanın  ərazi 

bütövlüyü  bərpa  edilməlidir.  Bundan  sonra  regionda  sülh 

bərqərar olunacaqdır.  

Ümumiyyətlə,  bildirmək  istəyirəm  ki,  ölkələrimiz  arasında 

münasibətlərimiz  olduqca  güclü  tərəfdaşlıq  ruhunda  inkişaf 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə