37
möhtərəm şeyxin Şimali Qafqaz respublikalarına səfərləri,
Şimali Qafqaz respublikalarının rəhbərləri ilə onun görüşləri
ölkəmizdə çox yüksək qiymətləndirilir.
Qafqaz bizim ümumi evimizdir, böyük bir ailə, vahid
orqanizmdir. Etimad tədbirlərini gücləndirmək, Qafqazda
sabitliyi, təhlükəsizliyi möhkəmlətməyə çalışmaq, bu məsələlər
üzərində işləmək çox vacibdir. Biz öz tərəfimizdən regionda
təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə bundan sonra da
töhfə verəcəyik. Hesab edirəm ki, burada əsas amil Yer
kürəsinin Qafqaz kimi gözəl guşəsində məskunlaşan xalqlar
arasında münasibətlərdir. Dini liderlərin bir yerə toplaşması,
müzakirələr aparması, əməkdaşlıq formatına malik olması çox
vacibdir. Çünki sizin sözünüzü bizim bütün xalqlar, bütün
vətəndaşlar eşidir və hörmətli ağsaqqallar kimi, sizdən çox şey
asılıdır.
Azərbaycan ilə Rusiya arasında münasibətlər və əməkdaşlıq
Qafqaz regionunun inkişafının və Qafqazda təhlükəsizliyin
möhkəmlənməsinin mühüm amilidir. Bu, regional inkişafın,
sabitliyin çox mühüm amilidir. Bizim üçün olduqca xoşdur ki,
son illərdə bu münasibətlər çox müsbət, dinamik inkişaf edir.
Biz – iki Qafqaz ölkəsi – Rusiya və Azərbaycan regionda
vəziyyətin sabitləşməsinə çox böyük töhfə veririk. Bizim birgə
fəaliyyətimizdən çox şey asılıdır. Əlbəttə ki, bizim
cəmiyyətlərin qarşısında öz həllini tələb edən vəzifələr durur.
Hesab edirik ki, iqtisadi rifah və iqtisadi artım sabitliyin və
təhlükəsizliyin möhkəmlənməsinin əsas amillərindən biridir.
Bu, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün ən başlıca
amildir.
Biz Azərbaycanda bu məsələlərə böyük diqqət yetiririk və
ölkəmizin inkişafı nümunəsində görürük ki, işsizlik azaldıqca
yoxsulluq da azalır, biznes inkişaf edir, ölkəyə sərmayələr gəlir,
təhlükəsizlik və sabitlik tədbirləri möhkəmlənir. Biz öz
tərəfimizdən Qafqaz regionunda bütün müsbət proseslərdə fəal
iştirak etməyə həmişə hazırıq.
38
Bizim ümumi vəzifəmiz, ümumi borcumuz elə etməkdir ki,
adamlarımız daha yaxşı yaşasın, təhlükəsizlik, layiqli həyat və
iş şəraiti olsun, bütün müsbət proseslərə gəncləri fəal cəlb edək.
Hazırda biz gənclər siyasətinə dair böyük proqram üzərində
işləyirik. Tezliklə 2011–2015-ci illər üçün çox konkret və çox
effektiv Dövlət Proqramı qəbul ediləcəkdir. Həmin proqramda
qərarların icra mexanizmləri və müddətləri, maliyyə bazası və
ən başlıcası, görmək istədiyimiz nəticə dəqiq müəyyən
ediləcəkdir.
Buna görə də bu məsələdə də zərurət olarsa, məslə-
hətləşmələr, təcrübə mübadiləsi aparmağa hazırıq. Çünki
Qafqazda sülh, təhlükəsizlik, tərəqqi, inkişafın olması bizim
üçün çox vacibdir. Azərbaycan xalqı ilə Şimali Qafqaz xalqları
arasında ənənəvi qardaşlıq, dostluq münasibətləri vardır.
Əməkdaşlıq və qarşılıqlı dəstəyimiz çoxəsrlik tarixə malikdir.
Bu əməkdaşlıq indi həm Şimali Qafqaz respublikalarının
rəhbərləri ilə mənim əlaqələrim səviyyəsində, həm də insanlar
və biznes qurumları arasında əlaqələr səviyyəsində davam edir.
Bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün
çox mühüm amildir.
Fürsətdən istifadə edib sizin vasitənizlə Şimali Qafqaz
respublikalarının rəhbərlərinə ehtiramımı və ən xoş arzularımı
çatdırmaq istəyirəm. Onların çoxu dəfələrlə burada olmuşlar.
Lakin istərdim ki, əvvəllər olanlar bir də gəlsinlər, Fikrimcə,
qarşılıqlı səfərlər münasibətlərimizi daha da möhkəm-
ləndirəcəkdir.
Bu gün Bakıda Əlaqələndirmə Şurasının mühüm tədbiri
keçirilir. Mənə xoşdur ki, ölkəmizin paytaxtında bu cür
tədbirlərin keçirilməsi həm Qafqaz respublikaları arasında
əməkdaşlıq çərçivəsində, həm də dünya miqyasında birinci dəfə
deyildir. Bu yaxınlarda biz mədəniyyətlərarası dialoq üzrə
böyük forum keçirdik, dünyadan qonaqlar qəbul etdik. Keçən il
sizin də iştirakınızla dini liderlərin sammitini keçirdik, bu tədbir
də çox uğurlu oldu. Bu il biz Rusiyanın və Azərbaycanın
himayəsi ilə I Beynəlxalq humanitar forum keçirəcəyik. Bu
39
foruma bütün tərəfdaşlarımızı dəvət edəcəyik. Biz bu
məsələlərə böyük əhəmiyyət veririk. Onlara iqtisadiyyat və ya
sənayenin inkişafı məsələlərindən az əhəmiyyət verilməməlidir,
çünki hər şey insanlar üçün, onların rifahı, ölkələrimizin və
bütövlükdə regionun təhlükəsizliyi və inkişafı üçün edilir və
edilməlidir.
Mən bir daha sizi ürəkdən salamlayıram. Xoş gəlmisiniz, siz
bizim əziz qonaqlarımızsınız. Sizi ölkəmizdə görməyə həmişə
şadıq. Sizə və respublikalarınıza firavanlıq və səadət
arzulayıram.
A l l a h ş ü k ü r P a ş a z a d ə (Qafqaz Müsəlmanları
İdarəsinin və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, şeyx-
ülislam): Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin Zati-aliləri
möhtərəm Prezident tərəfindən qəbul edilməsi bizim üçün
böyük şərəfdir. İstərdim ki, Qafqaz Xalqları Ali Dini Şurasının
rəhbəri kimi, burada iştirak edənlər və xüsusən müftilər adından
Sizə bu qəbula görə minnətdarlığımı bildirim.
Zati-aliləri, Sizin dediyiniz kimi, Qafqaz bizim ümumi
evimizdir. Bir məsləkə malik olan biz qafqazlılar bu evin tə-
məlinin qurulması, onun mənafeyi və xoşbəxt gələcəyi üçün
səylərimizi əsirgəməməliyik. Qafqazda sülhün, əmin-amanlığın
bərqərar olunması işində fəal iştirak etməliyik. Təəssüf ki,
özlərini siyasətçi adlandıran bəziləri xalqları bir-birinə qarşı
qoyan, insan həyatına təhlükə yaradan, şər işlərə rəvac verən
təhdidlər və təhlükələr törədirlər. Biz, din xadimləri bunların
əleyhinəyik.
Möhtərəm Prezident, Azərbaycanın Qarabağ kimi çətin
məsələsinin həlli istiqamətində apardığınız siyasətdə biz Sizin
arxanızdayıq. Azərbaycanın haqq işinin müdafiəsi, torpaqlarımızın
azad edilməsi istiqamətində gördüyünüz işləri bəyənirik. Allaha
dualar edirik ki, bu məsələ, İnşallah, sülh yolu ilə tezliklə həll
olunsun. Deyə bilərəm ki, bu gün Azərbaycan bölgədə lider
dövlətdir. Sizin rəhbərliyinizlə Azərbaycanda bütün sahələrdə
sürətli inkişaf gedir. Ona görə tam əminliklə deyə bilərəm ki, bu
Dostları ilə paylaş: |