Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə12/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   8   9   10   11   12   13   14   15   ...   114

 

40 


gün  Azərbaycan  dövləti  Qafqazda  proseslərin  sağlam  məcrada 

getməsinə öz təsirini göstərir. 

Siz  din–dövlət  münasibətlərinin  inkişafında,  mənəvi  irsin 

qorunmasında çox böyük işlər görürsünüz. Ona görə də biz Sizə 

təşəkkürümüzü bildiririk. 

Mən  Qafqaz  Müsəlmanları  İdarəsinin,  Qafqaz  Xalqları  Ali 

Dini Şurasının sədri, MDB dövlətləri Müsəlman Dini Məşvərət 

Şurasının  rəhbəri  və  Dinlərarası  Dialoq  Məşvərət  Şurasının 

həmsədriyəm.  Bunları  sadalamaqda  məqsədim  odur  ki,  bu 

məsul  vəzifələrə  çatmağımda  bir  ustadım,  bir  müəllimim 

olmuşdur.  Bu,  unudulmaz  Heydər  Əliyev  həzrətləridir.  Allah-

Təala  ona  rəhmət  etsin.  Onun  hikmətli  sözləri,  müdrik 

kəlamları, uzaqgörən fikirləri bu  gün də yaşayır və bizi irəliyə 

aparır. Biz, Qafqaz Xalqları Ali Dini Şurasının müftiləri tez-tez 

görüşür və ulu öndərin misilsiz xidmətlərini yada salırıq. Biz bu 

gün də onun qiymətli fikirlərindən istifadə edir və onun ruhuna 

dualar  oxuyuruq.  Biz  Qafqazda  terrorun,  qarşıdurmanın 

əleyhinəyik.  Terrordan  bizim  müftilər  də  ziyan  çəkmişlər. 

Onların  bir  neçəsi  öldürülüb,  şəhid  olub.  Çünki  onlar  haqq 

yolunda  idilər.  İndi  onlar  da,  ulu  öndərimiz  Heydər  Əliyev 

həzrətləri də aramızda yoxdurlar. 

Sizin  getdiyiniz  yol  haqq,  ədalət  yoludur.  Bu  yolda  –  Qaf-

qazın  firavanlığı,  gələcəyi,  xüsusən  Azərbaycanın  inkişafı 

naminə  apardığınız  bütün  işlərdə  biz  Sizin  yanınızdayıq.  Siz 

dini  dəyərlərimizin,  məbədlərimizin,  müqəddəs  yerlərimizin 

qorunmasında,  bərpa  edilməsində çox böyük  işlər  görmüsünüz 

və görürsünüz. Bu işləriniz saymaqla qurtarmaz.  

Burada  əyləşənlərin  hamısı  Sizə,  ailənizə,  ulu  öndərə  çox 

böyük  rəğbət  bəsləyirlər.  Allah-Təala  bütün  işlərinizə  rəvac 

versin. Bizim yolumuz haqq yoludur. Yuxarıda Allahın, aşağıda 

Heydər Əliyevin göstərdiyi yoldur. Bizi bu yoldan heç bir şey 

döndərə bilməyəcəkdir. 

 

 

 




 

41 


 

 

 

 

 

ÇEXİYA RESPUBLİKASININ PREZİDENTİ 

VATSLAV KLAUSUN AZƏRBAYCANA RƏSMİ 

SƏFƏRİ  

 

17 may 2011-ci il 

 

Mayın  17-də  Azərbaycan  Respublikasında  rəsmi  səfərdə 



olan Çexiya  Respublikasının Prezidenti Vatslav Klausun rəsmi 

qarşılanma mərasimi olmuşdur. 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda 

ali qonağın şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü. 

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport 

verdi. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  Çexiya  prezidenti 

Vatslav Klausu və xanımı Liviya Klausovanı qarşıladı. 

Fəxri  qarovul  dəstəsinin  rəisi  Çexiya  prezidentinə  raport 

verdi. 

Çexiyanın və Azərbaycanın dövlət himnləri səsləndi. 

Dövlət  başçıları  Fəxri  qarovul  dəstəsinin  qarşısından 

keçdilər. 

Çexiya prezidenti Azərbaycan əsgərlərini salamladı. 

Azərbaycanın  dövlət  və  hökumət  nümayəndələri  prezident 

Vatslav  Klausa,  Çexiya  nümayəndə  heyətinin  üzvləri prezident 

İlham Əliyevə təqdim olundu. 

Fəxri  qarovul  dəstəsi  hərbi  marşın  sədaları  altında  dövlət 

başçılarının qarşısından keçdi. 

 

 

 

 


 

42 


 

 

 

 

 

 

ÇEXİYA PREZİDENTİ VATSLAV KLAUS İLƏ 

TƏKBƏTƏK GÖRÜŞ 

 

Prezident sarayı   



 

17 may 2011-ci il 

 

Mayın 17-də rəsmi qarşılanma mərasimindən sonra Azər-

baycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  və  Çexiya 

Respublikasının  Prezidenti  Vatslav  Klausun  təkbətək  görüşü 

olmuşdur. 

Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən 

siyasi,  iqtisadi,  enerji  və  digər  sahələrdə  uğurla  inkişaf  etdiyi 

vurğulandı. 

Dövlət  başçıları  ikitərəfli  əlaqələrin  daha  da  genişlən-

dirilməsi üçün yaxşı potensialın olduğunu bildirdilər. 

Prezidentlər  Azərbaycan–Çexiya  münasibətlərinin  Avropa 

İttifaqı  çərçivəsində  əməkdaşlıq  baxımından  əhəmiyyətini  qeyd 

etdilər. 

Görüşdə  ikitərəfli,  regional  və  beynəlxalq  məsələlər  ətra-

fında fikir mübadiləsi aparıldı. 

 

 




 

43 


 

 

 

GENİŞ TƏRKİBDƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

17 may 2011-ci il 

 

Mayın  17-də  təkbətək  görüş  başa  çatdıqdan  sonra 



Azərbaycan  prezidenti  İlham  Əliyevin  və  Çexiya  prezidenti 

Vatslav  Klausun  nümayəndə  heyətlərinin  iştirakı  ilə  geniş  tər-

kibdə görüşü olmuşdur. 

İ l h a m   Ə l i y e v: Hörmətli cənab Prezident! 

Hörmətli qonaqlar! 

Mən Sizi bir daha Azərbaycanda salamlamaq istəyirəm. 

Bu  Sizin  ölkəmizə  ilk  səfərinizdir.  Əminəm  ki,  səfər  çox 

uğurlu olacaqdır. Biz gündəliyimizdə olan müxtəlif mövzulara, 

ikitərəfli  münasibətlərimizə,  o  cümlədən  Avropa  İttifaqı  ilə 

Azərbaycan  arasında  tərəfdaşlığa  aid  çox  yaxşı  müzakirələr 

apardıq. 

Əminəm  ki,  səfər  və  onun  nəticələri  əlaqələrimizi  daha  da 

gücləndirəcəkdir. Biz ölkələrimiz arasında ikitərəfli münasibət-

lərə olduqca böyük əhəmiyyət veririk. Əlaqələrimiz çox uğurla 

inkişaf  edir.  Yüksək  səviyyəli  nümayəndə  heyətlərinin  bir  çox 

səfərləri  həyata  keçirilmişdir.  Əlbəttə  ki,  cənab  Prezidentin 

rəsmi  səfəri  münasibətlərimizin  ən  vacib  məqamıdır.  Əminəm 

ki,  səfər  əməkdaşlığımızın  siyasi,  iqtisadi,  mədəni  və  enerji 

sahələrində  olduqca  fəal  şəkildə  inkişafı  ilə  nəticələnəcəkdir. 

Bir  sözlə,  ikitərəfli  gündəliyimiz  kifayət  qədər  genişdir.  Ümid 

edirik  ki,  səfər  nəticəsində  ölkələrimizin  işgüzar  dairələri  bir 

yerə toplaşacaq və birgə biznes imkanlarını araşdıracaqlar. 

Mən  Sizi  bir  daha  salamlayıram  və  çox  şadam  ki,  proqra-

mınız  çərçivəsində  Siz  Azərbaycan  rayonlarının  birinə  səfər 

edəcəksiniz. Vacibdir ki, nəinki paytaxtla, o cümlədən regional 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə