Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə20/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   16   17   18   19   20   21   22   23   ...   114

 

68 


 

 

 

AVROPA PARLAMENTİNİN SƏDRİ YEJİ BUZEK 

İLƏ  GÖRÜŞ 

 

Prezident sarayı  



 

20 may 2011-ci il 

 

 Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



mayın  20-də  Avropa  parlamentinin  sədri  Yeji  Buzeki  qəbul 

etmişdir. 

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı, Avropa parlamenti 

arasında  əməkdaşlığın  hazırkı  vəziyyəti  və  perspektivləri 

ətrafında fikir mübadiləsi aparıldı, Avropa parlamentinin sədri 

Yeji  Buzekin  ölkəmizə  səfərinin  əlaqələrimizin  daha  da  ge-

nişləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu. 

 

 



 

 

 



 


 

69 


 

 

 

RUSİYA FEDERASİYASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB DMİTRİ MEDVEDEVƏ 

 

Hörmətli Dmitri Anatolyeviç! 



Sizi  və  bütün  Rusiya  xalqını  dövlət  bayramı  –  Rusiya 

günü  münasibətilə  Azərbaycan  xalqı  adından  və  şəxsən  öz 

adımdan səmimi-qəlbdən təbrik edirəm. 

Bu gün dost Rusiya cəmiyyət həyatının siyasi, sosial-iqtisadi 

və  mənəvi  sahələrinin  modernləşdirilməsi  yolunda  uğurla 

irəliləyir. 

Azərbaycan  və  Rusiya  əsrlər  boyu  bir-biri  ilə  sıx  dostluq, 

mehriban  qonşuluq  və  qarşılıqlı  dəstək  telləri  ilə  bağlıdır. 

Əminəm  ki,  bu  mehriban  münasibətlərə  əsaslanaraq  bizim 

çoxşaxəli  əməkdaşlığımız  və  strateji  tərəfdaşlığımız  bundan 

sonra  da  xalqlarımızın  və  ölkələrimizin  firavanlığı,  regionda 

sülh, sabitlik və tərəqqi naminə dinamik inkişaf edəcəkdir. 

Hörmətli  Dmitri  Anatolyeviç,  Sizə  möhkəm  cansağlığı, 

xoşbəxtlik  və  dövləti  fəaliyyətinizdə  uğurlar,  bütün  Rusiya 

xalqına sülh və firavanlıq diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 23 may 2011-ci il 



 

 

 

 

 

 


 

70 


 

 

 

 

BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA 

KRALİÇASI ÜLYAHƏZRƏT  

II ELİZABETƏ 

 

Ülyahəzrət! 



Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 

milli  bayramı  –  Təvəllüd  gününüz  münasibətilə  Sizə  və  bütün 

xalqınıza  şəxsən  öz  adımdan  və  Azərbaycan  xalqı  adından  ən 

səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. 

Bu  gün  Azərbaycan  ilə  Birləşmiş  Krallığı  sıx  dostluq  və 

əməkdaşlıq  əlaqələri  birləşdirir.  Ümidvaram  ki,  dövlətlərarası 

münasibətlərimizin  daha  da  möhkəmləndirilməsi,  bir  sıra 

mühüm  sahələri  əhatə  edən  işbirliyimizin  müvəffəqiyyətlə 

davam  etdirilməsi  bundan sonra da  xalqlarımızın  mənafelərinə 

xidmət edəcəkdir. 

Belə  bir  xoş  gündə  Sizə  möhkəm  cansağlığı,  işlərinizdə 

uğurlar,  Birləşmiş  Krallığın  dost  xalqına  sülh  və  firavanlıq 

diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 23 may 2011-ci il 



 

 

 



 

 

 

 


 

71 


 

 

 

 

PORTUQALİYA RESPUBLİKASININ 

PREZİDENTİ ZATİ-ALİLƏRİ  

CƏNAB ANİBAL KAVAKU SİLVAYA 

 

Hörmətli cənab Prezident! 

Ölkənizin milli bayramı – Portuqaliya günü münasibətilə 

Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. 

Ümidvaram  ki,  Azərbaycan  ilə  Portuqaliya  arasındakı 

mövcud  münasibətlərin,  dostluq  və  əməkdaşlıq  əlaqələrimizin 

inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir. 

Bu  xoş  gündə  Sizə  möhkəm  cansağlığı,  işlərinizdə  uğurlar, 

dost Portuqaliya xalqına sülh və firavanlıq arzulayıram. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 23 may 2011-ci il 



 

 

 


 

72 


 

 

 

FİLİPPİN RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB III BENİQNO AKİNOYA 

 

Hörmətli cənab Prezident! 



Milli bayramınız – Müstəqillik günü münasibətilə Sizə və 

xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. 

Ümidvaram  ki,  Azərbaycan  ilə  Filippin  arasındakı  müna-

sibətlər  xalqlarımızın  mənafelərinə  uyğun  olaraq  daim  inkişaf 

edəcək və genişlənəcəkdir. 

Sizə  möhkəm  cansağlığı,  işlərinizdə  uğurlar,  dost  xalqınıza 

əmin-amanlıq və rifah arzulayıram. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 23 may 2011-ci il 



 

 

 



 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə