Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə17/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   13   14   15   16   17   18   19   20   ...   114

 

57 


Cənab Prezident, xanımlar və cənablar, səmimi qəbula görə, 

Sizin burada olmağınıza görə bir daha təşəkkür edirəm və ümid 

edirəm ki, bu forum müsbət nəticələr verəcəkdir. Çox sağ olun. 

 

* * * 

 

Forumdan sonra prezidentlər İlham Əliyev və Vatslav Klaus 



Dənizkənarı  Milli  Parkda  Bakının  mənzərəsini  seyr  etdilər. 

Çexiya  prezidentinə  son  illərdə  sürətlə  inkişaf  edən 

Azərbaycanın  paytaxtında  görülən  abadlıq  və  quruculuq  işləri 

barədə ətraflı məlumat verildi. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ALİ QONAĞIN ŞƏRƏFİNƏ RƏSMİ ZİYAFƏT   

 

 




 

58 


17 may 2011-ci il 

 

Mayın  17-də  Azərbaycan  Respublikasının  Prezidenti 



İlham  Əliyevin  adından  ölkəmizdə  rəsmi  səfərdə  olan  Çexiya 

prezidenti  Vatslav  Klausun  və  xanımı  Liviya  Klausovanın 

şərəfinə rəsmi ziyafət verilmişdir. 

Dövlət başçıları ziyafətdə nitq söyləmişlər. 

 

Azərbaycan prezidenti İlham Əliyevin nitqi 

 

Hörmətli cənab Prezident! 



Hörmətli xanım Liviya Klausova! 

Hörmətli qonaqlar, xanımlar və cənablar! 

Sizi  və  rəhbərlik  etdiyiniz  nümayəndə  heyətini  məmnu-

niyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz! 

Cənab Prezident, ölkəmizə ilk səfəriniz Azərbaycan–Çexiya 

münasibətlərində əlamətdar hadisədir. İnanıram ki, bu səfəriniz 

müxtəlif  sahələrdə  əməkdaşlığımızın  daha  da  inkişaf 

etdirilməsində mühüm rol oynayacaqdır. 

Keçirdiyimiz  görüşlər,  apardığımız  danışıqlar  və  fikir 

mübadiləsi,  habelə  imzalanan  sənədlər  və  bugünkü  biznes-fo-

rum  əlaqələrimizin  yeni  mərhələyə  qalxmasına  təkan  verə-

cəkdir. 


Mən  ikitərəfli  münasibətlərimizin  inkişaf  etməsi  və  key-

fiyyətcə yeni mərhələyə qalxması məqsədi ilə qarşılıqlı səylərin 

artırılmasını vacib sayıram. 

Bu  gün  ölkələrimiz  arasında  müxtəlif  sahələrdə  əməkdaş-

lığın inkişafı üçün əlverişli şərait və imkanlar vardır. Azərbay-

canda gedən böyük tikinti işlərində çex banklarının da kreditor 

qismində  iştirak  etməsi  müsbət  haldır.  Çexiya  Respublikasının 

enerji  bazarında  Azərbaycan  nefti  mühüm  yer  tutur.  Bu 

baxımdan  əlaqələrimizin  daha  da intensivləşdirilməsi  üçün  hər 

iki  ölkənin  iqtisadi  subyektləri  arasında  birbaşa  əməliyyatların 

aparılmasına  ehtiyac  yaranmışdır.  Ölkələrimiz  beynəlxalq  və 

regional  təşkilatlar  çərçivəsində  sıx  əməkdaşlıq  edir. 




 

59 


Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və Avroatlantik 

strukturlarla  əlaqələr  mühüm  yer  tutur.  BMT,  ATƏT,  Avropa 

İttifaqı, Avropa Şurasında əməkdaşlığımız məmnunluq doğurur. 

Azərbaycan  enerji  sahəsində  etibarlı  tərəfdaşdır  və  Avro-

panın  enerji  təhlükəsizliyinin  təmin  olunması  üçün  bundan 

sonra  da  öz  töhfəsini  verməyə  hazırdır.  Biz  enerji  resurs-

larımızın bütün istiqamətlərdə dünya bazarlarına çıxarılmasında 

maraqlıyıq  və  müxtəlif  layihələr  üzərində  işləyirik.  Enerji 

sahəsində  əməkdaşlıq  Avropa  İttifaqı  ilə  münasibətlərimizin 

əsas  istiqamətlərindən  biridir.  Azərbaycan  ilə  Avropa  İttifaqı 

arasında  2006-cı  ildə  imzalanmış  enerji  sahəsində  strateji 

tərəfdaşlıq  haqqında  Anlaşma  Memorandumu,  eləcə də  bu ilin 

yanvar  ayında  imzalanmış  Cənub  qaz  dəhlizi  haqqında  Birgə 

Bəyannamə bunun bariz nümunəsidir. 

Son  illər  Azərbaycanda  həyata  keçirilən  konkret  layihələr 

ölkəmizin  dinamik  inkişafını  təmin  edir,  regionda  əməkdaşlıq 

proseslərinə  müsbət  təsir  göstərir.  Görülən  işlər  nəticəsində 

Azərbaycan  sürətlə  inkişaf  edir.  Hətta  dünya  maliyyə  böh-

ranının  çətin  illərində  belə,  ölkəmizin  iqtisadi  inkişafı  davam 

etmişdir.  Son  7  ildə  ölkədə  ümumi  daxili  məhsul  təxminən  3 

dəfə, 2009-cu və 2010-cu illərdə iqtisadiyyatımız 14 faiz artmış, 

valyuta  ehtiyatları  təxminən  35  milyard  ABŞ  dollarına 

çatdırılmış,  yoxsulluq  səviyyəsində  yaşayan  insanların  sayı  5 

dəfə  azalmış,  ölkəmizə  80  milyard  dollardan  çox  sərmayə 

qoyulmuş, 900 mindən çox yeni iş yeri açılmışdır. 

Lakin  təəssüflə  qeyd  etməliyəm  ki,  Azərbaycanın  ən  ağrılı 

problemi  olan  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsi bu günə kimi həll edilməmişdir. Ermənistanın hərbi 

təcavüzü  nəticəsində  Azərbaycan  ərazisinin  20  faizi  –  Dağlıq 

Qarabağ və ətrafdakı 7 rayon hələ də işğal altında qalmaqdadır. 

Ermənistanın  işğal  etdiyi  Azərbaycan  ərazilərində  etnik 

təmizləmə siyasəti aparılmış, 1 milyondan artıq insan qaçqın və 

məcburi  köçkün  vəziyyətinə  düşmüşdür.  Münaqişə  ilə  bağlı 

BMT  Təhlükəsizlik  Şurasının  dörd  qətnaməsi,  ATƏT,  Avropa 

parlamenti,  Avropa  Şurasının  Parlament  Assambleyası,  NATO 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə