Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə16/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   12   13   14   15   16   17   18   19   ...   114

 

54 


xəstəliyindən  danışmır,  bu  gün  artıq  ölkəmizin  iqtisadi 

inkişafından söhbət gedir. 

Son  7  ildə  Azərbaycanda  ümumi  daxili  məhsul,  sənaye 

təxminən 3 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 5 dəfə aşağı 

düşmüşdür. Bu, bazar iqtisadiyyatının və sosial məsələlərin, bir 

növ  bir-birini  tamamlayaraq  həll  olunmasını  göstərir.  Çox  iri 

infrastruktur  layihələri  –  kommunikasiya,  nəqliyyat,  neft-qaz 

layihələrini həyata keçirmişik və bu gün Azərbaycan nefti həm 

də Çexiya Respublikasının bazarına daxil olur. Əminəm ki, bu 

da ixracın şaxələndirilməsinə və iqtisadiyyatın inkişafına kömək 

edir. 

Bu  gün  biz  dünyada  ən  iri  qaz  yataqlarından  birini  –  ehti-



yatlarının  həcmi  bir  trilyon  kubmetrdən  çox  olan  «Şahdəniz» 

yatağını  işləyirik.  Ümumiyyətlə,  Azərbaycanda  təsdiqlənmiş 

qaz ehtiyatları 2,2 trilyon kubmetrə bərabərdir. Əminəm ki, bu 

ehtiyatlar  artacaqdır,  biz  hələ  yeni  yataqların  kəşfiyyatı 

mərhələsindəyik və Azərbaycanın qaz potensialı bizim tərəfdaş 

ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol 

oynayacaqdır. 

Bu  gün  bizim  enerji  ehtiyatlarını  dünya  bazarlarına  çat-

dırmaq  üçün  şaxələndirilmiş  yollarımız  vardır.  Enerji  ehtiyat-

larını bütün istiqamətlər üzrə – həm Şimala, həm Qərbə, həm də 

Cənuba  nəql  edən  üç  neft  kəməri  və  dörd  qaz  kəməri  vardır. 

Şaxələndirmə  tamamilə  təmin  edilmişdir.  Biz  enerji 

ehtiyatlarının  çatdırılma  mənbələrini  şaxələndirməyə  çalışan 

istehlakçıları  başa  düşürük.  Buna  görə  də  biz  istehsalçılar  və 

istehlakçılar  arasında  səyləri  əlaqələndirməyə,  mənafeləri 

tarazlaşdırmağa  və  şaxələndirməyə,  habelə  azad  rəqabətə  can 

atırıq. 

Ölkəmizdə  bundan  sonra  da  zəruri  islahatlar  həyata  keçiri-

ləcəkdir.  Biz  iri  regional  inkişaf  proqramını  reallaşdırırıq  və 

təkcə  Bakı  deyil,  ilk  növbədə  regionlarımız  inkişaf  edir.  Son 

yeddi ildən bir qədər artıq müddətdə regional inkişaf proqramı 

sayəsində  Azərbaycanda  900  mindən  çox  yeni  iş  yeri 

yaradılmışdır  və  bu  iş  yerlərinin  böyük  əksəriyyəti  region-



 

55 


lardadır. Azərbaycan İnvestisiya Şirkətini yaratmışıq. Bu şirkət 

bizim  iqtisadiyyat  üçün  mühüm  layihələrdə  sərmayədarlardan 

biridir.  

Mən  bu  fürsətdən  istifadə  edərək  Çexiya  Respublikasından 

olan  biznesmenləri  bizim  tərəfdaşlarımız  olmağa,  layihələrdə 

investorlar  və  ya  kontraktorlar  qismində  iştirak  etməyə  dəvət 

etmək  istəyirəm  və  əminəm  ki,  bunun  üçün  bütün  imkanlar 

vardır.  Sizin  ölkənin  banklarına  bizim  ölkədə  həyata  keçirilən 

mühüm  infrastruktur  layihələrinin  maliyyələşdirilməsinə  görə 

təşəkkür  etmək  istərdim.  Ümid  edirəm  ki,  bu  əməkdaşlıq 

bundan sonra da uğurla davam edəcəkdir. 

Mən  bizim  əziz  qonaqlarımızı  bir  daha  salamlamaq  və 

ümidvar  olduğumu  bildirmək  istəyirəm  ki,  həm  səfər,  həm  də 

biznes-forum  yaxşı  nəticələr  verəcəkdir  və  biz  daha  tez-tez 

görüşəcəyik. 

V a t s l a v   K l a u s: Mən çox şadam ki, biz bu səfər barə-

də  2 il bundan  əvvəl  Praqada  prezident  Əliyevlə  razılaşmışdıq 

və nəhayət, onu təşkil etmək mümkün oldu. Ümid edirəm ki, bu 

səfər    təkcə  mənim  səfərim  deyil,  həm  də  bizim  nümayəndə 

heyətinin, biznesmenlərin nümayəndə heyətinin səfəridir, cənab 

Prezidentin  dediyi  kimi,  bizim  bütün  sahələrdə,  o  cümlədən 

iqtisadiyyat  sahəsində  ikitərəfli  münasibətləri  inkişaf  etdir-

məkdə  maraqlı  olmağımıza  mühüm  işarədir.  İqtisadiyyat  ən 

mühüm  sahələrdən  biridir.  Çünki  o  bizim  münasibətlərin  daha 

da  inkişaf  etdirilməsi  üçün  ciddi  bazadır.  Cənab  Prezidentin 

dediyi  kimi,  bizim  müsbət,  səmərəli,  faydalı  danışıqlarımız 

olmuşdur.  Biz  bir-birimizi  çox  yaxşı  başa  düşürük  və  bu, 

gələcək əməkdaşlıq üçün yaxşı bazadır. 

Biz  təkcə  danışıqlar  aparmadıq,  həm  də  dövlətlərimiz  ara-

sında üç müqavilə imzaladıq. 

Cənab Prezident, biz iqtisadiyyatın sürətlə inkişaf etməsinin 

şahidiyik.  Bu  gün  təkcə  Bakı  şəhərində  olmaqla  bunu  yəqin 

etdik.  Ola  bilsin  ki,  ölkənin  regionlarında  bu  inkişaf  bir  qədər 

başqa  cür  görünür.  Sonuncu  dəfə  şəhərdə  bu  qədər  inşaat 

kranını Çində görmüşdüm. Ola bilər ki, Siz bunları Potyomkin 




 

56 


kəndləri  kimi  göstərirsiniz,  istəyirsiniz  burada  necə  inkişaf 

olduğunu görək. Lakin bu da innovasiya, marketinq olardı. Bu, 

maraqlı ideya olardı. 

Biz buraya açıq gözlə gəlmişik ki, Sizin ölkənizi başa düşək, 

burada nə baş verdiyini anlayaq. 

Bizdə  heç  bir  maliyyə  böhranı  olmamışdır.  Çexiya  hökuməti 

bizim bank, maliyyə sisteminə bir Çexiya kronu da verməmişdir. 

Bunu  etməyə  ehtiyac  yox  idi,  bizdə  heç  nə  olmamışdı.  Lakin 

bizdən  qərbdəki  bazarlar  hər  şeyi  itirdilər.  Beləliklə,  biz  Qərbə 

ixracımızın xeyli hissəsini itirdik. Buna görə də 2009-cu ildə bizdə 

iqtisadi tənəzzül oldu. İndi isə deyə bilərəm ki, biz bərpa olunuruq, 

iqtisadiyyatımız,  demək  olar  ki,  normal  Avropa  sürəti  ilə  artır. 

Əlbəttə, bu artım sizdə bir neçə il ərzində müşahidə olunan 20–30 

faizlik artım deyildir. Mən ümid edirəm ki, bizim biznesmenlər bu 

iqtisadi böhran dövründə nəyisə başa düşdülər. Biz başa düşdük ki, 

ixracın  bu  qədər  yüksək  hissəsinin  birtərəfli  olması  çox 

təhlükəlidir.  Buna  görə  də  bizim  biznesmenlər  ixracı  və  ticarəti 

şaxələndirməyə  bu  qədər  böyük  maraq  göstərirlər.  Fikrimcə, 

çexiyalı  sahibkarların  Azərbaycana  səfərə  marağının  əsas  səbəbi 

budur. Cənab Prezident, mən ümid edirəm ki, onlar nahardan sonra 

haradasa  bir  kafedə  əyləşməmiş,  burada  işləmişlər.  Ümid  edirəm 

ki,  bizim  çıxışlarımız  biznes-forumun  başlanğıcı  deyil,  artıq 

sonudur.  Mən  onların  nə  deyəcəklərini,  hansı  nəticələrə  nail 

olduqlarını gözləyirəm. 

Biz  Qarabağ  problemini  hiss  edirik.  Ümid  edirik  ki,  bu 

problemi  həll  edə  biləcək  müəyyən  perspektiv  vardır.  Biz  bu 

istiqamətdə Sizi dəstəkləməyə hazırıq. 

Cənab Prezident, biz  ölkənizin Avropa ruhunu da çox yaxşı 

başa düşür və hiss edirik. Bu mənada da biz sizi dəstəkləyirik. 2 

il  əvvəl  bizim  «Şərq  Tərəfdaşlığı»  ideyası  ilə  əlaqədar  ilk 

görüşümüz  olmuşdu.  Biz  Praqada  görüşmüşdük.  Bu  ilin 

payızında  həmin  proqram  üzrə  sammit  Varşavada  olacaqdır. 

Mən ümid edirəm ki, bu görüş müsbət nəticələr verəcəkdir. 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə