Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə24/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   20   21   22   23   24   25   26   27   ...   114

 

83 


Biz  bunu  tezliklə  operativ  şəkildə  həll  etdik.  Müvafiq  gös-

tərişlər  verilmişdi.  Belə  də  olmalıdır.  İnsanları  narahat  edən 

məsələ  varsa,  onu  mən  bilməliyəm  və  onu  tezliklə  həll 

etməliyəm.  Bu  yolun  çəkilişindən  sonra  qəsəbəyə  gəliş-gediş 

çox rahat olub. Yol gözəl, müasir səviyyədədir. 

S  a  k  i  n:  Sizi  yenidən  rayonumuzda  görməyimizə  çox  şa-

dıq.  Bu  bizim  üçün  çox  böyük  şərəfdir.  Bu  işlər  20  gün 

müddətində  yerinə  yetirilmiş  və  təbii  ki,  müxtəlif  tədbirlər 

görülmüşdür.  Qısa  müddətdə  25  məcburi  köçkün  ailəsi  yaxşı 

evlərə  köçürülmüşdür.  Onlar  çox  razıdırlar.  Bu  qədər  qısa 

müddətdə  belə  bir  yolun  çəkilməsinə  görə  Sizə  çox  təşəkkür 

edirik. Məsafə 5-6 dəfə qısalmışdır. 

İ  l  h  a  m      Ə  l  i  y  e  v:  Yəqin  ki,  siz  Zabrat  tərəfə  gedib, 

oradan dönürdünüz? 



S  a  k  i  n:  Bəli,  Zabrat  tərəfə  gedib  oradan  mərkəzi  yola 

dönürdük. 



İ l h a m   Ə l i y e v: Siz bu yola görün nə qədər vaxt sərf 

edirdiniz. 



S  a  k  i  n:  Bakıxanov,  Bülbülə,  Əmircan  və  Əhmədli  qəsə-

bələri tərəfə, eləcə də aeroporta gedən yol 5-6 dəfə qısalmışdır. 

Bu bizə – Sabunçu sakinlərinə böyük hədiyyədir. Bu yola görə 

biz Sizə çox təşəkkür edirik.  



İ l h a m   Ə l i y e v: Xoş sözlərinizə görə sağ olun. 

Dövlətimizin başçısı Bakıətrafı kənd və qəsəbələrdə abadlıq 

və quruculuq işlərinin ardıcıl olaraq davam etdiriləcəyini qeyd 

edərək, işlərin sürətlə və keyfiyyətlə həyata keçirilməsində icti-

mai nəzarəti gücləndirməyin vacibliyini bir daha vurğuladı. 

İ l h a m   Ə l i y e v: Burada yaşayan bizim soydaşlarımız – 

qaçqınlardır.  Onları  da  biz  yaxşı  yerlərə  köçürdük,  onlar  da 

razıdırlar, əhali də razıdır. Belə məsələlərlə bağlı gələcəkdə də 

çox ciddi addımlar atılacaqdır. 



 

 

 

 


 

84 


 

DÜNYA BANKININ CƏNUBİ QAFQAZ ÜZRƏ 

DİREKTORU ƏSƏD ALAM İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  

 

25 may 2011-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ma-



yın 25-də Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Əsəd 

Alamı qəbul etmişdir. 

Görüşdə  Azərbaycan  ilə  Dünya  Bankı  arasında  uğurlu 

əməkdaşlığın  həyata  keçirildiyi  vurğulandı,  bir  sıra  mühüm 

layihələr üzrə fəal işlərin aparıldığı qeyd edildi, ölkəmizin mü-

vafiq strukturları ilə  Dünya  Bankı arasında  əlaqələrin  bundan 

sonra da genişlənəcəyinə əminlik ifadə olundu. 

 

 



 

85 


 

 

 

BRİTANİYA–AZƏRBAYCAN PARLAMENT 

QRUPUNUN SƏDRİ MARK FİELDİN BAŞÇILIQ 

ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

26 may 2011-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ma-



yın  26-da  Britaniya–Azərbaycan  parlament  qrupunun  sədri, 

Konservativ Partiyasının, «Cities of London and Westminster» 

ərazisindən  Kəşfiyyat  və  Təhlükəsizlik  Komitəsinin  üzvü  Mark 

Fieldin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Britaniya–Azərbaycan parlament qrupunun sədri bildirdi ki, 

başçılıq  etdiyi  qrupun  fəaliyyətinin  əsas  istiqamətlərindən  biri 

Azərbaycan  haqqında  məlumatları  Böyük  Britaniya  par-

lamentinin üzvlərinə çatdırmaqdır. Azərbaycanın təkcə neft-qaz 

sahəsində deyil, eləcə də qeyri-neft sektorunda böyük potensiala 

malik  olduğunu  deyən  Mark  Field  ölkələrimiz  arasında  kənd 

təsərrüfatı,  turizm,  idman,  mədəniyyət  və  digər  sahələrdə 

qarşılıqlı  təcrübə  mübadiləsi  aparılacağına  ümidvar  olduğunu 

dedi.  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə 

toxunan britaniyalı qonaq münaqişə ilə bağlı son 20 ildə Azər-

baycan xalqının və hökumətinin böyük səbir nümayiş etdirdiyini 

və  Azərbaycanın  bu  məsələ  ilə  bağlı  keçirdiyi  narahatlığın 

onlar  tərəfindən  başa  düşüldüyünü  bildirdi,  səfər  müddətində 

problemlə yaxından tanış olacaqlarını dedi. 

Dövlətimizin  başçısı  Britaniya–Azərbaycan  parlament  qru-

punun  Azərbaycanda əldə edilən  nailiyyətlər  və  qarşıda  duran 

vəzifələrlə bağlı məlumatların Böyük Britaniyaya çatdırılmasını 

yüksək  qiymətləndirdi.  Prezident  İlham  Əliyev  ölkələrimiz 

arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bir 


 

86 


çox  sahələri  əhatə  etdiyini  vurğuladı,  enerji  sahəsində 

əlaqələrimizin uzun tarixə malik olduğunu dedi. Əlaqələrimizin, 

turizm, idman, mədəniyyət, qeyri-neft sektoruna investisiyaların 

qoyulması və digər sahələrdə genişləndirilməsinin önəmini qeyd 

edən  dövlətimizin  başçısı  qarşılıqlı  faydalı  əməkdaşlığın  daha 

da  inkişaf  etdirilməsi  üçün  imkanları  araşdırmağın  vacibliyini 

bildirdi. 

 

 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə