Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə22/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   18   19   20   21   22   23   24   25   ...   114

 

77 


Bakıətrafı qəsəbələrdə bütün sosial və iqtisadi məsələlər həllini 

tapacaqdır.  İndi  biz  birinci  mərhələdə  yolların  çəkilişi  ilə 

məşğuluq. Müvafiq göstərişlər verilib, vəsait ayrılıb və Şüvəlan 

qəsəbəsində  yollar  çəkilir.  Bununla  bərabər,  bütün  başqa 

məsələlər də öz həllini tapmalıdır. 

Proqramda  hər  bir  qəsəbə  üzrə  konkret  layihələr  nəzərdə 

tutulubdur.  Şüvəlan  qəsəbəsində  də  həllini  gözləyən  bütün 

məsələlər həll olunacaqdır. Xüsusilə yollar, qazlaşdırma ilə bağlı 

məsələlər  daha  da  böyük  həcmdə  həll  olunmalıdır.  Qaz 

təchizatında işlər daha da yaxşı görülməlidir. Su və kanalizasiya 

məsələləri  həll  edilməlidir.  Bilirəm  ki,  insanları  ən  çox  narahat 

edən  məsələ  budur.  Bütün  sosial  məsələlər    həll  olunmalıdır. 

Uşaq bağçaları, məktəblər təmir olunmalıdır. Elə etməliyik ki, iki 

il  yarım  ərzində  Bakının  bütün  ətraf  qəsəbələrində  sosial  və 

infrastruktur məsələləri öz həllini tapsın. Bu günə qədər müəyyən 

işlər  görülmüşdür.  O  cümlədən  Şüvəlan  qəsəbəsində  abadlıq, 

quruculuq işləri aparılmışdır, yeni binalar, məktəblər tikilmişdir. 

Ancaq  icrasını gözləyən məsələlər tezliklə öz həllini tapmalıdır. 

Sizdən  xahiş  edirəm,  bu  işlərə  nəzarət  edəsiniz  və  çatışmayan 

məsələlər haqqında məlumat verəsiniz. 

Keçən dəfə Mərdəkan qəsəbəsində olarkən vətəndaşlarla görüş 

zamanı  məsələ  qaldırıldı  ki,  5  il  əvvəl  tikilmiş  məktəb  artıq 

yararsız vəziyyətə düşmüşdür. Mən özüm o məktəblə tanış oldum, 

gördüm ki, doğrudan da orada təmirə ehtiyac vardır. Görünür ki, 

vaxtilə  o  məktəbi  tikənlər  məsələyə  çox  laqeyd  yanaşmışlar. 

Keyfiyyətsiz  işlər  görmüşlər  və  yaxşı  ki,  mənə  məlumat  verildi. 

Məlumat verilməsəydi bilməyəcəkdim. Deyəcəkdim ki, məktəb 5 

il bundan əvvəl tikilibdir, yaxşı vəziyyətdədir. Ona görə də görülən 

işlərə  ictimai  nəzarət  və  əhali  tərəfindən  nəzarət  olmalıdır, 

çatışmayan məsələlər haqqında da vaxtında məlumat verilməlidir. 

Yəqin ki, siz proqramda Şüvəlan qəsəbəsi ilə bağlı nəzərdə 

tutulmuş  məsələlərlə  tanışsınız.  Əgər  əlavə  arzularınız, 

xahişləriniz  varsa  mənə  deyin  ki,  biz  onları  da  nəzərə  alaq. 

Çünki  proqramın  hazırlanması  işinə  biz,  əlbəttə  ki,  bütün 

müvafiq  dövlət  qurumlarını  cəlb  etmişdik  və  maksimum 



 

78 


çalışmışdıq ki, bütün məsələlər bu proqrama salınsın. Bəlkə elə 

məsələ vardır ki, orada yoxdur, amma həllini gözləyir. Siz mənə 

deyin,  onları  da  həll  edək.  İstəyirəm  ki,  Bakıətrafı  qəsəbələrin 

hamısında  bütün  məsələlər,  həllini  gözləyən  işlər  tezliklə  və 

yüksək keyfiyyətlə icra edilsin. 

S a k i n: Cənab Prezident, Bakıətrafı kəndlərin abadlaşdırıl-

ması  ilə  bağlı  qəbul  etdiyiniz  sərəncam  bizi  çox  sevindirir. 

Şüvəlanda  yaşayanların  böyük  əksəriyyəti  Qala  kəndindəndir. 

Qala kəndinin abadlaşması, onun tarixi möhtəşəmliyinin özünə 

qaytarılması da bizi çox sevindirir. Buna görə Sizə və Mehriban 

xanıma  möhkəm  cansağlığı  arzulayırıq.  Sizin  gördüyünüz  bu 

işlər biz dindarları ikiqat sevindirir. Quranın ayələrini oxuduqda 

görürük  ki,  Allah  bizə  xatırladır:  «Torpaqdan  yaranmısınızsa, 

torpağın üzərində quruculuq işləri görün, torpağı abadlaşdırın». 

Biz  Quranın  bu  ayəsində  deyilənləri  Sizin  həyata  keçirdiyiniz 

işlərin timsalında çox aydın görürük. Bütün bunlara görə Allah-

Təaladan Sizə müvəffəqiyyət, möhkəm cansağlığı arzulayırıq.  



İ l h a m   Ə l i y e v: Sağ olun. Biz elə etməliyik ki, ölkə 

qarşısında duran bütün vəzifələr öz həllini tapsın. Həm iqtisadi, 

həm  sosial  məsələlərin  həlli  ilə  ciddi  məşğuluq.  Tarixi 

keçmişimizə, mədəniyyətimizə, dini abidələrin qorunmasına da 

böyük  diqqət  göstərilir.  İndi  ölkədə  bütün  dini  abidələrimiz 

böyük  zövqlə,  böyük  sevgi  ilə  təmir  edilir,  bərpa  olunur.  Bu 

bizim  mənəvi  dayağımızdır.  Biz  çox  möhkəm  milli  və  tarixi 

təməl  üzərində  müasir  dövlət  qururuq.  Mədəniyyətlə  bağlı 

bütün məsələlər də Azərbaycanda uğurla həll olunur. 

Siz Qala kəndini misal gətirdiniz. Qala indi ölkə miqyasında 

çox  yaxşı  tanınan  bir  kənd  olubdur.  Çünki  orada  Etnoqrafiya 

Muzeyinin  fəaliyyətə  başlaması  və  onun  ətrafında  gedən 

abadlıq  işləri  zövq  oxşayır.  Həm  ölkə  vətəndaşları,  həm  də 

xaricdən  gələn  qonaqlar  çalışırlar  ki,  oraya  getsinlər  və  orada 

Azərbaycanın qədim tarixi ilə əyani şəkildə tanış olsunlar. Qala 

kəndinin  abadlaşması  ilə  bağlı  əlavə  göstərişlər  verilmişdir. 

Orada  böyük  binalar  tikilir,  gözəl  istirahət  zonaları  yaradılır. 



 

79 


Hesab  edirəm  ki,  yaxın  zamanlarda  oraya  insan  axını  daha  da 

güclü olacaqdır. 

Bütün bu işlərin görülməsi bir daha ölkəmizin həm  gücünü 

göstərir,  həm  də  ki,  zəngin  mədəniyyətimizi  təcəssüm  etdirir. 

Biz  elə  etməliyik  ki,  dünyada  Azərbaycanı  daha  da  yaxşı 

tanısınlar.  Bu  gün  Bakıya,  digər  şəhər  və  rayonlara  gələnlər 

etiraf edirlər ki, burada olan inkişaf heç bir yerdə yoxdur. Bakı 

bu  gün  dünyanın  ən  gözəl  şəhərlərindən  birinə  çevrilmişdir. 

Həm Bakının tarixi siması qorunub saxlanılır, həm də müasirlik 

vardır. Bakıda olan infrastruktur, yollar, körpülər deyə bilərəm 

ki,  hər  bir  paytaxta  yaraşıq  verə  biləcək  bir  mənzərədir.  Mən 

istəyirəm ki, bütün qəsəbələr də belə gözəl olsun. 

Biz  ölkəmizi  ona  görə  qururuq  ki,  Azərbaycan  vətəndaşları 

rahat  yaşasınlar.  Yaşamaq,  işləmək  üçün  bütün  şərait  olsun. 

Uşaqlar  yaxşı  məktəbə  getsinlər,  yaxşı  tibb  mərkəzləri 

yaradılsın,  yollar  yaxşı  olsun.  Kommunal  infrastruktur,  idman 

qurğuları müasir tələblərə cavab versin. 

Bu  bölgədə  bu  istiqamətdə  əvvəlki  dövrdə  də  işlər  görül-

müşdür.  Burada  stadion  tikilibdir.  Ondan  sonra  bu  ərazilərdə 

idman  kompleksi  Şağanda  açılıbdır.  Mərdəkanda  26  saylı 

xəstəxana  əsaslı təmir  ediləcək  və  bütün bu  qəsəbələrə  xidmət 

göstərəcəkdir. Burada digər müasir obyektlər, ticarət obyektləri 

yaradılır.  Bilirsiniz  ki,  bu  bölgənin  tarixi  çox  zəngindir. 

Şüvəlan,  Mərdəkan  qəsəbələri  və  ətraf  qəsəbələr  böyük  tarixə 

malikdir.  Biz  bu  qəsəbələrin  inkişafına  xüsusi  diqqət 

göstərməliyik  və  burada  yaşayan  vətəndaşlar  bütün  lazımi 

infrastruktur imkanları ilə təmin edilməlidir. Məqsədim bundan 

ibarətdir. 

Son  illər  ərzində  görülmüş  işlər  ölkəmizi  qabağa  aparıbdır. 

Amma hələ də narahatedici məsələlər vardır. Mən istəyirəm ki, 

2013-cü ilə qədər, yəni ikinci Dövlət Proqramının başa çatması 

ilə əlaqədar bütün əsas məsələlər də həllini tapsın. 



S  a  k  i  n:  Mən  ağsaqqallar  və  ziyalılar  adından  Sizə  «Xoş 

gəlmisiniz!»  –  deyirəm.  İnsan  həyatı  üçün  zəruri  olan  sudur, 

işıqdır, qazdır – hamısı həll olunub. Mən kanalizasiya məsələsini 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə