Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə23/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   19   20   21   22   23   24   25   26   ...   114

 

80 


xüsusi  qeyd  etmək  istəyirəm.  Bu  kanalizasiyanın  çəkilməsi 

həyətlərdəki su quyularının saflaşmasına səbəb olacaqdır.  



S  a  k  i  n:  Hörmətli  Prezident,  mən  də  Şüvəlanın  qadınları 

adından Sizi salamlayıram, «Xoş gəlmisiniz!» – deyirəm. 

Ulu  öndərimizin  təbirincə  desək,  hər  şey  təhsildən  başlayır. 

Bu  gün  qəsəbəmizdə  bütün  ümumtəhsil  məktəbləri,  internat 

məktəbləri, demək olar ki, əsaslı şəkildə təmir olunmuş, bəziləri 

də  yenidən  qurulmuşdur.  Buna  görə  biz  şəxsən  Sizə,  Mehriban 

xanıma böyük təşəkkürümüzü bildiririk. 

Şüvəlan  qəsəbəsində  gənclərin  asudə  vaxtının  səmərəli 

təşkili  üçün  yeni  böyük  stadion  açılmışdır.  Gənclərimiz  bu 

stadionu çox sevirlər, orada məşğul olurlar. Yeni futbol məktəbi 

yaradılmışdır. Orada hazırda tikinti gedir. Onun yanında böyük 

mehmanxana,  böyük  idman  kompleksi  açılacaqdır.  Yaradıcılıq 

evləri  əsaslı  təmir  olunmuşdur.  Mədəniyyət  sarayımız  çox 

gözəl, müasir standartlara uyğun şəkildə yenidən qurulmuşdur. 

Orada  klublar,  dərnəklər  təşkil  edilib  ki,  gənclərimiz  məşğul 

olurlar. 

Makarenko  adına  gimnaziya  hazırda  əsaslı  təmirdədir. 

Bağçaları,  körpələri  də  yaddan  çıxarmayıblar.  Uşaqlar  üçün 

hazırda  üçmərtəbəli  möhtəşəm  bağça  binası  tikilir.  Biz  onun 

açılışını səbirsizliklə gözləyirik. 

Şüvəlanda  gözəl  parkımız  vardır.  Vaxtilə  Şüvəlan  camaatı 

parkda dincəlmək üçün şəhərə gedirdi. İndi şəhərdəki qonaqlar 

bizə  gəlir.  Bu  park  da  Sizin  sərəncamınızla  yüksək  səviyyədə 

təmir  olunmuşdur.  Bütün  bunlar  üçün  Sizə  son  dərəcə 

minnətdarıq,  ürəkdən  təşəkkür  edirik,  uzun  ömür,  ailənizlə 

birlikdə cansağlığı arzulayırıq. 



İ l h a m   Ə l i y e v: Tamamilə düz söyləyirsiniz ki, həm 

sosial  sahədə,  həm  də  mədəniyyət  sahəsində  çox  işlər  görü-

lübdür. Daha da böyük işlər görülməlidir. Uşaq bağçaları tikilir, 

təmir edilir. Elə etməliyik  ki, onların və məktəblərin səviyyəsi 

yaxşı  olsun.  İndi  doğrudan  da  Bakıdan  Şüvəlana  gəlirlər  – 

ticarət mərkəzlərinə, istirahət zonalarına. 




 

81 


İndi  qəsəbəyə  Bakıdan  gələn  yolda  gözəl  körpü  tikilir. 

Əvvəlki dövrdə o dairələrdə maşınlar tıxacda gözləyirdilər. İndi 

dairə  yoxdur.  Bakıdan  buraya  qədər  sonuncu  dairə  Mərdəkan 

dairəsi idi,  indi  o  da  yoxdur.  İndi  heç  bir  dairə  qalmayıb.  İndi 

rahat,  gözəl  körpü  tikilir.  Körpünün  bir  məqsədi  vardır  ki, 

buraya insanlar rahat gəlsinlər. 

Bilirsiniz  ki,  körpü  tikmək  həm  texniki  cəhətdən  çox  çətin 

məsələdir,  həm  də  ki,  çox  böyük  vəsait  tələb  edir.  Adətən, 

körpüləri  daha  çox  şəhər  mərkəzində  tikirlər.  İndi  şəhərin 

müxtəlif yerlərində yeni körpülər tikilib. Doğrudan da şəhərdən 

buraya  tez  gəlmək  mümkündür.  Əvvəllər  bəlkə  bir  saat  vaxt 

lazım idi. İndiki dövrdə əgər o körpülər olmasaydı, maşınların 

artımını  nəzərə  alsaq,  bəlkə  bir  saat  yarım  lazım  olacaqdı. 

Qəsəbələrdə  tikilən  körpüləri  yəqin  ki,  ancaq  Azərbaycanda 

görmək mümkündür. Biz bunu ona görə edirik ki, insanlar rahat 

gəzsinlər.  Gələn  il  yəqin  ki,  Qala  yolu  da  əsaslı  təmir 

ediləcəkdir.  Aeroport  şosesindən  Qala  kəndinə  gedən  yol 

vaxtilə  genişləndirilmişdir,  ancaq  indi  əsaslı  təmirə  ehtiyac 

vardır.  O  yol  da  gözəl  magistral  yolu  kimi  təmir  ediləcəkdir. 

Bizim  planlarımız  çoxdur  və  planların  mərkəzində  insan  amili 

dayanır.  Çünki  budur  bizim  siyasətimizin  əsas  mahiyyəti.  Hər 

şey insanlar üçün, insanların yaxşı yaşaması üçün olmalıdır. Hər 

bir dövlət məmuru fəaliyyətində bu məqsədi əsas tutmalıdır. 

 



 

82 


* * * 

 

Şüvəlan  qəsəbəsində  görülmüş  işlərlə  tanışlıqdan  sonra 



dövlətimizin başçısı Sabunçu qəsəbəsinə gəldi. 

Bu il aprelin 27-də prezident İlham Əliyev Sabunçu sakinləri 

ilə  görüşərkən  onlar  dövlətimizin  başçısından  bu  qəsəbədən 

Bakıxanov  qəsəbəsinə  və  Heydər  Əliyev  prospektinə  aeroport 

istiqamətində  nəqliyyatın  çıxışını  təmin  etmək  üçün  yeni  yolun 

çəkilməsini xahiş etmişdilər. Həmin gün Azərbaycan prezidenti 

İlham  Əliyev  Sabunçu  qəsəbəsindən  Bakıxanov  qəsəbəsinə  və 

Heydər  Əliyev  prospektinə  aeroport  istiqamətində  nəqliyyatın 

çıxışını  təmin  edəcək  yeni  yolun  keçəcəyi  ərazi  ilə  yerindəcə 

tanış  olmuş  və  məsələnin  həlli  ilə  bağlı  müvafiq  göstərişlərini 

vermişdi. 

Dövlətimizin  başçısının  tapşırıqları  qısa  vaxt  ərzində  və 

yüksək  keyfiyyətlə  həyata  keçirilmişdir.  Bakı  Şəhər  İcra 

Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yeni yolun tikintisi 

barədə  Prezidentə  məlumat  verdi.  Bildirildi  ki,  1000    metr 

uzunluğu olan yeni yolda 12 min kvadratmetr asfalt işləri apa-

rılmış,  4  min  metr  uzunluğunda  səkilərə  xaricdən  gətirilmiş 

qranit  döşənmişdir.  Yağış  sularının  axıdılması  üçün  500  metr 

uzunluğunda boru xətti çəkilmişdir. Yolboyu xaricdən gətirilmiş 

işıq  dirəkləri  quraşdırılmışdır.  Yolun  keçdiyi  ərazidə 

məskunlaşmış  25  qaçqın  ailəsi  yeni  mənzillərlə  təmin  edilmiş-

dir. Yolun yatağı 2 metrdən 6 metrə qədər qaldırılmışdır. Yeni 

yolun istifadəyə verilməsi 40 min əhalisi olan Sabunçu qəsəbə-

sinin Bakıxanov, Qaraçuxur qəsəbələrinə, Əmircan və Bülbülə 

kəndlərinə, o cümlədən Heydər Əliyev prospektinə çıxışını tam 

təmin edəcək və məsafəni xeyli qısaldacaqdır. 

Yeni yolla tanış olan dövlətimizin başçısı sakinlərlə görüşdü.  

İ l h a m   Ə l i y e v: Sizi təbrik edirəm. Bu yolun çəkilişi 

onu göstərir ki, mümkün olmayan şey yoxdur. Biz qısa müddət 

ərzində  –  bir  ay  keçmədən  bu  yolu  yaratdıq.  Özü  də  gözəl, 

keyfiyyətli yoldur və bütün qəsəbəyə rahatlıq verəcəkdir. 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə