Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə26/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   22   23   24   25   26   27   28   29   ...   114

 

91 


xatirəsinə böyük hörmətlə yanaşır. Bir neçə il bundan əvvəl Bakının 

mərkəzində Azərbaycan Demokratik Respublikasının şərəfinə abidə 

ucaldılmışdır. 

Bugünkü 


müstəqil 

Azərbaycan–Azərbaycan 

Demokratik Respublikasının varisidir. Azərbaycan Demokratik Res-

publikası  iki  ildən  sonra  süqut  etdi.  Ondan  sonra  Azərbaycanda 

sovet  dövrü  başlandı.  Bütün  çətinliklərə  və  ideoloji  çərçivələrə 

baxmayaraq,  o  dövr  də  Azərbaycan  üçün  uğurlu  olmuşdur.  Sovet 

dövründə  Azərbaycan  inkişaf  etmişdir,  sosial-iqtisadi  məsələlər  öz 

həllini tapmışdır, savadsızlığa son qoyulmuşdur – hesab edirəm ki, 

bu,  tarixi  nailiyyətdir  –  Azərbaycanda  elmin  inkişafına  təkan 

verilmişdir  və  xüsusilə  XX  əsrin  70-ci  illərində  Azərbaycanda 

sənaye  potensialı  formalaşmışdır.  O  potensial  ki,  bəzi  hallarda  bu 

gün müstəqil Azərbaycanın inkişafında da bunun çox böyük mənası 

vardır. Kənd təsərrüfatı inkişaf etmişdir. 

İdeoloji çərçivələrə baxmayaraq, o dövr də Azərbaycan üçün 

uğurlu olmuşdur. Ancaq müstəqil deyildik və müstəqillik arzuları 

ilə  yaşamışdıq.  1991-ci  ildə  Sovet  İttifaqının  dağılması  nəticə-

sində Azərbaycan yenidən müstəqilliyə qovuşmuşdur. Müstəqil-

liyimizin  ilk  illəri  çox  ağır  keçmişdir.  Bu  barədə  hamımız 

dəfələrlə öz fikirlərimizi bildirmişik. Xalqımız yaxşı xatırlayır ki, 

ötən  əsrin  90-cı  illərində  Azərbaycanda  gedən  proseslər 

müstəqilliyimizə  böyük  təhlükə  idi.  Müstəqilliyimiz  təhlükə 

altında  idi  və  müstəqil  həyatımız  haqqında  müxtəlif  fikirlər, 

şayiələr  dolaşırdı.  Müstəqilliyimizin  ilk  illərində  hökm  sürən 

anarxiya,  özbaşınalıq,  hakimiyyətsizlik,  xaos  praktiki  olaraq 

ölkəni iflic vəziyyətinə salmışdı. 

Ermənistanın  Azərbaycana  qarşı  işğalçı  siyasəti  nəticəsində 

torpaqlarımızın  işğal  altına  düşməsi,  bununla  bərabər,  ölkə 

daxilində  hakimiyyət  uğrunda  gedən  mübarizə,  vətəndaş 

müharibəsinin  başlanması  müstəqil  həyatımıza  çox  böyük 

zərbələr  vurmuşdur.  1993-cü  ildə  Azərbaycan  xalqı  həmişə 

olduğu  kimi,  müdriklik  göstərmiş,  Heydər  Əliyevə  müraciət 

edərək  onu  hakimiyyətə  dəvət  etmişdir.  Xalqın  dəstəyi  ilə 

prezident  vəzifəsinə  seçilmiş  Heydər  Əliyev  vəziyyəti  yaxşılaş-

dırmaq və xoşagəlməz hallara son qoymaq üçün çox böyük səylər 




 

92 


göstərmişdir. Qısa müddətdə bütün xoşagəlməz hallara, qanunsuz 

silahlı  birləşmələrə  son  qoyuldu,  onlar  tərk-silah  edildi,  vətəndaş 

müharibəsi dayandırıldı, cəbhədə atəşkəs əldə olundu və bu, imkan 

verdi ki, Azərbaycan sürətli inkişafa qədəm qoysun. 

1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik və inkişaf dövrü 

başlanmışdır. Deyə bilərəm ki, dövlətçiliyimizin əsasları məhz 1993-

cü  ildən  sonra  formalaşmağa  başlamışdır.  Azərbaycanda  hüquqi 

dövlət quruculuğu prosesi sürətlə aparılmışdır. Müstəqil Azərbaycanın 

Konstitusiyası  qəbul  edilmişdir,  ölkədə  aparılan  siyasi  və  iqtisadi 

islahatlar  müsbət  nəticələrini  vermişdir.  Azərbaycan  beynəlxalq 

təcriddən  çıxa,  informasiya  blokadasını  yara  bilmişdir.  Azərbaycan 

haqqında keçən əsrin 90-cı illərinin əvvəllərində dünya ictimai rəyində 

formalaşmış,  təhrif  edilmiş  təsəvvür  dəyişdirilmişdir.  Azərbaycan 

beynəlxalq aləmdə öz yerini tuta bilmişdir. Beynəlxalq təşkilatlara üzv 

olmuşdur.  1993-cü  ildən  başlayaraq  bütün  sahələrdə  quruculuq  və 

inkişaf meyilləri başlanmış və gücləndirilmişdir. Ölkə iqtisadiyyatı və 

müstəqil  inkişaf  üçün  həlledici  mahiyyət  daşıyan  neft  kontraktları 

imzalanmışdır.  Azərbaycana  böyük  həcmdə  xarici  sərmayənin 

gətirilməsi təmin edilmişdir. 1994-cü ildə bu məsələlər həll olunmağa 

başlayanda Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı və 

buraya  investisiya  qoymaq  istəyənlərin  sayı  çox  məhdud  idi.  Buna 

baxmayaraq,  ölkəmiz  üçün  məqbul  şərtlərlə  neft  kontraktları 

imzalanmışdır,  Heydər  Əliyevin  neft  strategiyası  başlanmışdır  və 

ölkənin uğurlu inkişafı təmin edilmişdir. 

1993–2003-cü  illər  Azərbaycan  üçün,  dövlətçiliyimiz  üçün 

həlledici  illər  olmuşdur.  O  illərdə  əldə  edilmiş  uğurlar  bu  gün 

də  bizə  imkan  verir  ki,  ölkəmizi  inamla  irəliyə  aparaq,  bu 

siyasəti  davam  etdirək  və  qarşıda  duran  bütün  vəzifələri 

layiqincə icra edək. 

2003-cü ildən sonrakı dövr ölkəmiz üçün çox uğurlu olmuşdur. 

Bu  özünü  bütün  statistik  rəqəmlərdə  büruzə  verir.  2003-cü  ildən 

sonra  ölkəmizdə  siyasi  və  iqtisadi  islahatlar  davam  etdirilmişdir. 

Azərbaycan  beynəlxalq  aləmdə  yerini  daha  da  möhkəmlətmiş,  

regional  müstəvidə  bizim  təsir  imkanlarımız  xeyli  artmışdır.  Bu 

gün  Azərbaycan  tərəfindən  irəli  sürülmüş  təşəbbüslər  regional 



 

93 


inkişafın  istiqamətlərini  yüksək  səviyyədə  müəyyən  edir.  Siyasi 

islahatlarla  yanaşı,  iqtisadi  sahədə  böyük  uğurlar  əldə  edilmişdir. 

Son 7-8 ildə ölkəmizin ümumi daxili məhsulu 3 dəfə artmışdır. Bu, 

dünyada  analoqu  olmayan  bir  göstəricidir.  Sənaye  istehsalı  da 

təxminən  3  dəfə  artmışdır.  Yoxsulluq  səviyyəsində  yaşayanların 

sayı 5 dəfə azalmışdır və bu gün bu rəqəm Azərbaycanda 9,1 faiz 

təşkil edir. Əminəm ki, görülən və görüləcək əlavə tədbirlər nəti-

cəsində biz ilin sonuna qədər yoxsulluğun daha da aşağı düşməsinə 

nail  olacağıq.  Ölkəmizdə  bir  milyona  yaxın  yeni  iş  yerləri 

açılmışdır  ki,  onların  mütləq  əksəriyyəti  daimi  iş  yerləridir.  Ölkə 

iqtisadiyyatının  şaxələndirilməsi  üçün  çox  ciddi  addımlar 

atılmışdır  və  beləliklə,  ölkəmizin  iqtisadiyyatı  artıq  dayanıqlı 

iqtisadiyyatdır. Beynəlxalq  aləmdə beynəlxalq  maliyyə  qurumları 

tərəfindən  ölkədə  aparılan  iqtisadi  islahatlara  verilən  yüksək 

qiymət mənim sözlərimi bir daha təsdiqləyir. 

Son  illər  Azərbaycanda  uğurlu  enerji  siyasəti  aparılmışdır. 

Enerji  təhlükəsizliyimizi  tam  şəkildə  təmin  edə  bilmişik.  Nəinki 

özümüzü  təmin  edə  bilmişik,  eyni  zamanda,  başqa  ölkələrin 

enerji təhlükəsizliyi məsələlərinə töhfəmizi veririk. 

Ölkədə  ictimai-siyasi  vəziyyət  çox  müsbətdir.  Çünki  son  illər 

Azərbaycan  xalqının  rifah  halının  yaxşılaşdırılması  sayəsində  biz 

bütün  bu  nailiyyətlərə  çata  bilmişik.  Bu  gün  Azərbaycan  sürətlə 

inkişaf edən, dinamik, müasir ölkədir. O ölkədir ki, burada bütün 

məsələlər  ədalətli  şəkildə  həll  olunur.  Azərbaycanda  bütün 

xalqların  nümayəndələri  bir  ailə  kimi  yaşayır.  Bu  da  nadir 

təcrübədir.  Qürur  hissi  ilə  deyə  bilərəm  ki,  bu  təcrübə  dünyada 

öyrənilir.  Azərbaycanda  ənənəvi  xarakter  daşıyan,  artıq  bir  neçə 

dəfə  keçirilmiş  dinlərarası  və  mədəniyyətlərarası  müxtəlif  dialoq 

forumları bir daha onu göstərir ki, Azərbaycan bu cür tədbirlərin 

təşkili üçün çox məqbul bir ölkədir. 

Ölkəmizdə  bütün  istiqamətlər  üzrə  konkret  proqramlar  icra 

edilir.  İstər  sosial  məsələlərin  həllində,  istərsə  də  iqtisadi  islahat-

ların  həyata  keçirilməsində  regional  inkişaf  proqramı  uğurla  icra 

edilir.  Artıq  ikinci  proqramı  icra  edirik.  Proqramın  icrası 

nəticəsində bütün bölgələrimiz abadlaşır, şəhərlərimiz gözəlləşir. O 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə