Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə29/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   25   26   27   28   29   30   31   32   ...   114

 

100 


resurslarımızın  ixracının  həcmini  artıra  bilərik.  Yenə  də 

deyirəm ki, bu, aparılacaq danışıqlardan asılı olacaqdır. 

Bu il biz müstəqilliyimizin 20 illiyini qeyd edirik. 20 il bö-

yük tarixi mərhələdir. Birinci 2 ili çıxmaq şərti ilə Azərbaycan 

20 il ərzində çox uğurla və inamla inkişaf edib, ölkə qarşısında 

duran  bütün  vəzifələr  icra  edilib,  ölkəmiz  güclənib  və  dünya 

xəritəsində öz layiqli yerini tuta bilibdir. 

Bu  gözəl  dövlət  bayramı  ərəfəsində  bir  daha  bütün 

Azərbaycan  xalqını  Müstəqillik  bayramı  –  Respublika  günü 

münasibətilə ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına 

uğurlar və xoşbəxtlik arzulayıram. Sağ olun. 

 

 

 

 

 

 

 

 



 

101 


 

 

 

TÜRKİYƏNİN QURU QOŞUNLARI TƏLİM VƏ 

DOKTRİNA KOMANDANI  SALDIRAY BERKİN 

BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ 

GÖRÜŞ 

 

Prezident sarayı  

 

29 may 2011-ci il 

 

 Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



mayın  29-da  Türkiyənin  Quru  Qoşunları  Təlim  və  Doktrina 

Komandanı Saldıray Berkin başçılıq etdiyi nümayəndə heyətini 

qəbul etmişdir. 

Türkiyənin  Quru  Qoşunları  Təlim  və  Doktrina  Komandanı 

Saldıray  Berk  1996–98-ci  illərdə  Bakıda  çalışdığı  zaman 

xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini böyük 

məmnunluq hissi ilə xatırlatdı. Türkiyəli qonaq ölkəmizə əvvəlki 

səfərindən ötən dövr ərzində Bakıda çox böyük inkişafın şahidi 

olduğunu vurğuladı. 

Görüşdə  Azərbaycan  ilə  Türkiyə  arasında  dostluq  və  qar-

daşlıq  münasibətlərinin  müxtəlif  istiqamətlərdə,  o  cümlədən 

müdafiə  və  hərbi  sənaye  sahələrində  uğurla  inkişaf  etdiyi 

bildirildi  və  bu  sahədə  əməkdaşlığın  bundan  sonra  daha  da 

genişlənəcəyinə əminlik ifadə olundu. 

 

 



 


 

102 


 

 

 



İTALİYAYA İŞGÜZAR  SƏFƏR 

 

1 iyun 2011-ci il  

 

İyunun  1-də  Azərbaycan  Respublikasının  Prezidenti 

İlham  Əliyev İtaliya  Respublikasının  Prezidenti  Ciorcio  Napo-

litanonun  dəvəti  ilə  İtaliyanın  birləşməsinin  150  illiyinə  həsr 

olunmuş  tədbirlərdə  iştirak  etmək  üçün  paytaxt  Romaya 

gəlmişdir. 

 

 

 

 


 

103 


 

 

 

MOLDOVA RESPUBLİKASININ PREZİDENTİ 

VƏZİFƏSİNİ İCRA EDƏN MARİAN LUPU İLƏ 

GÖRÜŞ 

 

Roma  



 

1 iyun 2011-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 



1-də  Romada  onun  üçün  ayrılmış  iqamətgahda  Moldova 

Respublikasının Prezidenti vəzifəsini icra edən Marian Lupu ilə 

görüşmüşdür. 

Görüşdə  Azərbaycan  ilə  Moldova  arasında  ikitərəfli  müna-

sibətlərin  uğurlu  inkişafından  məmnunluq  ifadə  olundu,  öl-

kələrimizin  beynəlxalq  təşkilatlarda  bir-birinin  mövqeyini  dəs-

təkləməsinin  önəmi  qeyd  edildi,  əlaqələrimizin  daha  da  ge-

nişləndirilməsi  üçün  yaxşı  potensialın  olduğu  vurğulanaraq  bu 

potensialın reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıldı. 

 

 

 




 

104 


 

 

 

İTALİYANIN «EDİSON» ŞİRKƏTİNİN BAŞ 

İCRAÇI DİREKTORU BRUNO LESKÖ İLƏ 

GÖRÜŞ 

 

Roma  



 

1 iyun 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



iyunun  1-də  onun  üçün  ayrılmış  iqamətgahda  İtaliyanın 

«Edison»  şirkətinin  Baş  icraçı  direktoru  Bruno  Leskönü  qəbul 

etmişdir. 

Görüşdə  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti  ilə 

«Edison»  şirkəti  arasında  uğurlu  əməkdaşlığın  həyata  keçi-

rildiyi vurğulandı, Türkiyə–Yunanıstan–İtaliya qaz kəməri layi-

həsinin həyata keçirilməsinin perspektivləri ilə bağlı məsələlər 

müzakirə edildi. 

 

 

 

 

 


 

105 


 

 

 

«TECHNİP-İTALY»(TEKNİP İTALİYA) 

ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU  

MARKO VİLLAN İLƏ GÖRÜŞ 

 

Roma  



 

1 iyun 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



iyunun  1-də  onun  üçün  ayrılmış  iqamətgahda  neft-qaz  və  neft-

kimya  sənayesi  üçün  mühəndis  və  texnoloji  avadanlıq  istehsal 

edən  «Technip-İtaly»  (Teknip  İtaliya)  şirkətinin  Baş  icraçı 

direktoru Marko Villanı qəbul etmişdir. 

Görüşdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə 

«Technip-İtaly»  şirkəti  arasında  müxtəlif  sahələrdə  əmək-

daşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. 

 

 

 

 



 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə