Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə31/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   27   28   29   30   31   32   33   34   ...   114

 

109 


 

 

 

 

BEYNƏLXALQ FUTBOL ASSOSİASİYALARI 

FEDERASİYASININ (FİFA) PREZİDENTİ  

CƏNAB YOZEF BLATTERƏ 

 

Hörmətli cənab Blatter! 



Beynəlxalq  Futbol  Assosiasiyaları  Federasiyasının  prezi-

denti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-

qəlbdən təbrik edirəm. 

Bu  məsul  vəzifəyə  seçilməyiniz  dünya  futbolunun  inkişafı, 

milyonların  sevimli  idman  növünün  təbliği  və  yayılması 

sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir. Əminəm ki, 

Azərbaycan  ilə  rəhbərlik  etdiyiniz  dünya  futbol  təşkilatı 

arasındakı  əlaqələr,  səmərəli  əməkdaşlığımız  bundan  sonra  da 

müvəffəqiyyətlə davam edəcəkdir. 

Sizə  möhkəm  cansağlığı,  xoşbəxtlik,  yeni-yeni  uğurlar 

diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 3 iyun 2011-ci il 



 

 

 

 

 

 

 

 

 


 

110 


 

 

 

 

 

FİFA-nın PREZİDENTİ YOZEF BLATTER VƏ 

UEFA-nın PREZİDENTİ MİŞEL PLATİNİ İLƏ 

GÖRÜŞ 

 

Prezident sarayı  



 

5 iyun 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



iyunun  5-də  FİFA-nın  prezidenti  Yozef  Blatteri  və  UEFA-nın 

prezidenti Mişel Platinini qəbul etmişdir. 

Dövlətimizin  başçısı  Yozef  Blatteri  növbəti  dəfə  FİFA-nın 

prezidenti seçilməsi münasibətilə təbrik etdi və bu yüksək posta 

seçildikdən  sonra  ilk  səfərini  Azərbaycana  etməsinin  önəmini 

qeyd etdi. Prezident İlham Əliyev Yozef Blatterin dünya futbol 

ictimaiyyətinin  böyük  dəstəyi  ilə  FİFA-nın  prezidenti 

seçilməsinə toxunaraq bunu onun rəhbərliyi ilə FİFA-nın səmə-

rəli  fəaliyyətinin  nəticəsi  kimi  qiymətləndirdi.  Dövlətimizin 

başçısı  Yozef  Blatter  ilə  Bakıda  və  Sürixdə  keçirdiyi  görüşləri 

xatırlatdı.  Azərbaycan  futbolunun  100  illiyi  münasibətilə  keçi-

rilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər etdiyinə görə 

Yozef  Blatterə  təşəkkürünü  bildirən  prezident  İlham  Əliyev 

onun səfərinin maraqlı və uğurlu olacağına əminliyini bildirdi. 

FİFA-nın  prezidenti  Yozef  Blatter  ölkəmizə  yenidən  səfər 

etməsindən  və  Azərbaycan  prezidenti  ilə  görüşündən  məm-

nunluğunu  ifadə  etdi.  O,  Azərbaycan  futbolunun  100  illiyi 

münasibətilə  keçirilən  tədbirlərdə  iştirak  etmək  üçün  ölkəmizə 

dəvət  olunduğuna  görə  dövlətimizin  başçısına  minnətdarlığını 

bildirdi. 


 

111 


Yozef Blatter və Mişel Platini prezident İlham Əliyevə xatirə 

hədiyyələri təqdim etdilər

 

 



 

 

BAKIDA OLİMPİYA STADİONUNUN 

TƏMƏLQOYMA MƏRASİMİ   

 

6 iyun 2011-ci il 

 

Azərbaycan futbolunun 100 yaşının tamam olması müna-

sibətilə  paytaxtımızda  keçirilən  yubiley  tədbirlərinin  ən  möh-

təşəmi  Bakı  Olimpiya  stadionunun  təməlinin  qoyulması 

olmuşdur. 

İyunun  6-da  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyev və xanımı Mehriban Əliyeva Bakı Olimpiya stadionunun 

təməlqoyma mərasimində iştirak etmişlər. 

Tədbirdə,  həmçinin  FİFA-nın  prezidenti  Yozef  Blatter  və 

UEFA-nın  prezidenti  Mişel  Platini,  eləcə  də  dünya  futbol  icti-

maiyyətinin  görkəmli  nümayəndələri,  federasiya  rəhbərləri, 

futbol veteranları və digər qonaqlar iştirak etmişlər. 

Prezident  İlham  Əliyevə  məlumat  verildi  ki,  metronun 

«Məşədi  Əzizbəyov»  stansiyası  dairəsindəki  yolayrıcının  şimal 

hissəsində, Sabunçu rayonunda 50 hektarlıq ərazidə yerləşəcək 

və paytaxtda müasir tikinti üslubu, xüsusi gözəlliyi ilə seçiləcək 

65  min  tamaşaçı  yeri  olan  Bakı  Olimpiya  stadionu  bu  tipli 

müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaqdır. 

Beynəlxalq  standartlara  tam  cavab  verəcək  stadionda  müxtəlif 

funksiyalı  tribunalar,  qaçış  zolağı  və  digər  infrastruktur  inşa 

ediləcəkdir. 

Bildirildi  ki,  daxili  sahəsi  120830  kvadratmetr  olacaq 

stadionda  tikinti  işləri  Beynəlxalq  Tikinti  Standartına  (İBC), 

UEFA  və  FİFA  standartlarına  və  Azərbaycanın inşaat  norma-

tivlərinə  uyğun  aparılacaqdır.  Jurnalistlərin  işləməsi  üçün 



 

112 


nəzərdə  tutulan  bina  2  min  kvadratmetrlik  ərazini  əhatə  edə-

cəkdir.  Stadionun  ətrafında  ümumi  sahəsi  13847  kvadratmetr 

olacaq hovuz yaradılacaq, 81574 kvadratmetrlik yaşıllıq sahəsi 

salınacaqdır.  Ümumilikdə,  18  girişi  olacaq  stadionda  41  lift 

quraşdırılacaq,  3617  avtomobili  qəbul  edəcək  7  dayanacaq 

fəaliyyət göstərəcəkdir. 

Qeyd  edildi  ki,  stadionun  layihələndirilməsi  ilə  bağlı  ilkin 

işlərə 2008-ci ildən başlanılmışdır. Müsabiqə elan olunmuş, bir 

çox  yerli  və  xarici  şirkətlərin  təkliflərinə  baxılmışdır.  İqtisadi 

səmərəlilik,  müasirlik,  funksional  xüsusiyyətlərin  əlverişliliyi, 

paytaxtın  arxitekturasına,  habelə  qoyulan  texniki  şərtlərə 

uyğunluğu  baxımından  Türkiyənin  «TOCA»  şirkəti  tərəfindən 

təqdim olunan layihə konsepsiyası bəyənilmiş və layihələndirmə 

işləri həmin konsepsiya əsasında aparılmışdır. 

Dünya və Azərbaycan futbolunun tarixindən bəhs edən film 

nümayiş olundu. 

Dövlətimizin başçısı mərasim iştirakçılarını salamladı.  

İ l h a m   Ə l i y e v: Hörmətli qonaqlar!  

Hörmətli xanımlar və cənablar! 

Əziz dostlar! 

Bu  gün  ölkəmizin  həyatında  çox  əlamətdar  bir  gündür.  

Azərbaycan futbolunun 100 illik yubileyini qeyd edirik. Bizimlə 

bərabər  bu  bayram  tədbirlərində  iştirak  etmək  üçün  ölkəmizə 

gəlmiş  bütün  qonaqları  səmimiyyətlə  salamlayıram.  Xüsusilə 

FİFA-nın  prezidenti  cənab  Blatteri,  UEFA-nın  prezidenti  cənab 

Platinini  səmimiyyətlə  salamlayıram.  Sizin  hər  bir  gəlişiniz 

Azərbaycanda futbolun inkişafına yeni təkan verir və sizi qonaqlar 

arasında görmək bizim üçün böyük şərəfdir. 

Fürsətdən istifadə edərək, bir neçə gün bundan əvvəl FİFA-

nın  prezidenti  vəzifəsinə  yenidən  seçilməyiniz  münasibətilə, 

cənab  Blatter, sizi  ürəkdən  təbrik  edirəm.  İnamlı  qələbəniz  bir 

də  onu  göstərir  ki,  FİFA  sizin  rəhbərliyiniz  altında  çox  böyük 

və  uğurlu  yol  keçmişdir,  beynəlxalq  futbol  aləminin  mütləq 

əksəriyyəti  sizin  namizədliyinizi  dəstəkləmişdir.  Bir  daha 

demək  istəyirəm  ki,  sizin  rəhbərliyiniz  altında  FİFA  qlobal 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə