Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə33/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   29   30   31   32   33   34   35   36   ...   114

 

116 


edildi  ki,  məhz  Siz  mini  futbol  üzrə  5  nəfərdən  ibarət  iki 

komandanı  yaradanlardan  birisiniz.  Bu  da  neçə  illər  bundan 

əvvəl baş tutubdur. 

Biz  futbolun  digər  aspektlərindən  söhbət  açsaq,  mən  onu 

demək istərdim ki, Sizin bir qəhrəmanınız olubdur. Bəlkə də o, 

futbol oyunçusu olmayıb. Söhbət Tofiq Bəhramovdan gedir. O, 

tarixdə  iz  qoyan  bir  şəxs  olubdur.  Bir  neçə  il  öncə  sizin 

şəhərinizdə  onun  abidəsinin  açılışı  mərasimində  bir  yerdə 

iştirak etmişdik. 

Əslində  futbol  klassik  üsluba  malik  olan  bir  oyundur.  Bu, 

klassik,  tragik  bir  formada  öz  təşəkkülünü  tapan  bir  oyundur. 

Çünki  burada  həm  vaxt,  həm  güc,  həm  böyük  enerjinin  sərf 

edilməsi tələb olunur. Futbol bu deməkdir. 

Cənab  Prezident,  Siz  burada  öz  şərhlərinizi  verdiniz.  Mən 

Sizin dediklərinizə şərik çıxıram və Mişel də əslində bu idman 

kompleksi haqqında danışdı. 

Futbol insanları birləşdirir, bir araya gətirir. Mən çox şadam 

ki,  Assosiasiya  prezidentinin  qeyd  etdiyi  kimi,  bütün  bu 

qurğular  futbolla  məşğul  olmaq  istəyənlərin  hamısı  üçün  açıq 

olacaqdır.  Futbol  insanların,  cəmiyyətin  oyunudur.  Ona  görə, 

qapılar  açıq  olacaqdır.  Bu  baxımdan  futbol,  həmçinin  mədəni, 

sosial  rol  oynaya  bilər.  Bəlkə  də  o  qədər  yüksək  səviyyədə 

mədəniyyət  sahəsi  olmasa  da,  əslində  bu  oyunun  özündə  də 

ədalət, hörmət və fiziki ruh vardır. Ona görə, hörmətli xanımlar 

və  cənablar,  bu  ədalətli  oyun  ruhunun  cəmiyyətimizə 

gətirilməsində məhz futbol vacib bir məsələdir. Futbol qarşısına 

qoyduğu bu məqsədə nail olur.  

İndi  isə  bizim  gözəl  bir  fürsətimiz  olacaqdır.  Biz  təməl-

qoyma  mərasimində  iştirak  edəcəyik.  Yeni  tikiləcək  stadionun 

təməlini qoyacağıq və iki il yarım, üç ildən sonra siz çox gözəl, 

xüsusi  bir  futbol  arenasının  şahidi  olacaqsınız.  Belə  bir 

möhtəşəm  işin  görülməsi  cənab  prezident  İlham  Əliyevin 

qətiyyəti və müdrik rəhbərliyi sayəsində mümkün olacaqdır.  

    Biz bilirik ki, Sizin ölkənin hər bir yerində, hər bir guşə-

sində idmana böyük diqqət göstərilir. Bu nəinki siyasət, nəinki 



 

117 


iqtisadiyyat,  ümumiyyətlə,  bütün  digər  sahələrlə  müqayisədə 

çox  yüksək  səviyyədə  görülən  işlərdir.  Elə  indicə  mən  buraya 

gələrkən  gözəl  bir  fotoşəkil  gördüm.  Gördüm  ki,  cənab 

Prezident,  Siz  çox  gözəl  bir  mövqedə  dayanıb  ayağınızla  topu 

vurursunuz. Mən istərdim ki, kaş bütün ölkə rəhbərləri futbola 

belə yanaşaydılar, bu cür yanaşma nümayiş etdirəydilər. Bütün 

bu işlərə görə Sizə «çox sağ olun» –  deyirəm, cənab Prezident! 

Futbol üçün gördüyünüz bütün işlərə görə çox sağ olun. 

Mən bu gün burada FİFA-nın prezidenti kimi, təxminən 200-

ə  yaxın  assosiasiyanı  təmsil  edirəm.  Həmin  assosiasiyaların 

prezidentləri  də  burada  əyləşiblər.  Fürsətdən  istifadə  edərək 

onların  da  adından,  cənab  Prezident,  Sizi  xüsusi  olaraq  təbrik 

edirəm. Həmçinin Sizin milli futbol təşkilatınızı təbrik edirəm. 

Bildiyiniz  kimi,  futbol  gözəl  idman  növüdür.  Hər  zaman 

deyirəm  ki,  futboldan  həzz  alın.  Amma  ən  vacibi  odur  ki, 

həyatdan da həzz alasınız. Çox sağ olun! 



 

* * * 

 

Sonra stadionun təməlqoyma mərasimi oldu. 



Dövlətimizin  başçısı  metal  gilizi  rəmzi  topun  içərisinə  qoy-

du. Prezidentin oğlu Heydər Əliyev topu rəmzi qapıya vuraraq 

bünövrəyə saldı. 

Prezident İlham Əliyev, FİFA-nın prezidenti Yozef Blatter və 

UEFA-nın prezidenti Mişel Platini beton qarışığı tökən qurğunu 

işə  saldılar,  mərasimdən  xatirə  olaraq  saxlanılacaq  futbol 

topunu imzaladılar. 

Mərasimdə iştirak edən qonaqlar prezident İlham Əliyev ilə 

söhbətlərində  bir  daha  dövlətimizin  başçısına  Azərbaycanda 

idmanın  inkişafına  göstərdiyi  diqqət  və  qayğıya  görə  təşəkkür 

etdilər

 



 

118 


 

 

 

AVROPA İTTİFAQININ ENERJİ MƏSƏLƏLƏRİ 

ÜZRƏ KOMİSSARI GÜNTER OTTİNGERİN 

BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ 

GÖRÜŞ 

 

Prezident sarayı  



 

6 iyun 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



iyunun 6-da Avropa İttifaqının enerji məsələləri üzrə komissarı 

Günter  Ottingerin  başçılıq  etdiyi  nümayəndə  heyətini  qəbul 

etmişdir. 

Avropa  İttifaqının  enerji  məsələləri  üzrə  komissarı  Günter 

Ottinger Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun 

salamlarını dövlətimizin başçısına çatdırdı. 

Görüşdə Azərbaycanda keçirilən «Xəzər neft, qaz, neft emalı 

və neft kimyası» XVIII Beynəlxalq sərgisinin önəmi qeyd edildi 

və  bu  sərginin  energetika  sahəsində  beynəlxalq  əməkdaşlığın 

genişləndirilməsi  işinə  öz  töhfəsini  verəcəyinə  əminlik  ifadə 

olundu.  Prezident  İlham  Əliyev  və  Avropa  İttifaqının  enerji 

məsələləri  üzrə  komissarı  Günter  Ottinger  Azərbaycan  ilə 

Avropa  İttifaqı  arasında  əməkdaşlığın  müxtəlif  istiqamətlərdə, 

xüsusilə  də  enerji  sahəsində  uğurlu  inkişafından  məm-

nunluqlarını  bildirdilər  və  bu  əməkdaşlığın  daha  da  geniş-

ləndirilməsi və inkişafı ətrafında fikir mübadiləsi apardılar. 

Dövlətimizin  başçısı  Avropa  Komissiyasının  sədri  Xose 

Manuel Barrozunun salamlarına görə minnətdarlığını bildirdi, 

onun da salamlarını Avropa Komissiyasının sədrinə çatdırmağı 

xahiş etdi. 

 

 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə