Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə35/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   31   32   33   34   35   36   37   38   ...   114

 

123 


 

 

 

NORVEÇ KRALLIĞININ VƏLİƏHDİ HOOKONUN 

BAŞÇILIQ ETDİYİ  

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

6 iyun 2011-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



iyunun  6-da  Norveç  Krallığının  Vəliəhdi  Hookonun  başçılıq 

etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Dövlətimizin  başçısı  Norveç  Krallığının  Vəliəhdi  Hookonun 

Azərbaycana  səfərinin  maraqlı  olacağına,  ölkəmizi  tanımaq  ba-

xımından bu səfərin yaxşı imkan yaradacağına əminliyini bildirdi. 

Prezident İlham Əliyev Azərbaycan ilə Norveç arasında əlaqələrə 

1994-cü  ildə  enerji  sahəsində  əməkdaşlıqla  başlanıldığını  qeyd 

etdi. Azərbaycan–Norveç əlaqələrinin uzun tarixə malik olduğunu 

vurğulayan  prezident  İlham  Əliyev  Norveçin  Statoyl  şirkəti  ilə 

Azərbaycan  Respublikasının  Dövlət  Neft  Şirkəti  arasında  uğurlu 

əməkdaşlığın  önəmini  qeyd  etdi.  Dövlətimizin  başçısı  Vəliəhd 

Hookonun  Azərbaycana  səfərinin  ölkələrimiz  arasında  əlaqələrin 

daha da inkişafı işinə xidmət edəcəyinə əminliyini vurğuladı. 

Norveç Krallığının Vəliəhdi Hookon Azərbaycana səfərindən 

məmnunluğunu  bildirdi.  Bakıda  keçirilən  XVIII  beynəlxalq 

«Xəzər  neft,    qaz,  neft  emalı  və  neft  kimyası»  sərgi  və  kon-

fransının  əhəmiyyətini  vurğulayan  vəliəhd  Hookon  Azər-

baycanın  regionda  mühüm  rolunu,  Avropanın  enerji  məsələlə-

rində  etibarlı  tərəfdaş  olduğunu  qeyd  etdi.  Norveç  Krallığının 

Vəliəhdi ölkəsinin Azərbaycan ilə enerji sektorunda əməkdaşlığı 

daha da inkişaf etdirmək əzmində olduğunu bildirdi. 

 

 




 

124 


 

 

LÜKSEMBURQUN BÖYÜK HERSOQU 

ƏLAHƏZRƏT ANRİYƏ 

 

Əlahəzrət! 



Milli bayramınız – Böyük Hersoqun Təvəllüd günü müna-

sibətilə  Sizi  və  Sizin  simanızda  bütün  xalqınızı  öz  adımdan  və 

Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. 

Əminəm  ki, Azərbaycan–Lüksemburq  münasibətləri, dostluq 

və  əməkdaşlıq  əlaqələrimiz  xalqlarımızın  mənafelərinə  uyğun 

olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. 

Bu  əlamətdar  gündə  Sizə  möhkəm  cansağlığı,  işlərinizdə 

uğurlar, dost Lüksemburq xalqına sülh və firavanlıq arzulayıram. 



 

Hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 7 iyun 2011-ci il 



 

 

 



 


 

125 


 

 

 

XORVATİYA RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB İVO YOSİPOVİÇƏ 

 

Hörmətli cənab Prezident! 



Xorvatiya  Respublikasının  milli  bayramı  –  Dövlətçilik 

günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan 

xalqı adından səmimi-qəlbdən təbrik edirəm. 

Ümidvaram ki, Azərbaycan ilə Xorvatiya arasında yaranmış 

dostluq  və  əməkdaşlıq  münasibətlərinin  inkişafı  bundan  sonra 

da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. 

Belə  bir  əlamətdar  gündə  Sizə  möhkəm  cansağlığı,  işlə-

rinizdə  uğurlar,  dost  Xorvatiya  xalqına  sülh  və  tərəqqi 

arzulayıram. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 7 iyun 2011-ci il  



 

 

 


 

126 


 

 

 

SLOVENİYA RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB DANİLO TYURKA 

 

Hörmətli cənab Prezident! 



Ölkənizin milli bayramı – Dövlətçilik günü münasibətilə 

Sizə və xalqınıza  öz adımdan və Azərbaycan xalqı adından ən 

səmimi təbriklərimizi yetirirəm. 

Bu  gün  Azərbaycan–Sloveniya  münasibətləri  müvəffəqiy-

yətlə inkişaf etməkdədir. Əminəm ki, ölkələrimiz və xalqlarımız 

arasındakı  dostluq  əlaqələrinin  möhkəmləndirilməsi,  ikitərəfli 

və  çoxtərəfli  qaydada  əməkdaşlığımızın  dərinləşdirilməsi 

istiqamətində  qarşılıqlı  səylərimizi  bundan  sonra  da  ardıcıl 

şəkildə davam etdirəcəyik. 

Bu  xoş  gündə  Sizə  möhkəm  cansağlığı,  işlərinizdə  uğurlar, 

dost Sloveniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 7 iyun 2011-ci il 



 

 

 




 

127 


 

 

 

LATVİYA RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB ANDRİS BERZİNŞƏ 

 

Hörmətli cənab Prezident! 



Latviya  Respublikasının  Prezidenti  vəzifəsinə  seçilmə-

yiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. 

Biz  Azərbaycan–Latviya  münasibətlərinə  böyük  əhəmiyyət 

veririk.  Əminəm  ki,  dövlətlərarası  münasibətlərimiz,  dostluq 

əlaqələrimiz,  istər  ikitərəfli  qaydada,  istərsə  də  beynəlxalq 

qurumlar  çərçivəsində  əməkdaşlığımız  bundan  sonra  da 

müvəffəqiyyətlə davam edəcəkdir. 

Sizə  möhkəm  cansağlığı,  xoşbəxtlik,  dost  Latviya  xalqının 

rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 7 iyun 2011-ci il 



 

 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə