Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə43/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   39   40   41   42   43   44   45   46   ...   114

 

152 


dərəcədə  önəmlidir.  Ona  görə  burada  bizim  maraqlarımız  üst-

üstə düşür. 

Bütövlükdə  Azərbaycan  enerji  təhlükəsizliyi  məsələlərində 

fəal rol oynayır. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizinin zəngin 

ehtiyatlarını  dünya  bazarlarına  nəql  edə  bilmişdir.  Hazırda 

Azərbaycanı dünya bazarları ilə birləşdirən 7 neft və qaz kəməri 

vardır  ki,  onların  hamısı  işlək  vəziyyətdədir.  Bizim  neftimiz, 

qazımız  müxtəlif  istiqamətlərlə  dünya  bazarlarına  nəql  edilir. 

Biz  çox istərdik  ki,  Serbiyanı  Azərbaycanla  o  cümlədən  enerji 

sahəsində bağlayan, birləşdirən əməkdaşlıq olsun. 

Bu  gün  digər  layihələri  də  müzakirə  etdik.  Böyük  dəmir 

yolunun – Yeni İpək yolunun bərpası layihəsi icra edilir. Ümid 

edirəm  ki,  gələn  ilin  sonuna  qədər  Azərbaycanı,  Gürcüstanı, 

Türkiyəni birləşdirən yeni dəmir yolu istismara veriləcəkdir. Bu 

eyni  zamanda,  Asiyanı  Avropa  ilə  birləşdirən  bir  dəmir  yolu 

olacaqdır.  Bu  dəmir  yolunun  üzərində  yerləşən  bütün  ölkələr 

həmin  əməkdaşlıqdan  ancaq  fayda  götürəcəklər.  Beləliklə, 

regional əməkdaşlıq daha da böyük həcmdə öz həllini tapa bilər. 

Biz  Serbiya  rəhbərliyinə  minnətdarıq  ki,  Azərbaycan  şirkət-

lərinə  onların  münasibəti  çox  müsbətdir.  İndi  Azərbaycanda 

müasir,  güclü  şirkətlər  yaranmışdır  və  onlar  üçün  Serbiyada 

işləmək,  iş  görmək,  kontraktlarda  iştirak  etmək  böyük  maraq 

doğura bilər. Biz bu məsələləri də müzakirə etdik. 

Beləliklə, ikitərəfli hökumətlərarası birgə Komissiyanın işi çox 

olacaqdır.  Əminəm  ki,  komissiya  tezliklə  öz  işinə  başlayacaqdır. 

Bu gün müzakirə etdiyimiz məsələlər komissiya tərəfindən baxılıb 

prezidentlərin diqqətinə təqdim ediləcəkdir. 

Bu  gün  imzalanmış  sənədlər  onu  göstərir  ki,  niyyətimiz  çox 

gözəldir.  Biz  istəyirik  ki,  bütün  sahələrdə  əməkdaşlıq  edək.  Bu 

əməkdaşlığın təməlində güclü siyasi əlaqələr vardır. Bu gün cənab  

Prezidentlə  müzakirə  əsnasında  eyni  fikri  söyləmişik  ki, 

insanlararası münasibətlər, humanitar əlaqələr də çox vacibdir. Həm 

Serbiyada,  həm  Azərbaycanda  dini  və  milli  tolerantlığın  dərin 

kökləri, böyük tarixi vardır. Həm Serbiyada, həm Azərbaycanda müx-

təlif dinlərin, müxtəlif xalqların nümayəndələri bir ailə kimi yaşayırlar. 



 

153 


Bu  bizim  nadir  təcrübəmizdir.  Biz  bu  təcrübədən  istifadə  edərək 

çalışmalıyıq  ki,  bütün  dünyada  nə  dini,  nə  milli  zəmində  heç  bir 

münaqişə,  heç  bir  qarşıdurma  olmasın.  Serbiya  Balkanlarda, 

Azərbaycan isə Qafqaz və Xəzər hövzəsində bu istiqamətdə səylərini 

birləşdirərək böyük işlər görə bilər. 

Bir  sözlə,  bugünkü  səfərim  artıq  çox  gözəl  nəticələrini 

verməkdədir.  Əminəm  ki,  səfərin  nəticələri  gözəl  olacaq  və 

mənim  səfərim  münasibətlərimizin  inkişafına  yeni  güclü təkan 

verəcəkdir.  Cənab  Prezident,  göstərdiyiniz  qonaqpərvərliyə 

görə  Sizə  bir  daha  minnətdaram.  Serbiya  xalqına  uğurlar  və 

tərəqqi arzulayıram. Sağ olun. 

 

 



 

 

 

 


 

154 


 

 

 

SERBİYA MİLLİ ASSAMBLEYASININ SƏDRİ 

SLAVİTSA DJUKİÇ-DEYANOVİÇ İLƏ GÖRÜŞ  

 

Belqrad  

 

8 iyun 2011-ci il 

 

İyunun  8-də  Azərbaycan  Respublikasının  Prezidenti 



İlham Əliyev Serbiya Respublikası Milli Assambleyasının sədri 

xanım Slavitsa Djukiç-Deyanoviç ilə görüşmüşdür. 

Görüşdə qeyd olundu ki, Azərbaycan prezidenti İlham Əliyevin 

Serbiyaya  rəsmi  səfəri  ölkələrimiz  və  xalqlarımız  arasında 

əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir. 

Bildirildi ki, səfər çərçivəsində imzalanan sənədlər siyasi və 

iqtisadi  sahədə  əlaqələrin  güclənməsinə  xidmət  edir  və  ölkə-

lərimiz  beynəlxalq  səviyyədə  bir-birinin  mövqelərini  yüksək 

səviyyədə müdafiə edirlər. 

Görüşdə  parlamentlərarası  əlaqələrin  ikitərəfli  münasibət-

lərimizin  daha  da  genişlənməsinə  yönəldiyi  və  bu  sahədə 

əməkdaşlığın  genişləndirilməsinin  zəruri  olduğu  bildirildi. 

Qeyd  olundu  ki,  ikitərəfli  əlaqələrimiz  müxtəlif  sahələrdə  di-

namik inkişaf edir. Bu da ölkələrimizin əməkdaşlığını daha da 

gücləndirir. 

 

 

 

 

 

 

 

 

 


 

155 


 

 

 

BELQRADDA TAŞMAYDAN PARKININ AÇILIŞI 

MƏRASİMİ 

 

Belqrad 



 

8 iyun 2011-ci il 

 

İyunun  8-də  Belqradda  Taşmaydan  parkının  açılışı 



olmuşdur. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  və  Serbiya  prezidenti 

Boris Tadiç mərasimdə iştirak etmişlər. 

Dövlətimizin  başçısına  məlumat  verildi  ki,  Taşmaydan  parkı 

Belqradın Palilula bələdiyyəsinin ərazisində yerləşir. İki min il əvvəl 

romalılar Belqrad hakimi üçün saray tikmək məqsədi ilə bu ərazidə 

yerləşən  karxanadan  daş  çıxarırmışlar.  Karxananın  osmanlılar 

dövründə də mövcudluğu onun adının yaranmasına səbəb olmuşdur. 

Osmanlılar  dövründə  Belqradda  inşa  olunmuş  tikili  və  divarlar  bu 

karxanadan çıxarılan daşlardan tikilmişdir. Taşmaydanda XIX əsrdə 

yaşamış  bir  çox  görkəmli  serb  xadimləri  dəfn  olunmuşlar.  Həmin 

əsrin sonundan başlayaraq qəbiristanlıq başqa əraziyə köçürülmüş və 

burada  yaşıllıqlar  salınmışdır.  İndi  bu  park  Belqrad  sakinlərinin 

istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir. 

Parkda  ümummilli  lider  Heydər  Əliyevin  və  görkəmli  serb 

yazıçısı  Milorad  Paviçin  abidələri  ucaldılmışdır.  Hazırda 

dünyanın  bir  çox  ölkəsində  ulu  öndər  Heydər  Əliyevin  adı 

əbədiləşdirilmiş,  onun  adına  park  və xiyabanlar  salınmış,  abi-

dələr  ucaldılmışdır.  Dünya  şöhrətli  siyasi  xadim  Heydər  Əli-

yevin  abidəsinin  Taşmaydan  parkında  ucaldılması  ölkələrimiz 

arasındakı əlaqələrin yüksək səviyyədə olmasına dəlalət etməklə 

yanaşı, həm də serb xalqının bu dahi şəxsiyyətin xatirəsinə olan 

ehtiramından xəbər verir. 

Azərbaycan  və  Serbiya  prezidentləri  parkda  rəmzi  olaraq 

ağac əkdilər. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə