Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə45/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   41   42   43   44   45   46   47   48   ...   114

 

159 


Serbiya  çoxmillətli,  çoxmədəniyyətli  ölkədir,  dinlər  və 

mədəniyyətlər  arasında  dialoqa  öz  töhfəsini  verir.  Məhz  bunu 

nəzərə  alaraq,  bu  gün  bu  mərasimdə  müsəlman  icmasının 

rəhbəri  Yusis  Bakiç  də iştirak  edir.  Əslində  biz  onunla  tez-tez 

təmasda  oluruq.  Bizim  mədəniyyət,  həmçinin  dini  məsələlər 

haqqında səmimi söhbətlərimiz olur.  

Azərbaycan  ilə  Serbiya  siyasi  sahədə  əməkdaşlıq  edir. 

Ölkələrimiz, həmçinin beynəlxalq təşkilatlar, BMT çərçivəsində 

əməkdaşlıq  edir.  Həm  iqtisadi,  həm  mədəni,  həm  idman 

sahəsində  əməkdaşlığımız  mövcuddur.  Bəli,  idman  sahəsində 

əməkdaşlığımız mövcuddur, lakin bundan da yaxşı ola bilər. 

Cənab  Prezident,  mən  Sizə  bu  mərasimdə  iştirakınıza  görə 

dərin  təşəkkürümü  bildirirəm.  Xüsusi  minnətdarlığımı 

bildirirəm  ki,  Siz  bu  parkın  bərpa  edilməsinə  yardımınızı 

əsirgəməmisiniz.  Hesab  edirəm  ki,  bizi  gələcəkdə  bir  çox 

nailiyyətlərlə  dolu  illər  gözləyir.  Biz  bu  gün  əslində  həm 

Serbiya,  həm  də  Azərbaycan  xalqlarını  səmimi-qəlbdən  təbrik 

edirik. 


                                     * * *  

 

Sonra Azərbaycan və Serbiya prezidentləri ümummilli lider 



Heydər  Əliyevin  və  görkəmli  serb  yazıçısı  Milorad  Paviçin 

abidələrini ziyarət etdilər. 

Prezident  İlham  Əliyev  parkda  Belqrad  ictimaiyyətinin 

nümayəndələri ilə görüşdü. Sakinlər ölkələrimiz və xalqlarımız 

arasındakı əlaqələrin daha da inkişafına verdiyi töhfələrə görə 

prezident İlham Əliyevə minnətdarlıq etdilər. 

Parkın  açılışı  münasibətilə  Azərbaycanın  incəsənət  ustaları 

konsert  proqramı  ilə  çıxış  etdilər.  Konsert  böyük  maraqla 

qarşılandı. 

 

 


 

160 


 

 

 

AZƏRBAYCANIN SERBİYADAKI  SƏFİRLİYİNİN 

AÇILIŞI MƏRASİMİ 

 

Belqrad  



 

8 iyun 2011-ci il 

 

İyunun  8-də  Belqradda  Azərbaycan  Respublikasının 



Serbiyadakı səfirliyinin iqamətgahının açılışı olmuşdur. 

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. 

Dövlətimizin  başçısı  səfirliyin  açılışını  bildirən  rəmzi  lenti 

kəsdi. 

Prezident  İlham  Əliyev  səfirliyin  binasında  yaradılmış  şə-

raitlə tanış oldu. 

Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov dövlətimizin 

başçısına  məlumat  verdi  ki,  burada  diplomatik  korpus 

nümayəndələrinin  fəaliyyəti  üçün  hər  cür  şərait  yaradılmışdır. 

Səfirliyin  binasının  bütün  iş  otaqları  zəruri  avadanlıqla  təchiz 

olunmuşdur.  Bu  da  səfirlikdə  işin  daha  keyfiyyətlə  yerinə 

yetirilməsinə hərtərəfli imkan yaradır. 

Prezident İlham Əliyev mərasimdə çıxış etdi. 

«Bu  gün  Serbiya–Azərbaycan  əlaqələrinin  inkişafında  çox 

əlamətdar  və  tarixi  bir  gündür»  –  deyən  dövlətimizin  başçısı 

bildirdi ki, gün ərzində keçirilən bir neçə mühüm və əlamətdar 

tədbir bunu söyləməyə əsas verir. Taşmaydan parkının iki xal-

qın dostluq rəmzinə çevriləcəyini deyən prezident İlham Əliyev 

səfər  çərçivəsində  imzalanan  sənədlərin  əhəmiyyətinə  də  to-

xundu. «Azərbaycan–Serbiya əlaqələri uğurla inkişaf edir və bu 

əlaqələr bütün sahələri əhatə edir» – deyən dövlətimizin başçısı 

ölkələrimiz  arasındakı  münasibətlərin  yüksək  səviyyədə 

olmasından məmnunluğunu bildirdi. 


 

161 


Prezident  İlham  Əliyev  qeyd  etdi  ki,  bundan  sonra  Azər-

baycan beynəlxalq təşkilatlarda Serbiyanın yanında olacaqdır. 

Hər  iki  ölkənin  siyasi  rəhbərliyi  tərəfindən  ərazi  bütövlüyü 

məsələsinə  dair  mühüm  bəyanatların  verildiyini  vurğulayan 

dövlətimizin  başçısı  bildirdi  ki,  səfər  çərçivəsində  iqtisadiyyat, 

enerji  sahələrində  perspektivlər  barədə  də  fikir  mübadiləsi 

aparıldı və müzakirə olunan məsələlərin heç biri ilə bağlı fikir 

ayrılığı yoxdur. 

İ l h a m  Ə l i y e v:  Mən tam əminəm ki, bu gün bizim 

strateji  tərəfdaşlıq  zəminində  qurulmuş  münasibətlərimiz  artıq 

müttəfiqlik səviyyəsinə qalxır. 

İki xalqın görkəmli şəxsiyyətlərinin xatirəsinə olan qarşılıqlı 

hörmət  –  ulu  öndər  Heydər  Əliyevin  və  serb  xalqının  böyük 

oğlu  Milorad  Paviçin  abidələrinin  ucaldılması  bir  daha 

münasibətlərimizin nə qədər səmimi olmasının təzahürüdür. Bu 

gün  Taşmaydan  parkındakı  mərasimdə  mən  Belqrad  şəhərinin 

merinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sərəncamını 

təqdim etdim. O sərəncamda deyilir ki, Bakı şəhərində parkların 

birinə  serb  xalqının  görkəmli  şəxsiyyəti,  dünya  şöhrətli  alim 

Nikola  Teslanın  adı  veriləcək  və  o  parkda  Nikola  Teslanın 

şərəfinə abidə ucaldılacaqdır. 

Bu  gün  yaddaşımızda  gözəl  gün  kimi  qalacaq,  xüsusilə 

nəzərə  alsaq  ki,  artıq  Serbiyada  Azərbaycan  dövlətinin  bir 

parçası  da  mövcuddur.  Bizim  səfirliyimiz  əminəm  ki,  fəal 

işləyəcək  və  iki  ölkə  arasındakı  münasibətlərin  inkişafı  üçün 

dəyərli töhfəsini verəcəkdir. Bizə göstərilən qonaqpərvərliyə və 

xoş, səmimi münasibətə görə mən Serbiya rəhbərliyinə, Serbiya 

xalqına  və  bütün  dostlara  bir  daha  minnətdarlığımı, 

təşəkkürümü bildirmək istəyirəm. 

Sağ olun. 



* * * 

 

Mərasimdə  iştirak  edən  Serbiyanın  Xarici  İşlər  naziri  Vuk 



Yeremiç  bu  tədbirdə  iştirak  etdiyinə  görə  prezident  İlham 

Əliyevə  təşəkkürünü  bildirdi.  O  qeyd  etdi  ki,  Azərbaycan  hər 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə