Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə44/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   40   41   42   43   44   45   46   47   ...   114

 

156 


Dövlət başçıları mərasimdə çıxış etdilər. 

 

Azərbaycan prezidenti İlham Əliyevin çıxışı 

 

Hörmətli cənab Prezident! 



Hörmətli dostlar, hörmətli xanımlar və cənablar! 

Bu  gün  Serbiya–Azərbaycan  əlaqələrinin  inkişafında  çox 

gözəl  və  əlamətdar  bir  gündür.  Bu  gün  bizim  tariximizdə 

dostluq  günü  kimi  qalacaqdır.  Belqradın  gözəl  guşələrindən 

birində  iki  xalqın  görkəmli  şəxsiyyətlərinin  şərəfinə  abidələr 

ucaldılıb. Bu dostluq rəmzi əminəm ki, hər iki xalqın qəlbində 

gözəl əks-səda verəcəkdir. Serb xalqının böyük oğlu, filosof və 

yazıçı  Milorad  Paviçin  abidəsi,  Azərbaycan  xalqının  böyük 

oğlu,  dövlət  xadimi,  müstəqil  Azərbaycanın  banisi  Heydər 

Əliyevin  abidəsi  bir-birinin  yanında  iki  qədim  xalqın  dostluq 

rəmzinə çevrilib. 

Bu gözəl parkın yaradılmasında iştirak etmiş bütün insanlara 

dərin  minnətdarlığımı  bildirmək  istəyirəm.  Serbiya  dövlətinin 

rəhbərliyinə, Belqrad meriyasına və bütün dostlara minnətdaram 

ki,  Azərbaycan  xalqının  böyük  oğlu  Heydər  Əliyevin  xatirəsinə 

hörmət göstərilibdir və gözəl abidə ucaldılıbdır. 

Bu gün mənim dostum prezident Tadiç ilə biz çox geniş fikir 

mübadiləsi  apardıq.  Serbiya–Azərbaycan  əlaqələrinin  gələcək 

inkişafı  üçün  konkret  planlar  nəzərdə  tutulur.  Əlaqələrimiz 

çoxşaxəlidir.  Biz  siyasi  müstəvidə  bütün  məsələlərə  eyni 

yanaşmadan 

baxırıq. 

Ölkələrimizin 

ərazi 


bütövlüyü 

məsələlərinə  eyni  mövqedən  yanaşırıq.  Əminəm  ki,  bizim 

aramızda gələcəkdə də çox gözəl hadisələr olacaq, əlaqələr daha 

da güclənəcəkdir. 

Sizə məlumat vermək istəyirəm ki, Bakı şəhər meriyası Bakı 

parklarının  birində  serb  xalqının  böyük  oğlu,  dünya  şöhrətli 

alim  Nikola  Teslanın  abidəsinin  ucaldılması  haqqında  qərar 

vermişdir.  Əminəm  ki,  yaxın  zamanlarda  gözəl  parkda  Nikola 

Teslanın abidəsi  ucaldılacaqdır.  Sizin  hamınızı  o  tədbirə dəvət 

edirəm.  Belə  hadisələr  xalqlarımızı  birləşdirir.  Biz  istəyirik  ki, 




 

157 


xalqlarımız  da  bir  olsunlar,  ölkələrimiz  də  daim  bir-birinin 

yanında olsun. 

Bu  tarixi  gündə  Bakı  şəhər  meriyasının  Nikola  Teslanın 

abidəsinin  ucaldılması  haqqında  verdiyi  qərarın  surətini  Sizə 

təqdim etmək istəyirəm. 

 

* * * 

Azərbaycan  prezidenti  İlham  Əliyev  Bakı  Şəhər  İcra  Ha-

kimiyyəti  başçısının  Nikola  Teslanın  abidəsinin  ucaldılması 

haqqında  qərarının  surətini  Belqrad  şəhərinin  merinə  təqdim 

etdi. 

 

Serbiya prezidenti Boris Tadiçin çıxışı 

 

Hörmətli cənab Prezident! 



Hörmətli xanımlar və cənablar! 

Hörmətli Belqrad şəhərinin meri! 

Əziz dostlar, hörmətli Belqrad şəhərinin sakinləri! 

Bu  gün  bu  gözəl  parkda  bu  mərasimdə  iştirak  etməkdən 

böyük  şərəf  və  iftixar  hissi  duyuram.  Biz  bu  gün  elə bir  tarixi 

mərasimdə  iştirak  edirik  ki,  parkımız  artıq  yeni  görkəm 

alacaqdır. 

Bu  gün  burada  Azərbaycanın  və  Serbiyanın  bayraqları 

ucaldılıb.  Hər  iki  xalqın  tarixində  mühüm  rol  oynamış  şəx-

siyyətlərin  burada  abidələri  ucaldılıb.  Müasir  Azərbaycanın 

yaradıcısı,  böyük  öndər  Heydər  Əliyevin  abidəsi  və  Serbiya 

xalqının  böyük  oğlu  yazıçı  Milorad  Paviçin  heykəli  buradadır. 

Qeyd  etmək  istəyirik  ki,  biz  bu  işləri  əməkdaşlığımız 

nəticəsində  görmüşük  və  bundan  sonra  da  hər  iki  ölkə  üçün 

strateji  əhəmiyyət  daşıyan  konkret  layihələrin  həyata  keçiril-

məsi üzərində çalışacağıq. 

Mən  bu  gün  Azərbaycan  Respublikasının  Prezidenti  cənab 

İlham Əliyevi bir daha təbrik etmək istəyirəm. Azərbaycan son 

illər  ərzində  çox  böyük  uğurlar  əldə  edib  və  sürətli  inkişaf 

nümayiş  etdiribdir.  Biz  bu  böyük  nailiyyətlərə  həqiqətən 




 

158 


sevinirik.  Bakı  gözəl  şəhərdir.  Bakı  bu  gün  dünyada  mövcud 

olan  ən  gözəl  paytaxtlar  cərgəsinə  qoşulub.  Bu  bizi  çox 

sevindirir. Bu gün isə biz bu parkda mərasimi açıq elan edərək, 

həmçinin  ölkənizin  əldə  etdiyi  nailiyyətlərə  kiçik  də  olsa 

töhfəmizi  veririk.  Biz  bundan  sonra  da  arzu  edirik  ki,  hər  iki 

xalqın gələcəyi çox parlaq olsun. Hər iki ölkəyə böyük rifah və 

inkişaf arzulayırıq.  

Bu  çox  gözəl  məkanda  bugünkü  mərasim  olduqca  mühüm 

rəmzi məna daşıyır. İcazə verin, bu park haqqında bir neçə maraqlı 

faktı  sizin  nəzərinizə  çatdırım.  Bu  park  paytaxtımızın    lap 

mərkəzində yerləşir. Digər tərəfdən, dayandığımız bu yerdə idman 

mərkəzi  yaradılıb,  burada  hovuz  və  üzgüçülük  seksiyası  vardır. 

Daha  qədim  tariximizdə  bu  parkda  karxana  mövcud  idi,  burada 

mədən  də  yerləşirdi.  Məhz  buna  görə  də    parkın  adı  Taşmaydan 

adlanır.  Bu,  türk  dilindən  götürülmüş  bir  sözdür  və  bizim  türk 

mədəniyyəti  ilə  yaxınlığımızı  göstərir.  Bizdən  sağda  Müqəddəs 

Mark  kilsəsi  yerləşibdir.  Daha  sonra  Belqradın  Hüquqşünaslıq 

Məktəbinin  binası  gəlir.  Bundan  əlavə,  bizim  nəsli  və  xalqımızı, 

ümumiyyətlə,  bu  parkla  çox  emosional  hisslər  bağlayır.  Çünki 

çoxlarımız öz tariximizi bu parkda yaşatmışıq. Burada iki restoran 

da yerləşir və digər obyektlər mövcuddur. Mən xüsusi qeyd etmək 

istəyirəm ki, bu gün biz bu addımı ataraq mədəniyyət sahəsindəki 

əməkdaşlığa  artıq  töhfə  vermiş  oluruq.  Çünki  mədəniyyət,    bu 

sahənin  inkişafı  xalqları  bir-birinə  daha  da  yaxınlaşdırır.  Biz  bu 

gün bəyan edirik ki, Serbiya Avropadadır. Serbiya müxtəlif xalqlar 

arasında  dözümlülüyü  ilə  fəxr  edə  bilər.  Bu  gün  bu  mərasimin 

məhz  Taşmaydan  parkında  keçirilməsi  bizim  üçün  xüsusi 

əhəmiyyət kəsb edir və biz bundan çox məmnunuq. 

Bizim dahi yazıçımız Milorad Paviç «Xəzər lüğəti»ni tərtib 

etmişdir.  Burada  onun  əsərlərindən  ibarət  iki  köşk  də 

yerləşdirilib. Bu parka gələn insanların böyük Azərbaycan xalqı 

haqqında bir çox məlumatları əldə etmək imkanı olacaqdır. Biz 

bilirik ki, azərbaycanlılar bu gün dünyanın digər ölkələrində də 

yaşayırlar, həmçinin serblər də.  




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə