Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə46/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   42   43   44   45   46   47   48   49   ...   114

 

162 


zaman  beynəlxalq  təşkilatlarda  Serbiyanı  dəstəkləyir  və  ölkə-

lərimizdə  səfirliklərin  açılması  ikitərəfli  əməkdaşlığımıza 

mühüm töhfələr verəcəkdir. 

Ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov prezident İlham 

Əliyevə  Azərbaycanın  Serbiyadakı  diplomatik  missiyasının 

fəaliyyətinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq etdi. 

Səfir  bildirdi ki, ulu  öndər  Heydər  Əliyev  Azərbaycanın  xarici 

ölkələrdəki səfirliklərinin fəaliyyətinə böyük diqqət yetirirdi. Bu 

siyasəti prezident İlham Əliyev də davam etdirir. 

Eldar  Həsənov  Serbiya–Azərbaycan  əlaqələrinin  dərinləş-

məsi üçün səfirliyin xətti ilə həyata keçirilən layihələr barədə də 

məlumat verdi. 

Görkəmli  serb  yazıçısı  Milorad  Paviçin  xanımı  Yasmina 

Mixayloviç  həyat  yoldaşının  xatirəsinə  göstərilən  diqqət  və 

ehtirama  görə  Azərbaycan  prezidenti  İlham  Əliyevə  təşəkkü-

rünü  bildirdi.  O  qeyd  etdi  ki,  Milorad  Paviçin  xatirəsi  Serbi-

yada olduğu kimi, Azərbaycanda da hər zaman dərin hörmətlə 

anılacaqdır. 

Prezidenti  İlham  Əliyev  «Azərnəşr»  tərəfindən  nəfis  şəkildə 

çap  edilmiş  «Xəzər  lüğəti»  kitabını  Serbiya  prezidenti  Boris 

Tadiçə  və  Milorad  Paviçin  ailəsinə  təqdim  etdi.  Kitabın 

tərcüməçisi  Əlövsət  Ağalarov  əsərin  məzmunu  haqda  hər  iki 

prezidentə qısa məlumat verdi. 

Yasmina Mixayloviç Milorad Paviçin müəllifi olduğu «Xəzər 

lüğəti»  kitabının  əlyazmasını  prezident  İlham  Əliyevə  təqdim 

etdi. 

Sonra mərasimə dəvət olunan xarici ölkələrin səfirliklərinin 

nümayəndələri  prezident  İlham  Əliyev  ilə  görüşlərində  Azər-

baycana beynəlxalq aləmdə böyük marağın olduğunu, ölkəmizin 

iqtisadi inkişafının dünyada diqqətlə izlənildiyini bildirdilər və 

Serbiyada  Azərbaycan  səfirliyinin  iqamətgahının  açılması 

münasibətilə dövlətimizin başçısını təbrik etdilər. 

 

 

 


 

163 


 

 

SERBİYANIN NOVİ  SAD ŞƏHƏRİNDƏ  

ÜZEYİR HACIBƏYLİNİN ABİDƏSİNİN  

AÇILIŞI MƏRASİMİ 

 

Novi Sad 

 

9 iyun 2011-ci il 

 

 Azərbaycan  prezidenti  İlham  Əliyev  və  Serbiya  prezi-



denti  Boris  Tadiç  iyunun  9-da  Novi  Sad  şəhərində  dahi 

Azərbaycan  bəstəkarı  Üzeyir  Hacıbəylinin  büstünün  açılışında 

iştirak etmişlər.  

Serbiyanın  Novi  Sad  şəhəri  Voevodina  muxtar  diyarının  pay-

taxtıdır və Belqraddan sonra ölkənin ikinci ən böyük şəhəri sayılır. 

Novi  Sad  1694-cü  ildə  salınmışdır.  XVII–XIX  əsrlərdə  Serbiya 

mədəniyyətinin  beşiyi  olmuş  bu  şəhəri  «Serb  Afinası» 

adlandırırlar. Bu gün Novi Sad Serbiya iqtisadiyyatının sənaye və 

maliyyə, ölkənin əsas mədəniyyət mərkəzlərindən biridir. Burada 

Serbiyanın  ən  qədim  mədəniyyət,  elm  mərkəzləri,  muzeylər, 

teatrlar yerləşir. Təsadüfi deyildir ki,  Serbiyanın  ilk  teatrı 1861-

ci ildə bu şəhərdə fəaliyyətə başlamışdır.  

Serbiyanın  mədəni  həyatına  daha  bir  töhfəni  Azərbaycan 

vermişdir.  Prezident  İlham  Əliyevin  təşəbbüsü  və  dəstəyi  ilə 

Novi  Sadda  dahi  Azərbaycan  bəstəkarı  Üzeyir  Hacıbəylinin 

büstü ucaldılmışdır. 

Mərasimin  aparıcısı  Üzeyir  Hacıbəylinin  həyat  və  fəaliy-

yətindən  danışdı.  Bildirdi  ki,  dahi  Azərbaycan  bəstəkarı  Üzeyir 

Hacıbəylinin  yaradıcılıq  irsi  nəinki  Azərbaycan  xalqının  milli 

sərvətidir, həm də dünya mədəniyyətinin incisidir. Onun musiqisi 

dünya  mədəniyyətinin  Qızıl  fonduna  daxil  olmuşdur.  Bəstəkarın 

yaratdığı musiqi, ədəbi və elmi irs ölməz və əbədidir. 

Mərasimdə çıxış edən Novi Sad şəhərinin meri İqor Pabliçiç 

dahi  bəstəkar  Üzeyir  Hacıbəylinin  büstünün  açılması  mü-

nasibətilə  verdiyi  dəstəyə  görə  prezident  İlham  Əliyevə  təşək-


 

164 


kürünü bildirdi. Qeyd etdi ki, çoxmədəniyyətli ölkə olan Serbiya 

digər  mədəniyyətlərə  hörmətlə  yanaşır  və  Üzeyir  Hacıbəylinin 

büstünün  Novi  Sadda  ucaldılması  bu  şəhərin  sakinləri  üçün 

böyük şərəfdir. 

Azərbaycan  və  Serbiya  prezidentləri  büstün  üzərindəki 

örtüyü götürdülər. 

Dövlət başçıları mərasimdə çıxış etdilər. 

 

Azərbaycan prezidenti İlham Əliyevin çıxışı 

 

Hörmətli cənab Prezident! 



Hörmətli cənab mer! 

Hörmətli xanımlar və cənablar! 

Novi Sad şəhərinin əziz sakinləri! 

Bu  gün  Serbiya–Azərbaycan  əlaqələrinin  tarixində  çox 

əlamətdar  bir  gündür.  Dahi  Azərbaycan  bəstəkarı  Üzeyir 

Hacıbəylinin  büstü  Serbiyanın  gözəl  guşələrindən  biri  olan 

Novi  Sad  şəhərində  ucaldılıb.  Mən  sizin  hamınızı  bu  müna-

sibətlə  ürəkdən  təbrik  edirəm.  Üzeyir  Hacıbəyli  Azərbaycan 

klassik  musiqisinin  banisi,  Azərbaycan  Konservatoriyasının 

qurucusu və Azərbaycan milli himninin  müəllifidir. 

1918-ci  ildə  müsəlman  Şərqində  ilk  demokratik  respublika 

yaranmışdır  –  Azərbaycan  Demokratik  Respublikası  və  onun 

Dövlət  himninin  müəllifi  məhz  Üzeyir  Hacıbəyli  olmuşdur. 

Azərbaycan  müstəqilliyini  itirəndən  sonra  təbii  ki,  bizim  milli 

himnimiz  də  səslənmədi.  Ancaq  Sovet  İttifaqı  dağılandan, 

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Üzeyir 

Hacıbəylinin  yaratdığı  Azərbaycan  Demokratik  Respublikasının 

milli himni müstəqil Azərbaycan Respublikasının milli himni kimi 

elan  edildi  və  bu  gün  bütün  rəsmi  tədbirlərdə  Üzeyir  bəyin  bu 

gözəl əsəri səslənir. 

Dünən  və  bu  gün  ölkələrimizin  tarixində  çox  əlamətdar 

hadisələr  baş  vermişdir.  Dünən  Belqradın  Taşmaydan  mey-

danında  serb  xalqının  dahi  yazıçısı  Milorad  Paviçin  və 

Azərbaycan  xalqının  görkəmli  şəxsiyyəti  Heydər  Əliyevin 

abidələri  ucaldılmışdır.  Yaxın  aylarda  Bakı  şəhərində  serb 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə