Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə49/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   45   46   47   48   49   50   51   52   ...   114

 

173 


 

 

 

SƏNƏDLƏRİN  İMZALANMASI MƏRASİMİ 

 

Lyublyana  



 

9 iyun 2011-ci il 

 

İyunun 9-da prezident İlham Əliyevin və prezident Danilo 



Tyurkun  nümayəndə  heyətlərinin  iştirakı  ilə  geniş  tərkibdə 

görüşü 

başa 

çatdıqdan 

sonra 

Azərbaycan–Sloveniya 

sənədlərinin imzalanması mərasimi olmuşdur. 

«Sloveniya  Respublikası  Hökuməti  və  Azərbaycan  Res-

publikası  Hökuməti  arasında  mədəniyyət,  təhsil  və  elm  sahə-

sində əməkdaşlığa dair Saziş»i Azərbaycanın Xarici İşlər naziri 

Elmar  Məmmədyarov  və  Sloveniyanın  Xarici  İşlər  naziri 

Samuel Jboqar imzaladılar. 

«Sloveniya  Respublikası  Hökuməti  və  Azərbaycan  Res-

publikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə 

münasibətdə  ikiqat  vergitutmanın  aradan  qaldırılması  və 

vergidən  yayınmanın  qarşısının  alınması  haqqında  Konven-

siya»nı  Azərbaycanın  Xarici  İşlər  naziri  Elmar  Məmmədyarov 

və  Sloveniyanın  İqtisadiyyat  naziri  xanım  Darya  Radiç  imza-

ladılar. 

 

 

 




 

174 


 

 

 

SLOVENİYA PREZİDENTİ  DANİLO TYURK İLƏ 

BİRGƏ MƏTBUAT KONFRANSINDA 

BƏYANATLARLA ÇIXIŞLAR  

 

Lyublyana  

 

9 iyun 2011-ci il 

 

İyunun  9-da  sənədlərin  imzalanması  mərasimi  başa  çat-



dıqdan  sonra  Azərbaycan  prezidenti  İlham  Əliyevin  və  Slo-

veniya  prezidenti  Danilo  Tyurkun  birgə  mətbuat  konfransı 

olmuşdur. 

Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış etdilər. 

  

Sloveniya prezidenti Danilo Tyurkun bəyanatı 

 

Bu gün Sloveniya Respublikasının ali qonağı ölkəmizə rəsmi 



səfər  edən  dost  Azərbaycan  Respublikasının  Prezidenti  cənab 

İlham  Əliyevdir.  Əslində bu,  cavab  səfəridir.  Çünki mənim  də 

2009-cu  ildə  Azərbaycana  rəsmi  səfərim  olmuşdu.  İndi  isə 

növbəti  cavab  səfəri  baş  tutur.  Əslində  bu  səfər  ikitərəfli 

münasibətlərimizin  nəzərdən  keçirilməsi  üçün  yaxşı  fürsətdir. 

Elə  indicə  biz  iki  ölkə  arasında  əməkdaşlığa  dair  iki  sənəd 

imzaladıq.  Sloveniya  və  Azərbaycana  aid  olan  bir  çox  digər 

məsələləri də nəzərdən keçirdik. 

Qeyd  etmək  istəyirəm  ki,  ikitərəfli  münasibətlərimiz 

yaxşıdır. Əməkdaşlığımız uğurludur və iqtisadi əlaqələrimiz də 

inkişaf etməkdədir. Hazırda ticarət dövriyyəsi 10 dəfə artmışdır. 

Bir  sıra  sazişlərin  imzalanması  nəzərdə  tutulur.  Burada  həm 

enerji,  həm  elektrik  stansiyalarının  tikintisi,  həm  informasiya 

texnologiyası,  həm  də  sığorta  sahələrində  əməkdaşlıq  baş  tuta 

bilər.  Biz  Azərbaycan  şirkətlərindən  Sloveniyaya  sərmayələrin 



 

175 


qoyulmasını  gözləyirik.  Mədəniyyət  sahəsində  də  əməkdaş-

lığımız  genişlənir.  Qarşımızda  hələ  bir  çox  əməkdaşlıq 

imkanları vardır. 

Bu  gün  aparılmış  danışıqlar,  həmçinin  bəzi  beynəlxalq 

məsələləri  də  nəzərdən  keçirmək  imkanı  yaratdı.  Sloveniya 

Avropa  məkanında  əməkdaşlıq  və  təhlükəsizlik  məsələlərinə 

xüsusi diqqət yetirir. Biz istəyirik ki, bu sahədə töhfəmizi verək. 

Bu məsələ bütün dövlətlərdən xüsusi fəallıq tələb edir, xüsusən 

də əgər söhbət silahlı münaqişələrdən gedirsə. 

Bunların  arasında  Dağlıq  Qarabağ  münaqişəsini  də  qeyd 

etmək  lazımdır.  Bu  gün  danışıqlarımızın  mövzusu,  həmçinin 

həmin  münaqişədir.  Biz  bu  haqda  öncədən  də  danışmışdıq. 

Mənim,  Ermənistan  prezidenti  Serj  Sarkisyanın  və  Rusiya 

prezidenti  Dmitri  Medvedevin  üçtərəfli  qaydada  danışıqlarda 

iştirakını  da  nəzərdən  keçirdik.  Status-kvo  qəbul  edilən  həll 

variantı  deyildir.  Biz  addımlarımızı  sürətləndirməliyik  ki, 

prinsiplər  əks  olunsun  və  həmin  prinsiplər  üzərində  sülh 

müqaviləsi, sülh razılaşması əldə edilsin.  

Bildiyimiz kimi, Rusiya prezidenti Dmitri Medvedev Soçidə 

üçtərəfli  görüşün  keçirilməsi  təşəbbüsü  ilə  çıxış  etmişdir. 

Sloveniya  bu  istiqamətdə  göstərilən  digər  təşəbbüsləri  də 

alqışlayır.  Bu  ayın  sonunda  yenidən  Rusiyada  keçiriləcək 

üçtərəfli görüşə ümid bəsləyirik. O görüş zamanı elə prinsiplər 

müəyyən  ediləcəkdir  ki,  onların əsasında  sülh razılaşması  əldə 

olunsun. Əslində bu məsələnin həlli Helsinki Yekun Aktına və 

ATƏT-in qərarlarına uyğun olmalıdır. 

Biz  bir  sıra  digər  məsələləri  də  nəzərdən  keçirdik.  Burada 

enerji  sahəsində  beynəlxalq  əməkdaşlıq  müzakirə  olundu.  Bu, 

Sloveniya  üçün  olduqca  maraqlı  mövzudur.  Həmçinin  digər 

Avropa ölkələri və bütövlükdə Avropa İttifaqı üçün əhəmiyyətli 

bir məsələdir. Biz Azərbaycan ilə əməkdaşlıq münasibətlərimizi 

genişləndirmək  istəyirik.  Sloveniya  hesab  edir  ki,  enerji 

təhlükəsizliyi  olduqca  mühüm  məsələdir.  Bu  məsələ  get-gedə 

daha  geniş,  çoxtərəfli  əməkdaşlıq  tələb  edir.  Burada  həm 

istehlakçılar,  həm  də  hasilatçılar  arasında  əməkdaşlıq  nəzərdə 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə