Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə51/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   47   48   49   50   51   52   53   54   ...   114

 

179 


siqnaldır.  Orada  göstərilir  ki,  status-kvo  qəbuledilməzdir.  Biz 

bunu  uzun  illərdir  ki,  deyirik  –  status-kvo  dəyişdirilməlidir, 

işğalçı  qüvvələr  işğal  edilmiş  torpaqları  tərk  etməlidir.  Belə 

dəqiq  bəyanatın  verilməsi  bizi  daha  da  ruhlandırır  və 

ümidlərimizi  artırır.  Bəyanatın  digər  vacib  məsələsi  ondan 

ibarətdir  ki,  orada  Helsinki  Yekun  Aktına  istinad  edilir. 

Helsinki Yekun Aktında ölkələrin ərazi bütövlüyü prinsipləri və 

xalqların  öz  müqəddəratını  müəyyənetmə  prinsipləri  arasında 

heç  bir  ziddiyyət  yoxdur.  Bu  iki  prinsip  bir  sazişdə  öz  əksini 

tapmalıdır və hesab edirəm ki, bu da çox müsbət haldır. 

İndiki  mərhələdə  Ermənistan  tərəfi  konstruktivlik  və 

səmimiyyət  göstərməlidir.  Uzun  illər  Ermənistan  danışıqların 

sadəcə  olaraq,  danışıqlar  naminə  aparılmasına,  imitasiya  ilə 

məşğul  olmağa  çalışmışdır.  İndi  isə  vaxt  çatıb  ki,  verilmiş 

təkliflərə  dəqiq,  konkret  cavab  versin.  Əgər  belə  olarsa,  o 

zaman  hesab  edirik  ki,  Azərbaycanın  torpaqları  tezliklə 

işğalçılardan azad ediləcəkdir. 

Bu gün biz regional məsələlər haqqında da fikir mübadiləsi 

apardıq.  Aramızda  fikir  ayrılığı  yoxdur.  Yanaşmamız  da  bir-

birinə çox yaxındır. Ümidvaram ki, biz bu gün və sabah davam 

edən  söhbətlər  əsnasında  ölkələrimizi  bir-birinə  daha  da  yaxın 

edəcəyik, xalqlarımız da bir-birinə yaxın olacaqlar.  

Cənab Prezident, bizə göstərdiyiniz qonaqpərvərliyə görə bir 

daha  Sizə  minnətdaram,  gözəl  ölkənizdə  olmağımdan  bir  daha 

məmnunluğumu ifadə etmək istəyirəm. Sağ olun. 

 

* * * 

 

Sonra jurnalistlərin sualları cavablandırıldı. 



S u a l: Cənab prezident Tyurk, Azərbaycan ilə qarşılıqlı 

investisiyaların  qoyulması  sahəsində  perspektivləri  necə 

görürsünüz? 

D a n i l o   T y u r k: Əvvəlcə icazə verin deyim ki, ümu-

miyyətlə,  bu  istiqamətdə  aparılan  proses  mənim  2009-cu  ildə 

Bakıya  səfərim  zamanı  başladı.  Biz  prioritet sahələri müəyyən 



 

180 


etdik və Sloveniya Azərbaycanda həmin sahələrdə fəal işləmək 

istəyir.  Xüsusi  olaraq  iki  sahə  müəyyən  edildi:  informasiya 

texnologiyaları – bizim «İskratel» şirkəti artıq Azərbaycandakı 

tərəfdaşları ilə əməkdaşlıq edir. Biz istəyirik ki, bu əməkdaşlığı 

daha da genişləndirək. Digər sahə bərpaolunan alternativ enerji 

mənbələridir.  Məsələn,  su  enerjisi.  Biz  sizə  su  elektrik 

stansiyalarının  tikintisindəki  təcrübəmizlə  yardım  etmək 

istəyirik  ki,  uğurlar  qazanasınız,  nailiyyətlər  əldə  edəsiniz.  Bu 

elə  bir  sahədir  ki,  Sloveniya  kifayət  qədər  böyük  təcrübəyə 

malikdir. Əslində bu, 100 ildən artıq olan təcrübədir. 

Bu sahələr tərəflər arasında artıq müəyyən edilib və nəticələrini 

vermişdir. «Korona» şirkəti – telekommunikasiya sahəsindəki lider 

şirkət  Azərbaycandakı  tərəfdaşları  ilə  artıq  saziş  imzalayıb. 

Həmçinin  su  elektrik  stansiyası  sahəsində  texniki  əsaslandırma 

işinin  aparılması  ilə  bağlı  razılaşma  əldə  edilib.  Biz  həmçinin 

istərdik  ki,  qarşılıqlı  sərmayələr  olsun.  Hazırda  Azərbaycanın 

Dövlət  Neft  Fondu  Sloveniyada  sərmayə  imkanlarını  araşdırır. 

Bizim  nümayəndə  heyətimiz  də,  İqtisadiyyat  nazirimiz  də  bu 

məsələ  ilə  daha  yaxından  məşğul  olacaq  və  əməkdaşlıq  üçün  bir 

çox imkan  yaranacaqdır. 



S  u  a  l:  Sualım  prezident  İlham  Əliyevədir. 

Azərbaycanın  Dağlıq  Qarabağ  münaqişəsinə  gəldikdə 

gücdən  istifadə  etmək  təhlükəsi  nə  qədər  böyükdür?  Siz 

Ermənistan  prezidenti  ilə  görüşə  nə  dərəcədə  nikbin 

baxırsınız?  İkinci  sual:  Əməkdaşlıq  layihələrindən  birini 

seçmək istəsəydiniz, hansını seçərdiniz? 

İ l h a m   Ə l i y e v: Bildiyiniz kimi, hər bir ölkənin özünü 

müdafiə etmə hüququ vardır. Hər bir ölkənin bu hüququ Birləşmiş 

Millətlər Təşkilatının Nizamnaməsində də tanınıbdır. Sirr deyil ki, 

Dağlıq Qarabağ münaqişəsinin nəticələri məhz sülh yolu ilə yox, 

zor, güc tətbiq etməklə formalaşmışdır. Ermənistanın Azərbaycana 

qarşı etnik təmizləmə  və işğalçı siyasəti nəticəsində  yüz  minlərlə 

dinc  sakin  öz  doğma  torpağında  qaçqın-köçkün  vəziyyətinə 

düşmüşdür. Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayon – harada 

ki heç vaxt ermənilər yaşamamışlar – azərbaycanlılardan tamamilə 



 

181 


boşaldılıb.  Orada  bütün  binalar  yerlə  yeksan  edilib.  Bir  neçə  ay 

bundan  əvvəl  ATƏT-in  qiymətləndirmə  missiyası  işğal  altındakı 

torpaqlara  səfər  etmişdir.  Onların  hazırladığı  məruzəyə  baxmaq 

kifayətdir ki, hər kəs bilsin, orada bir dənə də olsun salamat bina 

qalmamışdır.  Bütün  binalar  dağıdılıb.  Bizim  dini  məbədlərimiz 

dağıdılıb.  Bütün  sərvətlər  talan  edilib.  Yəni,  bir  tərəf  güc  tətbiq 

etməklə artıq bu vəziyyətin yaranmasına gətirib çıxarıbdır. 

Biz sülh yolunun tərəfdarıyıq. Biz istəyirik ki, məsələ sülh yolu 

ilə  həll  olunsun  və  məhz  buna  görə  19  ildir  ki,  sülh  danışıqları 

aparılır. Minsk qrupu 1992-ci ildə yaranmışdır. O gündən bu günə 

qədər aparılan danışıqların heç bir nəticəsi olmamışdır. Müəyyən 

mərhələlərdə  tərəflərin  mövqelərində  yaxınlaşma  baş  verən  kimi, 

Ermənistan  tərəfi  geriyə  addım  ataraq  danışıqların  faktiki  olaraq 

pozulmasına  gətirib  çıxarmışdır.  Belə  olan  halda  sülh  prosesinə 

ümidlər  azalır.  Mən  hesab  edirəm  ki,  bu  gün  indiki  mərhələdə 

müzakirə edilən variant son şansdır. Bütün bu 19 il ərzində müx-

təlif  variantlar  müzakirə  edildi,  sınaqdan  keçirildi.  Ermənistanın 

qeyri-konstruktiv 

mövqeyi  nəticəsində  hazırda  biz  sülh 

müqaviləsinə  nail  ola  bilməmişik.  İndi  bu  son  şansdan  istifadə 

etməliyik. 

Məsələnin sülh yolu ilə həllinə ümidlərimiz Minsk qrupunun 

həmsədr  ölkələrinin  dövlət  başçılarının  bəyanatından  sonra 

artıbdır.  Biz  tezliklə  status-kvonun  dəyişdirilməsinə  nail 

olmalıyıq. Mən çıxışımda xüsusilə qeyd etdim ki, bu çox vacib 

məsələdir.  19  il  ərzində  biz  bir  dəfə  də  olsun  vasitəçilərdən 

eşitməmişdik ki, status-kvo dəyişdirilməlidir. 

Son  aylar  ərzində  verilən  bu  bəyanat  ümidlərimizi  artırır. 

Ümid  edirik  ki,  vasitəçilərin  fəal  işi  nəticəsində  məsələ  öz 

həllini tapa bilər. Ancaq bununla bərabər, heç bir başqa variant, 

təbii  ki,  istisna  olunmur.  Azərbaycanın  başqa  ölkələrin  ərazi 

bütövlüyünə  heç  bir  iddiası  yoxdur.  Biz  heç  kimin  torpağını 

işğal  etməmişik.  Ancaq  öz  ərazi  bütövlüyümüzü  bərpa  etmək 

üçün bizim həm imkanımız, həm də gücümüz var. Beynəlxalq 

hüquq  normaları  da  bizə  bu  imkanları  yaradır.  Bir  daha  deyə 

bilərəm  ki,  BMT-nin  Nizamnaməsinə  nəzər  salmaq  kifayətdir, 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə