Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə59/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   55   56   57   58   59   60   61   62   ...   114

 

206 


 

 

 

RUSİYA FEDERASİYASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB DMİTRİ MEDVEDEVƏ 

 

Hörmətli Dmitri Anatolyeviç! 



Petrozavodsk  yaxınlığında  təyyarə  qəzası  nəticəsində 

çoxsaylı  insan  tələfatı  haqqında  xəbər  məni  dərindən  sar-

sıtmışdır. 

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak 

olanların  doğmalarına  və  yaxınlarına,  bütün  Rusiya  xalqına 

dərin hüznlə başsağlığı verirəm. 



 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 21 iyun 2011-ci il 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

207 


 

 

 

 

BELÇİKA KRALLIĞINA İŞGÜZAR SƏFƏR 

 

Brüssel  



 

21 iyun 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



iyunun 21-də Belçika Krallığına işgüzar səfərə gəlmişdir. 

 

 



Avropa Komissiyasının sədri Xose Manuel Barrozu  

ilə  birgə mətbuat konfransında  

bəyanatlarla çıxışlar 

 

 



İyunun  22-də  Brüsseldə  Azərbaycan  Respublikasının 

Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose 

Manuel Barrozunun birgə mətbuat konfransı olmuşdur. 

Xose  Manuel  Barrozu  və  prezident  İlham  Əliyev  əvvəlcə 

mətbuat üçün  bəyanatlarla çıxış etmişlər. 

  

 



Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun 

bəyanatı 

 

Hər vaxtınız xeyir, xanımlar və cənablar! 



İlk  növbədə  bildirmək  istəyirəm  ki,  Azərbaycan  prezidenti 

İlham  Əliyevi  bu  gün  Brüsseldə  salamlamaqdan  böyük 

məmnunluq duyuram. Mənim Bakıya səfərim xatirimdədir. Bu 

səfər  zamanı  mən  böyük  qonaqpərvərliyin  şahidi  oldum. 

Prezident Əliyev ilə çox yaxşı fikir mübadiləmiz oldu. 

Bu gün Siz Brüsselə gəldiyiniz üçün çox məmnunam. Çünki 

bizim  çox  açıq  və  səmərəli  danışıqlarımız  oldu.  Bu  ilin 

yanvarında  Bakıya  səfərim  zamanı  müzakirə  etdiyimiz  müxtəlif 




 

208 


məsələləri yenidən nəzərdən keçirdik. Bu gün biz əlaqələrimizin 

müxtəlif istiqamətlərində əldə etdiyimiz nailiyyətləri qeyd  etdik, 

o  cümlədən  Assosiativ  razılaşmaya  dair  danışıqların  ötən  il 

başlanmasını.  İnanıram  ki, biz bu  danışıqları sürətləndirə  və  güclü 

razılaşmanın əldə olunmasına doğru irəliləyə bilərik.  Onu da deyə 

bilərəm  ki,  bu  il  biz  viza  rejiminin  sadələşdirilməsi  və  yenidən 

qoşulma razılaşmaları ətrafında müzakirələrə başlaya bilərik. Bizim 

üçün tərəfdaş ölkələrlə əməkdaşlıq «Şərq Tərəfdaşlığı» Proqramının 

vacib məqsədi kimi qalmaqdadır. 

Sentyabrda  Varşavada  keçiriləcək  «Şərq  Tərəfdaşlığı»  sam-

mitinə hazırlıq işləri davam etdirilir. Bu gün biz son 2 il ərzində 

bu  tərəfdaşlığın  icrasına  və  gələcəkdə  onun  gücləndirilməsinə 

dair fikir mübadiləsi apardıq. Bizim qonşularla keçirilən tədbirlər 

Avropanın  daxili  təhlükəsizliyinin  və  çiçəklənməsinin  qonşu 

ölkələrin eyni məsələləri ilə nə qədər bağlı olduğunu göstərir. Bu 

səbəbdən  strateji  vəzifəmiz  demokratiyanı  gücləndirmək,  həm 

Şərqdə, həm Cənubda inkişafı təmin etməkdir. Bu mənada mən 

siyasi 


sahədə 

modernləşdirilmənin, 

siyasi 

islahatların 



aparılmasının, qanunun aliliyinə hörmət edilməsinin əlaqələrimiz 

üçün  nə  qədər  vacib  olduğunu  vurğuladım.  İnanırıq  ki,  söz  və 

sərbəst  toplaşma  azadlığı  xüsusi  əhəmiyyət  kəsb  edir  və  onlara 

əlaqələrimizin  bu  konteksti  çərçivəsində  baxılmalıdır.  Mən  bu 

həssas,  lakin  vacib  məsələləri  açıq  və  səmimi  şəkildə  müzakirə 

etdiyimiz  üçün  prezident  İlham  Əliyevə  təşəkkürümü  bildirmək 

istəyirəm. Ümumi dəyərlərə dair bölüşdüyümüz öhdəliklər – de-

mokratiya,  qanunun  aliliyi,  insan  haqları  əlaqələrimizin  əsas 

hissəsini təşkil edir və bu, nailiyyət üçün vacibdir. 

Xanımlar və cənablar, enerji məsələsi danışıqlarımızın digər 

əsas  bir  mövzusu  idi.  Bildiyiniz  kimi,  bu  ilin  yanvarında  mən 

prezident  Əliyev  ilə  birgə  Cənub  qaz  dəhlizinin  yaradılmasına 

dair  Birgə  Bəyannamə  imzaladıq.  Bu,  enerji  təchizatı  və 

tələbatımızın  təhlükəsizliyi  və  şaxələndirilməsi  üçün  çox 

vacibdir.  Bu  dəhliz  strateji  məqsədimizdir,  Azərbaycan  üçün 

strateji məsələdir. Çünki bu, dünyanın ən iri və etibarlı Avropa 

bazarına  ölkənin  birbaşa  çıxışını  təmin  edəcəkdir.  Bu,  Avropa 



 

209 


İttifaqı  üçün  də  strateji  məsələdir.  Çünki  bununla  biz  Xəzər 

hövzəsindən  alternativ  təchizat  marşrutu  əldə  etməyə  imkan 

yaradacağıq. 

Nəhayət, biz qonşu regiondakı və Cənubi Qafqazdakı vəziyyəti 

də  müzakirə  etdik.  Mən  vurğuladım  ki,  Avropa  İttifaqı  Dağlıq 

Qarabağ  münaqişəsinin  sülh  yolu  ilə  həll  olunmasını  dəstəkləyir. 

«Əsas prinsiplər» adlandırılan razılaşmanın yekunlaşdırılması üçün 

əlavə  səylərin  göstərilməsinin  vaxtıdır.  Münaqişənin  həlli 

istiqamətində  danışıqlar  iki  gündən  sonra  davam  etdiriləcəkdir. 

Ümid edirəm ki, hər iki tərəf irəliyə doğru gedə biləcəkdir. Öncə 

qeyd etdiyim kimi, status-kvo bir variant deyildir. 

Cənab  Prezident,  Brüsselə  gəldiyiniz  üçün  Sizə  dərin  min-

nətdarlığımı  bildirirəm.  Avropa  İttifaqı  ilə  Azərbaycanın  daha 

da  yaxınlaşması  üçün  əməkdaşlığımızı  davam  etdirəcəyimizə 

ümid  edirəm.  Düşünürəm  ki,  ötən  ay  Azərbaycanın 

«Eurovision»  mahnı  müsabiqəsindəki  parlaq  qələbəsi  bu  isti-

qamətdə ilk addım oldu. Əksər avropalıların bu Avropa müsabi-

qəsində Azərbaycana səs verməsi faktı Avropanın Azərbaycana 

dair nə qədər səmimi olduğunu nümayiş etdirdi. Bilirəm ki, bir 

ildən  sonra  bu  mötəbər  beynəlxalq  tədbir  ölkənizdə 

keçiriləcəkdir.  Əminəm  ki,  Siz  bu  fürsətdən  istifadə  edərək 

ölkənizin  modernləşməyə  və  Avropanın ümumi  dəyərlərinə  nə 

qədər sadiq olduğunu nümayiş etdirəcəksiniz. 

 

Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı 

 

Təşəkkür edirəm, cənab Sədr! 



Xanımlar və cənablar! 

İlk  növbədə  cənab  Sədrə  məni  Brüsselə  dəvət  etdiyinə  və 

fəal  dialoqumuzu  davam  etdirmək  imkanına  görə  minnət-

darlığımı  bildirirəm.  Bizim  görüşlərimiz  Avropa  təsisatları  ilə 

Azərbaycanın  əlaqələrinin  gələcək  inkişafı  üçün  çox  vacibdir. 

Təbriklərinizə  görə  minnətdarlığımı  bildirirəm  və  burada, 

Avropanın  mərkəzində  dünyanın  ən  mötəbər  musiqi 

yarışmasında  avropalıların  gənc  müğənnilərimizə  qələbəni  bəxş 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə