Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə62/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   58   59   60   61   62   63   64   65   ...   114

 

217 


dialoqunu  davam  etdiririk.  Əminəm  ki,  mənim  Avropa 

parlamentinə,  Avropa  İttifaqına  və  Avropa  Komissiyasına 

səfərim  gələcək  əlaqələrimizin  inkişafında  çox  mühüm  rol 

oynayacaqdır.  Biz  bir  məsələdə  birləşmişik  və  bu  bir-birimizə 

yaxınlaşmaq  və  Avropa  təsisatları  ilə  Azərbaycan  arasında 

mümkün qədər çox sahələri əhatə edəcək uzunmüddətli strateji 

tərəfdaşlıq qurmaqdır. 

Bugünkü  danışıqlarımız  zamanı  daha  çox  diqqət  Azərbay-

canda  siyasi  islahatların  davam  etdirilməsinə,  demokratik 

sistemin  gücləndirilməsinə  və  Azərbaycanın  siyasi  sisteminin 

Avropa  İttifaqı ölkələrinin siyasi  sisteminə  yaxınlaşdırılmasına 

yönəldi.  Həmçinin  Azərbaycanda  iqtisadi  islahatlar  yalnız  o 

zaman uğurlu ola bilər ki, bu islahatlar siyasi islahatlarla birgə 

aparılsın.  Bizim  çox  liberal  iqtisadi  qanunvericiliyimiz  vardır. 

Bu  bizə  xarici  sərmayədarları  cəlb  etməyə  kömək  edir. 

İnvestorlar,  adətən,  siyasi  vəziyyəti  proqnozlaşdırıla  bilən  və 

sərmayələrin qorunduğu ölkələrə sərmayə yatırırlar. 

Biz bu gün, həmçinin regional təhlükəsizlik məsələlərini də 

müzakirə  etdik.  Cənab  Sədrin  qeyd  etdiyi  kimi,  Ermənistan–

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  təkcə 

Azərbaycan üçün deyil, həm də regional inkişaf və təhlükəsizlik 

üçün çox vacibdir. Çünki bu, regional sabitlik və təhlükəsizlik 

üçün ən böyük təhlükədir. Biz ATƏT-in Minsk qrupu həmsədr 

ölkələrinin  rəhbərlərinin  və  bu  gün  cənab  Barrozunun 

bəyanatlarından ruhlanırıq ki, status-kvo qəbuledilməzdir. 

Bu gün biz eyni fikri cənab Buzek ilə də bölüşdük. Bu çox 

vacib  bəyanatlardır.  Çünki  biz  bu  münasibətləri  illərdir  ki, 

gözləyirdik.  Bildiyiniz  kimi,  bizim  torpaqlarımız  artıq  20  ilə 

yaxındır  ki,  işğal  altındadır  və  yüz  minlərlə  azərbaycanlı  öz 

torpaqlarında  qaçqın  və  məcburi  köçkün  kimi  yaşayır.  Status-

kvonun  dəyişdirilməsi  Azərbaycan  torpaqlarının  azad 

olunmasına, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin 

əldə  edilməsinə,  bütün  kommunikasiyaların açılmasına,  qaçqın 

və  köçkünlərin  öz  doğma  yurdlarına  qayıtmasına  gətirib 

çıxaracaqdır. Bu isə öz növbəsində Cənubi Qafqaz regionunda 



 

218 


tamamilə  yeni  bir  vəziyyət  yaradacaqdır.  Ondan  sonra  isə  üç 

Cənubi  Qafqaz  ölkəsi  siyasi  islahatları  birgə  aparmağa  və 

Avropa təsisatları ilə daha sıx əlaqələr qurmağa başlaya bilər. 

Avronestin  yaradılması  yaxın  tarixin  ən  mühüm  hadisə-

lərindəndir.  Bu  isə  Avropa  ilə  Qafqaz  ölkələri  arasındakı 

əlaqələrə  uyğundur.  «Şərq  Tərəfdaşlığı»,  Avronest,  Assosiativ 

razılaşmaya  dair  danışıqlar  –  bütün  bunlar  əməkdaşlığımızın 

mühüm  elementlərindəndir  və  bizə  Avropaya  daha  yaxın 

olmağa imkan verəcəkdir. 

Bu  gün  həmçinin  enerji  təhlükəsizliyi  məsələlərini  də 

müzakirə etdik və bir qədər əvvəl sədr Buzek düzgün qeyd etdi 

ki,  Bakı–Tbilisi–Ceyhan  neft  boru  kəmərinin  tikintisi 

regiondakı  vəziyyəti  tamamilə  dəyişdi,  yeni  dəhliz  açdı.  Artıq 

bu  gün  bu  dəhliz  vasitəsilə  Azərbaycandan  dünya  bazarlarına 

yanacaq  ixracatı  həyata  keçirilir  və  Avropa  ilə  Azərbaycan 

arasında  enerji  əməkdaşlığının  davam  etdirilməsinə  yaxşı  bir 

şərait yaradır. Bu ilin yanvarında Avropa Komissiyasının sədri 

cənab  Barrozunun  Azərbaycana  səfəri  zamanı  biz  Cənub  qaz 

dəhlizi ilə bağlı bəyannamə imzaladıq. Bu isə bəyannamədən də 

artıqdır.  Bu  bəyannamədə  çox  mühüm  məqamlar  vardır.  Biz 

birgə işçi qrupu yaratdıq. Bu qrup artıq fəaliyyətdədir və yaxşı 

nəticələr verməkdədir. 

Azərbaycan  böyük  enerji  ehtiyatlarına  malik  olan  bir  ölkə 

kimi,  potensialını  reallaşdırmaq  istəyir  ki,  özünün  enerji 

resurslarını  dünya  bazarlarına  nəql  edə  bilsin.  Avropanın  isə 

şaxələndirməyə,  yeni  təchizat  marşrutlarının  yaranmasına 

ehtiyacı vardır. Bu məsələdə bizim maraqlarımız üst-üstə düşür. 

Bu səbəbdən əməkdaşlığımız, onun gündəliyi çox genişdir. Bu 

gün  Avropa  parlamentini  ziyarətim  bu  münasibətlərin  hər  iki 

tərəf üçün nə qədər vacib olduğunu göstərir. 

Cənab  Sədr,  qonaqpərvərliyə,  dəvətə  və  bugünkü  danı-

şıqlarımıza görə bir daha minnətdaram. 



 

* * * 

Sonra jurnalistin sualı cavablandırıldı. 


 

219 


Ş  a  i  q      M  ə  m  m  ə  d  o  v  (Azərbaycan  Televiziyası): 

Sualım  Avropa  parlamentinin  sədrinədir.  Cənab  Sədr, 

Azərbaycan  ərazilərinin  Ermənistan  tərəfindən  işğal 

olunması  bir  milyondan  çox  insanın  qaçqın  və  məcburi 

köçkün vəziyyətinə düşməsinə gətirib çıxarıb. Burada insan 

hüquqlarının  kobud  şəkildə  pozulması  faktı  mövcuddur. 

Məsələ ilə bağlı Avropa parlamentinin müvafiq qərar qəbul 

etməsinin vaxtı çatmayıbmı? 

Y e j i   B u z e k: Bu sual bizim bu məsələnin həllində yaxın 

gələcəkdə  iştirakımız  və  yardım  göstərməyimizlə  bağlıdır.  Çünki 

burada iki mühüm bəyanatın olması zəruridir. Bütün əsas tələblər 

yerinə  yetirilməlidir.  Bu  məsələdə  Azərbaycanın  ərazi  bütövlüyü 

çox  mühüm  əhəmiyyət  kəsb  edir  və  Avropa  parlamenti  belə  bir 

yanaşmanı  tam  dəstəkləyir.  Bu,  istənilən  danışığın  yaxşı  bir 

başlanğıcıdır.  Bildiyiniz  kimi,  bu  yaxınlarda  ATƏT-in  Minsk 

qrupunun  həmsədri  olan  Rusiya  tərəfindən  təşkil  edilən 

Azərbaycan və Ermənistan arasında Kazan görüşünün keçirilməsi 

nəzərdə tutulur. Bu çox  yaxşı bir işarədir. Avronestdə isə hər iki 

ölkənin  parlamentinin  10  nəfərdən  ibarət  nümayəndə  heyəti  bir 

araya  gələrək bütün bu problemləri  müzakirə edə bilər. Avronest 

Assambleyasının  iki  üzvünün  namizədliyi  həmin  işçi  komitənin 

həmsədr  vəzifələrinə  irəli  sürülüb.  Avronestdə  gündəlik  iş 

fəaliyyəti nəticə verir. Münaqişənin həlli üçün biz Azərbaycanı və 

Ermənistanı  yaxınlaşmağa  çağırırıq.  Danışıqların  parlamentlər 

səviyyəsində  aparılması  da  çox  vacibdir  və  bunu  Avronest 

daxilində  etmək  asan  ola  bilər.  Ermənistan  və  Azərbaycan 

parlament  rəhbərlərinin  qərarı  nəticəsində  biz  bunu  Avronestdə 

mayın əvvəlində başlaya bildik.  

 

 

 



 

 

 

 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə