Qirx altinci kitab ————— may 2011 İyul 2011


AVROPA İTTİFAQININ PREZİDENTİ HERMAN



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə63/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   59   60   61   62   63   64   65   66   ...   114

 

220 


AVROPA İTTİFAQININ PREZİDENTİ HERMAN 

VAN ROMPEY İLƏ GÖRÜŞ 

 

Brüssel  



 

22 iyun 2011-ci il 

 

İyunun  22-də  Brüsseldə  Azərbaycan  prezidenti  İlham 



Əliyevin  və  Avropa  İttifaqının  prezidenti  Herman  Van  Rom-

peyin görüşü olmuşdur. 

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin 

uğurlu  inkişafından  məmnunluq  ifadə  olundu.  Ermənistan–

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlanması, 

«Şərq  Tərəfdaşlığı»  Proqramı,  energetika  sahəsində  əmək-

daşlıq,  Azərbaycan–Avropa  İttifaqı  münasibətlərinin  genişlən-

dirilməsi  perspektivləri  və  digər  məsələlərlə  bağlı  fikir  müba-

diləsi aparıldı. 

  


 

221 


 

 

 

AVROPA İTTİFAQININ PREZİDENTİ HERMAN 

VAN ROMPEY İLƏ BİRGƏ BƏYANATLARLA 

ÇIXIŞLAR 

 

Brüssel  

 

22 iyun 2011-ci il 

 

İyunun  22-də  Brüsseldə  Azərbaycan  Respublikasının 

Prezidenti  İlham  Əliyev  və  Avropa  İttifaqının  prezidenti  Her-

man  Van  Rompey  görüşdən  sonra  mətbuat  üçün  bəyanatlarla 

çıxış etmişlər. 

   


Avropa İttifaqının prezidenti Herman Van Rompeyin 

bəyanatı 

 

Cənab Prezident, Brüsselə xoş gəlmisiniz! 



Əvvəlcə  Sizi  «Eurovision»  mahnı  müsabiqəsindəki  qələ-

bəniz  münasibətilə  təbrik  etmək  istəyirəm.  Avropanın  bütün 

dairələri  gələn  il  Bakıya  toplaşacaq  və  Azərbaycanı  diqqət 

mərkəzinə çevirəcəkdir. Səfərinizin qısa olmasına baxmayaraq, 

əhəmiyyətli  və  zamanında  olan  səfərdir.  Bu,  Avropa  İttifaqı–

Azərbaycan münasibətlərinin əhəmiyyətini göstərir. 

Siz  həmçinin  əmin  olmalısınız  ki,  ölkəniz  ilə  əlaqələrin 

güclənməsinə sadiqik. Buna görə də biz Assosiativ saziş ilə bağlı 

danışıqların  inkişafından  razıyıq.  Bizim  Azərbaycan  və  Şərq 

tərəfdaşlarımız  ilə  münasibətlərimizə  sadiqliyimiz  sentyabrda 

Varşavada 

keçiriləcək 

«Şərq 

Tərəfdaşlığı» 



sammitinə 

hazırlığımızda və gözləntilərimizdə də öz əksini tapmışdır. 

Bu  gün  də  müzakirə  etdiyimiz  kimi,  Varşava  sammiti  həm 

Avropa  İttifaqı,  həm  də  onun  tərəfdaşlarının  məqsədlərinə 

sadiqliklərini  yeniləmək  üçün  bir  imkan  olacaqdır.  Buraya  «Şərq 



 

222 


Tərəfdaşlığı»nı  möhkəmləndirən  dəyər  və  prinsiplərə  birgə 

sadiqlik,  xüsusilə  demokratik  prinsiplər  və  təcrübələr,  insan 

hüquqlarına  hörmət,  yaxşı  idarəçilik  və  qanunun  aliliyi  aiddir. 

Həmçinin  ümidvaram  ki,  bu  sammit  siyasi  əməkdaşlığın  və 

dialoqun  inkişafı  yollarının,  regional  təhlükəsizliyin  güclən-

dirilməsi  və  münaqişələrin  həlli  yollarının  araşdırılması,  ümumi 

maraq doğuran müəyyən qlobal və regional məsələlərin müzakirəsi 

üçün  yaxşı  imkan  olacaqdır.  Bu  baxımdan  və  Sizin  Rusiya 

prezidenti  Dmitri  Medvedevin  təşəbbüsü  ilə  bu  həftə  Dağlıq 

Qarabağ  münaqişəsinə  dair  keçiriləcək  yüksək  səviyyəli  görüşdə 

iştirak etmək üçün Kazan şəhərinə səfəriniz işığında, mən Avropa 

İttifaqının  öz  qonşuluğunda  uzun  müddət  davam  edən  bu 

münaqişənin  sülh  yolu  ilə  nizamlanmasına  güclü  dəstəyini 

vurğulamışam.  Əsas  Prinsiplərə  əsaslanan  sənədi  tamamlamaq 

üçün əlavə cəhdlər göstərməyin vaxtı çatmışdır. Nəhayət, Avropa 

İttifaqı–Azərbaycan  əlaqələrinin  digər  əsas  elementi  enerji 

sahəsidir. Şadam ki, prezident İlham Əliyev Azərbaycanın sadiq 

tərəfdaş  olduğunu  bu  gün  təsdiqlədi.  Əminəm  ki,  Azərbaycan 

Avropa bazarlarını gələcəkdə də enerji ilə təmin etməyə davam 

edəcəkdir. 

Cənab  Prezident,  bir  daha  Brüsselə  gəldiyiniz  üçün  çox 

minnətdaram.  Avropalı  həmkarlarım  ilə  birlikdə  Sizinlə 

Varşavada  «Şərq  Tərəfdaşlığı»  sammitində  görüşümüzü  səbir-

sizliklə gözləyirəm. 



 

Azərbaycan prezidenti İlham Əliyevin  bəyanatı 

 

Əvvəlcə dəvətinizə görə Sizə təşəkkür etmək istəyirəm. 



Münasibətlərimizin  gələcək  inkişafı  baxımından  Brüsselə 

səfərim  böyük  əhəmiyyət  kəsb  edir.  Bundan  başqa,  müğən-

nilərimizin «Eurovision» mahnı müsabiqəsindəki qələbəsi ilə bağlı 

təbriklərinizə görə minnətdaram. Bu, böyük qələbə idi. Bu, Avropa 

və  avropalılardan  dəstəyin  əlaməti  idi.  Mən  azərbaycanlı 

müğənnilərə səs verən, bu mükafatı onlara layiq görən Avropadakı 

bütün  dostlarımıza  təşəkkür  edirəm.  Mən  əminəm  ki,  çoxsaylı 



 

223 


avropalı  dostlarımızın  iştirakı  ilə  gələn  il  Bakıda  keçiriləcək 

müsabiqə bizə, həmçinin ölkəmizi, tariximizi və mədəniyyətimizi 

nümayiş  etdirməyə  yaxşı  imkan  verəcəkdir.  Avropa  İttifaqı  və 

Azərbaycan  arasında  münasibətlər  çox  uğurla  inkişaf  edir.  Bu 

əlaqələrimizin  uzun tarixi  vardır və bu  gün  bu  münasibətlər yeni 

bir mərhələyə daxil olur. 

Cənab  Prezidentin  də  qeyd  etdiyi  kimi,  «Şərq  Tərəfdaşlığı» 

Proqramı  fəal  dialoq  üçün  yeni  imkanlar  yaradır.  Biz  Assosiativ 

saziş üzərində işləyirik.  Ümid edirik  ki,  bu saziş bir çox sahələri 

əhatə edən və bizi Avropaya daha da yaxınlaşdıran uzunmüddətli 

əməkdaşlıq  üçün  çərçivə  yaratmağa  imkan  verəcəkdir. 

Azərbaycanda siyasi, iqtisadi islahatlar davam edir. Bu islahatların 

aparılmasında  nə  qədər  çox  uğur  əldə  etsək,  biz  bir  o  qədər  də 

Avropaya  yaxın  olarıq.  Bu  gün  mənim  Brüsseldə  keçirdiyim 

görüşlərdə  bütün  sahələrdə  daha  da  güclü  əlaqələr  qurmaq  üçün 

qarşılıqlı maraqları bir daha açıq-aydın görə bilərik. 

Cənab  Prezident,  Siz  münaqişənin  həllinə  toxundunuz.  Biz 

avropalı  dostlarımıza  Minsk  prosesini  dəstəklədiklərinə  görə 

çox  minnətdarıq.  ATƏT-in  Minsk  qrupunun  həmsədr 

ölkələrinin  rəhbərlərinin  münaqişənin  həlli  prinsipləri  ilə  bağlı 

bu  yaxınlarda  verdikləri  bəyanat  həvəsləndiricidir.  Xüsusilə, 

Minsk  qrupunun  həmsədr  ölkələrinin  rəhbərlərinin  «status-kvo 

qəbuledilməzdir,  dəyişilməlidir  və  münaqişə  özündə  ərazi 

bütövlüyü  və  xalqların  öz  müqəddəratını  ehtiva  edən  Helsinki 

Yekun  Aktı  sənədləri  əsasında  həll  edilməlidir»  bəyanatı  bizi 

olduqca  həvəsləndirdi.  Bu  iki  prinsip  ziddiyyət  təşkil  etmir. 

Bizə  elə  bir  saziş  lazımdır  ki,  burada  Azərbaycanın  ərazi 

bütövlüyü  qorunsun  və  regionun  bütün  sakinləri  azad  və  sülh 

şəraitində  yaşasınlar.  Düşünürəm  ki,  Minsk  qrupunun  təklifi 

belə  bir  çərçivəni  yaradır.  Biz  erməni  həmkarlarımızdan 

danışıqlara  konstruktiv  yanaşma  gözləyirik.  Ərazilərimizin 

işğaldan azad olunmasından sonra yüz minlərlə azərbaycanlının 

öz  yurd-yuvalarına  qayıtmaları  üçün  biz  münaqişənin  tez  bir 

zamanda həllini istəyirik. 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə