Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə61/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   57   58   59   60   61   62   63   64   ...   114

 

213 


Dağlıq  Qarabağın  inzibati  sərhədlərindən  kənar  torpaqlardan 

didərgin salınıb. Təbii ki, bu insanlar öz torpaqlarına qayıtmaq 

istəyir  və  bu  onların  fundamental  hüququdur.  Azərbaycanın 

ərazi  bütövlüyü  heç  bir  ölkə  tərəfindən  sual  altına  qoyulmur. 

BMT  Təhlükəsizlik  Şurası  Ermənistan  qoşunlarının  işğal 

olunmuş  ərazilərdən  dərhal  çıxarılmasını  tələb  edən  dörd 

qətnamə  qəbul  edib.  Təbii  ki,  Ermənistanın  və  Azərbaycanın 

münaqişəyə münasibəti fərqlidir. Çünki ərazisinin 20 faizi işğal 

altında  olan  Azərbaycan  Ermənistanın  heç  bir  santimetr  belə, 

ərazisini  zəbt  etməyib.  Biz  bu  təcavüzün  qurbanıyıq.  Biz  həm 

cənab  Barrozudan,  həm  həmsədr  ölkələrin  rəhbərlərindən 

«status-kvo  dəyişdirilməlidir»  –  bəyanatlarını  eşidəndə 

ruhlanırıq.  Status-kvonun  dəyişdirilməsi  vəziyyətin  dəyişməsi, 

işğala son qoyulması deməkdir. 

Madrid  prinsiplərinə  gəldikdə  isə  2  il  əvvəl  Azərbaycan 

bəyan etdi ki, Madrid prinsiplərini danışıqların əsası kimi qəbul 

edir.  Bu  prinsiplər  bir  tərəfdən  Azərbaycanın  ərazi  bütöv-

lüyünün bərpa olunmasını, digər tərəfdən də Dağlıq Qarabağda 

yaşayan  insanlara  ən  yüksək  səviyyədə  özünüidarəetmə 

statusunun  verilməsini  nəzərdə  tutur.  Əgər  qəbul  olunarsa  bu, 

sülhə  aparan  yol  ola  bilər.  Biz  regionumuzda  sülh  istəyirik. 

İnsanlarımızın  fundamental  hüquqlarından  istifadə  edərək 

doğma  yurdlarına  qayıda  bilməsini  istəyirik.  Yalnız  bundan 

sonra  Cənubi  Qafqazda  vəziyyət  dəyişəcək,  tamamilə  müsbət, 

dinamik vəziyyət yaranacaq.  

 

 




 

214 


 

 

 

AVROPA PARLAMENTİNİN SƏDRİ YEJİ BUZEK 

İLƏ GÖRÜŞ 

 

Brüssel  



 

22 iyun 2011-ci il 

 

Belçika  Krallığında  işgüzar  səfərdə  olan  Azərbaycan 



Respublikasının  Prezidenti  İlham  Əliyev  iyunun  22-də  Brüs-

seldə Avropa parlamentinin sədri Yeji Buzek ilə görüşmüşdür. 

Avropa  parlamentinin  sədri  Yeji  Buzek  dövlətimizin  başçısı 

İlham Əliyevi səmimiyyətlə qarşıladı. 

Prezident  İlham  Əliyev  və  Yeji  Buzek  Azərbaycan  Res-

publikasının  və  Avropa  İttifaqının  bayraqları  önündə  xatirə 

şəkli çəkdirdilər. 

Dövlətimizin  başçısı  Avropa  parlamentinin  Fəxri  qonaqlar 

kitabına ürək sözlərini yazdı. 

Görüşdə  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  müna-

qişəsinin  həlli,  Azərbaycan  ilə  Avropa  İttifaqı  arasında  parla-

mentlərarası əlaqələrin daha da genişləndirilməsi, «Şərq Tərəf-

daşlığı»  Proqramı,  Avronest  Parlament  Assambleyası  çərçi-

vəsində əməkdaşlıq məsələləri müzakirə olundu. 

Görüşdə,  həmçinin  Assosiativ  saziş,  Azərbaycan ilə  Avropa 

İttifaqı  arasında  viza  rejiminin  sadələşdirilməsi  ilə  bağlı  fikir 

mübadiləsi aparıldı. 

 

 

 


 

215 


 

 

 

AVROPA PARLAMENTİNİN SƏDRİ  

YEJİ BUZEK İLƏ BİRGƏ MƏTBUAT 

KONFRANSINDA BƏYANATLARLA  

ÇIXIŞLAR 

 

Brüssel 



 

22 iyun 2011-ci il 

 

İyunun  22-də  Brüsseldə  Azərbaycan  prezidenti  İlham 



Əliyevin  və  Avropa  parlamentinin  sədri  Yeji  Buzekin  birgə 

mətbuat konfransı olmuşdur. 

Avropa  parlamentinin  sədri  Yeji  Buzek  və  Azərbaycan  pre-

zidenti  İlham  Əliyev  əvvəlcə  mətbuat  üçün  bəyanatlarla  çıxış 

etdilər. 

  

        Avropa parlamentinin sədri Yeji Buzekin bəyanatı 



 

  Prezident  İlham  Əliyevi  ölkə  prezidenti  olaraq.  Avropa 

parlamentinə ilk dəfə gəlişi münasibətilə ürəkdən salamlayıram. 

Bu  bizim  Bakı  görüşümüzün  davamıdır.  Hesab  edirəm  ki, 

həmin görüş qarşılıqlı anlaşma nöqteyi-nəzərindən çox maraqlı 

və  səmərəli  olmuşdur.  Bu  çox  əhəmiyyətlidir.  Birincisi,  ona 

görə  ki,  Brüsseldən  Bakıyadək  3  min  kilometr  məsafə  vardır. 

Bu  çox  böyük  məsafədir.  Lakin  düşünürəm  ki,  bizim  eyni 

dəyərlərimiz  vardır.  Biz  eyni  düşünürük.  Bizim  həqiqətən  də 

bəzi problemlərimiz vardır. 

Bizim  Assosiativ  razılaşmalara,  azad  ticarət  müqavilələrinə 

ehtiyacımız vardır. Bizim viza rejiminin sadələşdirilməsinə ehtiya-

cımız  vardır.  Əlbəttə  ki,  biz  parlamentlərimiz  arasında  əlaqələri 

inkişaf  etdirməliyik.  Həmkarım  bizimlə  buradadır.  O,  Cənubi 

Qafqaz  üzrə  nümayəndə  heyətinin  rəhbəridir.  Bilirsiniz  ki,  «Şərq 



 

216 


Tərəfdaşlığı»  Proqramı  çox  əhəmiyyətlidir  və  düşünürük  ki, 

gələcəkdə də çox əhəmiyyətli olacaqdır. 

Azərbaycan  prezidentinin  məhbusları  azad  etməsini  alqış-

layıram.  Bu  bizim  Azərbaycana  səfərimizdən  bir  neçə  gün  sonra 

baş vermişdi və onların sayı çox idi. Mən Prezidentə izah etdim ki, 

demokratiyanı  və  media  hüquqlarını  nəzərə  alaraq  biz  çox  vaxt 

Avropa  İttifaqının  xaricindəki  və  hətta  bəzi  hallarda  daxilindəki 

ölkələri  tənqid  edirik.  Biz  necə  ki,  Avropa  daxilində,  eynilə  də 

onun  xaricində  sərtik.  Bizim  əlaqələrimiz  baxımından  bu  çox 

böyük inkişafdır.  

Enerji  sahəsində  əməkdaşlığımız,  xüsusilə  də  qaz  layihələri, 

eynilə  də  Bakı–Tbilisi–Ceyhan  neft  boru  kəməri  regionda 

vəziyyəti tamamilə dəyişdi. 

Sonda  onu  da  demək  istəyirəm  ki,  Avropa  İttifaqı  və  Avropa 

parlamenti dünyanın bu regionunda dondurulmuş Dağlıq Qarabağ 

probleminin  həllinə  böyük  önəm  verir.  Biz  ATƏT-in  Minsk 

qrupunun fəaliyyətinə, Rusiya, Fransa və ABŞ-ın fəaliyyətinə çox 

ciddi yanaşırıq. Başqa çox vacib bir məqam Madrid prinsipləridir. 

Mən  bütün  bu  məqamları  bir  daha  cənab  Prezidentin  diqqətinə 

çatdırdım.  Biz  bu  məsələdə  dəstək  verməyə,  kömək  etməyə 

hazırıq. 

Cənab Prezident, Sizə bir daha minnətdarlığımı bildirirəm. Biz 

gözlənildiyindən  artıq  müzakirələr  apardıq  və  jurnalistlər  bizi 

gözləməli oldular. Buna görə onlardan üzr istəyirəm. 

 

Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı 

 

Təşəkkür edirəm, cənab Sədr! 



Sizi  bir  daha  görməkdən  şadam.  Avropa  İttifaqına  gəlmək 

üçün  göndərdiyiniz  dəvətə  və  bu  müstəvidə  danışıqlarımızı 

davam etdirmək imkanına görə minnətdaram. 

Biz  bu  yaxınlarda  Sizin  Azərbaycana  səfəriniz  zamanı 

görüşdük.  Bizim  çox  maraqlı  və  səmərəli  danışıqlarımız  oldu. 

Bu  həmçinin  Sizin  üçün  ölkəmizi  daha  yaxından  tanımağa 

imkan  verdi.  Bu  gün  biz  bu  dialoqu  –  tərəfdaşların,  dostların 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə