Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə69/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   65   66   67   68   69   70   71   72   ...   114

 

240 


qonşularımıza,  dostlarımıza  bu  prosesdə  dəstək  verməyə 

hazırıq.  

Ölkəm haqqında, onun tarixi və mədəniyyəti haqqında daha 

çox  danışa  bilərəm.  Təbii  ki,  qeyri-neft  sektorunda  olan 

nailiyyətlər  burada  fotoşəkillərdə  öz  əksini  tapıbdır.  Turizm 

infrastrukturu sahəsində nailiyyətlər vardır. Yalnız bu il Bakıda 

beşulduzlu  altı  mehmanxana  açılacaqdır.  Bu  da  əslində  bizim 

açıq  qapı  siyasətimizin,  sərmayə  mühitimizin  təzahürüdür. 

Azərbaycanın  özü  də  artıq  sərmayədar  ölkəyə  çevrilir.  Ölkə 

hüdudlarından  kənarda  qoyulan  sərmayələr  artıq  3-4  milyard 

dollara  bərabərdir  və  Azərbaycan  artıq  bu  baxımdan  yaxşı 

nüfuza malikdir. 

Mən nitqimi yekunlaşdıraraq burada  – Avropanın ürəyində, 

mərkəzində çalışan, yaşayan işçilərə, əməkdaşlara təşəkkürümü 

bildirirəm  ki,  onlar  bizim  müğənnilərə  dəstək  vermişlər.  Bu 

əslində  dostluq  rəmzidir.  Bu,  avropalıların  bizə  olan 

münasibətidir.  Çünki  bu  mahnı  onların  xoşuna  gəldi,  onlar 

müğənnilərin  çıxışını  bəyəndilər.  Bu,  Avropadan  Azərbaycana 

olan  münasibət  idi,  Avropanın  ictimai  rəyini  əks  etdirdi. 

Avropadakı müxtəlif ölkələr Azərbaycanı Avropanın bir hissəsi 

hesab  edirlər.  Biz  daha  ürəkdən  işləməliyik  və  dünən  Avropa 

təsisatlarının rəhbərləri ilə görüşlər bir daha onu nümayiş etdirdi 

ki, tərəfdaşlığımızı inkişaf və dostluq münasibətlərimizi davam 

etdirmək üçün bizim güclü iradəmiz vardır. 

Çox sağ olun. Mən fürsətdən istifadə edərək sizin hamınızı 

gələn  il  Bakıya  dəvət  edirəm.  Biz  bu  forumu  Azərbaycanda 

keçirəcəyik.  «Eurovision»  mahnı  müsabiqəsi  Azərbaycanda 

olacaqdır.  Çox  şad  olardıq  ki,  sizin  hamınızı  Bakıda  görək. 

Diqqətinizə görə çox sağ olun. 

 

* * * 



 

Sonra  forumun  ən  ali  mükafatı  «PRIX  DE  LA  FONDA-

TION» prezident İlham Əliyevə təqdim olundu. 




 

241 


İ l h a m   Ə l i y e v:  Cənab Sədr, mükafata görə çox sağ 

olun.  Mənim  üçün  bu  mükafatı  almaq  böyük  şərəfdir  və 

Azərbaycan  haqqında  söylədiyiniz  xoş  sözlərə  görə  təşək-

kürümü  bildirirəm.  Mən  Sizə  ölkəmiz  haqqında  söylədiyiniz 

sözlərə  və  planlarımız  haqqındakı  fikirlərinizə  görə  təşəkkü-

rümü  bildirirəm.  İşimizi  hələ  tam  bitmiş  hesab  etmirik,  o  vaxta 

qədər  ki,  öz  hədəfimizə  yaxınlaşacağıq.  Hədəf  müasir 

Azərbaycandır,  sülhdür,  bütün  ölkələrlə  sülh  münasibətləri  və 

Avropa ölkələri ilə yaxşı münasibətlərdir.  

Ola bilsin ki, mən indi ölkənin ideal panoramını təsvir etdim. 

Hesab edirəm ki, buna nail olmaq mümkündür. Çünki son 20 il 

ərzində  işğalla  yanaşı,  vətəndaş  müharibəsindən,  iqtisadi 

tənəzzüldən,  inflyasiyanın  yüksək  səviyyəsindən  sonra  biz 

ölkəni  yeni  dirçəliş  yoluna  çıxara  bildik.  Bu  dirçəliş  çox  qısa 

müddətdə baş verdi.  

Mən  çox  şadam  ki,  regional  və  qlobal  məsələlərdə  bizim 

mövqemiz,  Azərbaycanın  yanaşması  avropalı  tərəfdaşlarımızın 

mövqeyi  ilə  üst-üstə  düşür.  Avropa  İttifaqının  rəhbərləri  ilə 

keçirdiyimiz  görüşlər  bunu  bir  daha  nümayiş  etdirir.  Mən  bu 

mükafatı  ölkəmə  verilən  mükafat  kimi  qəbul  edirəm.  Müstəqil 

Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə 

əldə etdiyi uğurlar Avropaya olan münasibətinin təcəssümüdür.  

Cənab  Sədr,  bir  daha  şəxsən  Sizə  və  Sizin  həmkarlarınıza, 

bu qərarın qəbul edilməsində iştirak etmiş şəxslərə təşəkkürümü 

bildirirəm və hamınızı Azərbaycana səfərə dəvət edirəm.  

 

 

 

 

ALBANİYANIN BAŞ NAZİRİ SALİ BERİŞA  

İLƏ GÖRÜŞ 

 

Brüssel  



 

23 iyun 2011-ci il 


 

242 


 

Azərbaycan  prezidenti  İlham  Əliyev  iyunun  23-də  Brüs-

seldə Albaniyanın Baş naziri Sali Berişa ilə görüşmüşdür. 

Görüşdə  ölkələrimiz  arasında  ikitərəfli  əlaqələrin  geniş-

ləndirilməsinin  xüsusi  əhəmiyyəti  vurğulandı,  Albaniyanın 

Azərbaycan  ilə  əməkdaşlığa  böyük  maraq  göstərdiyi  qeyd 

edildi. 

Həmçinin  görüşdə  Azərbaycanın  Albaniyaya  sərmayə  ya-

tırması,  turizm,  özəlləşdirmə  və  digər  sahələrdə  əməkdaşlıq 

imkanlarının yaradılması ilə bağlı fikir mübadiləsi aparıldı. Bu 

məsələlərin  müzakirəsi  üçün  qarşılıqlı  səfərlərin  həyata 

keçirilməsinin əhəmiyyəti vurğulandı.  

 

 

 




 

243 


 

 

 

BELÇİKA KRALLIĞI BAŞ NAZİRİNİN MÜAVİNİ, 

MALİYYƏ NAZİRİ DİDİER REYNDERS İLƏ 

GÖRÜŞ 

 

Brüssel 

 

23 iyun 2011-ci il 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  iyunun  23-də  Brüs-



seldə  Belçika  Krallığı  Baş  nazirinin  müavini,  Maliyyə  naziri 

Didier Reynders ilə görüşmüşdür. 

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə 

inkişaf  etdirilməsi,  siyasi  və  iqtisadi  əlaqələr,  Ermənistan–

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mə-

sələlər ətrafında fikir mübadiləsi aparıldı. 

 

 



 

 

 



 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə