Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə71/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   67   68   69   70   71   72   73   74   ...   114

 

249 


 

 

 

2013-cü İLDƏ KAZANDA KEÇİRİLƏCƏK  

XXVII ÜMUMDÜNYA UNİVERSİADASININ 

KƏNDİ İLƏ TANIŞLIQ 

 

Kazan  



 

24 iyun 2011-ci il 

 

İyunun  24-də  Azərbaycan  prezidenti  İlham  Əliyev 

Tatarıstan  prezidenti  Rustam  Minnixanovun  müşayiəti  ilə 

2013-cü  ildə  Kazanda  keçiriləcək  XXVII  Ümumdünya 

Universiadasının kəndi ilə tanış olmuşdur. 

Prezident  İlham  Əliyevə  məlumat  verildi  ki,  XXVII  Ümum-

dünya  Universiadasının  Kazanda  keçirilməsi  2008-ci  ildə 

Beynəlxalq  Tələbə  İdmanı  Federasiyasında  səsvermənin  nəti-

cəsinə  əsasən  qərara  alınmışdır.  Kazanla  yanaşı,  İspaniyanın 

Viqo  və  Koreya  Respublikasının  Kvanju  şəhərləri  də  Univer-

siadaya ev sahibliyi etmək iddiasında olmuşlar. 

Prezident İlham Əliyev otaqlarda yaradılan şəraitlə tanış oldu, 

tibb  otağına  baxdı.  Bildirildi  ki,  XXVII  Universiadada  dünyanın 

hər yerindən gələn tələbə idmançılar 300-dən çox medal uğrunda 

mübarizə  aparacaqlar.  Bu,  indiyədək  keçirilmiş  universiadalar 

arasında rekord göstərici olacaqdır. 

Dövlətimizin  başçısı  videozalda  Universiadanın  idman 

proqramı ilə bağlı təqdimata baxdı. 

Azərbaycan  prezidenti  Ümumdünya  Universiadası  kəndinin 

Xatirə kitabına ürək sözlərini yazdı. 

Sonda  dövlətimizin  başçısına  Universiada  kəndinin  tarixi 

barədə kitab təqdim edildi. 

 

 

 


 

250 


 

 

 

 

«İT-PARK» – YÜKSƏK TEXNOLOGİYALAR 

PARKI İLƏ TANIŞLIQ 

 

Kazan  

 

24 iyun 2011-ci il 

 

İyunun  24-də  Azərbaycan  prezidenti  İlham  Əliyev 

Kazanda Tatarıstan prezidenti Rustam Minnixanovun müşayiəti 

ilə «İT-Park» – yüksək texnologiyalar parkı ilə tanış olmuşdur. 

Dövlətimizin  başçısına  Tatarıstanda  müasir  informasiya 

texnologiyalarının tətbiqi ilə yaradılmış ən böyük Məlumatların 

Emalı  Mərkəzi  barədə  məlumat  verildi.  Bildirildi  ki,  2009-cu 

ildən  fəaliyyət  göstərən  «İT-Park»  Rusiyada  informasiya 

texnologiyaları sahəsində şirkətlərin inkişafı ilə məşğul olan ilk 

texnoparkdır. 

Texnoparkda prezident İlham Əliyevə Tatarıstanın «elektron 

hökumət»  sahəsindəki  layihələri  və  qurumlararası  vahid 

elektron  sənəd  mübadiləsi  sisteminin  imkanları  nümayiş  et-

dirildi. Azərbaycan prezidenti, həmçinin xəsarət alanların xilas 

edilməsinin  əlaqələndirilməsi  sistemi  –  «Qlonass+112»nin  işi 

ilə  tanış  oldu  və  «İT-Park»ın  biznes-inkubatoruna  da  baxdı. 

Dövlətimizin  başçısının  diqqətinə  çatdırıldı  ki,  «İT-Park»  biz-

nes-inkubatoru  informasiya  texnologiyaları  layihələrinin  dəs-

təklənməsi və inkişafı, həmçinin onların gələcəkdə xarici bazara 

çıxarılması platformasıdır. 

Prezident İlham Əliyev texnoparkdakı xatirə divarında ürək 

sözlərini yazdı. 

 

 



 


 

251 


 

 

 



 

AZƏRBAYCAN, RUSİYA VƏ ERMƏNİSTAN 

PREZİDENTLƏRİNİN BİRGƏ GÖRÜŞÜ 

 

Kazan 



 

24 iyun 2011-ci il 

 

İyunun  24-də  Kazan  Kremlində  Azərbaycan  Respublika-



sının  Prezidenti  İlham  Əliyevin,  Rusiya  Federasiyasının  Pre-

zidenti  Dmitri  Medvedevin  və  Ermənistan  Respublikasının 

Prezidenti Serj Sarkisyanın birgə görüşü olmuşdur. 

Kazan  Kremlinin  önündə  Azərbaycan  Respublikasının 

Prezidenti  İlham  Əliyevi  Rusiya  Federasiyasının  Prezidenti 

Dmitri Medvedev qarşıladı. 

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqi-

şəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə edildi. 

Görüşün yekunlarına dair birgə bəyanat qəbul olundu. 

 

 

 


 

252 


 

 

 

AZƏRBAYCAN, ERMƏNİSTAN VƏ RUSİYA 

PREZİDENTLƏRİNİN DAĞLIQ QARABAĞ 

MÜNAQİŞƏSİNİN TƏNZİMLƏNMƏSİNƏ  

DAİR BİRGƏ BƏYANATLARI 

 

Kazan  



 

24 iyun 2011-ci il 

 

İyunun  24-də  Kazanda  Azərbaycan  Respublikasının 



Prezidenti  İlham  Əliyev,  Rusiya  Federasiyasının  Prezidenti 

Dmitri  Medvedev  və  Ermənistan  Respublikasının  Prezidenti 

Serj  Sarkisyan  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsinin  tənzimlənməsinə  dair  danışıqların  yekunlarına 

əsasən birgə bəyanat qəbul etmişlər. 

Bəyanatda  deyilir:  «2011-ci  il  iyunun  24-də  Azərbaycan, 

Ermənistan  və  Rusiya  Federasiyasının  prezidentləri  Kazanda 

görüşmüş və onların tapşırığına əsasən, Dağlıq Qarabağ müna-

qişəsinin  tənzimlənməsinin  Əsas  Prinsipləri  layihəsinin  razı-

laşdırılması  məqsədilə  aparılan  işin  gedişini  nəzərdən  keçir-

mişlər. 

Dövlət  başçıları  bir  sıra  məsələlərə  dair  qarşılıqlı  anlaşma 

əldə  edilməsini,  bu  məsələlərin  həllinin  Əsas  Prinsiplərin  bəyə-

nilməsi üçün şərait yaradılmasına kömək etdiyini bildirmişlər. 

Azərbaycan  və  Ermənistan  prezidentləri  ATƏT-in  Minsk 

qrupunun həmsədr ölkələri kimi, Rusiya, ABŞ və Fransa lider-

lərinin  Dağlıq  Qarabağ  münaqişəsinin  tənzimlənməsi  prob-

leminə  daimi  diqqətinə  görə  onlara  minnətdarlıq  bildirmiş  və 

Rusiya  Federasiyası  Prezidentinin  razılaşma  əldə  edilməsinə 

kömək  üçün  göstərdiyi  şəxsi  səylərini  yüksək  qiymətlən-

dirmişlər». 

 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə