Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə70/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   66   67   68   69   70   71   72   73   ...   114

 

244 


 

 

 

OMV VƏ RWE ŞİRKƏTLƏRİNİN İDARƏ 

HEYƏTLƏRİNİN SƏDRLƏRİ  

GERHARD ROİSSİ VƏ YURGEN QROSMAN  

İLƏ GÖRÜŞ 

 

Brüssel  



 

23 iyun 2011-ci il 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  iyunun  23-də  Brüs-



seldə Avstriyanın OMV və Almaniyanın RWE şirkətlərinin idarə 

heyətlərinin  sədrləri  Gerhard  Roissi  və  Yurgen  Qrosman  ilə 

görüşmüşdür. 

Görüşdə  ölkəmiz  ilə  OMV  və  RWE  şirkətləri  arasında 

əməkdaşlığın  inkişaf  perspektivləri  müzakirə  olundu,  Azər-

baycan  qazının  Avropaya nəqli və  Nabukko layihəsinin  həyata 

keçirilməsi  ilə  bağlı  məsələlər  ətrafında  fikir  mübadiləsi 

aparıldı. 

 

 



 

 

 



 


 

245 


 

 

 

FRANSA PREZİDENTİNİN TERRORİZMLƏ 

MÜBARİZƏ ÜZRƏ XÜSUSİ VƏ ŞƏXSİ MÜŞAVİRİ 

JAN-LUİ BRUQUYE İLƏ GÖRÜŞ 

 

Brüssel  



 

23 iyun 2011-ci il 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  iyunun  23-də 

Brüsseldə  Fransa  prezidentinin  terrorizmlə  mübarizə  üzrə 

xüsusi və şəxsi müşaviri Jan-Lui Bruquye ilə görüşmüşdür. 

Görüşdə  ikitərəfli  münasibətlərin  müxtəlif  sahələri,  o  cüm-

lədən təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.  

  

 



 


 

246 


 

 

 

KRANS MONTANA FORUMUNUN 

İŞTİRAKÇILARININ ŞƏRƏFİNƏ NAHARDA 

İŞTİRAK  

 

Brüssel  



 

23 iyun 2011-ci il 

 

İyunun  23-də  Brüsseldə  Azərbaycan  prezidenti  İlham 



Əliyevin  adından  Krans  Montana  Forumunun  iştirakçılarının 

şərəfinə  nahar verilmişdir. 

Dövlətimizin  başçısı  və  xanımı  Mehriban  Əliyeva  naharda 

iştirak etmişlər. 

 

 



 

     Səfər başa çatdı 

 

İyunun  23-də  Azərbaycan Respublikasının  Prezidenti  İlham 

Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatmışdır. 

 

 

 



 


 

247 


 

 

 

RUSİYA FEDERASİYASININ TATARİSTAN 

RESPUBLİKASINA İŞGÜZAR SƏFƏR 

 

Kazan  

 

23 iyun 2011-ci il 

 

İyunun  23-də  Azərbaycan  Respublikasının  Prezidenti 



İlham Əliyev Rusiya Federasiyasının Tatarıstan Respublikasına 

işgüzar səfərə gəlmişdir. 

Dövlətimizin  başçısını  Kazanın  Beynəlxalq  aeroportunda 

Tatarıstan  Respublikasının  Prezidenti  Rustam  Minnixanov  və 

digər rəsmi şəxslər qarşıladılar. 

Milli  geyimli  qızlar  prezident  İlham  Əliyevə  duz-çörək 

təqdim etdilər. 

 

 



 

 


 

248 


 

 

 

«KAZAN VERTOLYOT ZAVODU» ASC   

İLƏ TANIŞLIQ 

 

Kazan  

 

24 iyun 2011-ci il 

 

İyunun  24-də  Azərbaycan  prezidenti  İlham  Əliyev 

Tatarıstan  prezidenti  Rustam  Minnixanovun  müşayiəti  ilə 

«Kazan  Vertolyot  Zavodu»  Açıq  Səhmdar  Cəmiyyəti  ilə  tanış 

olmuşdur. 

Prezident  İlham  Əliyevə  məlumat  verildi  ki,  zavod  1940-cı 

ildən  fəaliyyət  göstərir.  Burada  müxtəlif  təyinatlı,  o  cümlədən 

səhiyyədə, idman yarışlarında, mülki aviasiyada, yükdaşımada, 

eləcə  də  müdafiə  sahəsində  istifadə  olunan  helekopterlər, 

«KamAZ» avtotexnikası, avtobuslar və s. istehsal edilir. 

Dövlətimizin  başçısı  zavodun  ayrı-ayrı  sexlərini  gəzdi, 

məşhur Mi-17, Mi-38 helekopterlərinə baxdı, müasir tipli «Ak-

tay»,  «Kazan»,  «Ansat»,  «Ansat-U»  helekopterlərinin  texniki 

göstəriciləri ilə tanış oldu. Bildirildi ki, zavodun istehsal etdiyi 

bu  helekopterlərin  əsas  xüsusiyyətləri  yüksək  etibarlılıq  və 

təhlükəsizlikdir. 

Prezident İlham Əliyev zavodun istehsal etdiyi metan mühər-

rikli  «KamAZ»,  kommunal  təsərrüfatı,  inşaat  avtotexnikası, 

«Nefaz»  avtobusu  ilə  də  tanış  oldu.  Azərbaycan  prezidenti  bu 

texnikanın  qaz  mühərrikinin  qidalanma  sisteminə  baxdı,  onun 

ekoloji parametrləri ilə maraqlandı. 

Sonda  dövlətimizin  başçısına  Mi-17  helekopterinin  və 

«KamAZ»ın maketləri hədiyyə olundu. 

 

 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə