Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə72/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   68   69   70   71   72   73   74   75   ...   114

 

253 


 

 

 



ATƏT-in MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ 

İLƏ GÖRÜŞ 

 

Kazan 



 

24 iyun 2011-ci il 

 

İyunun  24-də  Kazan  Kremlində  Azərbaycan  Respub-



likasının  Prezidenti  İlham  Əliyevin  ATƏT-in  Minsk  qrupunun 

həmsədrləri  Robert  Bradtke  (ABŞ),  Bernar  Fasye  (Fransa), 

İqor Popov (Rusiya), habelə təşkilatın fəaliyyətdə olan sədrinin 

şəxsi nümayəndəsi Anji Kasprşik ilə görüşü olmuşdur. 

 

Səfər başa çatdı 

 

İyunun  24-də  Azərbaycan  Respublikasının  Prezidenti 

İlham Əliyevin  Rusiya  Federasiyasına işgüzar  səfəri başa  çat-

mışdır. 

Azərbaycan  dövlətinin  başçısını  Kazanın  Beynəlxalq 

aeroportunda Tatarıstan Respublikasının yüksək vəzifəli dövlət 

və hökumət nümayəndələri yola saldılar. 

 

* * * 

 

Həmin gün prezident İlham Əliyev Bakıya qayıtmışdır. 

 

 

 

 

 

 




 

254 


 

 

 

BELARUS RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB ALEKSANDR LUKAŞENKOYA  

 

Hörmətli Aleksandr Qriqoryeviç! 

Belarus Respublikasının milli bayramı – Respublika günü 

münasibətilə  ən  səmimi  təbriklərimi  və  xoş  arzularımı  qəbul 

edin.  

Əminəm  ki,  Azərbaycan  ilə  Belarus  arasında  ənənəvi 



dostluq münasibətləri və çoxtərəfli əməkdaşlıq xalqlarımızın və 

ölkələrimizin  firavanlığı  naminə  bundan  sonra  da  dinamik 

şəkildə və sürətlə inkişaf edəcəkdir.  

Hörmətli  Aleksandr  Qriqoryeviç,  bu  əlamətdar  gündə  Sizə 

möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Belarus xalqına 

sülh və firavanlıq diləyirəm.  

 

Hörmətlə,  

İLHAM ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı, 24 iyun 2011-ci il 



 

 


 

255 


 

 

 

MALAVİ RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB BİNQU VA MUTARİKAYA  

 

Hörmətli cənab Prezident! 



Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə 

Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.  

Əminəm ki, Azərbaycan ilə Malavi arasındakı münasibətlər 

xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq 

zəminində inkişaf edəcəkdir.  

Bu  əlamətdar  gündə  Sizə  möhkəm  cansağlığı,  işlərinizdə 

uğurlar,  dost  Malavi  xalqına  əmin-amanlıq  və  firavanlıq 

arzulayıram.  

 

Hörmətlə,  

İLHAM ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı, 24 iyun 2011-ci il 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

256 


 

 

 



 

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ 

PREZİDENTİ ZATİ-ALİLƏRİ 

CƏNAB BARAK OBAMAYA  

 

Hörmətli cənab Prezident! 



Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik 

günü  münasibətilə  Sizə  və  Sizin  simanızda  bütün  xalqınıza 

Azərbaycan  xalqı  adından  və  şəxsən  öz  adımdan  ən  səmimi 

təbriklərimizi yetirirəm.  

Bu  gün  Azərbaycan  ilə  Birləşmiş  Ştatlar  arasındakı  müna-

sibətlər dostluq və əməkdaşlıq məcrasında müvəffəqiyyətlə inkişaf 

edərək  tərəfdaşlıq  səviyyəsinə  yüksəlmişdir.  Enerji  təh-

lükəsizliyinin  təmin  edilməsi,  qlobal  təhdidlərə  və  çağırışlara, 

beynəlxalq terrorizmə qarşı mübarizə, eləcə də regional sabitliyin 

gücləndirilməsi  sahəsində  birgə  fəaliyyətimiz  əməkdaşlığımızın 

mühüm istiqamətlərindəndir.  

Əminəm  ki,  dostluq  münasibətlərimizin  daim  möhkəmləndi-

rilməsi,  istər  ikitərəfli  qaydada,  istərsə  də  beynəlxalq  qurumlar 

çərçivəsində  qarşılıqlı  işbirliyimizin  dərinləşdirilməsi  yolunda 

səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.  

Biz  həmçinin  xalqımızın  ən  ağrılı  probleminin  –  ölkəmizin 

ərazi bütövlüyünün pozulmasına və torpaqlarımızın işğalına səbəb 

olmuş  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin 

beynəlxalq  hüquq  normaları  əsasında  sülh  yolu  ilə,  tezliklə  və 

ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi, 

ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik.  

Bu  əlamətdar  gündə  Sizə,  cənab  Prezident,  möhkəm  can-

sağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına əmin-amanlıq 

və firavanlıq arzulayıram.  

 

Hörmətlə,                                                  İLHAM ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti  

 



 

257 


Bakı, 25 iyun 2011-ci il 

 

 

 

KANADANIN GENERAL-QUBERNATORU  

ZATİ-ALİLƏRİ  

CƏNAB DEVİD CONSTONA 

 

Hörmətli cənab General-qubernator! 



Milli bayramınız – Kanada günü münasibətilə Sizi və bü-

tün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən 

təbrik edirəm. 

Əminəm  ki,  Azərbaycan–Kanada  dövlətlərarası  müna-

sibətləri,  dostluq  əlaqələrimiz,  ikitərəfli  və  çoxtərəfli  qaydada 

əməkdaşlığımız  xalqlarımızın  mənafelərinə  uyğun  olaraq 

bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. 

Bu  əlamətdar  gündə  Sizə  ən  xoş  arzularımı  yetirir,  dost 

Kanada xalqına əmin-amanlıq və firavanlıq diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 25 iyun 2011-ci il 



 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə