Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə73/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   69   70   71   72   73   74   75   76   ...   114

 

258 


 

 

 

 

 

FRANSA RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB NIKOLA SARKOZİYƏ 

 

Hörmətli cənab Prezident! 



Ölkənizin milli bayramı – Bastiliyanın alınması günü mü-

nasibətilə  Sizi  və  Sizin  simanızda  bütün  xalqınızı  öz  adımdan 

və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 

Biz  dost  ölkələrimiz  arasında  bərqərar  olmuş  çoxşaxəli 

əlaqələrin  inkişafına  böyük  əhəmiyyət  veririk.  Dövlətlərarası 

münasibətlərimizin yüksək səviyyəsi siyasi, iqtisadi, mədəni və 

humanitar sahələrdə sıx əməkdaşlığımız ilə müşayiət olunur. 

Bu  gün  Azərbaycan–Fransa  əməkdaşlığı,  həmçinin  çoxtə-

rəfli qaydada inkişaf etməkdədir. Beynəlxalq qurumlar, Avropa 

strukturları  çərçivəsində  birgə  işimiz  ölkələrimiz  arasındakı 

münasibətlərin dolğunluğunu təmin edən amillərdəndir. 

Biz  eyni  zamanda,  xalqımızın  ən  ağrılı  problemi  olan  Er-

mənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  bey-

nəlxalq  hüquq  normaları  əsasında  sülh  yolu  ilə,  tezliklə  və 

ədalətli  həlli  sahəsində  ATƏT-in  Minsk  qrupunun  həmsədri 

kimi,  Fransanın  və  şəxsən  Sizin,  cənab  Prezident,  səylərinizə 

böyük ümidlər bəsləyirik. 

Belə  bir  əlamətdar  gündə  Sizə  ən  xoş  arzularımı  yetirir, 

möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Fransa 

xalqına əmin-amanlıq və firavanlıq diləyirəm. 



Hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 25 iyun 2011-ci il 




 

259 


 

 

 

MONTENEQRO PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB FİLİP VUYANOVİÇƏ 

 

Hörmətli cənab Prezident!  



Ölkənizin milli bayramı – Dövlətçilik günü münasibətilə 

Sizi  və  bütün  xalqınızı  öz  adımdan  və  Azərbaycan  xalqı 

adından ürəkdən təbrik edirəm. 

Ümidvaram  ki,  Azərbaycan  ilə  Monteneqro  arasındakı 

dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə 

uyğun  olaraq  bundan  sonra  da  inkişaf  edəcək  və 

möhkəmlənəcəkdir. 

Bu  əlamətdar  gündə  Sizə  möhkəm  cansağlığı,  işlərinizdə 

uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 25 iyun 2011-ci il 



 

 



 

260 


 

 

 

MONQOLUSTAN PREZİDENTİ  

ZATİ-ALİLƏRİ 

CƏNAB SAXİAQİYN ELBEQDORJA 

 

Hörmətli cənab Prezident! 



Monqolustanın milli bayramı – Xalq inqilabı günü müna-

sibətilə  Sizə  və  bütün  xalqınıza  ən  səmimi  təbriklərimizi 

yetirirəm. 

Əminəm  ki,  Azərbaycan–Monqolustan  dostluğu  və  əmək-

daşlığının  möhkəmlənməsi  və  inkişafı  bundan  sonra  da  xalq-

larımızın rifahına xidmət edəcəkdir. 

Belə  bir  xoş  gündə  Sizə  möhkəm  cansağlığı,  işlərinizdə 

uğurlar, dost Monqolustan xalqına sülh və tərəqqi arzulayıram. 



 

Hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 25 iyun 2011-ci il 




 

261 


 

 

 

MİLANIN «İNTER» FUTBOL KLUBUNUN 

PREZİDENTİ VƏ SAHİBİ MASSİMO MORATTİ 

İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

25 iyun 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



iyunun 25-də Milanın «İnter» futbol klubunun prezidenti və sa-

hibi Massimo Morattini qəbul etmişdir. 

Görüşdə  Azərbaycanda  idmanın  inkişafı  sahəsində  görülən 

işlərdən  danışılmış,  ölkəmizin  beynəlxalq  səviyyədə  idmanla 

bağlı  əldə  etdiyi  uğurlar  qeyd  edilmiş  və  Azərbaycanın  bey-

nəlxalq idman əlaqələrinin genişləndirilməsi işinə töhfə verdiyi 

vurğulanmışdır. 

  

 



 

 


 

262 


 

 

 

AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN  

20-ci VƏ SİLAHLI QÜVVƏLƏRİN 93-cü  

İLDÖNÜMLƏRİ MÜNASİBƏTİLƏ  

TƏNTƏNƏLİ HƏRBİ PARADDA İŞTİRAK 

 

Azadlıq meydanı  



 

26 iyun 2011-ci il 

 

İyunun  26-da  Azərbaycanın  müstəqilliyinin  20-ci  və  Si-



lahlı  Qüvvələrin  93-cü  ildönümləri  münasibətilə  Bakının 

Azadlıq meydanında təntənəli hərbi parad keçirilmişdir. 

Azərbaycan  Respublikasının  Prezidenti,  Silahlı  Qüvvələrin 

Ali Baş Komandanı İlham Əliyev hərbi paradda olmuşdur. 

Dövlət və hökumət rəsmiləri, Azərbaycanın birinci xanımı, Heydər 

Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı 

səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, deputatlar, xarici 

ölkələrin  respublikamızdakı  səfirləri,  dini  icmaların  başçıları, 

beynəlxalq  təşkilatların  əməkdaşları,  müharibə  veteranları  və 

paytaxt ictimaiyyətinin nümayəndələri hərbi paradı izləmişlər. 

Hərbi  paradda  Silahlı  Qüvvələrin  bütün  qoşun  növlərinin, 

hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həm-

çinin  qanunvericilikdə  nəzərdə  tutulan  başqa  silahlı  birləşmə-

lərin 6 min nəfərlik şəxsi heyəti, 400-dək hərbi texnika və silah 

sistemləri,  o  cümlədən  50-yə  yaxın  modernləşdirilmiş  hərbi 

döyüş  texnikası,  Azərbaycanda  istehsal  olunan  və  modern-

ləşdirilən 60-dək silah, döyüş helekopterləri, təyyarələri, gəmi-

ləri və qayıqları iştirak edirdi. 

Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin,  Silahlı 

Qüvvələr  gününün  tarixləşməsi  ümummilli  liderimizin  adı  ilə 

bağlıdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də im-

zaladığı  Fərmana  əsasən,  artıq  13  ildir  ki,  26  iyun  –  Silahlı 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə