Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə68/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   64   65   66   67   68   69   70   71   ...   114

 

237 


hədələrdən  biri  bu  regionda  nə  hərb,  nə  sülh  vəziyyətidir, 

Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsidir.  Uzun 

illərdir  ki,  Azərbaycan  əraziləri  işğal  altındadır.  Ermənistan 

azərbaycanlılara  qarşı  etnik  təmizləmə  siyasətini  həyata  keçirib  və 

nəticədə bir milyondan artıq azərbaycanlı öz torpaqlarında qaçqın və 

məcburi  köçkün  kimi  yaşamağa  məcbur  olub.  Azərbaycanın 

beynəlxalq  səviyyədə  tanınmış  əraziləri  işğal  altındadır.  Əfsuslar 

olsun  ki,  artıq  iki  onillikdir  ki,  bu  vəziyyət  davam  edir.  Dağlıq 

Qarabağ  münaqişəsi  nəinki  ən  böyük  ədalətsizlik,  o  cümlədən 

regional  təhlükəsizliyə,  sabitliyə  böyük  hədədir.  Buna  görə 

münaqişənin  həlli,  beynəlxalq  hüquq  normaları  əsasında 

nizamlanması  nəinki  bizim  üçün,  bütövlükdə  bütün  region  üçün 

vacibdir.  Beynəlxalq  təşkilatlar,  BMT-nin  Təhlükəsizlik  Şurası  və 

digər  təşkilatlar  bir  neçə  qətnamə  və  qərar  qəbul  ediblər.  Həmin 

qərarlarda  erməni  işğalçı  qüvvələrinin  ərazimizdən  qeyd-şərtsiz, 

dərhal  çıxarılması  tələb  edilir.  Əfsuslar  olsun  ki,  bu  günə  qədər 

Ermənistan bu qətnamələrə heç bir diqqət yetirmir, məhəl qoymur 

və  beynəlxalq  hüquq  normalarını  pozur.  Dağlıq  Qarabağ 

münaqişəsinin həlli regionun bütün ölkələrinin marağındadır.  

Son  vaxtlar  ATƏT-in  Minsk  qrupunun  həmsədr  ölkələrinin 

rəhbərlərinin  verdikləri  bəyanatlar  bizi  ruhlandırır.  Fransa, 

Rusiya  Federasiyası,  Birləşmiş  Ştatların  rəhbərləri  qeyd 

etmişlər  ki,  status-kvo  dəyişdirilməlidir,  bu  saxlanıla  bilməz. 

Sədr Barrozu ilə görüşümüz zamanı da xüsusilə qeyd edildi ki, 

status-kvo  dəyişdirilməlidir.  Status-kvonun  dəyişdirilməsi  isə 

öz  növbəsində  artıq  işğal  olunmuş  ərazilərin  azad  edilməsi 

deməkdir. Biz bunun tərəfdarıyıq, biz buna çalışırıq. Ermənistan 

isə  əksinə,  status-kvonu  mümkün  qədər  uzun  müddətdə 

saxlamağa  çalışır.  Status-kvonun  dəyişdirilməsindən  söhbət 

gedirsə,  Azərbaycanın  işğal  olunmuş  ərazilərinin  azad  edilməsi 

və  sülhün  bərqərar  olunması  vaxtıdır,  bu  vaxt  artıq  yetişib.  Bu 

problem  olmasaydı,  təsəvvür  edin  ki,  Azərbaycan  necə  inkişaf 

edə  bilərdi.  Qaçqınlar  və  məcburi  köçkünlərin  sayına  görə 

Azərbaycanın  dünyada  ən  böyük  göstəricilərdən  birinə  malik 

olmasına baxmayaraq, yenə də özümüzə arxalanan ölkəyik. Biz 



 

238 


dinamik ölkəyik, güclü imkanlarımız var, şaxələndirilmiş inkişaf 

edən  iqtisadiyyatımız,  siyasi  sistemimiz  mövcuddur  və  gələ-

cəyimiz  üçün  çox  aydın  planlar  vardır.  Buna  görə  də  bu 

münaqişə  nə  qədər  tez  həll  olunsa,  bu,  regional  əməkdaşlığa, 

sabitliyə və proqnozlaşdırmaya apara bilər.  

İnkişafımızın ən vacib elementlərindən biri, əlbəttə ki, enerji 

sektoru  ilə  bağlıdır.  Biz  enerji  layihələrindən  əldə  edilmiş 

gəlirlərin  ədalətli  şəkildə  bölüşdürülməsinə  nail  olduq.  Bu  gün 

Azərbaycanın Dövlət Neft Fondu ola bilsin ki, dünyada ən şəffaf, 

suveren  fondlardan  biridir.  Bu,  beynəlxalq  təşkilatların 

qiymətləndirilməsində də qeyd edilir. Əsas səbəblərdən biri odur 

ki,  iqtisadiyyatımızı  şaxələndirdik.  Çünki  bu  fond  beynəlxalq 

səviyyədə auditdən keçir, daxil olan bütün vəsaitlər şəffaf şəkildə 

istifadə  olunur.  Vəsaitlər  haqqında  informasiya  dövri  olaraq 

açıqlanır və biz heç vaxt bunu sirr kimi saxlamırıq ki, fondumuza 

nə  qədər  vəsait  toplanıb  və  bu,  açıq  məlumatdır.  Azərbaycanın 

ümumi ehtiyatları 35  milyard dollardan  artıqdır. Bu bizim üçün 

əlavə imkanlar yaradır ki, ölkəmizi inkişaf etdirək, sosial infras-

truktura  sərmayə  qoyaq,  ölkəmizi  daha  da  müasirləşdirək.  Bu 

vəsaitləri  xalqın  rifahı  üçün  sərf  edək  və  təbii  ki,  əhalimizin 

yaşayış  səviyyəsini  daha  da  yaxşılaşdıraq.  7  il  ərzində  yoxsul-

luğun  5  dəfə  azalması  atdığımız  addımların  düzgünlüyünü 

göstərir.  Enerji  siyasətimiz  regionda  və  Avropada  enerji  təh-

lükəsizliyi məsələsində mühüm rol oynayıb və oynamaqdadır. 

2000-ci illərin əvvəllərində başlayanda və 2006-cı  ildə boru 

kəmərlərini  istismara  verəndə  o  vaxt  hələ  böyük  həcmdə 

resurslar ixrac olunmurdu. Bu bir başlanğıc idi və bir növ enerji 

dəhlizinin  tikilməsi  idi.  Əslində  bu,  enerji  resurslarının  dünya 

bazarlarına çıxarılması idi ki, Bakı–Tbilisi–Ceyhan 2005-ci ildə 

istismara verildi. 2007-ci ildə, həmçinin qaz boru kəməri tikildi. 

Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizinin resurslarını 

beynəlxalq  bazara  çıxartdı.  Bu  gün  isə  neft  və  qaz  sahəsində 

şaxələndirilmiş  təchizat  şəbəkəsini  yaratmağa  nail  olmuşuq. 

Hazırda  7  neft  və  qaz  boru  kəməri  mövcuddur  ki,  onlar  enerji 

resurslarını  bütün  istiqamətlərdə  çatdırır.  Bütün  karbohidrogen 



 

239 


resurslarımız  ətrafda  olan  ölkələrə  çatdırılır.  Zənnimcə,  bu  sahə 

gələcəkdə  daha  çox  vəsaitlərin  əldə  edilməsinə  imkan 

yaradacaqdır.  Təbii  ki,  biz  hazırda  müzakirələr  aparırıq  ki,  daha 

geniş  regional  əməkdaşlıq  edək.  Cənab  Ottingerin  bu  gün  dediyi 

kimi,  biz  Cənub  qaz  dəhlizini  ciddi  şəkildə  müzakirə  etdik. 

Barrozunun  Azərbaycana  səfəri  zamanı  bu  haqda  Birgə 

Bəyannamə  imzalandı.  Bunun  əsasında  işçi  qrupu  yaradıldı  və 

olduqca  qısa  müddət  ərzində  –  6  aydan  az  vaxtda  artıq  yaxşı 

nəticələr  verir.  Biz  ilin  sonuna  qədər  fəal  şəkildə  işləməyi 

planlaşdırırıq  ki,  bütün  məsələləri  həll  edək,  tranzit  sazişlər  öz 

həllini  tapsın  və  Azərbaycanın  böyük  neft-qaz  ehtiyatlarının 

işlənilməsinə nail olaq. 

Təbii  ki,  neftin  nəqli  məqsədi  ilə  yaradılmış  bu  dəhliz  indi 

qazın  çatdırılması  üçün  şərait  yaradır.  Bu  həmçinin  ünsiyyət 

alətidir. Hazırda biz dəmiryol xəttini çəkirik. Bu, Asiya qitəsini 

Azərbaycandan  keçərək  Avropa  ilə birləşdirəcəkdir. Gələn ilin 

sonunadək  bu  dəmir  yolunun  artıq  istismara  verilməsi  baş 

tutmalıdır.  Bu  dəmir  yolunun  tikintisi  nəticəsində  bizim 

malların,  on  milyonlarla  ton  yükün  Şərqdən  Qərbə  və  geriyə 

daşınması mümkün olacaqdır. 

Azərbaycan  şaxələndirmə  siyasətinə  dəstək  verə  bilər. 

Şaxələndirmə  siyasəti  həm  hasilatçılar,  həm  də  istehlakçılar 

üçün  vacibdir.  Hasilatçı  kimi,  biz  artıq  bütün  mümkün  işləri 

görmüşük.  İndi  isə  istehlakçılara  dəstək  vermək  istəyirik  ki, 

onların da şaxələndirilmiş təchizat marşrutları olsun. 

Şaxələndirmə  təkcə  yeni  təchizat  yolları  demək  deyil,  yeni 

mənbələrin  olması  deməkdir.  Bu  baxımdan  Xəzər  dənizi, 

Azərbaycanın  Xəzər  dənizindəki  resursları  şaxələndirmə  üçün 

yeni mənbə rolunu oynayır. Çünki Xəzər dənizinin Azərbaycan 

sektorunda  olan  ehtiyatları,  xüsusən  də  qaz  ehtiyatları  hələ  ki, 

tam işlənilməyibdir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 

minimum  2,2  trilyon  kubmetrə  bərabərdir.  Bu  rəqəm  daha  da 

artacaqdır. Bu o deməkdir ki, cənab Ottingerin qeyd etdiyi kimi, 

Azərbaycan  mühüm  təchizatçıya  çevriləcəkdir  ki,  biz  öz 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə