Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə66/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   62   63   64   65   66   67   68   69   ...   114

 

231 


 

 

 

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ BAŞ 

KATİBİ ZATİ-ALİLƏRİ  

CƏNAB PAN Gİ MUNA 

 

Hörmətli cənab Baş katib! 



Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibi  vəzifəsinə 

yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. 

Biz  Azərbaycan  Respublikası  ilə  BMT  arasındakı  əmək-

daşlığa  böyük  əhəmiyyət  verir,  başçılıq  etdiyiniz  təşkilatın 

mövcud  qlobal  çağırışlara  qarşı  mübarizəsini,  dünya  ictimaiy-

yətini  narahat  edən  bütün  məsələlərdə  fəal  mövqeyini  hər  cür 

dəstəkləyirik. 

Ümidvaram  ki,  «Minilliyin  inkişaf  məqsədləri»nə,  dünyada 

sülhün, təhlükəsizliyin və əmin-amanlığın bərqərar edilməsinə, 

insanların hüquq və azadlıqlarının təmin edilməsinə nail olmaq 

yolunda  qarşıda  duran  vəzifələrin  həlli  istiqamətində  birgə 

işimizi  və  səylərimizi  bundan  sonra  da  ardıcıl  şəkildə  davam 

etdirəcəyik. 

Hörmətli cənab Baş katib! 

Bir  daha  Sizə  ən  səmimi  təbriklərimi  və  xoş  arzularımı 

yetirir,  möhkəm  cansağlığı,  xoşbəxtlik,  məsul  işinizdə  uğurlar 

diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 22 iyun 2011-ci il 



 

 

 



 


 

232 


 

 

 

BRÜSSELDƏ KRANS MONTANA FORUMUNUN 

RƏSMİ AÇILIŞI MƏRASİMİ 

 

Brüssel  

 

23 iyun 2011-ci il 

 

İyunun  23-də  Brüsseldə  Krans  Montana  Forumunun 

rəsmi açılışı olmuşdur. 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və 

xanımı  Mehriban  Əliyeva  forumun  «Azərbaycan:  Şərqə  doğru 

Avropanın qabaqcıl mayakı» sessiyasında iştirak etmişlər. 

Dövlətimizin  başçısı  və  xanımı  əvvəlcə  ölkəmizlə  bağlı 

təqdim edilən sərgi ilə tanış oldular. 

Sərgidə  Azərbaycanda  gedən  sürətli  iqtisadi  inkişaf  pro-

sesləri barədə ətraflı məlumat verildi. Burada ölkəmizdə enerji, 

turizm,  mədəniyyət,  infrastruktur  sahələri  barədə  forum 

iştirakçılarının  diqqətinə  zəngin  məlumat  çatdırılmaqla 

Naxçıvan  Muxtar  Respublikasının  iqtisadi  inkişaf  dinamikası 

barədə  də  informasiyalar  yer  almışdır.  Bu  da  Azərbaycan  ilə 

tanışlıq,  ölkəmizdə  gedən  iqtisadi  inkişaf  prosesləri  barədə 

məlumat  almaq  üçün  forum  iştirakçılarına  geniş  imkanlar 

yaratdı.  

Qeyd  edək  ki,  bu  forum  1986-cı  ildə  İsveçrə  rəsmilərinin 

dəstəyi  ilə  yaradılan  beynəlxalq  təşkilatdır.  Qurum  beynəlxalq 

əməkdaşlıq  və  dialoqa  yardımı  özünün  əsas  məqsədi  elan 

etmişdir.  Gələn  ilin  iyununda  Krans  Montana  Forumu  Bakıda 

keçiriləcəkdir. 

Mərasimi  açan  Krans  Montana  Forumunun  təsisçisi  və 

prezidenti Jan Pol Karteron prezident İlham Əliyevi və xanımı 

Mehriban  Əliyevanı,  o  cümlədən  digər  qonaqları  salamladı, 

tədbir iştirakçılarına Azərbaycan haqqında məlumat verdi. 



 

233 


Belçika  Krallığı  Baş  nazirinin  müavini,  Maliyyə  naziri 

Didier  Reynders  Azərbaycanda  gedən  iqtisadi  inkişaf  proses-

ləri,  enerji  sektorunda  əldə  olunan  uğurlar,  sərmayə  mühiti 

barədə  danışdı.  Bu  sahədə  prezident  İlham  Əliyevin  xidmət-

lərini  xatırlatdı  və  Avropa  üçün  Azərbaycanın  Asiyaya  açılan 

qapı  olduğunu  diqqətə  çatdırdı.  Avropa  İttifaqının  enerji 

məsələləri  üzrə  komissarı  Günter  Ottinger  çıxışında  diqqəti 

Azərbaycanın  enerji  sektorunda  əldə  etdiyi  uğurlara  yönəltdi. 

Komissar  Avropa  Komissiyasının  sədri  Xose  Manuel  Barro-

zunun  Bakıya  səfəri zamanı  enerji  sahəsində  əməkdaşlığa  dair 

imzalanan Birgə Bəyannamənin əhəmiyyətinə də toxundu. 

Albaniyanın  Baş  naziri  Sali  Berişa  da  neft-qaz  sektorunda 

əldə olunan uğurlar münasibətilə prezident İlham Əliyevi təbrik 

etdi.  

İSESKO-nun  Baş  direktoru  rəhbərlik  etdiyi  təşkilatla 

Azərbaycan  arasında  yaranan  səmərəli  əməkdaşlıqdan  danışdı. 

Vurğuladı  ki,  Azərbaycan  həm  İSESKO,  həm  də  YUNESKO  və 

digər  beynəlxalq  təşkilatların  dəstəyi  ilə  keçirilən  tədbirləri 

təşkil etməklə özünün mədəni dəyərlərə sadiqliyini təsdiq edib. 

O,  Azərbaycanın  birinci  xanımı  Mehriban  Əliyevanın  fəaliy-

yətini  vurğuladı  və  onun  Xoşməramlı  səfir  kimi,  mədəniyyət, 

elm, təhsil və digər sahələrdə həyata keçirdiyi layihələri yüksək 

qiymətləndirdi. 

Dövlətimizin başçısı forumda nitq söylədi. 

 

Azərbaycan prezidenti İlham Əliyevin nitqi 

 

 Xanımlar və cənablar, hörmətli dostlar! 



Əvvəlcə  mən  dəvətə  görə  bu  forumun  sədrinə  dərin 

təşəkkürümü  bildirirəm.  Bu  əslində  ölkəmizin  müstəqilliyinin 

20-ci  ildönümünü  qeyd  etdiyi  tarixə  təsadüf  edir.  Belə  bir 

mötəbər  beynəlxalq  forumda  iştirak  etməkdən  şərəf  hissi 

duyuram.  

Bizim müstəqillik tariximiz o qədər də uzun deyildir. 1991-

ci  ildə  Sovet  İttifaqının  süqutundan  sonra  əslində  bu  məhz 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə