Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə67/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   63   64   65   66   67   68   69   70   ...   114

 

234 


bizim  cəsarətimiz,  baxışlarımız  və  istəklərimizdən  irəli  gəlirdi 

ki,  müstəqilliyimizi  əldə  edəndən  sonra  hədəflərimiz  hansılar 

olacaqdır?! 

Bu  gün  biz  fərəh  hissi  ilə  deyə  bilərik  ki,  bütün  əsas 

məqsədlərə  nail  olduq.  Azərbaycan  100  faiz  planlı  iqtisadiy-

yatdan  bazar  iqtisadiyyatına  keçmiş  bir  ölkəyə  çevrildi  və 

iqtisadiyyatımızın  80  faizindən  çoxunu  özəl  sektor  təmin  edir. 

Ölkəmiz  demokratik  prinsiplər  əsasında  inkişaf  edir,  müstəqil 

siyasi sistemini qurur, beynəlxalq təşkilatlara üzv olur və siyasi 

islahatları böyük siyasi iradə ilə davam etdirir. Həyatımızın hər 

bir sahəsində biz tərəqqini görürük. Lakin bu o demək deyildir 

ki,  biz  indi  istirahət  etməliyik  və  məqsədlərimizdən  bəhrələn-

məliyik.  Əksinə,  çalışmalıyıq  ki,  Azərbaycanı  müasir, 

demokratik, çiçəklənən dövlətə çevirək. 

Bizim güclü iradəmiz var ki, ölkəmizin inkişafı təmin edilsin 

və müasir cəmiyyət qurulsun. Siyasi islahatlar olduqca vacibdir. 

Artıq 10 ildir ki, Azərbaycan Avropa Şurasının üzvüdür və biz 

bu  təşkilata  üzvlüyə  qəbul  olunandan  təşkilat  qarşısında 

götürdüyümüz  bütün  öhdəlikləri  yerinə  yetiririk.  İndi  isə 

Avropa  İttifaqı  ilə  münasibətlərimiz  yeni  mərhələyə  qədəm 

qoyur. Bu da əlavə islahatlar və demokratik proseslər tələb edir. 

Dünən  mənim  Avropa  təsisatlarının  rəhbərləri  ilə  olduqca 

konstruktiv,  məhsuldar  və  dostluq  mühitində  keçən  görüşlərim 

oldu.  Mənim  Avropa  Komissiyasının  sədri  cənab  Barrozu  ilə, 

Avropa  İttifaqının  prezidenti  cənab  Herman  Van  Rompeylə, 

Avropa  parlamentinin  sədri  cənab  Yeji  Buzeklə  və  digər 

Avropa komissarları ilə görüşlərim oldu. 

Bizim  böyük  gözləntilərimiz  var  ki,  «Şərq  Tərəfdaşlığı» 

Proqramı  Azərbaycan  ilə  Avropa  arasında  daha  sıx  əlaqələrin 

qurulmasına imkan yaradacaq və nəticədə biz Avropa İttifaqının 

müsbət təcrübəsindən ölkəmizdə istifadə edəcəyik, həyatımızın 

meyarlarını  Avropa  İttifaqının  meyarlarına  yaxınlaşdıracağıq. 

Azərbaycanın Avropanın bir hissəsi olmasını, Avropa qitəsinin 

sərhədində  yerləşməsini  nəzərə  alaraq  ölkəmiz  bu  sahədə  öz 

rolunu oynamağa hazırdır. 



 

235 


Biz  siyasi  sahə  ilə  yanaşı,  iqtisadi  sahəyə  də  xüsusi  diqqət 

yetiririk. Çünki qarşımızda duran böyük məsələlər vardır. Bizə 

şaxələndirilmiş iqtisadiyyat lazımdır, sərmayələr qoymalıyıq və 

ölkədə  canlanma  yaratmalıyıq.  Əslində  müstəqilliyimizin  ilk 

illərindən  –  1993-cü  ildən  etibarən  əsas  məqsədimiz  ondan 

ibarət idi ki, yaxşı, münbit sərmayə mühiti yaradaq və potensial 

sərmayədarlara  nümayiş  etdirək  ki,  Azərbaycan  sərmayə  üçün 

müvafiq yerdir. 

1995-ci ildən etibarən xarici sərmayələr ölkə iqtisadiyyatına 

qoyulduqdan sonra bu gün, demək olar ki, 100 milyard dollara 

yaxın  vəsait  Azərbaycan  iqtisadiyyatına  yatırılıbdır.  Bu 

sərmayələrin  aparıcı  qüvvəsi  Azərbaycanın  enerji  sektorudur. 

Təbii 

sərvətlərimizdən 



istifadə 

edərək 


Azərbaycan 

iqtisadiyyatını  şaxələndirməyə  başladıq  və  enerji  sektorundan 

asılılığımızı  azaltdıq.  Hətta  böhran  illərində  –  2008-ci,  2009-cu 

illərdə  neftin  qiymətinin  4-5  dəfə  azalmasına  baxmayaraq, 

Azərbaycan iqtisadiyyatı yenə də artmaqda davam etmişdir.  

Son illər Azərbaycanın iqtisadiyyatı 3 dəfə, ÜDM 300 faiz, 

sənaye istehsalı, demək olar ki, 3 dəfə artmışdır. Əldə etdiyimiz 

ən  mühüm  nailiyyətlərdən biri  də  900  mindən  artıq  iş  yerinin, 

xüsusən də rayonlarda açılmasıdır. Bu o deməkdir ki, rayonlara 

kapital qoyuluşu davam etmişdir. Təbii ki, yoxsulluğun 2003-cü 

ildə 49 faizdən 2010-cu ildə 9 faizə qədər azalması onu göstərir 

ki,  islahatlarımızın  nəticələri  vardır.    Gələn  illər  ərzində 

Azərbaycanın  iqtisadi  inkişafı  əsasən  qeyri-neft  sektoruna 

yönələcəkdir. Bu da ölkəmizin iqtisadi inkişafını təmin edəcəkdir. 

Bu,  Azərbaycanda  əsasən  kənd  təsərrüfatının,  informasiya 

texnologiyalarının  inkişafı  sayəsində  olacaqdır.  Hazırda  biz 

kosmik sənayemizi yaradırıq. Gələn il Azərbaycan telekommuni-

kasiya sahəsində böyük addımlar atacaq, öz peykini buraxacaq və 

bu, artıq kosmik sənayenin başlanğıcı olacaqdır. 

Təhsilə  çox  sərmayələr  yatırırıq,  səhiyyə  sahəsinə  diqqət 

yetiririk, sosial infrastrukturu yaradırıq. Xüsusi proqramlarımız 

vardır 


ki, 

gənc 


azərbaycanlılar 

dünyanın 

aparıcı 



 

236 


universitetlərində,  tədris  ocaqlarında  təhsil  alırlar.  Onların 

təhsili dövlət tərəfindən maliyyələşdirilir. 

Ölkəmizin  müasirləşdirilməsinə  gəldikdə,  bu,  sırf  iqtisadi 

dəyişikliklərlə  baş  tutmur.  Biz  həyatımızın  hər  bir  aspektini 

müasirləşdirməliyik  və  müasir,  dinamik  ölkəyə  çevrilməliyik. 

Buna  görə  də  bir  daha  qeyd  etmək  istəyirəm  ki,  Avropa 

təsisatları  ilə  sıx  əlaqələrimiz,  Avropa  İttifaqı  ilə  bütün 

sahələrdə əməkdaşlıq bizim üçün cəlbedicidir. 

Azərbaycan  mədəniyyətlərarası  dialoqda  öz  rolunu  oyna-

maqdadır.  Əsrlər  boyu  ölkəmiz  elə  bir  məkan  olub  ki,  orada 

müxtəlif etnik, dini köklərə malik xalqlar yan-yana, mehribanlıq 

şəraitində  yaşayıblar.  Çox  şadıq  ki,  bu  müsbət  meyillər 

müstəqillikdən  sonra  hətta  daha  da  güclənib.  Azərbaycan 

cəmiyyəti  çoxmədəniyyətli  cəmiyyətdir,  çoxetnik  cəmiyyətdir. 

Müxtəlif  millətlərin  və  dinlərin  nümayəndələri  mehriban 

şəraitdə yaşayırlar. 

Biz eyni zamanda, müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi 

məkanıq.  Dialoq  sahəsində  xüsusi  rol  oynayırıq.  Bu  il 

ölkəmizdə  mədəniyyətlərarası  dialoq  mövzusunda  çox  mühüm 

beynəlxalq konfrans keçirildi. Çox tanınmış şəxslər, dostlarımız 

Karteron,  cənab  əl-Tüveycri  iştirakları  ilə  həmin  konfransa 

töhfə  verdilər.  Ötən  il  biz  dünya  dini  liderlərinin  beynəlxalq 

konfransını  keçirdik.  Biz  bu  tədbirləri  davam  etdirmək 

fikrindəyik. Hesab edirəm ki, hazırda bunun mühüm əhəmiyyəti 

vardır. Çoxmədəniyyətlilik bəşəriyyətin inkişafa aparan yeganə 

yoludur.  Keçmişimizdən  irəli  gələn  təcrübəmizə  əsasən  deyə 

bilərəm ki, bu işləyə bilər. Bu, uğurla baş tuta bilər.  

Azərbaycan mühüm coğrafi mövqedə – sivilizasiyaların kə-

sişdiyi  məkanda  yerləşir.  Ölkəmiz  Avropa  Şurasının,    İslam 

Konfransı  Təşkilatının  üzvüdür.  Əslində  bu,  ölkəmizdə  xüsusi 

bir  ab-hava  yaradır.  Biz  səylərimizi  davam  etdirəcəyik  ki, 

beynəlxalq  səviyyədə  mədəniyyətlərarası  dialoqa  töhfəmizi 

verək. 

Regional təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetiririk. Ən 



böyük problemlərdən, ən böyük çətinliklərdən və əslində ən böyük 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə