Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə65/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   61   62   63   64   65   66   67   68   ...   114

 

228 


Azərbaycan böyük maliyyə imkanlarına malikdir və bizim üçün 

Dağlıq Qarabağda ciddi iqtisadi və sosial inkişaf proqramlarına 

başlamaq heç bir çətinlik yarada bilməz. 

S  u  a  l:    Ermənistanın  Azərbaycanın  ehtiyatlarına 

ehtiyacı varmı? Xüsusilə söhbət xammaldan gedirsə? 

İ l h a m  Ə l i y e v:  Onların nəyə ehtiyacı olduğunu demək 

mənim  üçün  çətindir.  Təbii  ki,  Ermənistanın  iqtisadi  vəziyyəti 

ilə bağlı sizin məlumatınız vardır. Bəlkə də bu məsələ ilə bağlı 

şərh vermək mənim üçün düzgün olmazdı. Təbii ki, Azərbaycan 

ilə  dost,  qonşu  olmaq  istənilən  ölkə  üçün  fayda  verə  bilər,  er-

mənilərin  uzun  illər  saxlamağa  çalışdığı  status-kvo  vəziyyəti 

kimi yox. 

S u a l: İndiki Ermənistan rəhbərlərinin problemə siyasi 

yanaşması Sizdə hansı təəssürat yaradır? Sizə elə gəlmirmi 

ki,  onların  problemə  yanaşması  əvvəlkindən  daha  açıqdır? 

Sizcə, onlar irəliyə doğru addım atıblarmı? 

İ l h a m  Ə l i y e v:  Onu deyə bilərəm ki, mən 2004-cü 

ildən  bu  danışıqlar  prosesində  iştirak  edirəm.  Bu  müddət 

ərzində  danışıqlar  prosesinin  müsbət  dinamikası,  lakin  sıfır 

nəticəsi olmuşdur. Ermənistanın keçmiş və indiki hökuməti və 

rəhbərliyi  bu  danışıqlar  prosesində  bir  tərəf  kimi  çıxış  edir. 

2008-ci  ilədək  biz  mühüm  bir  irəliləyişə  nail  ola  bildik.  2008-ci 

ildən  bu  tərəfə  isə  irəliləyiş  o  qədər  də  görünmürdü,  lakin  bizim 

ümidlərimiz  var  idi.  Bu  səbəbdən  düşünürəm  ki,  münaqişənin 

tezliklə  həlli  hər  iki  ölkənin  marağındadır.  Ümid  edirəm  ki, 

Ermənistan rəhbərliyi, nəhayət, anlayacaq  ki, birincisi,  status-kvo 

vəziyyətinin saxlanması mümkün deyil və ikincisi, bu onların heç 

də  xeyrinə  işləmir.  Onların  hazırda  nəzarət  etdikləri  ərazi  ölü 

zonadır. Orada hər şey dağıdılıb, məhv edilib, orada nə həyat var, 

nə də insanlar yaşayır. Onlar bundan nə əldə etdilər? Düşünürəm 

ki,  heç  nə.  Əgər  onlar  güclü  siyasi  iradə  və  xoş  niyyətlə 

münaqişənin  həllinə  doğru  gəlsəydilər  və  münaqişə  öz  həllini 

tapsaydı, o zaman regiondakı vəziyyət daha yaxşı olardı. 

S  u  a  l:  Sizcə  Dağlıq Qarabağdakı  hazırkı  vəziyyət  sıfır 

səviyyəsindədir? 



 

229 


İ l h a m  Ə l i y e v: Bilirsiniz, münaqişənin həllində Azər-

baycan  ən  çox  maraqlı  olan  tərəfdir,  çünki  torpaqlarımız  işğal 

altındadır,  bizim  yüz  minlərlə  məcburi  köçkünümüz  vardır. 

Müəyyən vaxta qədər Ermənistanda belə bir fikir hakim idi ki, 

onlar  status-kvonu  istədikləri  qədər  saxlaya  biləcəklər  və  onlar 

buna  müvəffəq  olacaqlarını  düşünürdülər.  Amma  son  aylar 

ərzində  hadisələrin  inkişafı  göstərdi  ki,  beynəlxalq  birlik, 

ATƏT-in  Minsk  qrupunun  həmsədrləri  –  ABŞ,  Rusiya,  Fransa, 

bu  ölkələrin  rəhbərləri  birbaşa  bəyanatla  çıxış  edərək  bildirdilər 

ki, status-kvo məqbul deyildir. Son ayların hadisələri belədir. 



S  u  a  l:  Dediyiniz  kimi,  Minsk  qrupu  –  ABŞ,  Fransa  və 

Rusiya son ay və illər ərzində prosesi sürətləndiriblər. Sizcə, 

onların marağı nədir? 

İ l h a m  Ə l i y e v:  Minsk qrupu 1992-ci ildə yaranıb və 

20 ilə yaxındır ki, heç bir irəliləyiş yoxdur. 



S u a l:  Belə çıxır ki, 20 il ərzindəki fəaliyyəti zamanı əsl 

irəliləyiş son iki ilə təsadüf edir? 

İ l h a m  Ə l i y e v:  Bu, uzun bir proses idi. Keçmişdə bəzən 

vədedici, bəzən isə təəssüfedici məqamlar olmuşdur. 2004-cü ildən 

bəri isə biz yeni bir prosesdəyik. Münaqişənin həllinin məzmunu 

keçmişdəkindən  tamamilə  fərqlidir.  İndi  müzakirə  olunan 

prinsiplər son 5-6 il ərzində müzakirə olunur. Bu, birinci. Yəni bu 

proses  idi.  Bizim  yaxınlaşmağımız  birdən-birə  baş  vermədi. 

İkincisi  və  ən  önəmlisi  isə  hesab  edirəm  ki,  dünyada  artıq  aydın 

şəkildə başa düşürlər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş 

münaqişə  deyil.  Atəşkəs  isə  çox  həssas  bir  məsələdir.  Təmas 

xəttində  atəşkəsin  davamlı  olaraq  pozulması,  hesab  edirəm  ki, 

bizim hamımızı – Azərbaycanı, Ermənistanı, dünya ictimaiyyətini 

ciddi şəkildə narahat edir. Digər mühüm bir məsələ odur ki, son bir 

neçə  il  ərzində  Azərbaycan  və  Ermənistan  arasında  güc  balansı 

kəskin  şəkildə  dəyişmişdir.  Məsələn,  Azərbaycanın  bugünkü 

büdcə  xərcləri  Ermənistanın  büdcə  xərclərindən  10  dəfə  artıqdır. 

Təkcə  Azərbaycanın  müdafiə  büdcəsi  Ermənistanın  bütün 

büdcəsini  üstələyir.  Reallıq  belədir.  Zaman  keçdikcə  də  iki  ölkə 

arasındakı  bu  fərq  yalnız  artacaqdır.  Düşünürəm  ki,  bu  da  «mü-




 

230 


naqişə  həll  olunmalıdır»  anlayışının  yaranması  üçün  mühüm  rol 

oynayır.  Status-kvo  bundan  sonrakı  illər  ərzində  davam  edə 

bilməz. 

S  u  a  l:  Təmas  xəttində  vaxtaşırı  olaraq  snayperlər 

tərəfindən atəşkəsin pozulmasını eşidirik. 

İ l h a m  Ə l i y e v:  Bu haqda biz arabir eşidirik. Lakin təmas 

xəttində  snayperlərin  olmasına  ehtiyac  yoxdur.  Bəzən  səngərlər 

arasındakı  məsafə  40–50  metr  olur.  Kimisə  öldürmək  üçün  burada 

snayperlərə  ehtiyac  qalmır.  Təhlükə  odur  ki,  bu  ərazilərdə 

sülhməramlı  qüvvələr  yoxdur.  Orada  yalnız  Ermənistan  və  Azər-

baycan  əsgərləridir.  Sülhə  hər  iki  tərəf  riayət  etməlidir.  Bəli,  bəzən 

atışma  olur,  atəşkəs  pozulur,  dinc  insanlar  arasında  həlak  olanlar 

vardır.  Məsələn,  mart  ayında  erməni  əsgərləri  tərəfindən  9  yaşlı 

azərbaycanlının  öldürülməsi.  Bu  isə  müharibə  reallığıdır.  Müharibə 

hələ başa çatmayıb. Atəşkəs o demək deyil ki, sülh vardır. Düşünürəm 

ki,  bu  məqamın  ən  önəmlisi  odur  ki,  müharibənin  davam  etdiyini 

beynəlxalq  ictimaiyyət,  vasitəçilər  dərk  etsinlər.  Bu  müharibəyə, 

düşmənçiliyə son qoyulmalıdır. Status-kvo dəyişilməlidir. Azərbaycan 

torpaqları  azad  edilməlidir.  İnsanlarımızın  öz  doğma  yurdlarına 

qayıtmaq hüququ vardır. Bu onların haqlarıdır və onlara bunu etməyə 

imkan verməlidirlər. 



J u r n a l a l i s t:  Təşəkkür edirəm, cənab Prezident. 

İ l h a m  Ə l i y e v:   Sağ olun. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə