Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə64/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   60   61   62   63   64   65   66   67   ...   114

 

224 


Avropa ilə Azərbaycan arasında enerji əməkdaşlığının artıq 

yaxşı  tarixi  vardır.  Bir  neçə  il  əvvəl  bizə  Xəzərin  neft 

ehtiyatlarını beynəlxalq və Avropa bazarlarına çıxarmağa imkan 

verən Bakıdan Aralıq dənizi sahillərinə böyük neft boru kəməri 

inşa  edildi.  Bizim  artıq  əməkdaşlıqda  yaxşı  təcrübəmiz  vardır. 

Bu gün Avropa bizim enerji resurslarımızın əsas istehlakçısıdır. 

Avropa bizim ən böyük ticarət tərəfdaşımızdır. Əminəm ki, bu 

dəhlizdən  qaz  resurslarının  nəqli  üçün  istifadə  bizə  avropalı 

istehlakçıların  etibarlı  təbii  qaz  təminatçısı  olmağa  imkan 

verəcəkdir.    Yanvarda  xüsusi  işçi  qrupu  yaradılıb.  Cənab 

Barrozunun bu ilin yanvarında Bakıya səfəri zamanı Cənub qaz 

dəhlizi ilə bağlı bəyannamə imzalanıb. İndi gələcək əməkdaşlıq 

üçün bizim çərçivəmiz vardır. Ümid edirik ki, bu ilin sonunadək 

biz bununla bağlı bütün lazımi işləri yekunlaşdıracağıq. Bu bizə 

qaz  potensialımızdan  vətəndaşlarımızın  rifahı  naminə  istifadə 

etmək, Avropaya isə gələcəkdə alternativ, etibarlı və böyük qaz 

resursları  əldə  etmək  imkanı  verəcəkdir.  Bizim  maraqlarımız 

təkcə  enerji  məsələsində  deyil,  həm  də  bu  gün  toxunduğumuz 

məsələlərdə  üst-üstə  düşür.  Əminəm  ki,  Avropa  İttifaqı  və 

Azərbaycan  arasında  dostluq,  tərəfdaşlıq  münasibətləri 

gələcəkdə də uğurla davam edəcəkdir. 

Bir daha, cənab Prezident, dəvətinizə görə təşəkkür edirəm. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 


 

225 


 

 

 

AVROPA İTTİFAQININ GENİŞLƏNDİRİLMƏSİ 

VƏ AVROPA QONŞULUQ  SİYASƏTİ ÜZRƏ 

KOMİSSARI ŞTEFAN FÜLEN İLƏ GÖRÜŞ 

 

Brüssel  



 

22 iyun 2011-ci il 

 

Belçika  Krallığında  işgüzar  səfərdə  olan  Azərbaycan 



Respublikasının  Prezidenti  İlham  Əliyev  iyunun  22-də  Brüs-

seldə  Avropa  İttifaqının  genişləndirilməsi  və  Avropa  qonşuluq 

siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşmüşdür. 

Görüşdə  Azərbaycan  ilə  Avropa  İttifaqı  arasında  əmək-

daşlıq, o  cümlədən  «Şərq  Tərəfdaşlığı»  Proqramı çərçivəsində 

həyata  keçirilən  layihələr  və  atılan  addımlar  ətrafında  fikir 

mübadiləsi aparıldı. 

Əməkdaşlığın genişləndirilməsinin yeni imkanlarının nəzər-

dən keçirildiyi görüşdə, həmçinin Assosiativ saziş üzrə aparılan 

danışıqların hazırkı vəziyyəti, viza rejiminin sadələşdirilməsi və 

digər məsələlər müzakirə olundu. 

 

 

 



 

226 


 

 

 

«EURONEWS» TELEKANALINA MÜSAHİBƏ  

 

Brüssel  



 

22 iyun 2011-ci il 

 

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Res-



publikasının  Prezidenti  İlham  Əliyev  iyunun  22-də  Brüsseldə 

«Euronews» telekanalına müsahibə vermişdir. 

S  u  a  l:    Azərbaycan  prezidenti  İlham  Əliyev, 

«Euronews»a  xoş  gəlmisiniz!  Ayın  24-də  Dağlıq  Qarabağ 

münaqişəsinin  həlli  ilə  bağlı  mühüm  bir  görüş 

keçiriləcəkdir.  Bu  məsələdə  Rusiyanın  vasitəçiliyi  ilə  bağlı 

nə deyə bilərsiniz? 

İ  l  h  a  m   Ə l  i  y  e  v:   Biz  prezident  Medvedevin müsbət 

inkişafa  aparan  səylərini  dəstəkləyirik.  Ayın  24-də  keçiriləcək 

görüş  son  2  il  ərzində  keçirilən  görüşlərdən  biri  olacaqdır. 

Prezident  Medvedevin  iştirakı  tərəflərə  razılığa  nail  olmaqda 

kömək  edir.  Buna  görə  də  biz  daha  çox  nikbin  əhval-

ruhiyyədəyik.  Düşünürük  ki,  Ermənistan  tərəfi  irəliyə  addım 

atmaq  üçün  konstruktiv  yanaşma  və  siyasi  iradə  nümayiş 

etdirərsə, münaqişə çox tez bir zamanda həll edilər.  



S  u  a  l:  Ermənistan  tərəfi,  Sizin  dediyiniz  kimi, 

konstruktiv görünmək üçün nə etməlidir? 

 İ  l  h  a  m    Ə  l  i  y  e  v:  İlk  növbədə  BMT  Təhlükəsizlik 

Şurasının  bir  neçə  il  əvvəl  qəbul  etdiyi  və  Ermənistan  silahlı 

qüvvələrinin  işğal  olunmuş  ərazilərdən  dərhal  və  qeyd-şərtsiz 

çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirməlidir. Artıq 

heç  kimə  sirr  deyil  ki,  torpaqlarımız  20  ilə  yaxındır  ki,  işğal 

altındadır. Nəinki Dağlıq Qarabağ, hətta onun ətrafında yerləşən  

və    ermənilərin  heç  vaxt  yaşamadıqları  digər  7  rayon  da  işğal 

altındadır.  Biz  etnik  təmizləmə  siyasətinə  və  işğala  məruz 




 

227 


qalmışıq.  Bu  səbəbdən  məsələyə  beynəlxalq  hüquq  normaları 

baxımından  yanaşmaq  çox  vacibdir.  Danışıqlar  prosesinə 

gəldikdə  isə  vasitəçilər  tərəfindən  hər  iki  tərəfə  təklif  olunan 

baza prinsipləri beynəlxalq hüquq normalarına tam cavab verir. 

Bunlar  ölkələrin  ərazi  bütövlüyü  və  xalqların  özünüidarəetmə 

hüququ  prinsipləridir.  Bu  prinsiplər  bir-birinə  zidd  deyildir. 

Onların hər ikisi vacibdir və sülh sazişində əks oluna bilər. 

S u a l: Erməni qüvvələrinin Dağlıq Qarabağdan çıxarıl-

dığı  təqdirdə  Azərbaycan  tərəfi  nə  təklif  edə  bilər?  Azər-

baycan nəsə təklif edirmi? 

İ l h a m  Ə l i y e v:  Əslində elə bir şey yoxdur ki, bizə 

məxsus  olmasın  və  biz  onu  qaytarmalı  olaq.  Dağlıq  Qarabağ 

Azərbaycanın tarixi və beynəlxalq səviyyədə tanınan ərazisidir. 

S  u  a  l:  Bəli,  amma  Ermənistan  qoşunlarını  yalnız 

müəyyən  şərtlər  müqabilində  çıxarmağa  razı  ola  bilər. 

Məsələn,  mənim  güman  etdiyim  kimi,  müqəddəratını  təyin 

etmək, yaxud geniş muxtariyyət veriləcəyi təqdirdə. 

İ  l  h  a  m    Ə  l  i  y  e  v:  Uzun  illərdir  ki,  bizim  mövqemiz 

tamamilə  aydındır.  Şəxsən  mən  dəfələrlə  açıq  şəkildə  bəyan 

etmişəm ki, biz Dağlıq Qarabağda yaşayan insanlara və Dağlıq 

Qarabağa  qayıdanlara  dünyada  mümkün  olan  ən  geniş 

muxtariyyəti təmin etməyə hazırıq. 

S u a l:  Bu muxtariyyət sizcə necə olmalıdır? 

İ  l  h  a  m   Ə  l i  y e  v:    Bu  bizim  növbəti  danışıqlarımızın 

mövzusu olacaq və hesab edirəm ki, bu, geniş muxtariyyət ola 

bilər.  Düşünürəm  ki,  Avropada  mövcud  olan  muxtariyyət 

təcrübəsi  bizə  kömək  edəcəkdir.  Belə  ki,  yeni  nəsə  düşünüb 

tapmaq  çətin  olardı.  Bizim  üçün  isə  Avropa  ölkələrində  yaxşı 

nümunələr vardır. 



S u a l:  Məsələn? 

İ l h a m  Ə l i y e v:  Məsələn, İtaliya və Tirol, həmçinin 

digər yerlər. Həmin yerlərdə mərkəzi hakimiyyət onların xalq-

larının  həyat  şəraitini  daha  da  yaxşılaşdırmaq  üçün 

muxtariyyətlərə  və  onların  maliyyə  məsələlərinə  çox  böyük, 

bəlkə  də  daha  artıq  diqqət  yetirir.  Biz  də  bu  cür  edə  bilərik. 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə