Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə60/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   56   57   58   59   60   61   62   63   ...   114

 

210 


etdiklərinə  görə  azərbaycanlıların  onlara  nə  qədər  minnətdar 

olduqlarını  bildirmək  istəyirəm.  Bu,  Azərbaycanda  sevincli  və 

qürurlu bir gün idi. Bəlkə də ən önəmlisi o idi ki, bu, avropalıların, 

Avropa  cəmiyyətinin,  Avropanın  müxtəlif  hissələrindən  olan 

insanların ölkəmizə, mədəniyyətimizə münasibəti idi. Hesab edirəm 

ki, bizim üçün bu vacib qələbə bir-birimizə nə qədər yaxın olduğu-

muzu bir daha nümayiş etdirdi. 

Bu  gün  Brüsseldə  ikitərəfli  gündəliyimizin  mühüm  məsə-

lələrini  müzakirə  edərkən  biz  nə  qədər  yaxın  olduğumuzu  bir 

daha  görürük.  Üzərində  birgə  işlədiyimiz  sənədlər imzalandıq-

dan sonra Avropa təsisatları ilə Azərbaycan arasında əlaqələrin 

daha da yaxınlaşmasına gətirib çıxaracaqdır. Əlaqələrimizin çox 

geniş  gündəliyi  vardır. Təbii  ki, siyasi  dialoq,  modernləşdirmə 

siyasəti  və  Azərbaycanda  demokratik  islahatlar  daim 

danışıqlarımızın 

bir 


hissəsidir. 

Biz 


Azərbaycanda 

demokratikləşdirmə  prosesinin  davam  etdirilməsinə,  qanunun 

aliliyinin  və  bütün  demokratik  azadlıqların  təmin  edilməsinə 

sadiqik.  Azərbaycan  müstəqillik  dövründə  çox  böyük  səylər 

göstərmiş və ölkədə demokratikləşdirmə prosesində uğurlara imza 

atmışdır. Avropanın ən inkişaf etmiş ölkələrinin ən gözəl təcrübəsi, 

təbii ki, bizə iqtisadi islahatlara söykənən siyasi islahatları davam 

etdirmək üçün yeni imkanlar açır. Son illər Azərbaycanın iqtisadi 

göstəriciləri çox böyük təsir bağışlayır. Biz artıq iqtisadiyyatımızı 

şaxələndirməyə və sahibkarlığa dəstək verməyə nail ola bilmişik. 

Bu  gün  ümumi  daxili  məhsulun  80  faizdən  çoxu  özəl  sektorun 

payına  düşür.  Bu  onu  göstərir  ki,  iqtisadi  sahədə  aparılan  liberal 

islahatlar  bu  nəticəyə  gətirib  çıxarır.  Təbii  ki,  siyasi  islahatlar 

olmadan  iqtisadi  sahə  qaneedici  ola  bilməz.  Biz  bu  islahatlar 

prosesini irəliyə doğru aparırıq. Əminəm ki, Avropa təsisatları ilə 

sıx  əlaqələr  bizə  bu  istiqamətlərdə  daha  çox  uğur  qazanmağa 

kömək edəcəkdir. 

Bu  gün  biz  cənab  Sədrin  qeyd  etdiyi  kimi,  regional  təh-

lükəsizlik  məsələlərini  də  müzakirə  etdik.  Bizim  üçün  ən 

önəmlisi Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi-

nin  həllidir.  Ərazilərimizin  işğalına  son  qoymaq  istəyirik. 



 

211 


Cənab Barrozunun bu gün səsləndirdiyi bəyanatlar bizi daha da 

ürəkləndirir  və  bu  yaxınlarda  ATƏT-in  Minsk  qrupu  həmsədr 

ölkələrinin  –  ABŞ,  Rusiya  və  Fransa  rəhbərlərinin  bəyanatları 

status-kvonun  qəbuledilməz  olduğunu  göstərir.  Status-kvo 

dəyişilməlidir.  Azərbaycanın  beynəlxalq  səviyyədə  tanınmış 

ərazi  bütövlüyü  bərpa  olunmalıdır.  Əsas  prinsiplərin  qəbul 

edilməsi  və  danışıqlar  prosesi  zamanı  səmimi  münasibətin 

göstərilməsi  münaqişənin  tezliklə  həll  olunmasına  gətirib 

çıxaracaqdır.  20  ildir  ki,  torpaqlarımız  işğal  altındadır.  Biz 

istəyirik ki, insanlarımız öz doğma torpaqlarına qayıda bilsinlər. 

Enerji təhlükəsizliyi daim əlaqələrimizin gündəliyində duran 

məsələdir.  Cənab  Barrozunun  bu  ilin  yanvarında  Bakı 

səfərindən  sonra  biz  bu  istiqamətdə  daha  sürətlə  irəliyə  doğru 

gedirik. Səfərdən əvvəl də bizim yaxşı ünsiyyətimiz olub. Lakin 

səfər  və  Cənub  qaz  dəhlizi  ilə  bağlı  imzalanan  Birgə 

Bəyannamə bu məsələdə böyük bir təməl daşı idi. 

Cənab Barrozunun Bakıya səfəri zamanı Avropa  İttifaqı ilə 

Azərbaycan  arasında  birgə  işçi  qrupu  yaradılmışdır.  Bu  qrup 

səmərəli fəaliyyət göstərir və mühüm məsələləri müzakirə edir. 

Biz  Cənub  qaz  dəhlizini  dəstəkləyirik  və  ümid  edirəm  ki,  ilin 

sonunadək  bütün  tranzit  ölkələr  və  potensial  istehlakçılarla 

danışıqlar  yekunlaşacaq  ki,  bu  nəhəng  qaz  layihəsinin  icrasına 

start verilsin. Bu layihə  Avropa istehlakçıları üçün alternativ və 

etibarlı  bir  təchizat  marşrutu  olacaqdır.  Bizim  külli  miqdarda 

qaz  ehtiyatlarımız  vardır.  Bu  bizə  və  istehlakçılarımıza  100 

ildən  artıq  bir  müddətə  kifayətdir.  Bu  gün  biz  bu  istiqamətdə 

vacib qərarların verilməsi ərəfəsindəyik. 

Mən  bir  daha  Sizə,  cənab  Sədr,  göstərdiyiniz  qonaqpər-

vərliyə  görə  minnətdarlığımı  bildirirəm.  Fürsətdən  istifadə 

edərək Sizi bir daha gələcəkdə ölkəmizə dəvət etmək istəyirəm. 

Avropalılara ən xoş arzularımı çatdırıram. Çıxışımın əvvəlində 

toxunduğum  məsələyə  qayıtmaq  istərdim.  «Eurovision»  mahnı 

müsabiqəsindəki  dəstəyə  görə  bütün  avropalılara  təşəkkürümü 

bildirirəm. 



 


 

212 


* * * 

Sonra jurnalistlərin sualları cavablandırıldı. 

N ə s i b  M u x t a r o v (Azərbaycan Televiziyası): Sualım 

prezident  Əliyevə  və  cənab  Barrozuyadır.  Bugünkü  görüş 

zamanı  viza  rejiminin  sadələşdirilməsi  məsələlərini 

müzakirə etmisinizmi? 

İ l h a m   Ə l i y e v: Bəli, müzakirə olundu və cənab Sədr bu 

haqda  artıq  dedi.  Ümid  edirik  ki,  bu  məsələ  ilə  bağlı  aparılan 

danışıqlar  bir  sıra  kateqoriyalardan  olan  Azərbaycan  vətəndaş-

larının  Avropa  ölkələrinə  daha  asan  çıxış  əldə  etməsinə  gətirib 

çıxaracaqdır. Yeri gəlmişkən, Avropa İttifaqına üzv ölkələrlə çox 

fəal  ikitərəfli  əlaqələrimiz  vardır  və  təbii  ki,  Azərbaycan  vətən-

daşlarının  Avropa  ölkələrinə  asanlıqla  səyahət  etmək  imkanı  da 

Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin yaxınlaşmasına 

səbəb olacaqdır.  

X o s e  M a n u e l  B a r r o z u: Cənab Prezident dediyi 

kimi,  bu  məsələ  müzakirə  olundu  və  hazırda  komissiya 

razılaşma üçün danışıqların əsaslanması üzərində çalışır. Həmin 

razılaşmanın  sentyabrın  əvvəllərində  qəbul  edilməsi gözlənilir. 

İnanıram ki, bu qərar Avropa İttifaqı ilə Azərbaycanı indikindən 

də daha yaxın edəcəkdir. 



R  i  ç  a  r  d      Y  o  z  y  e  k  (Avropa  radiosu):  Sualım 

prezident Əliyevədir. Cənab Prezident, Ermənistandan olan 

həmkarınız bu gün Avropa Şurasına müraciət edərək bəyan 

etmişdir  ki,  Azərbaycanda  ermənifobiyanın  artması  və 

Azərbaycanın  Madrid  prinsiplərinə  müəmmalı  yanaşması 

iki gün sonra Kazanda keçiriləcək görüşdə problem yarada 

bilər. Bu məsələ ilə bağlı mövqenizi bilmək maraqlı olardı. 

İ l h a m   Ə l i y e v: Mən bu barədə eşitməmişdim. Bunu 

sizdən  eşidirəm.  Əgər  belə  deyilibsə,  çox  təəssüf.  Xocalı  şə-

hərində dinc azərbaycanlılara qarşı hərbi əməliyyatlarda şəxsən 

iştirak  edən  bir  şəxs  Azərbaycanda  ermənifobiyadan  danışırsa, 

bu  çox  gülməlidir.  Azərbaycanlılar  təcavüzün  qurbanlarıdır. 

Torpaqlarımız  işğal  altındadır.  Ermənistan  azərbaycanlılara 

qarşı  etnik  təmizləmə  siyasətini  yürüdür,  700  min  azərbaycanlı 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə