Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə57/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   53   54   55   56   57   58   59   60   ...   114

 

199 


 

 

 

 

SLOVENİYANIN NOVA QORİTSA ŞƏHƏRİNDƏ 

SOVET İTTİFAQI QƏHRƏMANI  

MEHDİ HÜSEYNZADƏNİN MEMORİAL 

MUZEYİNİN AÇILIŞI MƏRASİMİ  

 

Nova Qoritsa 



 

10 iyun 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və 



Sloveniya  Respublikasının Prezidenti  Danilo  Tyurk  iyunun  10-

da  Nova  Qoritsa  şəhərində  Sovet  İttifaqı  Qəhrəmanı,  Azər-

baycan  xalqının  igid  oğlu  Mehdi  Hüseynzadənin  memorialını 

ziyarət  etmişlər.  Dövlət  başçıları  əfsanəvi  qəhrəmanın  me-

morial muzeyinin açılışında  iştirak etmişlər. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  qəhrəmanın  abidəsi 

önünə əklil qoydu. 

Mehdi  Hüseynzadənin  memorialı  önündə  təşkil  olunan 

mərasimdə çıxış edən Nova Qoritsa şəhərinin meri Matej Arkon 

Azərbaycan  prezidentini  bu  şəhərdə  görməkdən  məmnun 

olduğunu bildirdi. 

«Mehdi  Hüseynzadə  bizi  birləşdirən  şəxs  idi  və  onun 

qəhrəmanlığı bütün ətraf kəndlərin əhalisi tərəfindən ehtiramla 

yad  olunur,  o  hər  birimizin  qəlbində  yaşayır»  –  deyən  mer 

alman  faşizminin  Mehdi  Hüseynzadənin  arzularını  yarımçıq 

qoyduğunu,  lakin  bu  yerlərin  insanlarının  azadlıq  əzmini  qıra 

bilmədiyini vurğuladı. 

Sloveniya–Azərbaycan  Dostluq  Cəmiyyətinin  sədri  İvan 

Başin  də  Mehdi  Hüseynzadənin  xatirəsini  anaraq,  Mixaylonun 

əfsanəvi qəhrəmanlığından danışdı. 


 

200 


İkinci  dünya  müharibəsi  gedişində  Azərbaycan  əsgərlərinin 

sloven  partizanlarının  9-cu  korpusu  tərkibində  düşmənə  qarşı 

birgə  mübarizə  apardıqlarını  qeyd  edən  İvan  Başin  vurğuladı 

ki,  yerli  sakinlər  Mixayloya  hər  zaman  böyük  hörmətlə  yana-

şırdılar. 

Rəhbərlik  etdiyi  cəmiyyətin  fəaliyyətinə  toxunan  Başin  əsas 

məqsədin Azərbaycan təşkilatları ilə elm, təhsil, mədəniyyət və 

iqtisadiyyat  sahələrində  əlaqələri  genişləndirmək  və  ikitərəfli 

əməkdaşlığa yeni töhfələr vermək olduğunu bildirdi. 

Sonra xor kapellasının çıxışı oldu. 

D a n i l o  T y u r k: Hörmətli cənab İlham Əliyev! 

Azərbaycandan gəlmiş hörmətli qonaqlar! 

Hörmətli  dostlar,  hörmətli  vətəndaşlarımız,  mərasim 

iştirakçıları! 

Əvvəlcə  bu  tədbirə  gəldiyinizə  görə  sizə  dərin  təşək-

kürümüzü  bildiririk.  Biz  bu  günü  böyük  iftixar  hissi  ilə  qeyd 

edirik.  Əslində  bu,  ölkələrimizin  nə  qədər  yaxın  olduğunu  bir 

daha nümayiş etdirir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün 

aramızda 

mövcud 


olan 

tarixi 


əlaqələr 

daha 


da 

möhkəmləndirilməlidir.  Çünki  tarixdə  bizi  bağlayan  ümumi 

məqamlar vardır. 

Biz  gözəl  bilirik  ki,  İkinci  dünya  müharibəsində  həm  Slo-

veniya,  həm  Azərbaycan,  həm  də  digər  ölkələrin  əsgərləri 

böyük şücaət göstərib və düşmənə cəsarətlə sinə gəriblər. Daha 

bir  sevindirici  məqam  ondan  ibarətdir  ki,  Sloveniya  və 

Azərbaycan  müstəqil  ölkələrdir.  Demək  olar  ki,  onlar  müstə-

qilliyi eyni vaxtda əldə ediblər. Bu il biz müstəqilliyimizin 20-ci 

ildönümünü  qeyd  edirik.  Əslində,  bizim  oxşar  tariximizi 

yaşamış  ölkələr  də  öz  müstəqilliklərini,  demək  olar  ki,  həmin 

vaxt baş vermiş tarixi hadisələr nəticəsində əldə ediblər. Biz bu 

gün  ümumi  tariximizlə,  keçmişimizlə  fəxr  edə  bilərik.  Çünki 

xalqlarımızın  nümayəndələri  faşizm  və  nasizmə  qarşı  böyük 

mücadilə  və  mübarizə  aparıblar.  Bu  bizi  birləşdirən  ümumi 

irsimizdir.  Əslində,  bu  mübarizə  olmasaydı,  bu  gün  biz  ümumi 

Avropa  haqqında  danışa  bilməzdik.  Onlar  öz  həyatlarını  qurban 



 

201 


verib  və  bizim  gələcək  nəsillərimiz  üçün  sülh  şəraitində  ümumi 

məkanın qurulması uğrunda mübarizə aparıblar. Beləliklə, bu gün 

biz ümumi irsimizin, ortaq tariximizin oxşar məqamları haqqında 

danışa bildiyimiz üçün çox şadıq. Əslində, bu gün biz çalışmalıyıq 

ki,  hər  hansı  ziddiyyətlər,  mövcud  münaqişələr  və  baş  verən 

müharibələr  zamanı  pozulmuş  hüquqların  bərpası  təmin  edilsin. 

Bu  baxımdan  biz  hesab  edirik  ki,  bu  gün  bu  tədbirin  burada 

keçirilməsi  mühüm  mədəni  mesajı  özündə  əks  etdirir.  Bu, 

xoşməramlı  mesajdır.  Bu  mərasimin  keçirilməsi  ilə  bir  daha  onu 

qeyd  edirik  ki,  biz  bir-birimizə  yaxın  olmalıyıq.  Biz  keçmişimizi 

yaddan çıxarmamalı və onu daim qəlbimizdə yaşatmalıyıq. 

Mən  bu  gün  Sloveniya  Respublikasının  Prezidenti  kimi,  bu 

tədbirdə iştirak etməkdən olduqca məmnunam. Bu gün biz vacib bir 

mərasimdə  iştirak  edirik.  Cənab  prezident  İlham  Əliyevə  xüsusi 

təşəkkürümü  bildirirəm  ki,  öz  nümayəndə  heyəti  ilə  şəxsən  bu 

mərasimdə  iştirak  edir.  Bu  bizim  birliyimizin  rəmzidir.  Ümidvaram 

ki,  bundan  sonra  da  birgə  tədbirlərimizi  davam  etdirəcəyik.  Qeyd 

edim ki, atdığımız birgə addımların artıq yaxşı bünövrəsi vardır. Mən 

bu gün səmimi-qəlbdən bu bünövrəyə əsaslanan əlaqələrin gələcəkdə 

də daha böyük nəticələr verməsini arzulayıram. Sonda bir daha Sizə 

və  bütün  mərasim  iştirakçılarına  dərin  təşəkkürümü  bildirirəm.  Sağ 

olun. 


İ  l  h  a  m   Ə  l  i  y  e  v: Hörmətli cənab prezident Danilo Tyurk! 

Hörmətli Şampos və Nova Qoritsanın sakinləri, əziz dostlar! 

Bu  gün  Sloveniya–Azərbaycan  əlaqələrinin  tarixində  çox 

əlamətdar  və  unudulmaz  bir  gündür.  Bu  gün  biz  Azərbaycan 

xalqının  böyük  oğlu  qəhrəman  Mehdi  Hüseynzadənin  – 

Mixaylonun memorial muzeyinin açılışına toplaşmışıq. 

İlk  növbədə  prezident  cənab  Danilo  Tyurka,  Sloveniya 

dövlətinə,  Sloveniya  xalqına  Mehdi  Hüseynzadənin  xatirəsinə 

göstərdikləri  böyük  hörmətə  görə  Azərbaycan  xalqı  adından 

dərin təşəkkürümü bildirirəm. 

Mehdi  Hüseynzadə  burada  sloveniyalı  dostları  ilə  bərabər 

partizan 

dəstəsində 

faşistlərə 

qarşı 

döyüşmüş 



və 

qəhrəmancasına həlak olmuşdur. Bu mübarizə və xalqlarımızın 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə