Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə54/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   50   51   52   53   54   55   56   57   ...   114

 

189 


mübarizədə  burada  qəhrəmancasına  həlak  olmuş  «Mixaylo» 

təxəllüsü  ilə  tanınan  Mehdi  Hüseynzadə  daim  hər  iki  xalqın 

xatirələrində yaşayır. 

Sloveniya xalqı bu gün də öz qəhrəmanlarını unutmur. Nova 

Qoritsa  şəhərində  müxtəlif  ictimai  qurumların  nüma-

yəndələrinin,  xüsusilə  Mehdi  Hüseynzadənin  silahdaşlarından 

ibarət  80-ə  yaxın  sloveniyalının  yeni  yaranmış  Sloveniya–

Azərbaycan Dostluq Cəmiyyətinə üzv olması xalqlarımızın bir-

birinə olan hörmətini və diqqətini nümayiş etdirir. 

Azərbaycan  ilə  Sloveniyanın  beynəlxalq  və  regional  təşki-

latlarda  –  xüsusilə  BMT,  ATƏT,  Avropa  İttifaqı,  Avropa 

Şurasında əməkdaşlığı böyük məmnunluq doğurur. Azərbaycanın 

xarici  siyasətində  Avropa  İttifaqı  və  Avroatlantik  strukturlarla 

əlaqələr  mühüm  yer  tutur.  Azərbaycan  ilə  Avropa  İttifaqı 

arasında  2006-cı  ildə  imzalanmış  «Enerji  sahəsində  strateji 

tərəfdaşlıq haqqında Anlaşma Memorandumu», eləcə  də bu ilin 

yanvar  ayında  imzalanan  «Cənub  qaz  dəhlizi  haqqında  Birgə 

Bəyannamə»  bunun  bariz  nümunəsidir.  Regionun  əsas  iqtisadi 

mərkəzinə  çevrilmiş  Azərbaycan  Avropa  ölkələrinin  enerji 

təhlükəsizliyinin  təmin  olunması  üçün  bundan  sonra  da  öz 

töhfəsini verməyə hazırdır. 

Biz  enerji  resurslarımızın  bütün  istiqamətlərdə  dünya 

bazarlarına  çıxarılmasında  maraqlıyıq  və  istehsal  etdiyimiz 

neftin  və  qazın  Avropaya  nəqli  üçün  irəli  sürülən  təşəbbüsləri 

nəzərdən  keçirməyə  hazırıq.  Azərbaycanın  həyata  keçirdiyi 

irimiqyaslı  neft-qaz  layihələri  bizim  etibarlı  tərəfdaş  oldu-

ğumuzu sübut edir və bundan sonra da bütün maraqlı tərəflərlə 

əməkdaşlıq etməyə imkan verir. 

Yuxarıda qeyd edilənlərlə yanaşı, regionun inkişafı üçün ən 

böyük  təhlükə  mənbəyi  Ermənistan–Azərbaycan,  Dağlıq 

Qarabağ  münaqişəsinin  öz  həllini  tapmamasıdır.  Bildiyiniz 

kimi, Azərbaycanın Dağlıq Qarabağ regionu və 7 digər rayonu 

20 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal olunmuşdur. Bu, 

Azərbaycanın ümumi ərazisinin təxminən 20 faizini təşkil edir. 

Ermənistanın  həyata  keçirdiyi  etnik  təmizləmə  siyasəti 



 

190 


nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi 

köçkün  vəziyyətinə  düşmüşdür.  Münaqişə  ilə  bağlı  BMT 

Təhlükəsizlik  Şurasının  4  qətnaməsi,  İKT,  ATƏT,  Avropa 

Şurası,  NATO  və  digər  beynəlxalq  təşkilatların  qərar  və 

qətnamələri  vardır.  Bu  münaqişə  ancaq  beynəlxalq  hüquq  və 

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. 

Hörmətli  cənab  Prezident,  icazə  verin,  bu  badələri  Sizin 

şərəfinizə,  Azərbaycan  ilə  Sloveniya  arasında  səmimi  dostluq 

və faydalı əməkdaşlıq əlaqələrinin inkişafı şərəfinə qaldırım. 

 

 




 

191 


 

 

 

AZƏRBAYCAN–SLOVENİYA  

BİZNES-FORUMUNDA İŞTİRAK  

 

Lyublyana 



 

10 iyun 2011-ci il 

 

İyunun 10-da Lyublyanada Azərbaycan–Sloveniya biznes-



forumu keçirilmişdir. 

Azərbaycan prezidenti İlham Əliyev və Sloveniya prezidenti 

Danilo Tyurk biznes-forumda iştirak etmişlər. 

Forum  iştirakçıları  Azərbaycanın  və  Sloveniyanın  dövlət 

başçılarını hərarətlə qarşıladılar. 

Biznes-forumda hər iki ölkədən 200-ə yaxın iş adamı iştirak 

etmişdir. 

Forumun keçirilməsində məqsəd Azərbaycan və Sloveniya iş 

adamları  arasında  iqtisadiyyatın  müxtəlif  sahələrində 

əməkdaşlığı  inkişaf  etdirmək,  hər  iki  ölkənin  iqtisadi  poten-

sialından  yararlanaraq,  ticarət  dövriyyəsinin  səviyyəsini  artır-

maqdır. 

Dövlət başçıları forumda çıxış etdilər. 

 

        Sloveniya prezidenti Danilo Tyurkun çıxışı 

 

Hörmətli prezident İlham Əliyev, əziz dostum! 



Hörmətli qonaqlar, hörmətli dostlar! 

Bu  gün  Azərbaycan–Sloveniya  biznes-forumunda  çıxış 

etməkdən  olduqca  məmnunam.  Əslində,  prezidentliyim  döv-

ründə ikinci dəfədir ki, belə mötəbər iclasda çıxış etmək fürsəti 

mənə nəsib olur. 

2 il əvvəl mən bir qrup sloveniyalı iş adamı ilə Bakıya səfər 

etmişdim.  Bakıda  işgüzar  dairələrlə  çox  yaxşı,  səmimi 

görüşümüz oldu. O vaxt biz lap başlanğıcdan olduqca perspek-

tivli,  yeni,  mühüm  təşəbbüsləri  müzakirə  etdik.  Onlardan 



 

192 


bəziləri  artıq  öz  bəhrəsini  vermişdir.  Həmin  addım  əslində 

başlanğıc  nöqtəsi  oldu.  İnformasiya  texnologiyaları  və  sığorta 

sahələrində  əldə  edilən  irəliləyiş,  bu  yaxınlarda  başlanmış  su 

elektrik  stansiyalarının  tikintisi  layihəsi  bizi  həvəsləndirdi. 

«Korona»  şirkəti  Azərbaycandakı  tərəfdaşları  ilə  artıq  texniki 

əsaslandırma işlərinə başlamışdır. 

Bu  bir  daha  onu  göstərir  ki,  biz  tərəqqini  əldə  etmişik. 

Həmin tərəqqi o faktla üst-üstə düşür ki, ticarət əlaqələrimizdə 

də böyük irəliləyişə nail olmuşuq. Ticarətimiz artır. Ötən il bu 

sahədəki artım 10 faiz olmuşdur. Bu, yaxşı haldır, çünki 2010-

cu il hələ də böhran ili idi. Ümid edirik, ötən il qlobal böhranın 

son  ili  oldu.  Həmin  vaxtdan  etibarən  gözəçarpan  artımı 

müşahidə  etməyə  başladıq.  Burada  dinlədiklərimiz  göstərir  ki, 

hər iki ölkənin şirkətləri arasında əməkdaşlıq ideyaları forumda 

səsləndirilir. Bunun üçün möhkəm bünövrə vardır. Planlarımız 

və ümidlərimiz böyükdür. 

Bir-biri ilə əməkdaşlıq edən iki dost ölkənin – Azərbaycanın 

və  Sloveniyanın  həm  biznes,  həm  siyasi  dairələri  arasında 

qurulmuş işbirliyi haqqında daha geniş mənada bir neçə kəlmə 

söyləmək istəyirəm. 

Biz  strateji  düşünməliyik  və  uzunmüddətli  perspektivlər  haq-

qında  danışmalıyıq.  Bu  faktı  da  nəzərə  almalıyıq  –  Sloveniya 

Avropa İttifaqının üzvü və Azərbaycan Avropa İttifaqının tərəfdaşı 

kimi,  bir  çox  səylər  göstərməlidirlər  ki,  Avropa  İttifaqı  ilə  Azər-

baycan  arasında  münasibətlərin  gələcəyi  daha  dəqiq  formada 

müəyyən edilsin. Hələ ki, bu sahədə konkret təkliflər yoxdur. 

Biz  Avropa  İttifaqında  bu  haqda  az  bilirik  və  bu,  Avropa 

İttifaqının bütün üzvlərinə aiddir. Biz Azərbaycan haqqında bir 

çox  məlumatları  öyrənməliyik,  ölkənizdəki  imkanlarla  tanış 

olmalıyıq. Anlamalıyıq ki, enerji və alternativ enerji mənbələri 

sahəsində  əməkdaşlıqdan  başqa,  növbəti  onilliklər  haqqında 

düşünməliyik.  Belə  gələcək  üçün  möhkəm  iqtisadi  bünövrəni 

inkişaf  etdirməliyik.  Məhz  bugünkü  biznes-forum  da  bu 

məqsədlərə xidmət edir. Burada hər iki məsələ nəzərdə tutulur: 

yaranan  biznes  imkanları  və  razılaşmalar,  həmçinin  uzun 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə