Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə50/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   46   47   48   49   50   51   52   53   ...   114

 

176 


tutulur.  Bildiyiniz  kimi,  bu  yaxınlarda  Rusiya  Federasiyası  ilə 

apardığımız  danışıqlar  çərçivəsində  Sloveniya  bir  sıra  ölkələrə 

təklif  etdi  ki,  Cənub  qaz  dəhlizinin  bəyannaməsini  imzalayan 

ölkələrlə  daha  sıx  əməkdaşlıq  mövcud  olsun.  Bizim 

tərəfimizdən  təklif  olundu  ki,  onların  da  iştirakı  daha  geniş 

şəkildə təmin edilsin. 



 

Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı 

 

Hörmətli cənab Prezident! 



Hörmətli xanımlar və cənablar! 

İlk  növbədə  demək  istəyirəm  ki,  yenidən  Sloveniyada 

olmağımdan  çox  məmnunam.  Mənə  və  nümayəndə  heyətinə 

göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. 

Ölkələrimiz  arasında  əlaqələr  çox  yüksək  səviyyədədir. 

Bizim  aramızda  çox  fəal  siyasi  dialoq  aparılır.  Cənab  Prezi-

dentin  qeyd  etdiyi  kimi,  iki  il  bundan  əvvəl  biz  Sloveniya 

prezidentini Azərbaycanda qəbul etdik, bu gün mən Sizin gözəl 

ölkənizə səfər edirəm. Bu arada biz cənab Prezidentlə mütəmadi 

qaydada telefonla əlaqə saxlamışıq, beynəlxalq tədbirlərdə daim 

imkan olan kimi görüşürük. Ölkələrimiz arasında mövcud olan 

siyasi  dialoq  çox  yüksək  səviyyədədir.  Əlbəttə  ki,  bu, 

əlaqələrimizin  inkişafı  və  bütün  başqa  sahələri  əhatə  etmək 

üçün  yaxşı  zəmin  yaradır.  Əminəm  ki,  səfərim  və  imzalanmış 

sənədlər,  aparılmış  danışıqlar  nəticəsində  qəbul  ediləcək 

qərarlar  münasibətlərimizi  daha  da  möhkəmləndirəcəkdir.  Biz 

buna maraqlıyıq və Sloveniya bizim üçün bu bölgədə çox vacib 

tərəfdaşlardan biridir. 

Bu gün iqtisadi sahədə əməkdaşlığın perspektivləri müzakirə 

edildi.  Müəyyən  təkliflər  nəzərdən  keçirilir,  həm  qarşılıqlı 

investisiya  layihələri,  həm  şirkətlərimizin  birgə  fəaliyyəti 

haqqında fikir mübadiləsi aparılmışdır. Yəqin ki, bu məsələlərin 

müzakirəsi  sabah  keçiriləcək  Sloveniya–Azərbaycan  biznes-

forumu çərçivəsində daha geniş formatda aparılacaqdır.  




 

177 


Bu  gün  ikitərəfli  məsələlərlə  yanaşı,  Avropa  İttifaqı–

Azərbaycan  əlaqələri  də  müzakirə  edildi.  Sloveniya  Avropa 

İttifaqının  üzvü  kimi,  Avropa  İttifaqı–Azərbaycan  əlaqələrinin 

inkişafı üçün dəyərli töhfəsini verir. Bu əlaqələr inkişaf edir. Bu 

ilin  əvvəlində  Avropa  Komissiyasının  prezidenti  cənab 

Barrozunun  Azərbaycana  səfəri  və  səfər  zamanı  aparılmış 

danışıqlar, qəbul edilmiş siyasi qərarlar və  bəyannamə gələcək 

əməkdaşlıq  üçün  yaxşı  şərait  yaradır.  Avropa  İttifaqı  ilə 

münasibətlərimiz  çox  yüksək  səviyyədədir  və  bu  əlaqələr 

genişlənir.  Biz  gələcək  əməkdaşlığa  da  çox  müsbət  yanaşırıq. 

Hesab  edirik  ki,  indiki  mərhələdə  gələcək  əməkdaşlığımızın 

perspektivləri haqqında daha dəqiq məsələlər müzakirə edilmə-

lidir,  dəqiqləşdirmə  aparılmalıdır,  prioritetlər  müəyyən 

edilməlidir.  Biz  uzunmüddətli  uğurlu  tərəfdaşlıq  münasibətlə-

rimizi qura bilərik və qurmalıyıq. 

Avropa  İttifaqı  ilə  gündəliyimiz  çox  genişdir.  Enerji  təh-

lükəsizliyi  məsələləri  gündəliyin,  demək  olar  ki,  birinci 

sırasındadır  və  bu  istiqamətdə  əməkdaşlıq  dərinləşir.  Azərbay-

can  Avropanın  enerji  təhlükəsizliyinin  təmin  edilməsi  üçün 

töhfəsini  verməyə  hazırdır.  Bizim  zəngin  qaz  ehtiyatlarımız 

artıq müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarılır. Biz 

qaz  infrastrukturumuzun  yaradılması  nəticəsində  çoxşaxəli 

ixrac  imkanlarına  malikik.  Bu  gün  Azərbaycan  qazını  dünya 

bazarlarına  çıxaran  4  kəmər  vardır.  Bu  kəmərlər  işlək 

vəziyyətdədir.  Zəngin  qaz  ehtiyatlarımızı  dünya  bazarlarına 

əmniyyətli  yolla  çıxarmaq  üçün  yeni  kontraktlar  lazımdır. 

Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrə 

bərabərdir.  Bu  da  Azərbaycanı  qaz  ixrac  edən  ölkə  kimi 

dünyaya təqdim edir. 

Cənub  qaz  dəhlizi  üzrə  danışıqlar  gedir.  Əminəm  ki, 

danışıqların  yaxşı  nəticələri  olacaqdır.  Danışıqların  uğuru  üç 

tərəfin  səmimi  münasibətlərindən  və  əlaqələrindən  asılıdır. 

İstehsalçılar – Azərbaycan, istehlakçılar – Avropa tərəfi və tranzit 

ölkələri. Yəni, hər üç tərəfin maraqları təmin edilməlidir və hər 

bir  tərəf  bu  layihənin  həyata  keçirilməsi  üçün  töhfəsini 



 

178 


verməlidir.  Hazırda  bu  əməkdaşlıq  formalaşır.  Ümid  edirəm  ki, 

yaxın  zamanlarda  biz  daha  konkret  nəticələr  haqqında  danışa 

biləcəyik.  Ancaq  bir  daha  qeyd  etmək  istəyirəm  ki,  bu  məsələ 

nəinki Azərbaycan, Avropa üçün də çox vacibdir. Biz maraqlıyıq 

ki,  ixrac  imkanlarımız  daha  da  genişlənsin  və  qazımızı  dünya 

bazarlarına  daha  da  böyük  həcmdə  ixrac  edək.  İstehlakçılar  isə 

maraqlıdırlar 

ki,  alınan  qazın  coğrafiyasını  daha  da 

genişləndirsinlər və burada bizim maraqlarımız üst-üstə düşür. 

Cənab  Prezidentin  qeyd  etdiyi  kimi,  bu  gün  regional 

təhlükəsizlik  məsələlərinə  də  münasibətimizi  bildirdik.  Mən 

Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli 

ilə bağlı vəziyyətin son reallıqlarını cənab Prezidentə bildirdim. 

Danışıqlar  gedir  və  ümid  edirəm  ki,  danışıqlar  yaxşı  nəticə 

verəcəkdir.  Əgər  bu  gün  müzakirə  edilən  məsələlər  –  baza 

prinsipləri  qəbul  olunarsa,  məsələnin  ədalətli  həlli  mümkün 

olacaq,  Azərbaycanın  ərazi  bütövlüyü  təmin  ediləcək  və 

təhlükəsizlik məsələləri öz həllini tapacaq, işğalçı qüvvələr işğal 

edilmiş torpaqlardan çıxarılacaqdır. 

Bildiyiniz  kimi,  uzun  illərdir  ki,  Azərbaycan  erməni  iş-

ğalından  əziyyət  çəkir.  Beynəlxalq  birlik  tərəfindən  tanınmış 

ərazi  bütövlüyümüz  pozulubdur.  Ərazimizin  20  faizi  Ermə-

nistan  silahlı  qüvvələri  tərəfindən  işğal  edilib,  bu  ərazilərdən 

azərbaycanlılar  tamamilə  çıxarılıb.  Bizim  millətə  qarşı  etnik 

təmizləmə  siyasəti  aparılmışdır  və  bir  milyondan  çox  azər-

baycanlı  öz  doğma  torpağında  qaçqın-köçkün  vəziyyətinə 

düşmüşdür.  BMT  Təhlükəsizlik  Şurası  4  qətnamə  qəbul  et-

mişdir. O qətnamələrdə işğalçı qüvvələrin işğal edilmiş torpaq-

lardan  qeyd-şərtsiz  çıxarılması  nəzərdə  tutulur.  ATƏT-in 

qərarları  oxşar  mahiyyət  daşıyır.  Avropa  parlamenti,  Avropa 

Şurası,  İslam  Konfransı  Təşkilatı  da  oxşar  qətnamələr  qəbul 

etmişlər.  Amma  əfsuslar  olsun  ki,  işğalçı  qüvvələr  bu  günə 

qədər torpaqlarımızı azad etməyiblər. 

Məsələnin  ədalətli  həlli  üçün  indi  yaxşı  şərait  yaradılıb. 

Minsk  qrupunun  həmsədr  ölkələrinin  dövlət  başçılarının  may 

ayının  sonunda  verdikləri  birgə  bəyanat  artıq  çox  ciddi  bir 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə