Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə53/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   49   50   51   52   53   54   55   56   ...   114

 

185 


 

 

 

LYUBLYANA ŞƏHƏR MERİYASINDA GÖRÜŞ 

 

Lyublyana  

 

9 iyun 2011-ci il 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  Sloveniyaya  rəsmi 

səfəri  çərçivəsində  iyunun  9-da  Lyublyana  şəhər  meriyasında 

olmuşdur. 

Dövlətimizin  başçısını  meriyanın  qarşısında  Lyublyananın 

meri Zoran Yankoviç qarşıladı. 

Zoran  Yankoviç  prezident  İlham  Əliyevi  salamlayaraq  7  il 

əvvəl  iş  adamı  qismində  Bakıda  olduğunu  məmnunluqla 

xatırlatdı.  O,  Bakı  ilə  Lyublyana  arasında  əməkdaşlığın  daha 

da inkişafı üçün çalışacağını bildirdi. 

Azərbaycanı  «Eurovision–2011»  mahnı  müsabiqəsində  qa-

zandığı  qələbəyə  görə  təbrik  edən  Lyublyana  şəhərinin  meri 

gələn il  Sloveniyanın  bir  çox  incəsənət  adamının  Azərbaycana 

səfər edəcəyini qeyd etdi. 

Dövlətimizin  başçısı  Lyublyana  şəhərinin  inkişafı  ilə  bağlı 

görülən işləri yüksək qiymətləndirdiyini bildirdi. 

Prezident İlham Əliyev son bir neçə il ərzində Lyublyananın 

daha  da  müasirləşdiyini,  abadlaşdığını  və  çox  gözəl  Avropa 

şəhərinə çevrildiyini vurğuladı. 

İ l h a m  Ə l i y e v:  Mən görürəm ki, həm şəhər rəhbərliyi, 

həm  də  sakinlər  öz  şəhərlərinə  çox  böyük  məhəbbətlə  yanaşırlar. 

Burada abadlıq, quruculuq və bərpa işləri böyük zövqlə aparılmışdır. 

Bütövlükdə  Sloveniya–Azərbaycan  əlaqələrinin  inkişafı  üçün  bu 

gün  çox  əlamətdar  bir  gündür.  Bu  gün  keçirdiyim  görüşlər, 

apardığım danışıqlar və sabah keçiriləcək tədbirlər ölkələrimizi bir-

birinə  daha  da  yaxınlaşdıracaqdır.  Bizim  siyasi  əlaqələrimiz  çox 

yüksək  səviyyədədir  və  bu  əlaqələrimiz  gündən-günə  güclənir. 




 

186 


Sabah  keçiriləcək  birgə  biznes-forum  iqtisadi  sahədə  də  əlaqələrin 

inkişafı  üçün  çox  təsirli  olacaqdır.  Çünki  qarşılıqlı  maraq  çox 

böyükdür  və  birgə  iş  görmək  üçün  bütün  imkanlar  vardır. 

Parlamentlərarası əlaqələr də yaxşı səviyyədədir. Mən burada köhnə 

dostumu  görməkdən  çox  məmnunam.  Biz  Strasburqda  birlikdə 

işləmişik  və  çox  yaxşı  günlərimiz,  yaxşı  söhbətlərimiz  olub. 

Azərbaycan  artıq  10  ildir  ki,  Avropa  Şurasının  üzvüdür.  Amma 

görüşlərimizin    baş   tutduğu o  vaxt biz  Avropa Şurasına təzə  üzv 

olmuşduq  və  bizim  üçün  hər  şey  orada  təzə  idi.  Biz  istəyirdik  ki, 

tezliklə  Avropa  Şurasına  inteqrasiya  edək,  öz  yerimizi  tutaq  və 

cənab Yankoviç də bizə çox kömək göstərmişdi. 

«Eurovision–2011»  mahnı  müsabiqəsində  Azərbaycan 

gənclərinin  qazandıqları  qələbə  münasibətilə  təbrikinizə  görə 

təşəkkür  edirəm.  Bir  ildən  sonra  sloveniyalı  qonaqları  qəbul 

etməyə  hazırıq,  o  cümlədən  sizi,  cənab  mer.  Amma  ümid  edi-

rəm ki, siz ondan əvvəl Bakıya gələcəksiniz və biz əlaqələrimizi 

davam  etdirəcəyik.  Qonaqpərvərliyə  görə  bir  daha  təşəkkür 

edirəm. 


Dövlətimizin başçısı meriyanın Xatirə kitabına ürək sözlərini 

yazdı. 

 

 

 



 


 

187 


 

 

 

ALİ QONAĞIN ŞƏRƏFİNƏ RƏSMİ ZİYAFƏT 

 

9 iyun 2011-ci il 

 

İyunun  9-da  Azərbaycan  Respublikasının  Prezidenti 

İlham  Əliyevin  Sloveniya  Respublikasına  rəsmi  səfəri  çərçivə-

sində prezident Danilo Tyurkun adından dövlətimizin başçısının 

şərəfinə rəsmi ziyafət verilmişdir. 

Dövlət başçıları ziyafətdə çıxış etdilər. 

 

Sloveniya prezidenti Danilo Tyurkun çıxışı 

 

Cənab  Prezident,  bu  mühüm  səfəriniz  çərçivəsində  imza-

lanan  mədəniyyət,  təhsil,  elm  və  digər  sahələrdə  əməkdaşlığa 

dair  sazişlər  əlaqələrimizin  inkişafı  üçün  yeni  imkanlar 

yaradacaq.  Ölkələrimizin  şirkətləri  enerji,  informasiya,  ətraf 

mühit  texnologiyası,  mühəndis  işi  və  əczaçılıq  sahələrində 

təmaslar  qurub,  Azərbaycanda  kiçik  su  elektrik  stansiyalarının 

tikintisində  Sloveniya  şirkətləri  ilə  əməkdaşlığa  dair  plan 

qüvvəyə  minib.  Bunlar  hamısı  gələcək  əməkdaşlığımızın 

genişlənməsinə xidmət edəcək.  

Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə 

gəlincə, mən bu məsələnin həllinə yönəlmiş dialoqunuz sahəsin-

dəki  irəliləyişi  və  səylərinizi  alqışlayıram.  Danışıqlarda  irəli-

ləyişin  hər  bir  əlamətini  və  bu  sahədə  vəziyyətin  yaxşılaşdı-

rılması  məqsədi  ilə  atılan  hər  bir  addımı  görməkdən  məm-

nunam.  Dovildə  mayın  26-da  «Böyük  səkkizlik»  ölkələrinin 

sammiti çərçivəsində Rusiya, Fransa və ABŞ prezidentlərinin – 

ATƏT-in  Minsk  qrupunun  həmsədr  ölkələrinin  rəhbərlərinin 

bəyanatını alqışlayıram. Həmin bəyanatda onlar məsələnin sülh 

yolu  ilə  həlli  üçün  prinsiplər  üzərində  razılığa  çağırmışlar. 

Ümid  edirəm  ki,  iyunda  Kazanda  keçiriləcək  üçtərəfli  görüşdə 



 

188 


razılıq  əldə  olunacaqdır.  Biz,  demək  olar  ki,  eyni  fikirdəyik  – 

nizamlanmaya  yönəlmiş  səylər  status-kvonun  daimi  olmasının 

qarşısını  almaq  üçün  sürətləndirilməlidir.  Bu  məsələnin  həlli 

digər münaqişələrin həllinə də müsbət təsir göstərə bilər. 

Avropa  İttifaqının  üzvü  kimi,  Sloveniya  bu  təşkilat  ilə 

Azərbaycan  arasında  əməkdaşlığın  genişləndirilməsi  üçün  fəal 

çalışır. Avropa İttifaqı Azərbaycanı mühüm tərəfdaş hesab edir 

və Azərbaycan ilə daha fəal münasibətlər qurmaq arzusundadır. 

Buna  görə  Avropa  İttifaqı  Azərbaycanı  özünə  daha  da 

yaxınlaşdırmaq  məqsədi  ilə  yeni  siyasət  və  proqramlar 

formalaşdırır. Bu baxımdan mən «Şərq Tərəfdaşlığı» layihəsini 

qeyd  etmək  istəyirəm.  Sloveniya  bu  proqramın  həyata 

keçirilməsində fəal iştirak edir. 

 

         Azərbaycan prezidenti İlham Əliyevin çıxışı  

 

Hörmətli cənab Prezident! 

Xanımlar və cənablar! 

İlk  növbədə  mənə  və  nümayəndə  heyətinə  göstərdiyiniz 

qonaqpərvərliyə  görə,  cənab  Prezident,  Sizə  minnətdarlığımı 

bildirirəm.  Gözəl  ölkənizi  ikinci  dəfə  ziyarət  etməyimdən  çox 

məmnunam. 

Bu  gün  əlaqələrimizin  yeni  mərhələsində  ölkələrimiz 

arasında  sənaye,  energetika,  nəqliyyat,  informasiya  texnolo-

giyaları,  turizm,  ticarət,  sərmayə  qoyuluşu  və  digər  sahələrdə 

əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. 

Etiraf  etmək  lazımdır  ki,  iqtisadi  münasibətlərimizin 

göstəriciləri  ölkələrimizin  potensialına  cavab  vermir.  İki  ölkə 

arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun həcmi arzu 

olunan  səviyyədə  deyildir.  İnanıram  ki,  səfərim  zamanı 

keçirdiyimiz  görüşlər,  apardığımız  fikir  mübadiləsi  və  müza-

kirələr  ölkələrimiz  arasında  münasibətlərin  yeni  müstəviyə 

yüksəlməsinə təkan verəcəkdir. 

Azərbaycan  və  Sloveniya  xalqları  çətin  günlərdə  bir-birinə 

dayaq olmuşlar. İkinci dünya müharibəsi illərində faşizmə qarşı 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə