Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə56/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   52   53   54   55   56   57   58   59   ...   114

 

196 


inkişaf  etdirilməsinə  kifayət  qədər  maliyyə  resursları  ayırırıq. 

Mən  Sloveniya  şirkətlərini  bu  layihələrdə  iştirak  etməyə  dəvət 

edirəm.  Bugünkü  biznes-forumun  bir  hissəsi  Azərbaycandakı 

konkret  biznes  sərmayə  layihələrinin  təqdim  edilməsinə  həsr 

olunubdur  və  yekun  hesabat  hazırlanıb.  Orada  bütün  zəruri 

məlumatlar verilib. 

Hesab  edirəm  ki,  hökumətimiz  tərəfindən  maliyyələş-

diriləcək layihələri də bilmək maraqlı olardı. Həmin layihələrdə 

Sloveniya şirkətləri podratçı kimi iştirak edə bilər. Onlar böyük 

sahələri  əhatə  edir:  yolların,  elektrik  stansiyalarının  tikilməsi, 

içməli suyun təmin edilməsi, kanalizasiya xətlərinin çəkilməsi, 

xəstəxanaların  və  məktəblərin  inşası.  Həmin  layihələr 

həyatımızın  bütün  sahələrini  əhatə  edir.  Məqsədimiz  ən  vacib 

infrastruktur  və  sosial  infrastruktur  layihələrini  ikinci  inkişaf 

proqramımızın  başa  çatdığı  vaxtda,  yəni  2013-cü  ildə  həyata 

keçirməkdən  ibarətdir.  Gələcəkdə  isə  ölkənin  inkişafı  və 

Azərbaycanda  iqtisadiyyatın  davamlı  artımı  növbəti  iqtisadi 

islahatlarımızda əldə edəcəyimiz uğurlardan asılı olacaqdır. Bu 

gün iqtisadiyyatda liberallaşdırma səviyyəsi çox yüksəkdir. 

Hər iki  ölkə  bu il  müstəqilliyin iyirminci  ildönümünü  qeyd 

edəcəkdir.  Azərbaycan  müstəqilliyini  bərpa  etdiyi  vaxt  bazar 

iqtisadiyyatının  ÜDM-dəki  payı  sıfır  faiz  idi.  İndi  isə 

Azərbaycanda  ÜDM-in  80  faizdən  çoxu  özəl  sektorda  təmin 

edilir.  Həmçinin  nəzərə  almalıyıq  ki,  ÜDM-i  təşkil  edən  əsas 

mənbələr və enerji infrastrukturu dövlət nəzarəti altındadır. Bu 

o  deməkdir  ki,  özəlləşdirmə,  liberallaşdırma  prosesi,  yerli  və 

xarici biznes dairələri üçün yaxşı şəraitin yaradılması işi düzgün 

istiqamətdə gedir. 

Sloveniya  bizim  üçün  bu  regionda  dost  ölkə  və  mühüm 

tərəfdaşdır.  Avropa  İttifaqının  üzvü  kimi,  Sloveniyanın  bizim 

regionda  rolu  və  mövqeyi  hər  zaman  müsbət  olub.  Bizim  üzv 

dövlətlərlə  ikitərəfli  qaydada  çox  gözəl  münasibətlərimiz  vardır. 

Hesab  edirəm  ki,  Azərbaycan  ilə  Avropa  İttifaqı  arasında 

münasibətlərin  belə  bir  mühüm  inkişaf  mərhələsində  ən  vacib 

məsələ qarşımızda qoyduğumuz hədəfləri və məqsədləri müəyyən 



 

197 


etmək, onlara nail olmaq üçün yol xəritəsini hazırlamaq, qarşılıqlı 

maraq  və  hörmətə  əsaslanan  əsl  tərəfdaşlıq  münasibətlərini 

qurmaqdır. Bu baxımdan bu proses uğurla davam edəcəkdir.  

Regionlarımızın  bir-birinə  daha  da  yaxın  olması  üçün 

göstərdiyi  səylərə  görə  biz  Sloveniya  tərəfinə  və  prezident 

Tyurka  olduqca  minnətdarıq.  Biz  Avropa  İttifaqı  ilə  qonşuyuq 

və  tərəfdaşıq.  Tərəfdaşlığımız  artacaq,  siyasi  münasibətlər 

inkişaf  edəcək  və  enerji  təhlükəsizliyi  məsələləri  –  mən 

nitqimin  əvvəlində  bunu  qeyd  etdim  –  daha  möhkəm  rol 

oynayacaq,  çünki  bizim  resurslarımız  vardır.  Avropaya 

alternativ  mənbə  lazımdır.  Biz  artıq  müəyyən  mənada  böyük 

daşıma  infrastrukturuna  malikik  və  bu  imkanlar  daha  da 

artırılmalı və genişləndirilməlidir.  

Cənab  Prezident  və  hörmətli  dostlar,  mən  sizin  hamınıza 

bizə  göstərilmiş  qonaqpərvərliyə  görə  bir  daha  təşəkkürümü 

bildirmək  istəyirəm.  Mən  dünən  keçirilmiş  danışıqların  nəti-

cələrindən  və  bu  gün  imzalanmış  sənədlərdən  məmnunluğumu 

bildirirəm.  Səfərim  davam  edir.  Əminəm  ki,  səfər  və  onun 

nəticələri  münasibətlərimizin  gələcək  inkişafında  mühüm  rol 

oynayacaqdır. 

Çox sağ olun. 

* * * 


 

Sonra  dövlət başçıları  Azərbaycan  və  Sloveniya  şirkətlərini 

təmsil edən iş adamları ilə görüşdülər. 

Sloveniyanın biznes dairələrinin nümayəndələri Azərbaycan 

prezidenti  İlham  Əliyev  ilə  söhbətlərində  ölkəmizdə  baş  verən 

iqtisadi  inkişaf  prosesləri,  biznes  və  sərmayə  mühiti  barədə 

ətraflı məlumat aldılar

 

 



 

198 


 

 

 

SLOVENİYANIN BAŞ NAZİRİ  

BORUT PAHOR İLƏ GÖRÜŞ 

 

 



Lyublyana 

 

10 iyun 2011-ci il 

 

İyunun  10-da  Azərbaycan  Respublikasının  Prezidenti 



İlham  Əliyev  Sloveniya  Respublikasına  rəsmi  səfəri  çərçi-

vəsində bu ölkənin Baş naziri Borut Pahor ilə görüşmüşdür. 

Dövlətimizin başçısını Baş nazir Borut Pahor qarşıladı. 

Görüşdə  ölkələrimiz  arasında  siyasi  və  iqtisadi  əlaqələrin 

inkişafından  məmnunluq  ifadə  olundu,  ikitərəfli  münasibət-

lərimizin  Azərbaycan–Avropa  İttifaqı  çərçivəsində  önəmi 

vurğulandı. 

Prezident  İlham  Əliyevin  Sloveniyaya  səfərinin  ölkələrimiz 

arasında  iqtisadiyyatın  konkret  sahələrinin  perspektivlərinin 

nəzərdən  keçirilməsi  üçün  yaxşı  imkan  yaratdığının  qeyd 

edildiyi  görüşdə  Azərbaycan–Sloveniya  biznes-forumunun  əhə-

miyyəti vurğulandı. 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə