Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə58/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   54   55   56   57   58   59   60   61   ...   114

 

202 


birgə  səyləri  nəticəsində  faşizm  kimi  bəla  üzərində  hamımız 

birlikdə  qələbə  qazanmışıq.  Qəhrəmanlarımızın  əziz  xatirəsi 

xalqlarımızın  qəlbində  daim  yaşayır  və  bugünkü  mərasim  bu 

sözlərin ən gözəl təsdiqidir. 

İkinci  dünya  müharibəsində  600  min  Azərbaycan  vətəndaşı 

döyüşmüşdür. Onların yarısı – 300 mini həlak olmuş, müharibədən 

qayıtmamışdır. Müharibə zamanı sovet ordusunun yanacağının 90 

faizini Azərbaycan neftçiləri təmin etmişlər. 

Bu  gün  Sloveniya–Azərbaycan  əlaqələrinin  inkişafında  çox 

əlamətdar  bir  gündür.  Bu  əlaqələrin  gələcək  inkişafı  üçün  bu 

gün  yeni  imkanlar  açılır.  Bizi  çox  gözəl  dostluq  əlaqələri 

bağlayır.  Bizim  qarşılıqlı  iqtisadi  təşəbbüslərimiz  müzakirə 

edilir. Əməkdaşlığımızın perspektivləri haqqında aramızda fikir 

ayrılığı yoxdur. 

Qəhrəmanlarımıza,  onların  xatirəsinə  olan  hörmət  və  xoş 

münasibət  əlaqələrimizi  daha  da  gücləndirir.  Sloveniya  dövlə-

tinə,  şəxsən  Sloveniya  Respublikasının  Prezidentinə  bu  xoş 

münasibətə görə bir daha minnətdarlığımı bildirmək  istəyirəm. 

Sizi  əmin  etmək  istəyirəm  ki,  Azərbaycan  tərəfi  də  öz 

növbəsində  ikitərəfli  əlaqələrin  inkişafı  üçün  səylərini 

əsirgəməyəcəkdir.  

Mənim Sloveniyaya rəsmi səfərim bu gün burada başa çatır. 

İkigünlük  səfər  çox  məhsuldar  olmuşdur.  Mən  səfərin 

nəticələrini  çox  yüksək  qiymətləndirirəm.  Bir  daha  məni  Slo-

veniyaya  dəvət  etdiyiniz  üçün,  mənə  və  nümayəndə  heyətinə 

göstərdiyiniz  səmimi  qonaqpərvərliyə  görə  sizin  hamınıza 

minnətdarlığımı bildirmək istəyirəm. 

Çıxışımın  sonunda  Mehdi  Hüseynzadənin  büstü  önündə 

demək istəyirəm: Yaşasın Sloveniya–Azərbaycan dostluğu! 

 

* * * 

 

Sonra  Azərbaycan  və  Sloveniya  prezidentləri  Mehdi  Hü-

seynzadənin memorial muzeyinin açılışında iştirak etdilər. 



 

203 


Dövlət  başçıları  xatirə  lövhəsinin  üzərindən  örtüyü  gö-

türdülər. 

Prezident  İlham  Əliyev  və  prezident  Danilo  Tyurk  muzeylə 

tanış oldular. 

Məlumat verildi ki, xalqımızın qəhrəmanlıq tarixində mühüm 

yeri  olan  Mehdi  Hüseynzadənin  memorial  muzeyindəki  bütün 

eksponatlar  onun  adı  ilə  bağlıdır.  Burada  qəhrəmanın  keçdiyi 

döyüş  yolu  bütün  təfərrüatları  ilə  əks  olunmuşdur.  O  dövrə  aid 

fotolar, Mehdi Hüseynzadənin döyüş yoldaşlarının təqdim etdikləri 

qiymətli  eksponatlar  bu  muzeyə  gələnlərdə  Mixaylonun 

qəhrəmanlığı haqqında dolğun təəssürat yaradır. 

Muzeydə  Mixaylonun  abidəsi    qoyulmuşdur.  Vaxtilə  ona 

məxsus  olan  döyüş  sursatları,  şəxsi  əşyalar  da  muzeydə  nü-

mayiş  etdirilir.  Mehdi  Hüseynzadə  haqqında  çəkilmiş  «Uzaq 

sahillərdə» filmindən fotolar  buraya gələnlərə xalqımızın igid 

oğlunun  xatirəsinin  hər  zaman  soydaşlarımızın  qəlbində 

yaşadığını  bir  daha  nümayiş  etdirir.  Bir  sözlə,  memorial 

muzeyin yaradılması bu torpaqların faşizm təhlükəsindən azad 

olunması  yolunda  öz  canından  keçmiş  Mehdi  Hüseynzadənin 

xatirəsinə  həm  Azərbaycan,  həm  də  Sloveniya  hökumətlərinin 

ehtiramını göstərir. 

Azərbaycan prezidenti İlham Əliyev və Sloveniya prezidenti 

DaniloTyurk  muzeyin Xatirə kitabına ürək sözlərini yazdılar. 

Mərasimdə  iştirak  edən  yerli  sakinlər  dövlət  başçıları  ilə 

söhbətlərində  bir  daha  vurğuladılar  ki,  Mehdi  Hüseynzadənin 

əziz xatirəsi hər zaman onların qəlbində yaşayacaqdır. 

Prezidentlər  İlham  Əliyev  və  Danilo  Tyurk  Mehdi  Hüseyn-

zadənin büstü önündə xatirə şəkli çəkdirdilər. 

 

Səfər başa çatdı 

 

İyunun  10-da  Azərbaycan  Respublikasının  Prezidenti 



İlham  Əliyevin  Sloveniya  Respublikasına  rəsmi  səfəri  başa 

çatmışdır. 


 

204 


Hər  iki  ölkənin  dövlət  bayraqlarının  dalğalandığı  Lyub-

lyananın «Joze Puçnik» Beynəlxalq  Aeroportunda dövlətimizin 

başçısının şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü. 

Azərbaycan  prezidentini  Sloveniyanın  yüksək  vəzifəli  dövlət 

və hökumət nümayəndələri yola saldılar. 

 

* * * 

 

Həmin gün prezident İlham Əliyev Vətənə qayıtmışdır. 

Heydər  Əliyev  Beynəlxalq  Aeroportunda  dövlətimizin  baş-

çısını  Baş  nazir  Artur  Rasizadə  və  Bakı  Şəhər  İcra  Hakimiy-

yətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar

 

 



 


 

205 


 

 

 

TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA 

 

Hörmətli cənab Baş nazir, əziz qardaşım! 



12  iyun  2011-ci  ildə  Türkiyə  Böyük  Millət  Məclisinə 

keçirilən  seçkilərdə  rəhbərlik  etdiyiniz  Ədalət  və  İnkişaf  Par-

tiyasının inamlı qələbəsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik 

edirəm. Heç şübhə yoxdur ki, bu qələbə hakimiyyətdə olduğunuz 

illər  ərzində  gördüyünüz  işlərin  nəticəsi,  xalq  tərəfindən 

fəaliyyətinizə verilən yüksək qiymətdir. 

Azərbaycanla  Türkiyə  arasında  əlaqələr  dərin  tarixi  köklər 

üzərində  qurulub  və  strateji  tərəfdaşlıq  münasibətləridir.  Bu 

çoxşaxəli  münasibətlər  siyasi,  iqtisadi,  enerji,  mədəni, 

humanitar  və  digər  sahələrdə  ildən-ilə  daha  da  güclənir  və 

inkişaf  edir.  Beynəlxalq  aləmdə  ölkələrimizin  daim  bir-birini 

dəstəkləməsi  mühüm  əhəmiyyət  daşıyır  və  böyük  məmnunluq 

doğurur. 

İnanıram  ki,  Azərbaycanla  Türkiyənin  dost,  qardaş  və 

strateji  tərəfdaş  münasibətləri  xalqlarımızın  rifahı  naminə 

bundan  sonra  da  genişlənəcək  və  dərinləşəcəkdir.  Fürsətdən 

istifadə edərək, gələcək əməkdaşlıq imkanlarını birlikdə nəzər-

dən  keçirərək  daha  da  inkişaf  etdirmək  üçün  Sizi  münasib 

bildiyiniz vaxtda Azərbaycana səfərə dəvət edirəm. 

Hörmətli  cənab  Baş  nazir,  əziz  qardaşım,  Sizi  bir  daha  təbrik 

edir, Sizə möhkəm cansağlığı və yeni nailiyyətlər, dost və qardaş 

Türkiyə xalqına daim firavanlıq və tərəqqi arzulayıram. 

 

Dərin hörmətlə

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 13 iyun 2011-ci il 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə