Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə52/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   48   49   50   51   52   53   54   55   ...   114

 

182 


orada  hər  şey  açıq-aydın  görünür.  Amma  mən,  əlbəttə, 

istəməzdim  ki,  sülh  prosesi  sual  altına  düşsün.  Mən  çox 

istəyirəm ki, tezliklə məsələ sülh yolu ilə həll olunsun və ərazi 

bütövlüyümüz bərpa edilsin. 



S  u  a  l:  Sualım  Sloveniya  prezidentinədir.  Cənab 

Prezident,  ikitərəfli  münasibətlərimizi  Avropa  İttifaqı  və 

«Şərq  Tərəfdaşlığı»  Proqramı  çərçivəsində  əməkdaşlıq 

baxımından necə qiymətləndirirsiniz? 

D a n i l o   T y u r k: Sloveniya hesab edir ki, strateji ma-

hiyyət  daşıyan  «Şərq  Tərəfdaşlığı»  Proqramı  olduqca  əhəmiy-

yətlidir.  Əslində  Avropanın  gələcəyi  məhz  bu  sənəddə  əks 

olunubdur.  Bizə  ən  yaxın  olan  qonşu  ölkələrlə  bu  proqram 

çərçivəsində  əməkdaşlığımızı  genişləndirmək  fikrindəyik.  Bu 

əslində  yeni  bir  fenomen,  yeni  bir  layihədir  ki,  biz  onun 

çərçivəsində  konkret  əməkdaşlığın  məzmununu  müəyyən 

edirik.  Konkret  olaraq  bu  nə  deməkdir?  Yəni,  əməkdaşlığın 

prioritetləri Avropa İttifaqı ilə Azərbaycan arasında müəyyən edilir 

və məhz bu, «Şərq Tərəfdaşlığı» Proqramında iştirak edən ölkəyə 

aiddir.  Tutaq  ki,  viza  rejiminin  asanlaşdırılması  nəzərdə  tutulur. 

Ümidvarıq  ki,  biz  bu  sahədə  də  irəliyə  doğru  gedə  biləcəyik.  Biz 

insanların səfərlərini daha da liberallaşdırmalıyıq. Əslində, insanlar 

arasında  münasibətlər  xüsusi  əhəmiyyət  kəsb  edir.  «Şərq 

Tərəfdaşlığı»  Proqramı  çərçivəsində,  həmçinin  iqtisadi  əməkdaşlıq 

haqqında  söhbət  açmalıyıq.    Azərbaycan  elə  bir  ölkədir  ki,  onun 

xüsusi  iqtisadi  gücü,  imkanları  var  və  o,  Avropa  İttifaqına  böyük 

töhfə verə bilər. 

Siz  qeyd  etdiniz,  Nabukko  ilə  «Cənub  axını»  layihələrinə 

gəldikdə hansını seçərdiniz? Siz belə bir sual verdiniz? Burada 

seçim  olmalı  deyil.  Bizə  hər  iki  layihə  lazımdır.  Çünki  enerji 

istehlakçılarının  tələbatları  bundan  sonra  yalnız  artacaq  və  hər 

iki tərəf digər əməkdaşlıq formalarında maraqlı olmalıdır. Bu elə 

bir  əməkdaşlıq  sahəsidir  ki,  burada  rəqabət  məsələləri  durur. 

Təbii  ki,  bu  da  təşkilatlar  arasında  müəyyən  rəqabəti  nəzərdə 

tutur.  Amma  bu,  təbii  haldır.  Digər  məsələni  də  qeyd  etmək 

istəyirəm ki, cənab prezident Əliyevin qeyd etdiyi kimi, burada üç 



 

183 


tərəf əməkdaşlıq etməlidir – hasilatçılar, tranzit ölkələr və isteh-

lakçılar. Burada hər üç tərəfin hüquqları və maraqları vardır. Bu, 

əsas,  müəyyənedici  amildir.  Bu  amil  Azərbaycan  ilə  Avropa 

İttifaqı arasında «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində olan 

əməkdaşlığa  aiddir.  Biz  əməkdaşlığımıza  məhz  bu  müstəvidən 

baxmalıyıq. 

Azərbaycan  ilə  Avropa  İttifaqı  arasında  digər  sahələrdə  də 

müvafiq sazişlər imzalanmalıdır.  İnanıram ki, bu sazişlər fərdi 

xarakter  daşımalı  və  Azərbaycanın  xüsusi,  spesifik  iqtisadi 

imkanlarını  nəzərə  almalıdır.  Digər  aspektləri,  digər  sahələri 

nəzərə alaraq buraya yeni çalarlar gətirilməlidir.  

Biz bilirik ki, Dağlıq Qarabağ münaqişəsi mühüm məsələdir. 

Əgər  biz  bu  regionda  fəal  olmaq  istəyiriksə,  bu  məsələ  vacib 

məsələdir. Hətta biz Avropada ən böyük qüvvə olmasaq da, daha 

böyük gücə malik ölkə olmasaq da fəal işləməliyik. Çalışmalıyıq 

ki,  münaqişə  sülh  yolu  ilə  həllini  tapsın.  Bir  daha  burada 

həmkarınız  soruşdu  ki,  nikbinliyiniz  haradan  gəlir?  Mən  bu 

sualın  cavabına  əlavə  edərdim  ki,  əslində  10  ildən  artıqdır  bu 

münaqişə  ilə  bağlı  aparılan  danışıqları izləmişəm.  Mən  əvvəllər 

Birləşmiş  Millətlər  Təşkilatı  sistemində  işləmişəm,  indi  isə 

Sloveniya Respublikasının Prezidentiyəm. 

Üç əsas tərəf, iştirakçı – Ermənistan, Azərbaycan və Rusiya 

Federasiyası  münaqişənin  həlli  prinsiplərini  indi  daha  dəqiq 

formada  müəyyən  edə  bilər.  Bu  şans  əldən  buraxılmalı  deyil.  

Bu sahədə daha dəqiq olmalıyıq. Mən sizin sualınıza uzun ca-

vab  verdim.  Əgər  bu  həll  olunsa,  əslində  bu  bizim  Avropa 

İttifaqı ilə  Azərbaycan  arasında  olan  əməkdaşlığa  xidmət  edən 

bir  məsələ  ola  bilər.  Biz  bir-birimizi  dəstəkləməliyik.  Biz 

sadəcə,  nümunələri,  modelləri  bir-birimizə  təqdim  etməli 

deyilik.  Biz  çalışmalıyıq  ki,  əsl  prioritetləri,  əsl  dəyərləri 

əməkdaşlığımızda əks etdirək.  



 

184 


 

 

 

SLOVENİYA MİLLİ ASSAMBLEYASININ 

PREZİDENTİ PAVEL QANTAR İLƏ GÖRÜŞ  

 

Lyublyana  



 

9 iyun 2011-ci il 

 

İyunun  9-da  Azərbaycan  Respublikasının  Prezidenti 



İlham  Əliyev  Sloveniya  Respublikası  Milli  Assambleyasının 

prezidenti Pavel Qantar ilə görüşmüşdür. 

Prezident  İlham  Əliyev  Sloveniya  Respublikasının  Milli 

Assambleyasının Xatirə kitabını imzaladı. 

Görüşdə  ölkələrimiz  arasında  əlaqələrin  müxtəlif  sahələrdə 

inkişafından  məmnunluq  ifadə  olundu.  İqtisadi  sahədə  əla-

qələrimizin  inkişafı  üçün  yaxşı  imkanların  mövcud  olduğu 

bildirildi. 

Parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin geniş-

lənməsi  baxımından  önəmli  olduğunun  qeyd  edildiyi  görüşdə 

Azərbaycan  ilə  Sloveniya  arasında  əməkdaşlığın  beynəlxalq 

təşkilatlar çərçivəsində də uğurla inkişaf etdiyi bildirildi. 

Görüşdə Azərbaycan prezidenti İlham Əliyevin Sloveniyaya 

səfərinin  ikitərəfli  münasibətlərin  inkişafına  öz  töhfəsini  ve-

rəcəyinə əminlik ifadə olundu. 

 

 

 

 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə