Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə48/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   44   45   46   47   48   49   50   51   ...   114

 

168 


                          Səfər başa çatdı 

 

İyunun  9-da  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 



Əliyevin Serbiya Respublikasına rəsmi səfəri başa çatmışdır. 

Belqradın  «Nikola  Tesla»  aeroportunda  dövlətimizin  baş-

çısının şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü. 

Azərbaycan prezidentini Serbiyanın yüksək vəzifəli dövlət və 

hökumət nümayəndələri yola saldılar.  

 

 

 



 

169 


 

 

 

SLOVENİYA RESPUBLİKASINA  

RƏSMİ SƏFƏR  

 

Lyublyana 



 

9 iyun 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

iyunun 9-da Sloveniya Respublikasına rəsmi səfərə gəlmişdir. 

Hər  iki  ölkənin  dövlət  bayraqlarının  dalğalandığı  Lyub-

lyananın «Joze Puçnik» Beynəlxalq  Aeroportunda dövlətimizin 

başçısının şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü. 

Azərbaycan  prezidenti  İlham  Əliyevi  Sloveniyanın  yüksək 

vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar. 

 

 

 

 




 

170 


 

 

 

RƏSMİ QARŞILANMA MƏRASİMİ 

 

Lyublyana  



 

9 iyun 2011-ci il 

 

İyunun  9-da  Sloveniya  Respublikasında  rəsmi  səfərdə 



olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəs-

mi qarşılanma mərasimi olmuşdur. 

Hər  iki  ölkənin  dövlət  bayraqlarının  dalğalandığı  Brdo 

qəsrinin  önündə  Azərbaycan  prezidentinin  şərəfinə  Fəxri  qa-

rovul dəstəsi düzülmüşdü. 

Sloveniya  prezidenti  Danilo  Tyurk  Azərbaycan  prezidenti 

İlham Əliyevi qarşıladı. 

Azərbaycanın və Sloveniyanın dövlət himnləri səsləndi. 

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport 

verdi. 

Dövlət  başçıları  Fəxri  qarovul  dəstəsinin  qarşısından  keç-

dilər. 

Sloveniyanın  dövlət  və  hökumət  nümayəndələri  prezident 

İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri prezi-

dent Danilo Tyurka təqdim olundu. 

 

 


 

171 


 

 

 

SLOVENİYA PREZİDENTİ DANİLO TYURK İLƏ 

TƏKBƏTƏK GÖRÜŞ 

 

Lyublyana  



 

9 iyun 2011-ci il 

 

İyunun  9-da  rəsmi  qarşılanma  mərasimindən  sonra 



Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  və  Slo-

veniya  Respublikasının  Prezidenti  Danilo  Tyurkun  təkbətək 

görüşü olmuşdur. 

Görüşdə  ölkələrimiz  arasında  münasibətlərin  müxtəlif 

sahələrdə  uğurla  inkişaf  etdiyi  bildirildi.  Sloveniya  prezidenti 

Danilo  Tyurkun  Azərbaycana,  Azərbaycan  prezidenti  İlham 

Əliyevin  Sloveniyaya  səfərlərinin  əlaqələrimizin  inkişafının 

genişlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu. 

Bildirildi  ki,  əlaqələrimizin  daha  da  genişləndirilməsi  üçün 

yaxşı potensial vardır. 

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı 

fikir mübadiləsi aparıldı. 

Sonra  Azərbaycan  prezidenti  İlham  Əliyev  və  Sloveniya 

prezidenti  Danilo  Tyurk  qarşılıqlı  olaraq  dövlət  hədiyyələrini 

təqdim etdilər. 

 

 

 



 

172 


 

 

 

GENİŞ TƏRKİBDƏ GÖRÜŞ 

 

Lyublyana  



 

9 iyun 2011-ci il 

 

İyunun  9-da  təkbətək  görüş  başa  çatdıqdan  sonra  Azər-



baycan Respublikasının Prezidenti İlham Əliyevin və Sloveniya 

Respublikasının Prezidenti Danilo Tyurkun nümayəndə heyətlə-

rinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. 

Görüşdə  ölkələrimiz  arasında  siyasi,  iqtisadi  və  digər 

sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Azərbaycan 

ilə  Sloveniya  arasında  əməkdaşlıq  əlaqələrinin  genişlən-

dirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi. 

Dövlət  başçıları  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsinə toxundular. 

Azərbaycan  ilə  Sloveniya  arasında  əməkdaşlığın  Avropa 

İttifaqı  çərçivəsində  əlaqələrin  genişləndirilməsi  baxımından 

əhəmiyyətinin  qeyd  olunduğu  görüşdə  «Şərq  Tərəfdaşlığı» 

Proqramının önəmindən danışıldı. 

Görüşdə  ikitərəfli  münasibətlərin  müxtəlif  aspektləri  ilə 

bağlı fikir mübadiləsi aparıldı. 

 

 

 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə