Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə47/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   43   44   45   46   47   48   49   50   ...   114

 

165 


xalqının  görkəmli  nümayəndəsi,  dünya  şöhrətli  alim  Nikola 

Teslanın  abidəsi  də  ucaldılacaqdır.  Bu  gözəl  hadisələr 

xalqlarımızı  bir-birinə  daha  da  yaxın  edəcəkdir.  Əminəm  ki, 

ölkələrimiz  də  gələcəkdə  bir-biri  ilə  daha  sıx  əməkdaşlıq 

edəcəklər. 

Mənim gözəl ölkənizə səfərim bu gün başa çatır. Mən deyə 

bilərəm  ki,  səfərin  çox  gözəl  nəticələri  vardır.  Əminəm  ki, 

Serbiya–Azərbaycan  strateji  tərəfdaşlıq  əlaqələri  bu  iki  gün 

ərzində  daha  da  möhkəmləndirildi.  Ölkələrimiz  və  xalqlarımız 

üçün  ən  ağrılı  problemlər  olan  Kosovo  və  Dağlıq  Qarabağ 

məsələsi  ilə  bağlı  qarşılıqlı  dəstək  daha  da  gücləndirildi  və 

dünən mövqelərimiz yenidən bəyan edildi. İqtisadi əməkdaşlıq 

haqqında  çox  ümidverici  danışıqlar  aparılmışdır  və  konkret 

fəaliyyət planı yaxın zamanlarda tərtib ediləcəkdir. Əminəm ki, 

əldə  edilmiş  bütün  razılaşmalar  tezliklə  reallaşacaq və  Serbiya 

Balkanlarda,  Azərbaycan  isə  Qafqazda  və  Xəzər  hövzəsində 

regional  əməkdaşlığın  dərinləşməsi  üçün  birgə  səylərini 

göstərəcəkdir. 

Mən  bir  daha  mənə  və  nümayəndə  heyətinə  göstərilən 

səmimi  qonaqpərvərliyə  görə  Serbiya  prezidenti  cənab Tadiçə, 

bütün  serb  xalqına  minnətdarlığımı  bildirmək  istəyirəm.  Sizi 

əmin etmək istəyirəm ki, mən öz fəaliyyətimdə iki ölkənin daha 

da  yaxınlaşması  üçün  bundan  sonra  da  səylərimi 

əsirgəməyəcəyəm. 



 

Serbiya prezidenti Boris Tadiçin çıxışı 

 

Hörmətli cənab Prezident! 



Hörmətli cənab mer! 

Novi  Sad  şəhərinin,  Voyevodina  diyarının  hörmətli  sa-

kinləri! 

Bu  gün  səhər  Azərbaycanın  dahi  bəstəkarının  –  Üzeyir 

Hacıbəylinin  abidəsinin  açılışında  iştirak  etməkdən  olduqca 

məmnunam.  Mən  xüsusi  olaraq  Azərbaycan  Respublikasının 

Prezidenti  cənab  İlham  Əliyevə  dərin  təşəkkürümü  bildirirəm 

ki,  şəhərin  belə  bir  gözəl  yerində  bu  parkın  bərpasında  və  bu 




 

166 


abidələrin  açılışında  Azərbaycan  tərəfindən  olduqca  dəyərli 

yardım göstərilmişdir.  

Gördüyünüz  kimi,  bu  park  Avropanın  böyük  çayı  –  Dunayın 

sahilində  yerləşir.  Zənnimcə,  gözəl  bir  yerdir.  Musiqiçilər  gəlib 

burada əsərlərini ifa edə bilərlər. Təbii ki, burada yaşayan sakinlər, 

vətəndaşlarımız  parka  gəlib  asudə  vaxtlarını  keçirə,  istirahət  edə 

bilərlər. Hesab edirəm ki, bu gün bu hadisənin baş tutması mədəni 

sahədəki əlaqələrimizə böyük bir töhfədir. 

Bir  neçə  il  əvvəl  parkda  vəziyyət  o  qədər  də  ürəkaçan 

deyildi  və  istirahət  üçün  kifayət  qədər  şərait  yox  idi.  Lakin 

bundan  sonra  hökumət  qərar  qəbul  etdi  ki,  bu  çayın  sahilində 

gücləndirici qurğular yaratsın. Bu, vətəndaşlara istirahət etmək 

imkanı  yaradır.  Digər  tərəfdən,  burada  idmanla  məşğul  olmaq 

üçün şərait yaradıldı. Görürsünüz, burada abadlıq, yaşıllaşdırma 

işləri  aparılıb.  Həmçinin  fəvvarələri  görürük  və  burada  digər 

imkanlar  yaradılıb  ki,  vətəndaşlar  gəlib  asudə  vaxtlarını 

keçirsinlər. 

Bu  gün  böyük  məmnuniyyətlə  deyə  bilərəm  ki,  Novi  Sad 

şəhərinin  sakinləri  üçün  yeni  körpü  salınıb  və  istismara 

verilibdir.  Bu  çox  gözəl  bir  haldır.  Bundan  sonra,  gələn  illər 

ərzində  Novi  Sad  şəhərini  bir  növ  bu  regionun  qovşağına 

çevirəcək  bir  sıra  digər  yeni  körpülərin  də  tikintisi  nəzərdə 

tutulur. Azərbaycanlı dostların da belə layihələrdə iştirakı bizim 

tərəfimizdən çox arzuolunandır. 

Biz  danışıqlarımız  zamanı  Serbiyada  yolların,  şoselərin 

çəkilməsi, o cümlədən dəmir yollarının tikintisi sahəsində Azər-

baycan  şirkətlərinin  iştirakını  xüsusilə  vurğuladıq.  Ölkələrimiz 

arasında  əməkdaşlıq  sırf  yeni  qaz  boru  kəmərinin  çəkilməsi, 

enerji  təhlükəsizliyinin  təmin  edilməsi,  Serbiyaya  enerji 

daşıyıcılarının  gətirilməsi,  şaxələndirmənin  təmin  edilməsi  ilə 

məhdudlaşmır.  Bizim  görüləcək,  həyata  keçiriləcək  bir  çox 

ümumi  layihələrimiz  vardır.  Bu  layihələrin  nəticələri  artıq  göz 

qabağındadır.  Gördüyünüz  kimi,  biz  dünən  Azərbaycanın 

ümummilli  lideri  Heydər  Əliyevin  abidəsinin  açılışında  iştirak 




 

167 


etdik.  Həmçinin  bildiyiniz  kimi,  Serbiyanın  dahi  yazıçısı 

Milorad Paviçin də abidəsi həmin abidənin yanında ucaldıldı.  

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev 

burada  qeyd  etdi  ki,  ölkələrimiz  çox  ağrılı  problemlərlə  üzləşib. 

Burada  mən  Kosovo  və  Dağlıq  Qarabağ  problemlərini  nəzərdə 

tuturam.  Amma  bu  problemlərə  baxmayaraq,  biz  irəliyə  doğru 

addımlarımızı davam etdirməliyik. Söhbət burada iki ölkənin xalqı 

arasında  daha  da  yaxınlaşmadan  gedir.  Biz  uşaqlarımız,  yeni 

nəsillər üçün yeni sahələr yaratmalıyıq. 

Dövlət  başçıları  arasında  mövcud  olan  şəxsi  dostluq 

münasibətləri  ölkələr  və  xalqlar  arasında  dostluq  münasi-

bətlərinin  daha  da  gücləndirilməsinə  müsbət  təsir  göstərir. 

Hesab  edirik  ki,  biz  ölkələrimiz  arasında  böyük  iqtisadi  əmək-

daşlığı daha da yüksək səviyyəyə qaldıra bilərik. Bizim ümumi 

amalımız,  məqsədimiz  məhz  hər  iki  ölkədə  xalqın  güzəranını, 

həyat  səviyyəsini  daha  da  yaxşılaşdırmaq  və  xalqlarımızın 

gördüyümüz  bütün  bu  işlərdən  daha  çox  fayda  götürməsini 

təmin etməkdən ibarətdir. 

Bununla  bağlı  mən  sizin  hamınıza  uğurlar  arzulayıram,  bir 

daha sizi təbrik edirəm. Sağ olun. 



 

* * * 

 

Prezident  İlham  Əliyev  və  prezident  Boris  Tadiç  Üzeyir 

Hacıbəyli  adına  Azərbaycan  Dövlət  simfonik  orkestrinin 

ifasında dahi bəstəkarın əsərlərini dinlədilər. 

Sonra  dövlət  başçıları  dahi  bəstəkarın  büstünün  yerləşdiyi 

parkın yaxınlığından keçən Dunay çayının sahilini seyr etdilər. 

 

 



                               


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə