Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə78/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   74   75   76   77   78   79   80   81   ...   114

 

276 


 

 

 

FƏLƏSTİN DÖVLƏTİNİN PREZİDENTİ 

MAHMUD ABBAS İLƏ BİRGƏ  BƏYANATLARLA 

ÇIXIŞLAR   

 

28 iyun 2011-ci il 

 

İyunun  28-də  geniş  tərkibdə  danışıqlar  başa  çatdıqdan 



sonra  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və 

Fələstin  Dövlətinin  Prezidenti  Mahmud  Abbas  mətbuat  üçün 

bəyanatlarla çıxış etmişlər. 

 

Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı 

 

Hörmətli cənab Prezident! 



Hörmətli qonaqlar, xanımlar və cənablar! 

İlk  növbədə,  cənab  Prezident,  Sizi  Azərbaycanda  səmi-

miyyətlə  salamlayıram.  Ölkəmizə  xoş  gəlmisiniz!  Sizin  səfə-

riniz tarixi xarakter daşıyır. İlk dəfə olaraq Fələstin Dövlətinin 

Prezidenti  Azərbaycana  rəsmi  səfərə  gəlmişdir.  Mən  dəvətimi 

qəbul  etdiyinizə  və  Azərbaycana  gəldiyinizə  görə  Sizə 

minnətdarlığımı bildirmək istəyirəm. Sizin səfəriniz çox böyük 

əhəmiyyət daşıyır. 

Əlaqələrimiz  inkişaf  edir.  Xalqlarımız  arasında  əlaqələrin 

böyük  tarixi  vardır.  Əsrlər  boyu  xalqlarımız  bir-birinə  böyük 

rəğbətlə  yanaşıblar.  Münasibətlərimizin  indiki  mərhələsində 

ikitərəfli əlaqələrin inkişafı üçün çox yaxşı imkanlar vardır. Biz 

istəyirik  ki,  bütün  sahələrdə  əlaqələrimiz  inkişaf  etsin  və  bu 

inkişaf hər bir istiqamətdə özünü göstərsin. 

Bizim  siyasi  əlaqələrimiz  çox  yüksək  səviyyədədir.  Sizin 

Azərbaycana  səfəriniz  bunun  bariz  nümunəsidir.  Bir  neçə  ay 

bundan  əvvəl  Fələstin  Dövlətinin  Azərbaycandakı  səfirliyi  öz 

işinə  başlamışdır.  Bu  da  çox  mühüm  hadisədir.  Əminəm  ki, 




 

277 


səfirliyin fəaliyyəti nəticəsində ikitərəfli əlaqələrimizin inkişafı 

üçün yeni imkanlar müəyyən ediləcəkdir. 

Biz  çox  istəyirik  ki,  iqtisadi  sahədə  də  yaxşı  əməkdaşlıq 

edək  və  əminəm  ki,  səfər  zamanı  bu  məsələlər  də  nəzərdən 

keçiriləcəkdir.  Hesab  edirəm  ki,  səfər  zamanı  iqtisadi  əmək-

daşlığın  dərinləşməsi  və  investisiya  qoyuluşunun  təşkili  üçün 

konkret təkliflər irəli sürüləcəkdir. Mədəniyyət sahəsində, təbii 

ki,  ənənəvi  əlaqələrin  yeni  formaları  haqqında  düşünmək  olar. 

Sizin  səfəriniz  zamanı  ikitərəfli  əlaqələrin  bütün  istiqamətləri 

müzakirə mövzusu olacaq və biz yaxşı nəticələrə nail olacağıq. 

Bu  gün  biz  regional  məsələlər  və  dünyada  gedən  proseslər 

haqqında,  Fələstin–İsrail  danışıqlarının  indiki  mərhələsi  ilə 

əlaqədar fikir mübadiləsi apardıq. Bir daha demək istəyirəm ki, 

Azərbaycan  bütün  beynəlxalq  təşkilatlarda  Fələstin  Dövlətini 

dəstəkləyir.  İslam  Konfransı  Təşkilatında,  Birləşmiş  Millətlər 

Təşkilatı  çərçivəsində  aparılan  bütün  müzakirələr  zamanı 

Azərbaycan  Fələstinin  yanındadır  və  bundan  sonra  da  belə 

olacaqdır.  Hesab  edirik  ki,  tezliklə  müstəqil,  suveren  Fələstin 

Dövləti  yaradılmalıdır  və  onun  paytaxtı  Şərqi  Qüds  şəhəri 

olmalıdır.  Bu  bizim  mövqemizdir  və  bütün  beynəlxalq 

təşkilatlarda  biz  bu  mövqeni  müdafiə  edirik  və  müdafiə 

edəcəyik.  Bu  bir  tərəfdən, bizim  qardaşlıq borcumuzdur,  digər 

tərəfdən,  bu  mövqe  beynəlxalq  hüquq  normaları  əsasında 

formalaşıbdır.  

Bu gün regionda baş verən hadisələr haqqında fikir mübadiləsi 

apardıq.  Mən  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsinin  həlli  istiqamətində  aparılan  danışıqların  son 

mərhələsi  haqqında  Sizə  məlumat  verdim.  Uzun  illərdir  ki, 

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü 

pozulubdur. Bir milyondan artıq qaçqınımız, köçkünümüz vardır. 

Torpaqlarımızın  20  faizi  işğal  altındadır.  Azərbaycanlılar  doğma 

torpaqlarında  etnik  təmizləmə  siyasətinə  məruz  qalmışlar.  İşğal 

edilmiş  torpaqlarda  bütün  binalar,  məktəblər,  xəstəxanalar, 

muzeylər,  tarixi  abidələrimiz,  dini  abidələrimiz  ermənilər 

tərəfindən dağıdılıb. 



 

278 


Beynəlxalq  aləm  bizim  mövqemizi  dəstəkləyir.  Birləşmiş 

Millətlər Təşkilatı Təhlükəsizlik Şurası məsələ ilə bağlı dörd qət-

namə  qəbul  etmişdir.  Qətnamələrdə  göstərilir  ki,  Ermənistanın 

işğalçı  qüvvələri  işğal  edilmiş  torpaqlardan  qeyd-şərtsiz 

çıxarılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər Ermənistan tərəfi 

bu  qətnamələrə  məhəl  qoymur.  Digər  beynəlxalq  təşkilatların 

mövqeyi  də  oxşardır.  İslam  Konfransı  Təşkilatı,  Avropa 

parlamenti, Avropa Şurası, ATƏT buna oxşar qərar və qətnamələr 

qəbul etmişdir. Məsələnin həlli üçün hüquqi əsaslar kifayət qədər 

möhkəmdir.  Əminəm  ki,  Azərbaycan  ərazi  bütövlüyünü  bərpa 

edəcəkdir. İstəyirik ki, bunu tezliklə və sülh yolu ilə həll edək. 

Cənab  Prezident,  Sizi  Azərbaycanda  səmimiyyətlə  salam-

layıram.  Bu  səfər  ölkələrimizin  tarixində  birinci  səfər  kimi 

qalacaqdır.  Amma    bundan  sonra  da  səfərlər  olmalıdır,  həm 

nazirlər səviyyəsində, həm də biznes qurumları bir-biri ilə daha da 

yaxşı  işləməlidirlər.  Əminəm  ki,  biz  Sizinlə  bundan  sonra 

görüşəcəyik. Bir daha xoş gəlmisiniz! 

 

Fələstin  prezidenti Mahmud Abbasın  

bəyanatı 

 

 Çox  sağ  olun,  cənab  prezident  İlham  Əliyev!  Təşəkkür 

edirəm! Bu qardaş ölkənin ziyarətinə dəvət etdiyinizə görə Sizə 

dərin təşəkkürümü bildirirəm. 

Hökumətinizə,  xalqınıza,  ölkənizə  Fələstin  probleminin 

həllinə,  onun  öz  istiqlaliyyətini,  azadlığını  əldə  etməsi  və 

müstəqil  dövlət  yaratması üçün  göstərdiyiniz  dəstəyə,  yardıma 

görə  təşəkkür  edirəm.  Paytaxtı  müqəddəs  Qüds  olan  Fələstin 

Dövləti.  O  Qüds  ki,  biz  onu  islamın  üç  müqəddəs  yerlərindən 

biri hesab edirik. Onlardan birincisi – Qüds,  ikincisi – Mədinə, 

üçüncüsü – Məkkədir. 

Cənab  Prezident!  Biz  Sizin  hökumətlə  hazırda  əlaqələrin 

qurulmasının  başlanğıcındayıq.  Bütün  sahələrdə  əməkdaşlığın 

qurulmasının  başlanğıcındayıq.  Ümid  edirəm  ki,  gələcəkdə  bu 

əlaqələri inkişaf etdirmək üçün Sizin yardımınızı görəcəyik. 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə